Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. == Karyerası == Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Hans Kristian Hansen
Hans Kristian Hansen (8 noyabr 1906[…], Orhus, Mərkəzi Yutlandiya[d] – 19 fevral 1960[…], Kopenhagen) — Danimarka dövlət və siyasi xadimi. == Həyatı == Əmək fəaliyyətinə mətbəə fəhləsi kimi başlamışdır. Gənc yaşlarından Danimarka Sosial-Demokrat hərəkatına qoşulmuşdur. 1935-1939-cu illərdə Sosialist Gənclər İnternasionalının sədri olmuşdur. 1936-cı ildən Danimarka Sosial-Demokrat Partiyasından (DSDP) parlament deputatı olmuşdur. 1939-41, 1945-1953-cü illərdə Danimarka Sosial-Demokrat partiyasının katibi olmuşdur. İkinci Dünya müharibəsi dövründə Müqavimət hərəkatında fəal iştirak etmişdir. 1945-ci ildə və 1947-1950-ci illərdə Danimarka maliyyə naziri işləmişdir, bir ay müddətində ticarət naziri olmuşdur. 1953-cü ildə xarici işlər naziri təyin edilmiş və 1958-ci ilədək bu vəzifədə işləmişdir. 1955-60-cı illərdə isə Danimarkanın baş naziri olmuşdur, eyni zamanda DSDP-nin sədri idi.
Hanbok
Cənubi Koreyada Hanbok (kor. 한복), Şimalı Koreyada isə Coson-ot (kor. 조선옷) adı altında bilinən, festivallar, şənliklər və mərasim kimi ənənəvi hallarda geyilən yarı rəsmi və ya rəsmi olan Koreyalıların milli geyimdir. Canlı rənglər və cibsiz sadə xətlər ilə xarakterizə olunur. Terminin mənası "Koreya geyimi" mənasına gəlsədə halhazırda Hanbok Coson dövründə geyilən geyimləri ifadə edir. Qədim zamanlarda aşağı və orta təbəqədən olan insanlar toy və festivallar daxilində gündəlik olaraq ağ rəngli Hanbok geyinirdilər. Hanbok o dövrdə insanların sosial statuslarını büruzə verən vacib bir faktor idi. Üst təbəqələr bəzəkli toxunma çap və saç aksesuarları ilə Hanboku tamamlayırdılar. Koreyalılar hanbokun geyinilməsini indiki dövrdə də qoruyub saxlayırlar. 1996-cı ildə Cənubi Koreya Mədəniyyət, İdman və Turizm nazirliyi vətəndaşları hanbok geyinməyə təşviq etmək üçün Hanbok günü təsis etdi.
Hanium
Hassium (Hs) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 108-ci element. Element haqqında ilk etibarlı məlumat 1984-cü ildə Dubnada və bundan asılı olmayaraq Almaniyanın Qessen federal torpağında Darmştadt şəhəri yaxınlığında ağır ionların tədqiqatı laboratoriyasında alınmışdır. Bu qədim alman knyazlığının latınca adı Hassia idi və elementin də adı buradan götürülüb. Bu elementin də adında dolaşıqlıq var idi (əvvələr onu qanium adlandırırdılar).
Şanson
Şanson (fr. chanson - mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Сhanson.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Hansa
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Cennifer Hadson
Cennifer Hadson — ABŞ kino ulduzu və pop-estrada müğənnisidir. 2006-cı ildə "Dreamgirls" filmində Effie White roluna görə "Oscar", "BAFTA" və "Golden Globe" mükafatlarını qazanmışdır. == Həyatı == Cennifer Hadson 1981-cu il sentyabrın 12-də Çikaqoda anadan olub.
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi.Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb. Bu ad “Tövrat”dakı “Şeol” sözünün sinonimi olaraq “Ge Ben Hinnom” kimi işlədilir.
Keyt Hadson
Keyt Hadson (19 aprel 1979[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == 1979-cu ilin aprel ayının 19-da, sənətçi ailəsində anadan olan Keyt Hadson, artıq 3 yaşındaykən "Vanity Fair" adlı jurnalın üz qabığına çəkilib. Anası aktrisa Qoldi Houn, atası isə müğənni Bill Hadson olan qızcığazın, gələcəkdə incəsənət yolunu seçməsi artıq məlum məsələ idi. Valideynləri, Keyt 2 yaşındaykən boşanıblar. Ona görə də, Keyti anasının dostu olan Kurt Rassel tərbiyə edərək böyüdüb. İllər sonra,müsahibələrin birində "Öz atam mənə sanki yad olub, mən Kurt Rasseli ata yerinə qoyuram" deyirdi. Uşaqlıqdan rəqsə böyük marağı olan Keyt, elə o zamanlardan ətrafdakıların diqqətini özünə yönəltməyə başladı. Anası onun aktrisa olmasına etiraz edirdi. Buna görə də, məktəbdə təhsilini başa vurduqdan sonra o, Nyu-Yorkda yerləşən universitetlərin birinə daxil olur, lakin buradakı təhsilini yarımçıq buraxır, çünki onun istəyi böyük ekran idi. 1998-ci ildə aktrisanın debütu reallaşdı, amma "Üzücü kədər" və "Rekoşet çayı" adlı filmlər ona məşhurluq gətirə bilmədi.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Marilyn Manson
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. == Qrup haqqında == Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Tuve Yanson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Vandom (rayon)
Vandom (fr. Vendôme) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Luara və Şer. Suprefektura — Vandom. Rayonun əhalisi 2006-cı ildə 69 690 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 41 nəf / km² . Rayon ərazisi — 1719 km².
Vandom meydanı
Vandom meydanı (fr. Place Vendôme), əvvəlki “Böyük Lüdovik meydanı” (fr. Place Louis le Grand) — Parisin “beş kral meydanından” biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Hans
Hans — kişi adı və təxəllüs Hans Morqentau — alman əsilli amerika siyasətçisi və tarixçisi. Hans Frank — alman vəkil. Hans Hollayn — Avstriyalı memar və dizayner. Hans Friçe — Radioaparıcı, jurnalist. Hans fon Bülov — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. Hans Memlinq — alman mənşəli Niderland rəssamı, Hans Zimmer — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri Hans Ersted – Danimarka fiziki. Hans Olsen (velosipedçi) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans adası — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada Hans Ferdinand Helmolt — alman əsilli tarixçi və publisist. Hans Ayzenk — ingilis psixoloqu. Hans Bronzart von Şellendorf — Alman pianoçu və bəstəkar.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Corc Anson
Corc Anson (1697–1762)
Hanno Koffler
Hanno Koffler (alm. Hanno Koffler‎; doğ. 1980) — Almaniyalı kino aktyor və musiqiçi. == Bioqrafiya == Hanno Koffler 1980-ci ildə Berlin şəhərində anadan olub. 1994-cü ildə qardaşı Maks Kofflerlə birgə «Kerosin» adlı musiqi qrupunu yaratmışdı. == Filmoqrafiya == 2000: Mein lieber Herr Gesangsverein (Kurzfilm) 2000: Family (Kurzfilm) 2002: REC – Kassettenjungs/Kassettenmädchen 2002: Die Dickköpfe (TV) 2003: Ganz und gar 2003: Anatomiya 2 2004: Yay tufanı 2004: Einsatz in Hamburg – Bei Liebe Mord (TV) 2004: Halle şəhərinin kometləri 2004: Charlotte und ihre Männer (TV) 2005: Rabenbrüder 2008: Qırmızı Baron 2008: Krabat 2008: Qəhrəmanlar, xoş gəlmişsininz 2009: Kömək altında 2009: Tatort – (TV) 2009: Divarın arxasında (TV) 2009: Countdown – die Jagd beginnt (TV) 2010: Sərhəd (TV) 2010: Heç kim itmir (TV) 2011: Kim, əgər biz deyiliksə 2012: Xarici tapşırıq (TV) 2013: Sərbəst eniş 2013: Lotta & die frohe Zukunft (TV) == Mükafatlar == == Web links == Hanno Koffler — IMDb səhifəsi Hanno Koffler bei der Agentur Inka Stelljes Der Willensstarke, 3sat Kulturzeit vom 26.
Hansa Records
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Kanso boğazı
Kanso boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adasını Yeni Şotlandiya yarımadasından ayırır. Uzunluğu 27 km, eni 3 km, dərinliyi 61 m təşkil edir. Boğazın hər iki tərəfi ilə gəmilərlə əlaqə yaradılır. Sahillərində Port-Honsberi və Malqreyli şəhərləri vardır.
Corc Beyli Sensom
Corc Beyli Sensom (ing. George Bailey Sansom; 28 noyabr 1883, London – 8 mart 1965, Tuson, Arizona) – Britaniya diplomatı, tarixçisi və yaponşünası. == Həyatı == Corc Beyli Sensom 1883-cü ildə İngiltərənin London şəhərində doğulmuşdur. Gissen və Marburq universitetlərindən məzun olmuş, 19 yaşında Britaniya konsulluğunda işləməyə başlamışdır. 1904-cü ildə tələbə tərcüməçi kimi Yaponiyanın Naqasaki şəhərinə göndərilmiş və onun Yaponiya karyerası başlamışdır.Sensomun Yaponiya illəri həm diplomat, həm də yaponşünas kimi keçmişdir. O, Yaponiya cəmiyyəti və hökuməti ilə yaxşı əlaqələr qurmuş, eləcə də, 1920 və 1930-cu illərdə Yaponiyanın dil, mədəniyyət və tarixini öyrənən əsas Qərb mütəxəssislərindən biri olmuşdur.Sensom 1935-ci ildə cəngavər elan olunmuşdur. 1942-ci ildə Britaniyanın Vaşinqton səfirliyində işləmiş, 1946–1947-ci illərdə isə Vaşinqtonda fəaliyyət göstərən Uzaq Şərq Komissiyasında fəaliyyət göstərmişdir. 1947-ci ildə Kolumbiya Universitetinin Şərqi Asiya İnstitutunun birinci direktoru olmuşdur. Postmüharibə dövründə ABŞ-nin akademik dünyasında Yaponiyada təhsil və yaponşünaslıq təlimlərinə yaranan təlabatda vacib rol oynamışdır. 1954-cü ilə qədər Kolumbiya Universitetində qalmışdır.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır.Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur. Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. == Qureyşdə Bəni Haşimin əhəmiyyəti == Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. == Bəni Haşimin İslam peyğəmbərindən himayə etmələri == Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. == İqtisadi sanksiya == Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.