Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Heyran (Astara)
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi azərbaycanlılardan ibarətdir. Kənddə Onlar azərbaycan dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran (Qoşaçay)
Heyran (fars. حيران‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (67 ailə).
Heyran dehestanı
Heyran dehestanı (fars. دهستان حیران‎) — İranda, Gilan ostanının Astara şəhristanının Mərkəz bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 20 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Heyran gədik
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi azərbaycanlılardan ibarətdir. Kənddə Onlar azərbaycan dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli, türk mənşəli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Heyran (film, 2016)
Heyran (Fan) — 2016-cı ildə istehsal olunan Bollivud filmidir. Baş rolları Şahrux Xan oynayır. == Məzmun == Gaurav Çadana uşaqlıqdan Aryan Xanna adlı bir aktyora azarkeşlik edir. Onun bütün filmlərini izləyir, onun kimi danışıb, onun kimi hərəkət edir. Nəhayət, Gaurav böyüyür. Böyüyəndə həddən artıq Aryan Xannaya bənzəyir. O, bir aktyorluq müsabiqəsində 1-ci yeri tutur. O, istəyir ki, qazandığı medalı qəhrəmanına hədiyyə etsin. Valideynlərindən icazə alan Gaurav Aryan Xannanın yanına yollanır. Onun evinin yanına gəlir.
Heyran xanım Dünbüli
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli, türk mənşəli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Seydi Mahmud Heyrani türbəsi
Seydi Mahmud Heyrani türbəsi Akşehirdəki tarixi bir türbədir. Türbəyə adı verilən Seydi Mahmud Heyrani Mövlana Cəlaləddin Ruminin tələbəsidir. Harranda anadan olmuş, Konyada Mövlana Cəlaləddin Rumidən dərs almış və Akşehirə gəlmişdir. 1268-ci ildə Akşehirdə ölmüşdür. == Yeri == Türbə Konya ili Akşehir ilçəsində, Sultan dağlarının şimal yamacında yerləşir. Türbənin yerləşdiyi ərazidə Ferruhşah məscidi kimi tanınan məscid də yerləşir. == Tarixi == Türbə Seydi Mahmud Heyrani adlı sufinin türbəsidir. Seydi Mahmudun ölüm tarixini nəzərə alsaq, türbənin 13-cü əsrdə inşa olunmuş türbə olduğu aydın olur. Binanın tikilmə tarixi barədə heç bir qeyd olmasa da, tabutdakı 667 (yəni miladi təqvim ilə 1268) binanın inşaa tarixi olma ehtimalı var. Bir kitabəyə görə memar Asilzadə Əhməd Abdullah oğludur.
Heyran-i Ülya (Kəleybər)
Heyran-i Ülya (fars. حيران عليا‎) və ya Yuxarı Heyran - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 85 nəfər yaşayır (14 ailə).
Heyran-i Süfla (Astara, İran)
Heyran-i Süfla (fars. حيران سفلي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (18 ailə).
Heyran-i Vusta (Astara, İran)
Heyran-i Vusta (fars. حيران وسطي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 65 nəfər yaşayır (16 ailə).
Heyran-i Ülya (Astara, İran)
Heyran-i Ülya (fars. حيران عليا‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (26 ailə).
Vulkan Venera və Marsı heyran edir
Vulkan Venera ve Marsı heyran edir venesiya rəssamlıq məktəbinin yetirmesi sonrakı renessans dövr rəssamı Yakobo Tintoretto tərəfindən Homerin VIII nəğməsi əsasında çəkilmiş tablo. Əsərdə Veneranın öz əri Vulkana Müharibə tanrısı Vulkanla xəyanəti təsvir olunmuşdur.
Ceyrani
Ceyranı (Ceyran balası) — qədim Azərbaycan milli rəqslərindən biridir. == Özəllikləri == Şuşada meydana çıxmışdır. İncə, qəşəng, lirik rəqsdir. Burada ceyranın qəddi-qaməti və hərəkətlərinin mülayimliyi qabarıq göstərilir. Rəqs orta tempdə gedir, əsasən qadınlar tərəfindən ifa olunur. Lakin bəzi rayonlarda, məsələn, Şəkidə onu kişilər də oynayır. Bu rəqs indi də məşhurdur.
Heyratı
Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi. == Mənası == "Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir. == Özəllikləri == Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır . Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir.
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur. Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Heyratı (dəqiqləşdirmə)
Heyratı — Azərbaycan zərb muğamı. Heyratı — eyniadlı zərb muğamı üzərində qurulmuş Azərbaycan rəqsi. Heyratı — Azərbaycan kəlağayı növü. Heyratı — Azərbaycan xalça növü. Heyratı — Azərbaycanda döyüş xoruz növü.
Leylanə (Sərdəşt)
Leylanə (fars. ‎ليلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 428 nəfər yaşayır (67 ailə).
Monqol ceyranı
Monqol ceyranı, və ya Buxaqlı antilop (lat. Procapra gutturosa, Gazella gutturosa) — Cütdırnaqlılar dəstəsinə, Boşbuynuzlular fsiləsinə aid ceyran növü. Orta ölçülü antilopdur. Onlar əsasən yarımsəhra, quru çöl ərazilərində yaşayırlar. Erkəklər 24–39 kq, dişilər isə 20–28 kq çəkiyə malik olurlar. Erkəklərin uzunluğu 105–148 sm, dişilərin isə 110–121 sm-dir. Erkəklərin hündürlüyü 62–84 sm, dişilərdə 54–74 sm təşkil edir. Erkəklərin buynuzları tünd-boz qara olub 18–28 sm-dir. Dişilərin isə buynuzu olmur. Xəzi yuxarı hissəsi sarı-qum, aşağı nahiyələri isə ağ rəngdə olur.
Prjevalski ceyranı
Prjevalski ceyranı (lat. Procapra przewalskii) — Boşbuynuzlular fəsiləsinə, Əsl antiloplar yarımfəsiləsinə, daxil olan məməli növü. Növ rus natuiralisti, səyyahı, tədqiqatçısı general Nikolay Prjevalskinin (1839–1888) şərəfinə adlandırılmışdır. == Təsviri == Əsasən elədə böyük olmayan, şux qamətli, iri gözlərə sahib, kiçik qulaqlara malik bir canlıdır. Bədəninin uzunluğu 109–160 sm, hündürlüyü 50–70 sm, çəkisi isə 17–32 kq arası olur. Erkəklər bir qayda olaraq dişilərdən iri olurlar. Quyruqları qısadır. Təxminən 7–12 sm arası olur. Quyruqlarının üzəri sıx xəzlə örtülü olur. Üzəri sarı-qəhvəyi rəngdə olur.
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. == Reyhanə Cabbarinin son məktubu == Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır. == Tarix == Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.. == Əhalisi == XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı..2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.. === Milli tərkibi === Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.