Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Euphorbia hooveri
Euphorbia hooveri (lat. Euphorbia hooveri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Hooverphonic
Hooverphonic — 1995-ci ildə Belçikada qurulmuş musiqi qrupu. Qrup ilkin fəaliyyət illərində trip hop üslubunda musiqilər ilə çıxış etsə də daha sonra qrup alternativ rok, elektronika, elektropop, rok və fərqli musiqi üslublarında mahnılar təqdim etmişdirlər. Qrupun ilkin adı Hoover olmuş, lakin daha sonra qrup üzvləri eyni adda bir kompaniyanın fəaliyyət göstərdiyini öyrəndikdən sonra qrupun adını Hooverphonic ilə əvəz etmişdirlər. 2008-ci ilin oktyabr ayında qrupun solisti Qeyke Arnaert solo karyerasına başlamaq üçün qrupdan ayrılacağını bəyan etmişdir. Qeykenin qrupun üzvü olaraq son konserti həmin ilin dekabr ayında Rusiyanın Yekaterinburq şəhərində baş tutmuşdur. Konsert 2009-cu ildə Rusiyanın MTV telekanalında yayımlanmışdır. 2010-cu ilin oktyabr ayında Hooverphonic öz rəsmi vebsaytında yeni sinqlını təqdim etmişdir. Qrupun yeni solisti və Qeykenin davamçısı Noemi Volfs noyabr ayında Belçikanın VRT telekanalında yayımlanan De Laatste Show proqramında izləyicilərə təqdim olunmuşdur. 2015-ci ilin mart ayında Hooverphonic Noeminin qarşılıqlı anlaşma ilə qrupdan ayrıldığını elan etmişdir. 2018-ci ilin aprel ayında Hooverphonic qrupun yeni solisti Luka Kruysberqsi təqdim etmişdir.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Joseph Dalton Hooker
Cozef Dalton Huker (ing. Joseph Dalton Hooker; 30 iyun 1817[…] – 10 dekabr 1911[…] və ya 1911) — ingilis botaniki və səyyahı. == Bioqrafiyası == 1844–1859: Flora Antarctica: the botany of the Antarctic voyage. 3 vols, 1844 (general), 1853 (New Zealand), 1859 (Tasmania). Reeve, London. 1846–1867: Handbook of the New Zealand flora 1849: Niger flora 1849–1851: The Rhododendrons of Sikkim-Himalaya 1854: Himalayan Journals, or notes of a naturalist, in Bengal, the Sikkim and Nepal Himalayas, Khasia Mountains … 1855: Illustrations of Himalayan plants 1855: Flora indica, with Thomas Thomson 1858: with George Bentham, Handbook of the British flora. ("Bentham & Hooker") 1859: A century of Indian orchids 1862–1883: with George Bentham, Genera plantarum 1870; 1878: The student's flora of the British Isles. Macmillan, London. 1872–1897: The flora of British India 1898–1900: Handbook to the Ceylon flora 1904–1906: An epitome to the British Indian species of Impatiens == Çap olunmuş əsərləri == Hooker J. D. On the flora of Australia: Its origin, affinities, and distribution, being an Introductory essay to the Flora of Tasmania. — L.: Lovell Reeve, 1859 (ing.) Hooker J. D. On the origin and distribution of species: Introductory essay to the Flora of Tasmania // American Journal of Science and Arts.
William Jackson Hooker
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Hoveri
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15–20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Ferdinand Hodler
Ferdinand Hodler (alm. Ferdinand Hodler‎; d. 14 mart 1853, Bern, İsveçrə – ö. 19 may 1918, Cenevrə, İsveçrə) — XIX əsrin ən məşhur İsveçrə rəssamlarından biri idi. Əsərləriylə ekspressionizm sənətçilərinə böyük ölçüdə təsir edən şəxslərdən biri olmuşdur. == Həyatı və fəaliyyəti == Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi. Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi.
Holger Pedersen
Holger Pedersen(dan. Holger Pedersen; 7 aprel 1867[…] – 25 oktyabr 1953[…], Hellerup[d]) — danimarkalı dilçi. == Həyatı == Holger Pedersen 1867-ci ildə Gelball Koldinqdə anadan olmuşdur. Türkologiyada əski Türk yazılanın araşdırmaqla tanınmışdır. Alim slavyan dilləri üzərində də tədqiqat aparmışdır. Hind-avropa dilləri ilə bağlı araşdırmalarının müəllifidir. Pedersen hind-avropa dillərinin fonetikasına. Hind toxar, kelt və erməni dillərinə aid əsərlər yazmışdır. Onun “Vergleichende Grammatik der keltischen Sprachen” (ikicildlik, 1908- 1911), “Albanische Texte mit Glossar” (1895) “Russische Grammatik” (1916) və s. əsərləri məşhurdur.
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Horner sindromu
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır. == Əlamətlər == Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır: ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması Mioz - göz bəbəyinin daralması Enoftalm- göz almasının çuxura düşməsi Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması) == Əmələ gəlmə səbəbləri == Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər. == Patogenezi == Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir. Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
Hozier (müğənni)
Andryu Hozier-Birn (17 mart 1990, Brey) — İrlandiyalı müğənni. Hozier adlı ilk albomu 19 sentyabr, 2014-cü ildə çıxmışdır. == Həyatı və karyerası == === İlk illəri === Musiqi ilə əlaqədar ailədə doğulan Hozier, 2009-dan 2012-yə qədər Anuna adlı musiqi qrupunda üzv olmuşdur. O, həmin qrupun Hollandiya və Norveçdə olan konsertlərində də iştirak etmişdir. === Solo karyerası === 2013-cü ildə Hozier Take Me To Church adlı mahnısını yayımladı və bu mahnı onu məşhurlaşdırdı. Bu mahnı həmçinin 57-ci Qremmi mükafatının "2015-ci ilin Ən yaxşı Mahnısı" mükafatına namizəd olub. Daha sonra isə ''Work Song'', '' From Eden'' kimi mahnıları da yayımlanmışdır.
Hyuel Houzer
Hyuel Houzer (ing. Huell Burnley Howser; 18 oktyabr 1945 – 6 yanvar 2013, Palm-Sprinqs, Kaliforniya) — ABŞ aktyoru.
Inula hookeri
Inula hookeri (lat. Inula hookeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Ligularia hookeri
Ligularia hookeri (lat. Ligularia hookeri) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Pleurothallis hookeri
Acianthera strupifolia (lat. Acianthera strupifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Humboltia strupifolia (Lindl.) Kuntze Pleurothallis strupifolia Lindl.
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885–1889, 1893–1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860–1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928–1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Sarcoclinium hookeri
Agrostistachys hookeri (lat. Agrostistachys hookeri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin agrostistachys cinsinə aid bitki növü.
Berberis hookeri
Hoker zirinci (lat. Berberis hookeri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır. == Botaniki təsviri == Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir.
Phocarctos hookeri
Adi Yeni Zelandiya dəniz şiri (lat. Phocarctos hookeri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin yeni zelandiya dəniz şiri cinsinə aid heyvan növü. Erkəkləri qara-qəhvəyi rəngdə olub, 2,5 m uzunluğa malik olurlar. Çiyinlərinin üzərini örtən tüklər səbəbbindən daha iri görsənirlər. Dişilər nisbətən kiçik və açıq-boz rəngə malik olurlar. Onların uzunluğu isə 2 metr təşkil edir. Yeni Zelandiya dəniz şiri əsasən Yeni Zelandiya yaxınlığında subantarktik qurşaq adalarında müşahidə edilir. Bunlara misal Oklend adaları, Sners adaları və Kempbell adaları. Bu canlıların 90% Oklend adalarında yaşayır. Cənub adası sahillərində tək-tük dəniz şirlərinin koloniyalarına rast gəlinir.
Donald Qlover
Donald Qlover (25 sentyabr 1983, Edvards[d], Kaliforniya) — amerikalı aktyor, komediyaçı, müğənni, repçi, yazar, rejissor və prodüser. Səhnə adı kimi "Childish Gambino" təxəllüsündən istifadə edir. O, yaradıcısı olduğu və rol aldığı "Atlanta" serialına görə iki "Primetime Emmy" və iki "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Hörner sxemi
Hörner sxemi (və ya Hörner üsulu) qismət çoxhədlisinin tapılması alqoritmi. Qalıqlı bölmənin tərifinə görə n dərəcəli P ( x ) = a n x n + a n − 1 x n − 1 + . . . + a 1 + a 0 {\displaystyle P(x)={a_{n}}{x^{n}}+a_{n-1}x^{n-1}+...+{a_{1}}+{a_{0}}} çoxhədlisini, x-α ikihədlisinə böldükdə qismət çoxhədlisi n-1 dərəcəli çoxhədli qalıq isə ədəd olur. Q ( x ) = b n − 1 x n − 1 + b n − 2 x n − 2 + . . . + b 1 + b 0 {\displaystyle Q(x)=b_{n-1}x^{n-1}+b_{n-2}x^{n-2}+...+{b_{1}}+{b_{0}}} qismət çoxhədlisinin əmsallarını və qalığı Hörner sxemi adlanan xüsusi üsulun köməyi ilə asan tapmaq olur. == İzahı == Tərifə görə a n x n + a n − 1 x n − 1 + .
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.