Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Howl's Moving Castle
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Holl adası
Holl adası (ing. Hall Island) — Alyaska ştatın qərb sahillərində, Berinq dənizində yerləşən adası. Adanın uzunluğu 9,7 km, ərazisi 16 km², ən yüksək nöqtəsi isə 490 m-dir. 2000-ci il siyahıyaalınmasına görə adanın daimi əhalisi yoxdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. == Bioqrafiyası == Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Tornfield Horl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tornfild Holl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tornfild Horl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Faneyl-holl
Faneyl-holl (ing. Faneuil Hall) — Massaçusets ştatının Boston şəhərində tarixi bina. Sahil və Boston hökumət binasının yaxınlığında yerləşir. 1742-ci ildən bazar və konfrans zalı kimi fəaliyyət göstərir. Samuel Adams, Ceyms Otis və Birləşmiş Krallıqdan müstəqilliyin digər tərəfdarları burada çıxış etmişdilər. Bina hazırda Azadlıq cığırı və Boston Milli Tarix Parkının bir hissəsidir. Bəzən onu "Azadlıq beşiyi" də adlandırırlar. Tarixi Azadlıq cığırındakı on altı nöqtənin on birincisidir.
Owl City
Adam Young 5 iyul 1986-cı ildə ABŞ-də anadan olub. Musiqiçidir. İlk albomu "Ocean Eyes" (Okeanın gözləri) adlanır (2009). Digər albomları: "Maybe I'm Dreaming", "Sky Sailing", "The Midsummer Station", "All Things Bright and Beautiful", "Of June" Əsl adı:Adam Young Ləqəbi:Owl city == Mahnıları == Fireflies Good Time (Carly Rae Jepsen ilə) Vanilla Twilight Hello Seattle Shooting Star When Can I See You Again?
Owl Pharaoh
Owl Pharaoh — amerikalı repçi Trevis Skottun buraxdığı ilk miksteyp. 21 May 2013-cü ildə Grand Hustle Records və Epic Records tərəfindən pulsuz olaraq yayımlanmışdır. Miksteypdə 2 Chainz, T.I., Wale, Toro y Moi, A$AP Ferg, Theophilus London, Paul Wall, James Fauntleroy və Meek Mill-in ifaları yer alıb. == Fon == 2011-ci ildə Trevis "Owl Pharaoh"-u 11 əsas, 2 əlavə mahnı ilə təqdim etdi. Bu versiyaya "Lights (Love Sick)", "Analogue" və "That B!tch Crazy" kimi mahnıları daxil etmək lazım idi. Ancaq bu, Skott-un çox məşhur reperlər və səs prodüserləri olan T.I. və Kanye Vest tərəfindən kəşf edilməsindən əvvəl idi. İkisi ilə birlikdə işlədikdən və layihəni yenidən qurduqdan sonra Skott "Owl Pharaoh"-un GOOD Music-in Cruel Summer (2012) mahnısı ilə eyni ay yayımlanacağını açıqladı. Ancaq o mahnı yayımlanmadı. Skott daha sonra yenidən layihə üzərində işlədi və 22 fevral 2013-cü ili yeni bir tarix kimi təyin etmişdir. Lakin layihə yenə də yayımlanmadı.
Monti Holl problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Krokus Siti Holl
Crocus City Hall — Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalı. Crocus Group-un təsisçisi Araz Ağalarov "Crocus City Hall" konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.
How Crazy Your Love
How Crazy Your Love — Yui albomu.
Əl-Hol uğrunda döyüş
2015-ci ildə Əl-Hol uğrunda döyüş — Suriyada vətəndaş müharibəsi zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) strateji əhəmiyyətə malik Əl-Hol şəhərini və ətraf kəndləri İraq və Şam İslam Dövlətindən (İŞİD) ələ keçirmək üçün başlatdığı hücum əməliyyatı. Bu, üç fərqli bölgədə ayrı-ayrı əməliyyatlardan ibarət idi: Təll-Bərak, Əl-Hol və cənubda Əl-Həsəkə şəhərətrafı. == Nəticəsi == SDQ 30 noyabrda Əl-Həsəkənin cənubunda yerləşən bəndi ələ keçirdikdən sonra cənuba doğru, İŞİD-in Əl-Həsəkə mühafəzəsində son qalası olan Əl-Şəddadə şəhərinə doğru hücumunu davam etdirmişdir. 1 dekabrda ərəb qəbilə liderləri mülki şəxslərin ölümünün qarşısını almaq və şəhərin infastrukturuna daha az zərərərin dəyməsi üçün İŞİD yaraqlılarını şəhərdən çəkilməyini tələb etmişdir. Həmçinin, İŞİD-in Əl-Şəddadə yaxınlığındakı bəzi mövqelərini boşaltmağa başladığı və bəzi İŞİD yaraqlılarının qarşıdan gələn döyüşə hazırlıq məqsədilə ailələrini ərazidən Deyr əz-Zövr mühafəzəsində öz nəzarətində olan ərazilərə köçürdüyü bildirilmişdir. 16 fevralda SDQ strateji əhəmiyyətli Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmək üçün hücuma keçmişdir. 19 fevralda SDQ Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmişdir. 20 fevralda SDQ daha da cənuba doğru irəliləyərək Əl-Fədqəmi kəndini ələ keçirmişdir. 21 fevralda SDF qüvvələri daha da cənuba doğru irəliləyərək Deyr əz-Zövr mühafəzəsinin 16 kilometrinə yaxınlaşaraq Mərkədə qəsəbəsini ələ keçirmişdir. Hücum zamanı SDQ 2400 kvadrat kilometr ərazini İŞİD qüvvələrindən almışdır.
"Krokus Siti Holl"da terakt
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.
How Heavy Are the Dumbbells You Lift?
How Heavy Are the Dumbbells You Lift? (azərb. Qaldırdığın hantellər nə qədər ağırdır?‎) və ya orijinal adı ilə Danberu Nan-Kiro Moteru? (ダンベル何キロ持てる?, azərb. Neçə kiloqram hantel qaldıra bilərsən?‎) – Yabako Sandroviç tərəfindən yazılan idman manqa seriyası. Seriya, 2016-ci ilin avqust ayından bəri Shogakukan nəşriyyatının Ura Sunday jurnalında və və MangaONE tətbiqində nəşr olunur. Doga Kobo tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2019-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == 17 yaşlı orta məktəb şagirdi Hibiki Sakura adi, lakin qarınqulu bir qızdır. Yavaşca genişlənən belinin paltarında problem yaratdığını başa düşərək yaxınlıqdakı idman salonuna yazılmaq qərarına gəlir.
That's How You Write a Song
That's How You Write a Song (azərb. Mahnını bu cür yazmalısan‎) — Norveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Aleksandr Rıbak "That's How You Write a Song" mahnısı ilə Norveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Fank üslubunda ifa olunan mahnı Rıbakın özü tərəfindən bəstələnmişdir.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.
Chown
chown (change owner - sahibini dəyiş) — *nix sistemlərində faylın sahibini dəyişdirmək üçün istifadə olunan komandadır.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki. Mildrid Ceyn Hill — "Good Morning to All" ( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən Silent Hill Kennet Hill — Avstraliya botaniki.
Hiwi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Atlanta Hoks
Atlanta Hoks — Corciya ştatının Boston Atlanta şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir. Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. == Yerləşməsi == Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996.
Casper Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Ceraldin Doyl
Ceraldin Hoff Doyl (31 iyul 1924-cü il — 26 dekabr 2010-cu il)
Coel Filds
Coel Filds — amerikalı serial ssenaristi.
Homo
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
Homs
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Hoğa
Üçbulaq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Füzuli rayonunun Hoğa kəndi Üçbulaq kəndi adlandırılmışdır. Kənd 1992-ci il martın 31-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişində işğaldan azad olunmuşdur. == Tarixi == Kəndin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Osmanlı qaynağında Hoğa kəndi haqqında bilgi var. 1727-ci ilə bağlı qaynaqda yazılır: "Dizaq nahiyəsinə tabe olan Hoğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinc əkirdilər. Baramaçılıqla ilgilənənlər də vardı.
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. == Hökmün ümumi səciyyəsi == İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.