HƏML

is. [ ər. ] klas. Yük, ağırlıq.
◊ Həml etmək1) isnad etmək, izah etmək, yazmaq, aid etmək, səbəbini bir şeydə görmək. Minanın hərəkətini dəli olduğuna həml etdilər. Çəmənzəminli;
2) boynuna qoymaq, üzərinə yükləmək.
[Haşım:] Əgər iki min manata tamah edib bu məsləhətlərə dəyişməsəydim, həm [pulu] əlimdən dərviş alacaqdı, həm burada boynuma bir cinayət həml edib, məni hökumətə təslim edəcəkdilər… B.Talıblı.

HƏMKƏNDLİ
HƏMLƏ
OBASTAN VİKİ
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
Həmlabad (Ərdəbil)
Həmlabad (fars. حمل اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,041 nəfər yaşayır (227 ailə).
Həmli buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Həmlə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.

Digər lüğətlərdə