Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Humanz
Humanz — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın beşinci studiya albomu. 28 aprel 2017-ci ildə Parlophone tərəfindən buraxılıb.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Human Teatrı
Human Teatr — Bakıda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Müstəqil "Human" teatrı pantomima ustası, keçmiş "Simsar" teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə Bakı şəhərində yaradılmışdır. Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılmışdır..Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası oldu. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib. == Aktyor heyəti == Pərviz Məmmədrzayev Şamil İbrahimov Rəfiqə Məmmədova Elgün Həmidov == Repertuarı == Slovamir Mrojek - Üçüncü (Karol əsəri əsasında) S.A.Yesenin - Anqleter 1925 (Qara adam poeması əsasında) P.Məmmədrzayev - Mənim == Nailiyyətləri == Türkiyə teatrlar birliği, İnternational Unitsin üzü seçilib.
Səyid Human
Səyid Human (1 yanvar 1992) — Pakistanlı xizək yürüşçüsü. Səyid Human Pakistanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Səyid Human birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Human 45:19.1 saniyəlik nəticəsi ilə 119 atlet arasında 108-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
The Humans (qrup)
The Humans — Rumıniyanın Buxarest şəhərində yaradılmış musiqi qrupu. Qrupun tərkibində vokalist Kristina Karamarku, gitaraçı Aleksandru Çismaru, klavişli musiqi alətlərin ifaçısı Aleksandru Matei, bassist Alin Neaqoe və təbilçi Adi Tetrade yer almışdır. Onlar "Goodbye" mahnısı ilə Rumıniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün müsiqi bəstələmişlər.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. == Musiqili video == Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır. Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi‎) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib. == Tarixi == Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.
Goodbye (The Humans mahnısı)
Goodbye (azərb. Sağ olun‎) — Rumıniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. The Humans qrupu "Goodbye" mahnısı ilə Rumıniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi The Humans qrupunun üzvləri Matei Aleksandru və Alin Neaqoeyə, sözləri isə qrupun vokalisti Kristina Karamarkuya aiddir.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d], Brüssel paytaxt vilayəti[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Huanhe
Huanhe (çin 黄河, pinyin Huáng Hé – Sarı çay, q.türk Yaşıl Ögüz) — Çində çay. Musson yağışları ilə qidalanır. Bu səbəbdən yay aylarında daşır. Daşqınlar zamanı çay ətrafında fəlakətli təbiət hadisəsi yaranır. Milyonlarla hektar əkin sahəsiməhv olur. Bu çaydan qış aylarında suvarmada istifadə edilir. Huanhe çayı hövzəsi əhalinin tarixən sıx məskunlaşdığı və dünyada ən mühüm əkinçilik rayonlarından biridir.
Humanyze
Humanyze (əvvəllər: Sociometric Solutions) — insan üzrə analitik proqram təminatçısı. 2010-cu ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində, Massaçusets Texnologiya İnstitutu (MTİ) doktorantları Ben Vaber, Daniel Olkvin, Taymi Kim, Tomas Yaanu və MTİ professoru Aleks Pentland tərəfindən qurulmuşdur.
Humenne
Humenne (slovak. Humenné, ukr. Гуменне, alm. Homenau‎, mac. Homonna, keç. rus. Гумённое) — Slovakiyanın şərqində şəhər. Preşov bölgəsinin inzibati mərkəzidir. Əhalisi 35 min nəfərdir.
Hurand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Huxanye
Huxanye (v. e.ə. 30) — Hunların XIV şanyüsü. Huxanye əyanların dəstəyi ilə üsyan qaldıraraq hakimiyyətə gəlmişdi. Əvvəlki adı Tsihouşan idi. Eramızdan əvvəl 57-ci ildə Hun dövlətində 5 şanyü var idi və hamısı hökmdarlığa iddialı idi. Çuki, Hüge, Utzsi, Yuydi özünü şanyü elan etmişdi. Bu şəxslərin hamısı Mete xaqanın ayrı qadınlardan olan nəvələridi idi. Çuki əvvəlcə Hüge, Utzsi və Yuydinin müttəfiq ordularına qarşı vuruşmağa başladı və məğlub olaraq qaçdı. Yuydi isə Huxanyeyə tabe olduğunu bildirdi.
Duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Humay
Humay — qadın adı.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Erina Yamane
Erina Yamane (d. 20 dekabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Evelyn Hamann
Evelyn Hamann (ing. Evelyn Hamann; 6 Avqust 1942 - 28 Oktyabr 2007) — Alman aktrisa.
Gürumdərə (Hurand)
Gürumdərə (fars. گورم درق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).
Hovin (Hurand)
Hovin (fars. هوين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (18 ailə).
Hurand şəhristanı
Hurand şəhristanı — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Hurand şəhəridir. İndiki Hurand şəhristanının ərazisi 2013-cü ilədək Əhər şəhristanının tərkibində (Hurand bəxşi olaraq) yerləşirdi. 2013-də keçmiş Hurand bəxşinin ərazisi Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan olaraq təyin olundu.
Huridərə (Hurand)
Huridərə (fars. حوريدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 487 nəfər yaşayır (115 ailə).
II Huxanye
Şanyü II Huxanye və ya Pi (v. 55) — Cənub Hun İmperiyasının ilk imperatorudur. Panuya üsyan edərək Çindən vassal asılılığı qəbul etdi. 55-ci ildə vəfat etdi.
Kuran (Hurand)
Kuran (fars. كورن‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (114 ailə).
Gümanc
Aşağı Gümanc (Təbriz)
Kuranə
Kuranə (Urmiya)
Həmasə
Həmasə (ərəb. حماسة‎) — VI-IX əsrlər ərəb klassik şeir nümunələrindən ibarət olan antologiya, döyüşçülərin həyatından bəhs edən şeir toplusu. == Etimologiya == Ərəb sözü olub, "həmas" sözündən götürülmüşdür. Mənası "şücaət", "igidlik", "cəsarət" deməkdir). eyni kökdən yaranan "həmasə" "müharibə şücaətini, qəhrəmanlığını əks etdirən şeir", "həmasət" isə "qəhrəmanlıq, cəsarət, igidlik şeiri", "həmasiyyət" "qəhrəmanlıq dastanı" deməkdir. == Ədəbiyyatşünaslıqda == Klassik şeir nümunələrindən ibarət olan antologiyalarda ərəb döyüşçülərinin şücaətinə həsr olunmuş birinci bölmələrin adından götürülmüşdür. Əsas şeir janrlarından biri olan həmasə qəhrəmanlıq, igidlik şeirləridir. Bu, ərəbin ruhuna olduqca yaxın bir şeirdir. Janrın ən gözəl nümunələrini ərəblərin əfsanəvi cəngavər şairi Əntərə ibn Şəddad yaradıb. Bu şeirlərdə döyüş səhnələri təsvir olunur, düşmənin sel kimi axan qanından, təşviş içində qaçmasından bəhs edilir, qılınc və qalxanların cingiltisi eşidilir, nizələrin parıltısı təsvir olunur.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Dücanə Cündioğlu
Dücanə Cündioğlu (d. 21 yanvar 1962) — Türkiyənin İstanbul şəhərində anadan olmuş yazar, mütəfəkkir və filosofdur. == Həyatı == 2 aprel 1980-ci ildə başladığı yazı həyatına müxtəlif dərgi və qəzetlərdə məqalələr yazaraq davam etdi. 1981-ci ildən Quran elmlərini əsas məşğuliyyət sahəsi olaraq seçdi. Uzun müddət Tarix, Məntiq, Kəlam və Fəlsəfə dərsləri verdi. Bir müddət Berlində yaşamışdır. == Əsərləri == "Həqiqət və Xurafat" (1999) "Dairəyə Dair" (2007) "Göz İzi" (2007) "Hz.