human

adj. insanpərvər(cəsinə); insani, insaniyyətli, insaflı
huldvoll
Humanismus
OBASTAN VİKİ
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Human Teatrı
Human Teatr — Bakıda fəaliyyət göstərən peşəkar teatr. Müstəqil "Human" teatrı pantomima ustası, keçmiş "Simsar" teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə Bakı şəhərində yaradılmışdır. Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılmışdır..Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası oldu. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib. Pərviz Məmmədrzayev Şamil İbrahimov Rəfiqə Məmmədova Elgün Həmidov Slovamir Mrojek - Üçüncü (Karol əsəri əsasında) S.A.Yesenin - Anqleter 1925 (Qara adam poeması əsasında) P.Məmmədrzayev - Mənim Türkiyə teatrlar birliği, İnternational Unitsin üzü seçilib.
Səyid Human
Səyid Human (1 yanvar 1992) — Pakistanlı xizək yürüşçüsü. Səyid Human Pakistanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Səyid Human birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Human 45:19.1 saniyəlik nəticəsi ilə 119 atlet arasında 108-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün müsiqi bəstələmişlər.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır. Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi‎) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib. Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.
Errare humanum est
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Goodbye (The Humans mahnısı)
Goodbye (azərb. Sağ olun‎) — Rumıniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. The Humans qrupu "Goodbye" mahnısı ilə Rumıniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi The Humans qrupunun üzvləri Matei Aleksandru və Alin Neaqoeyə, sözləri isə qrupun vokalisti Kristina Karamarkuya aiddir.
Gəncə Humanitar Kolleci
Gəncə Humanitar Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Peşə təlimi; Musiqi müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Dizayn; Maliyyə işi; Bədən tərbiyəsi və idman. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Humanitar Kolleci Gəncə Texniki Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Humanitar elmlər
Humanitar elmlər — analitik və tənqidi metodlardan istifadə edərək insan həyatının mənəvi, idrak, mədəni, ictimai sahələrdə tələblərini öyrənən elmlər toplusu. Təbiət elmləri ilə istifadə üsulları (orada emprik üsullardan istifadə edirlər) və predmetinə görə kəskin fərqlənir. Predmetinə və metodologiyasına görə İctimai elmlərlə kəsişsə də onunla da fərqli sahələri vardır. Antropologiya Jurnalistika Mədəniyyətşünaslıq Tarix Kulturologiya Liqvistika Ədəbiyyatşünaslıq Elmşünaslıq Pedaqoqika Politologiya Hüquq Psixologiya Sosiologiya Filologiya Fəlsəfə Esterika Etika Etnoqrafiya Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, "Zəkioğlu" nəşr, 544 səh.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Humanizm
Humanizm — (lat. humanitas — "insanlıq", humanus — "insani", homo — "insan") — insanın öz həyatının məzmununu və formasını müəyyən etmək hüququna və öhdəliyinə malik olduğunu iddia edən demoktarik və etik həyat mövqeyidir. Humanizm insanın bilik və bacarıqlarından istifadə etməklə insani və digər ali dəyərlərə söykənən etika əsasında daha humanist cəmiyyətin yaradılmasına səsləyir. Humanizm teizm elementlərini özündə ehtiva etmir və dini dünyagörüşünü inkar edir. Humanizm insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada ateizm və aqnostizmlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir. Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil.
Humanoid robotlar
Humanoid robotları xarici görünüşünə görə insan formasına və buna uyğun konstruksiyaya malik olan robotlardır. Çox vaxt bu robotlarda hərəkət insanda olan oynaqların vəziyyəti və hərəkət formasına uyğun reallaşdırılır. Human robotları digər robotlardan fəqrli olaraq iki ayaqla hərəkət edir. İnsanla eyni bənzərə malik robotlar androidlərdir. Müasir robotların təkcə hərəkəti yox, həm də situasiyalarda qərar qəbuletmə qabilliyətinə malik olması üçün onların hərəkəti süni intellektlə idarə olunur. İldən-ilə bu sahənin inkişafı humanoidlərin daha intellektli olması üçün baza yaradır. Bu sistemlər “yaşama” dövründə nəzarət, interaksiya və kommunikasiya sayəsində öyrənir və bilik bazasını zənginləşdirir. Əlbəttə belə mürəkkəb hərəkət həssas, dəqiq senzorların köməyi ilə həyata keçirilir. Humanoid robotlar hələ ki, yalnız elmi tədqiqat obyekti olaraq qalır. Gələcəkdə bu robotlardan sənayedə və məişətdə istifadə etmək planlaşdırılır.
Humanyze
Humanyze (əvvəllər: Sociometric Solutions) — insan üzrə analitik proqram təminatçısı. 2010-cu ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində, Massaçusets Texnologiya İnstitutu (MTİ) doktorantları Ben Vaber, Daniel Olkvin, Taymi Kim, Tomas Yaanu və MTİ professoru Aleks Pentland tərəfindən qurulmuşdur.
K. Karasayev adına Bişkek Humanitar Universiteti
Bişkek Dövlət Universiteti (BDU) — Bişkekdə yerləşən Qırğızıstan Respublikasının Universiteti. Ən böyük multidisipliner humanitar universitetdir. 1992-ci ildə Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutunun bazasında qurulmuşdur. Universitetdə Şərqşünaslıq və Beynəlxalq Münasibətlər; Alman filologiyası; məlumat, sosial iş və psixologiya; Qırğız-rus; Türkologiya, ekologiya və idarəetmə; Sosiologiya və idarəetmə şöbələri var. Universitetin 33 şöbəsi 40 ixtisas üzrə mütəxəssis hazırlayır. Tələbələr İngilis, Yapon, Ərəb, İbrani və digər dillərdə tədris olunurlar. Hal-hazırda BDU üç institutdan, 9 fakültədən, bir kollecdən və liseydən ibarətdir. Universitet 28 ixtisas üzrə mütəxəssis, bakalavr və magistr hazırlayır. Adına BDU-da tədris prosesinin təşkili K. Karasayev Dövlət təhsil standartı və Dövlət təhsil standartı və N2 AL 339 nömrəli Dövlət lisenziyası əsasında həyata keçirilir. Universitet 1979-cu ildə, Qırğızıstan SSR-in hələ Sovet İttifaqının tərkibində olduğu vaxtda qurulmuşdur.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Lənkəran Dövlət Humanitar Kolleci
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec (Əvvəlki adı:Lənkəran Dövlət Humanitar Kolleci)— Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Lənkəran Məktəbəqədər Pedaqoji və Lənkəran Musiqi texnikumları birləşdirilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır. 11 iyul 2020-ci ildə Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Texnologiya müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Mühasibat uçotu; Arxiv işi və kargüzarlıq; Meşə və meşə-park təsərrüfatı; Muzey işi və abidələrin muhafizəsi; Aqronomluq.
New College of the Humanities
New College of the Humanities — Londonda yaradılması gözlənilən və Oksford və Kembric universitetlərinə ciddi rəqib olacağı gözlənilən özəl universitet layihəsi.
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
The Humans (qrup)
The Humans — Rumıniyanın Buxarest şəhərində yaradılmış musiqi qrupu. Qrupun tərkibində vokalist Kristina Karamarku, gitaraçı Aleksandru Çismaru, klavişli musiqi alətlərin ifaçısı Aleksandru Matei, bassist Alin Neaqoe və təbilçi Adi Tetrade yer almışdır. Onlar "Goodbye" mahnısı ilə Rumıniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Vyetnam Sosial və Humanitar Elmlər Universiteti
Vyetnam Sosial və Humanitar Elmlər Universiteti — Vyetnamın ali təhsil müəssisələrindən biri. Ölkəsinin ən böyük universitetlərindən biridir. Rektoru Prof. Dr. Nguyen Van Khanhdır. Universitetdə 16 fakültə və 12 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Universitetdə 12.000-dən artıq tələbə təhsil alır. Universitetin məzunlarının bir çoxu Vyetnamda yüksək dövlət vəzifələrində çalışır.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı — Bakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır. Çap versiyası: ISSN: 2223-2613 Elektron versiya: E-ISSN: 2223-2621 "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Web of Science (Thomson Reuters/Clarivate Analytics) bazası tərəfindən indeksləşdirilmişdir (bu mənada Humanitar və Spposial elmlər sahəsində Azərbaycanda tək elmi jurnaldır). Jurnal həmçinin Scirus (Elsevier), DuraSpace, DOAJ, İnfoseek, IndexCopernicus, Genamics və s. kimi çocsaylı nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı 1998-ci ildən ildə 4 dəfə, "Azərbaycan Araşdırmaları Jurnalı" adı altında çap olunan jurnalın davamıdır. 2011-ci ilin birinci nömrəsindən başlayaraq,yeni ad altında çap olunan bu nəşr tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət, fəlsəfə, dil və ədəbiyyat, iqtisadiyyat və hüquq sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və rəyə göndərilir.
İntibah humanizmi
Qərbi Avropanın humanist yazıçıları daha ədalətli quruluş arzulayırdılar. Belə humanistlərdən biri ingilis yazıçısı Tomas Mor (1478-1535) idi. O, hüquqşünas idi. 1516-cı ildə "Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında qızıl kitab" nəşr etdirdi. Kitabda xüsusi mülkiyyət olmayan "Utopiya" adası təsvir edilir. Tomas Mor bu cəmiyyəti qurmağın yolunu bilmirdi. Ona görə də, sonralar həyata keçilməz arzunu utopiya ("olmayan yer") adlandırdılar. Fransanın humanist, satirik yazıçısı Fransua Rable (14941553) "Qarqantua və Pantaqruel" kitabında kral və mənasız müharibələri ifşa etmişdir. XVI əsrin sonunda ingilis xalqı teatrı çox sevirdi. Londonda 10-a qədər teatr var idi.

Digər lüğətlərdə