Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşraqilik
İşraqilik—Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən yaradılan fəlsəfi və teosofik təlim. Müsəlman dünyasında fəlsəfənin nüfuzunu itirməsi və sönük sahəyə çevrilərək tarix səhnəsindən silinməsi faktı təhlil edilərkən əsas səbəb kimi Əbu Hamid əl-Qəzalinin islam fəlsəfəsi əleyhinə fundamental çıxışı göstərilir. Amma biz bunu təqlidi-emosional yanaşmanın meydana çıxardığı arqument hesab edirik. Düzdür, Qəzalinin fəlsəfəyə qarşı çıxmasından sonra müsəlman ziyalıları arasında bu elmlə məşğul olmaq öz aktuallığını itirmişdi. Lakin bəzi müəlliflərə görə, Qəzalinin tənqidlərindən sonra Şərqdə nüfuzunu itirən təlim rasional məşşailik fəlsəfəsi olmuşdur. Bir tərəfdən, İbn Rüşdün ölümündən sonra məşşailik süqut etmiş, digər tərəfdən, yeni fəlsəfi təlim – işraqilik təşəkkül tapmışdı. İşraqilik “məşşailik və işraqilikdə dərya olan” “şeyx əl-məqtul” (öldürülmüş şeyx), “şeyx əş-şəhid” (şəhid şeyx), “əl-feyləsuf əl-məqtul” (öldürülmüş filosof) (5, 6) və “şeyx əl-işraq” ləqəbləri ilə tanınan Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154-1191) tərəfi ndən qurulmuşdu. İşraqilik bilikləri kəsbdə mistik təcrübə (zövq) və intuisiyaya (kəşf, həds) əsaslanan teosofi k təlim idi və rasional məşşailik fəlsəfəsinin antipodu sayılırdı. XII əsrdən sonra Şərqdə fəlsəfi düşüncəni təmsil edən işraqilik Şührəvərdinin, Şəmsəddin Şəhrəzurinin (vəfatı - 1288), İbn Kəmmunənin (1215- 1284), Qütbəddin Şirazinin (1236-1310), Nəsirəddin Tusinin (1201-1274), Cəlaləddin Dəvvaninin (1427- 1502), Məhəmməd Baqir Mir Damad (1551-1631) və Molla Sədranın (1571-1640) timsalında məşşailiyin süqutundan sonra da öz mövcudluğunu davam etdirmişdir. İşraqiliyin islam metodoloji fikri tarixindəki yerini müəyyənləşdirmək üçün bu məktəbin nümayəndələrinin həqiqəti kəsb və biliyi hasil məqsədilə istifadə etdikləri metodları öyrənmək lazımdır.
Əzraqilər
Əzraqilər — VII əsrin sonlarında yaranmış İslamın xaricilər hərəkatının ifrat qolunun davamçıları. Təriqətin banisi Əbu Rəşid Nafi ibn əl-Əzraqdır. Hənifənin oğulları Xaricilərin ən güclüsü və sayca çox olan qolu olmuşdur. Abdullah ibn Zübeyr və Əməvilərdən ilk zərbəni onlar almışdılar. Abdullah ibn Zübeyrin və Əməvilərin sərkərdələri Nafinin başçılıq etdiyi xariclərlə on doqquz il vuruşdular. Nafi döyüş meydanında öldürülmüşdür. Ondan sonra hərəkata oğlu Ubeydullah başçılıq edir. Daha sonra rəhbərlik Qətər b. El-Fucaeyə keçir. Qətərin dövründə Əməvilər adından Xariclərə qarşı vuruşan şəxs Əməvilərin Əl-Muhalləb ibn Əbi Sufra adlı dahi sərkərdəsi idi.
Qədim ibranilər
İbranilər - Sami dil ailəsinə məxsus qədim xalq. Sami dil ailəsinin üzvü olan ibranilər tarixin səhnələrində ilk dəfə Mesopotamiyada görünmüşdülər, Bibliyaya görə ibrani patriarxı İbrahimin ailəsi şumerli olmuşdur. Mənşə etibarilə ibranilər maldarlıqla məşğul olan köçəri xalq olmuşdular, təəccüblü deyil ki, məhz buna görə onların məskunlaşdıqları ərazini dəqiqliklə təyin etmək çətindir. Bunu demək kifayətdir ki, onlar təxminən e.ə. 1900 və 1500-cü illər arasında Mesopotamiyadan Cənubi Suriyaya (daha sonra həmin ərazi Xanaan yaxud Kənan adlandırılmışdı) və daha sonra isə Misirə köç etmişdilər. Həmin əsrlər ərzində İbrahimin nəvəsi Yaqubun soyundan gəldiyini iddia edən bir ibrani tayfası Yaqubun digər adının şərəfinə özünü “israilli” adlandırmağa başladı. Yaradılış kitabına görə Yaqub bütün gecəni bir mələklə güləşdikdən sonra “tanrının əsgəri” mənasına gələn “İsrail” adını almışdı. İbranilər təxminən 3 əsr ərzində Misirdə qaldıqdan sonra Misir imperiyası qurmağa çalışan və ev iqtisadiyyatını davam etdirmək üçün daha çox qula ehtiyac duyan Yeni Padışahlığın fironları tərəfindən qula çevrildilər. İbranilər təxminən e.ə. 1250-ci ildə onların Misir sərhədlərindən Sinay yarımadasına (Misir və Xanaan arasında yerləşən səhralıq ərazi) kütləvi qaçışına başçılıq edən qəhrəman Musanın simasında yeni lider tapdılar.
İranın İsrailə zərbələri (2024)
İranın İsrailə zərbələri və ya "Doğru vəd" əməliyyatı (fars. وعده صادق‎‎) — İran və onun dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən İsrailə qarşı 13 aprel 2024-cü ildə başlayan və ertəsi gün, 14 apreldə başa çatan raket və dron zərbələri. Bu, İran-İsrail münaqişəsi başlayandan bəri iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. 14 aprel səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz kimi qiymətləndirir. İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib. BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib.
2023-cü ildə İsrailə hücumların inkarı
2023-cü ildə İsrailə hücumların inkarı — 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu etməsinin inkar edilməsi. "Washington Post" əməkdaşı Elizabet Dvoskinin fikrinə görə, 7 oktyabr hücumların tarixin ən yaxşı sənədləşdirilmiş terror hücumlarından biri idi. Burada həmçinin, hücum edən HƏMAS yaraqlılarının smartfon kameraları və "GoPro"larından əldə olunan dəlillər də mövcuddur. Dvoskin hücumların ümumiyyətlə baş vermədiyini və ya saxta bayraq əməliyyatları olduğunu bildirən sui-qəsd nəzəriyyələrinin mövcud olduğunu bildirir. Dvoskin yazmışdır ki, bəzi yəhudi liderləri və tədqiqatçıları 7 oktyabr hadisələrinin inkarını Holokostun inkarı ilə müqayisə etmişlər. İsrailin Qanunvericilik Məsələləri üzrə Nazirlər Komitəsi tərəfindən təsdiqlənən İsrail qanunvericilik təklifi 7 oktyabrda baş vermiş hücumları inkar edən və ya onlara dəstək verən şəxslərə beş il həbs cəzası verilməsini nəzərdə tutur. "Washington Post" əməkdaşı Elizabet Dvoskinin fikrinə görə, 7 oktyabr hücumların tarixin ən yaxşı sənədləşdirilmiş terror hücumlarından biri idi. Burada həmçinin, hücum edən HƏMAS yaraqlılarının smartfon kameraları və "GoPro"larından əldə olunan dəlillər də mövcuddur. Dvoskin hücumların ümumiyyətlə baş vermədiyini və ya saxta bayraq əməliyyatları olduğunu bildirən sui-qəsd nəzəriyyələrinin mövcud olduğunu bildirir. 2024-cü ilin yanvarına olan məlumata görə, hücumların əsas faktlarını inkar edən və baş verən zorakılığı minimuma endirən, ya da onun mənşəyini mübahisələndirən saxta və çaşdırıcı hekayələr yayan kiçik, lakin böyüyən bir qrup mövcud olmuşdur.