Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
İlişdin (film, 1898)
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
İmam Əliyyən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Sümük iliyi
Sümük iliyi — Qanın bütün formalı elementləri — Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar. Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.
İlyin itburnusu
İlyin itburnusu (lat. Rosa iljinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 1,5 m-dək olan koldur. Gövdəsinin qabığı; yaşılımtıldır, budaqları seyrəkdir. İynələri tək-tək, uzunluğu 4-6 mm, oraqvari-əyilmişdir. Yarpaqları iri, uzunluğu 8-10 sm, 7 ədəd xırda yarpaqlı, raxisi çılpaq, seyrək vəziciklidir, vəzicikləri gövdəciklidir. Xırda yarpaqları dərili, uzunluğu 12-18 mm, eni 8-12 mm, hər tərəfdən çılpaq və hamar, kənarları sadə dişli və vəziciklidir. Yalançı zoğların uzunluğu 10-12 mm, enli-lansetvari, kənarları vəzicikli, hər tərəfdən çılpaq və hamardır. Çiçək saplağının uzunluğu 10-15 mm, vəziciklidir (tükcükləri yoxdur).
İlyin xulu
İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir. D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur. Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır.
İvan İliçin ölümü
İvan İliçin ölümü - Lev Tolstoyun 1886-cı ildə yazdığı realist roman. Roman Tolstoyun həyatının son dövründə ortaya qoyduğu yeni əxlaq anlayışının ilk nümunələrindən biri hesab olunur. L.Tolstoy bir məktubunda qeyd edir ki, bu əsər adi bir adamın adi ölümünün öz gözündən təsviridir. Əsər İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulmuşdur. Əsər sırf maddi mənfəətə köklənmiş bir həyatın mənasızlığını, mənfəətin bitdiyi və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir. Tolstoyun 1870-ci illərin sonuna doğru özüylə girişdiyi ağır hesablaşma nəticəsində girdiyi çətin böhranın ardından qələmə aldığı romanın ilk səhifələrindən görünür ki, İliçin evlilik həyatında atdığı səhv addımlar və həyatında yanlış insanların olması həyatını mənasızlaşdıran başlıca ünsürlərdir.
İliçin döyünən qəlbi (film, 1967)
At ilinin birinci ayı (film, 1993)
At ilinin birinci ayı tammetrajlı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film 20 yanvar hadisələrindən bəhs edir. Əsas rolları Kamal Xudaverdiyev, Aqşin Vəlixanlı, Elxan Ağahüseynoğlu, Ramiz Novruz, İlqar Vəliyev və Loğman Kərimov ifa edirlər. == Məzmun == Film 20 yanvar hadisələrindən bəhs edir.
İlayın kitabı (film, 2010)
İlayın kitabı (ing. The Book of Eli) — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Filmin rejissorları Hyuz qardaşlarıdır. Denzel Vaşinqton "İlay" personajının rolunu canlandırmışdır. «İlayın kitabı» — Internet Movie Database saytında.