Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astragalus gilmanii
Astragalus gilmanii (lat. Astragalus gilmanii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
İlani (Bükan)
İlani (fars. ايلاني‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (29 ailə).
İdmançı
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Almancı
Almancı — Almaniyada yaşayan türklərə aid edilən türkcə epitet. == Tarixi == "Almancı" termini türkcə "alman" sözünün kiçildilməsidir. Əvvəlcə 1960–1970-ci illərdə qastarbayter adı ilə Almaniyaya səyahət edən türk miqrantlara aid edilir, lakin sonradan bu termin daha geniş məna və konnotasiyaları əhatə etmək üçün təkamül etmişdir. Sonralar bu termin daha çox Almaniyada yaşamaqdan zövq alan, öz vətənlərinə istirahət yeri kimi baxan, ifrat milliyətçi, radikal islamçı və Ərdoğan tərəfdarı kimi baxılan Almaniyada yaşayan stereotipik türklərə aid bir termin olmuşdur. Bu termin bəzən Almaniyadakı türklər arasında materializm, mədəni yadlaşma və orijinallığın olmaması mənasını vermək üçün aşağılayıcı mənada istifadə olunur.
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 213 nəfərdir. Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Langi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Dəniz limanı
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Hava limanı
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Heydərpaşa limanı
Heydərpaşa limanı — İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən, əsasən yükdaşıma üçün nəzərdə tutulmuş liman. Limanda 250.000 ton daşıma tutumuna malik bir kran, 3 dəmiryolu bərəsi, 3 ədəd 2500 at gücündə sənaye kəndiri və 2 ədəd bağlama qayığı mövcuddur. Hal-hazırda, Mərmərə Bölgəsindəki ən böyük konteyner limanı və illik altı milyon metrik ton (MT) yük həcmini transferi ilə Mərsin və İzmir limanından sonra Türkiyənin üçüncü ən böyük limanıdır. Limanda sərnişin gəmi salonu tikilmişdir. 2017-ci ildən etibarən sərnişin limanı olaraq da xidmət edir. == Tarixi == Limanın tikintisinə 20 aprel 1899-cu ildə Anadolu Dəmiryolları Şirkəti tərəfindən başlanmışdır. Şirkət limanı 24 may 1924-cü ilə qədər istismar etmiş, 31 may 1927-ci ildən etibarən isə liman milliləşdirilərək İctimai təsərrüfat və yaşayış nazirliyi nəzdində olan "Türkiyə Dövlət Dəmiryolları" adlı təşkilatın balansına verilmişdir. 1953–1967-ci illərdə limanın maddi-texniki infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır.
Kobe limanı
Kobe limanı — Hanşin Sənaye Bölgəsində yerləşən Keihanşin ərazisindəki Hyoqo prefekturasındakı Kobe şəhərində Kansa Yaponiyanın dəniz limanıdır. Rokkonun dağı ətəyində yerləşən düz ərazilər məhduddur və Port adası, Rokko adası, Kobe hava limanı və digərlərini yaradılması üçün süni adaların konstruksiyaları həyata keçirilir. == Tarixi == Orta əsr dövründə liman Hyoqo no Tsu (yap. 兵 庫 津) kimi tanınırdı. 1858-ci ildə Amiti və Ticarət müqaviləsi Hyoqqo limanını əcnəbilərə açdı. İkinci Dünya müharibəsi sütunlarından sonra Müttəfiq Qüvvələri, daha sonra Birləşmiş Ştatların Qüvvələri tərəfindən işğal edildi. (Sonuncu 1973-cü ildə dönmüşdür.) 1970-ci illərdə liman dünyadakı ən çox konteynerləri idarə etdi. 1973–1978-ci illərdə dünyanın ən sıx konteyner limanı idi. 1995-ci ildə Böyük Hanşin zəlzələsi nəticəsində limanın şəhər hissəsinin çoxunun məhv edildi və oradakı obyektlərin və xidmətlərin çoxununun fəaliyyətinin dayandırılmasından sonra təxminən 10 trilyon yen və ya 102,5 milyard dollar həcmində zərərl hesablandı və bu Yaponiyanın ÜDM-lərinin 2,5 faizini təşkil edərdi. Kobe sahəsindəki əmlakın yalnız 3% -i zəlzələnin sığortası ilə əhatə olunduğuna görə, itkilərin əksəriyyəti sığortalanmadı, Tokioda isə 16% idi.
Mersin Limanı
Mersin limanı — Türkiyənin ən böyük limanıdır. 1841-ci ildə kiçik balıq ovçuluğu rolunu oynayan Mersin; 1850-ci ildə vilayət, 1865-ci ildə isə il olmuşdur. 1860-ci ildən etibarən körpü inşası əhəmiyyət qazanan mahalda 1886-ci ildə Adana-Mersin Dəmiryolunun da açılmasıyla gələn - gedən gəmi sayında bir artım meydana gəlmiş və bu gəmilərin idxal - ixracatı üçün daha sürətli iş imkanları ortaya çıxarılaraq, Mersin Bələdiyyəsi tərəfindən əvvəl Daş körpüsü, daha sonra gömrük körpüsü inşa edildi. Bununla da, limanın əsası qoyulmağa başlandı. Dəniz ticarətindəki sürətli artım səbəbiylə ciddi bir liman rəhbərliyinə ehtiyac duyulmuş və 29 avqust 1927-ci ildə Seyrisefain qurumunu, Mersin, Tarsus, Seyhan və Ceyhan bələdiyyələri ilə Mersin Ticarət Palatası və Mersin Xüsusi mühasibliyi (Mersin Liman Şirkəti) qurulmuşdur. Şirkətin sərmayəsi 200 000 TL-dən çox olmuşdur. Şirkət meydana gələn təbii fəlakətlər səbəbi zərər görmüş və 1942-ci ildə ləğv qərarı ilə birlikdə Hökumətə dövrü qərarı alınmışdır. 400 000 TL məbləğ ilə Milli Qoruma Qanununun 6-cı Maddəsinə əsasən Dövlət Dəmiryolları və Limanları Əməliyyat Ümumi Müdirliyinə dövrü haqqındakı K / 323 saylı qərar ilə, Nazirlər Kabinetinin 14 may 1942 gün və 5106 saylı Rəsmi Qəzetdə müntəşir 9 May 1942 tarix və 2/17874 Bu qərara görə qəbul edildi. Mersin limanının müasir və təhlükəsiz bir şəkildə inşaasına 3 May 1954 tarixində başlanılmış, inşaat Hollandiya Kral Liman İnşaat Şirkəti tərəfindən həyata keçirilmişdir. Ən yaxın dəniz limanı Adanada, 50 km məsafədədir.
Mius limanı
Mius limanı — Azov dənizinə tökülən Mius çayının estuarisini təşkil edir. Limanın uzunluğu təqribi olaraq 33 kilometrdir. Limanın orta eni 2 km olsa da bəzi hissələrdə en 200metr, ən enli yeri isə 3000 metr təşkil edir. Limanın orta dərinliyi 0,96 metrdir. Su səthinin sahəsi 59 km²-dir. Suyun qabarma və çəkilməsi elədə böyük edildir. Cəmi 60-70 sm təşkil edir. İqlimi Taqanroq körfəzindən kəskin fərqlənmir. Demək olar ki tam eynidir. Mius çayında çoxlu sayda mineral vardır.
Muuqa limanı
Muuqa limanı (est. Muuga sadam, 1993-cü ilə qədər Novotallinski (rus. Новоталлинский) idi) — Estoniyanın şimal-mərkəzi hissəsinin Haryumaa vilayətində, Muuqa körfəzinin sahilində yerləşən ticarət dəniz limanı. Estoniyanın beynəlxalq əhəmiyyətli ən böyük dəniz limanıdır. Maardu şəhərinin inzibati ərazisində yerləşir. Limanın kodu: EE MUU. Tallin limanının bir hissəsidir. Liman ərazisi 5,242,000 m2 quruda və 7.520.000 m2 su üzərində yerləşir. Limana girə biləcək gəmilərin maksimal uzunluğu 300 m, eni 48 m, icazə verilən maksimal keçid enişi isə 13,7 m-dir. Fin körfəzinin bu hissəsindəki naviqasiya şəraiti limanın demək olar ki, il boyu işləməsinə imkan verir. Dəmir yolu əlaqəsi Muuqa — Narva — Sankt-Peterburq dəmir yolu şəbəkəsinin xətti vasitəsilə həyata keçirilir.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Neoseiulus liangi
Neoseiulus liangi (lat. Neoseiulus liangi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qılman İmanlı
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Rotterdam limanı
Rotterdam limanı – Avropada ən böyük limanlardan biridir, Rotterdamda, Cənubi Hollandiya, niderlandlıların şəhərində yerləşir. 1962–ci ildən 2004–cü ilə kimi dünyanın ən çox istifadə edilən limanlarından biri idi. Lakin hazırda bu limanla müqayisədə daha çox Sinqapur və Şanxayın istifadə etdiyi yol işlədilir. 2004–cü ildə Rotterdam dünyada konteynerlərin emal edilməsinə görə yeddinci yer tuturdu. 105 kv.km ərazini əhatə edən Rotterdam limanı hazırda 40 km məsafəyə qədər uzadılmışdır. Bu şəhər limanının mərkəz tarixi hissəsini də təşkil edir. Daxilində Delfshaven, Maashaven, Rijnhaven, Feijnood komplekslərinı də birləşdirir. Limanın ətrafında Nieuw-Mathenesse, Waalhaven, Vondelingenplaat, Eemhaven, Botlek, Europoort, liman boyunca isə Calandkanaal, Nieuwe Waterweg və Scheur (Мааса Nieuwe aid son iki hissədir) yerləşir. Şimal dənizinin kənarında layihələşdirilən və Maasvlakte vilayətində yenidən bərpa edilən yerlər də olduqca çoxdur. XX yüz illiyin birinci yarısında limanın mərkəzi qərbdən şimala doğru köçülürməyə başlanıldı.
Sinqapur limanı
Sinaqapur limanı — Sinqapurun ən əsas gəlir mənbəyidir.Limanın 1819-cu ildə tikintisi başa çatmışdır. Hind okeanından Sakit okeana çıxan gəmilər bu limandan keçir. Buna görə də, Sinqapur limanı 2019-il etibarı ilə 37.8 Milyon nəqliyyat tonajı (TEU) ilə dunyanın birinci ən çox istifadə edilən limanı olmuşdur. Limanın 123 ölkədə 600-dan çox limanla əlaqəsi var.Liman Sinqapur iqtisadiyyatı üçün çox önəmlidir. Çünki bu liman Sinqapur dövlətinə hər il milyardlarla pul qazandırır.
Su idmanı
Su idmanı — su idmanı növlərinin ümumi adı. Su idmanına yelkənli qayıq idmanı, motorlu qayıq idmanı, su polosu, sualtı idman, suya tullanma, üzgüçülük və s. daxildir.
Sumqayıt idmanı
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı. Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu. İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır. Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır. 1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü hokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.
İlanlı (kənd)
İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. 1728-ci ildən mə'lumdur 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.. Azərbaycanda və Ermənistanda "ilan" komponentli çoxlu coğrafi adlar vardır. Azərbaycanda İlanlıdağ (Füzuli rayonu), İlanlı Güney (Kəlbəcər rayonu), İlanlı təpə (Ağdam rayonu, Aşağı Qərvənd k.), İlanlı dərə (Babək, Qazax, Gədəbəy, Masallı rayonları), İlanlı Qobu (İmişli rayonu), İlandağ (Naxçıvan), İlanqaya (Laçın rayonu) və b. Bu toponimlərdə "ilan" sözünün konkret mə'nalarını ayırd etmək çətindir. XIX əsrdə Qars əyalətinin Qars mahalında üç İlanlı kənd adı ilə mənşəcə eynidir. İlanlı kəndin əsasını qoymuş tayfa adıdır. Bu tayfa qədim türkmənşəli Alan tayfasına bağlıdır. Şimali Qafqazda yaşayan qaraçayların və balqarların özünüadlandırmaları "Alan"dır. Ehtimal ki, alanlar eranın əvvəllərində hunların, ya da balqarların tərkibində gəlmişlər.
Aviamodel idmanı
Aviamodel idmanı — uçan modellərin (təyyarələr, planerlər, helikopterlər, raketlər və s.) layihələndirilməsi və istehsalı, və sürət, uçuş müddəti və aerobatika keyfiyyəti üzrə sınaqlarda onlara nəzarət üzrə müsabiqələr. Beynəlxalq Model Təyyarə Komissiyası (1923-cü ildə yaradılmışdır) Beynəlxalq Aviasiya Federasiyasının bir hissəsidir. 1925-ci ildən dünya çempionatı keçirilir.
Euseius liangi
Euseius liangi (lat. Euseius liangi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
İlanlı (Amasiya)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Qars)
İlanlı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 80 nəfərdir (2022).