Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrtica
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır. == Təsviri == Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir. == Tarixi == Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir.
Urtica
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat. dolor — "ağrı", nahiyyədə ağrılarDoplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat.
İltizam
İltizam (ərəbcə التزام) — Osmanlı imperiyasında XV əsrdə tətbiq edilən vergilərin toplanması forması. == Haqqında == Ərəbcə lüzum sözünün kökündən törəyən iltizam sözü lüğətdə "öhdəsinə götürmə, lazımlı sayma, bir tərəfi tutma" kimi mənaları verir. Termin kimi "xüsusi bir şəxsin dövlətə aid hər hansı bir vergi gəlirini toplamağı müəyyən illik ödəniş qarşılığında öhdəsinə götürməsi" deməkdir. Bu vergini toplamaq öhdəliyi olan şəxsə "mültəzim" deyilirdi. İltizamla eyni mənanı verən təəhhüd, ihalə, füruxt terminləri də istifadə edilmişdir. Bugünkü sözlərlə ifadə edilərsə, vergi toplanmasının özəlləşdirilməsi formasında olan iltizam sistemi XX əsrin əvvəllərinə qədər dünyanın bir çox ölkəsində istifadə edilmiş vergi toplanması formasıdır. Bu sistem Osmanlı imperiyasında illik olarraq əyalətlərdə tətbiq olunurdu. XVI əsrin sonlarından başlayaraq uzun müddət davam edən müharibələr və ticarət yollarının dəyişməsi Osmanlı imperatorluğunun iqtisadiyyatını pozaraq xəzinədə nağd pul çatışmamazlığına səbəb oldu. Bu səbəbdən də timar sisteminin tətbiq olunduğu əyalətlərdə də iltizam sistemində vergi daha çox məhsul olaraq toplanılırdı. Fateh Sultan Mehmed dövründən başlayaraq tətbiq olunan iltizam sistemi 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salan tənzimat islahatları ilə toplanan pullar birbaşa xəzinəyə təhvil verilməsi ilə ləğv edildi.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Eleusine indica subsp. indica
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Acacia nilotica
Vachellia nilotica (lat. Vachellia nilotica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == Acacia arabica (Lam.) Willd. Acacia scorpioides W.Wight Mimosa arabica Lam.
Acalypha indica
Acalypha indica (lat. Acalypha indica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü. Növ nəmli və kölgəli yerlərə üstünlük verir və dəniz səviyyəsindən 1350 m yüksəkliyə qədər müşahidə edilir. == Tibbdə == Hindistanın xalq təbabətində Acalypha indica-nın yarpaqlarından sarılığın müalicəsində istifadə olunur.
Aechmea mutica
Aechmea mutica (lat. Aechmea mutica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ageratina illita
Ageratina illita (lat. Ageratina illita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe indica
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Amberboa indica
Goniocaulon (lat. Goniocaulon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Goniocaulon indicum (Klein ex Willd.) Benth ex C.B.ClarkeSinonim Amberboa indica (Klein ex Willd.) DC. Athanasia indica Roxb. Goniocaulon glabrum Cass. Serratula indica Klein ex Willd.
Anemone altaica
Altay əsməsi (lat. Anemone altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Anemonoides altaica
Altay əsməsi (lat. Anemone altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Aristolochia indica
Aristolochia indica (lat. Aristolochia indica) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Artemisia indica
Artemisia indica (lat. Artemisia indica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Athanasia indica
Goniocaulon (lat. Goniocaulon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Goniocaulon indicum (Klein ex Willd.) Benth ex C.B.ClarkeSinonim Amberboa indica (Klein ex Willd.) DC. Athanasia indica Roxb. Goniocaulon glabrum Cass. Serratula indica Klein ex Willd.
Avena mutica
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Cannabis indica
Hindistan çətənəsi (lat. Cannabis indica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü.
Cocos indica
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Coreopsis mutica
Coreopsis mutica (lat. Coreopsis mutica) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Crataegus altaica
Crataegus wattiana (lat. Crataegus wattiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, qəhvəyi və ya boz gövdəyə, kürə və ya yumurtavari, bəzən assimmеtrik çətirə malik ağacdır. Yarpaqları növbəli yеrləşir, ayanın kənarı dilimli və ya bölümlüdür, səthi göy-yaşıl, çılpaq, bəzən qısa tükcüklərlə örtülüdür. Budaqların üzərindəki tikanlar qoltuq tumurcuqlarının şəkildəyişməsi olub, uzunluğu 2-sm-dir. Tumurcuqlar yumurtavari, dəyirmi, konusvari və ya uzunsov olub, 2-10 mm uzunluqdadır. Çiçəkləri ağdır, qalхan, bəzən sadə çətir çiçək qrupuna toplanaraq budaqların zirvəsində yеrləşir, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli, sarı, qırmızı və ya qaramtıl, 1-5 toхumlu giləmеyvədir, avqustda yеtişir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə davamlııdır.
Cylindraspis indica
Reyunyon nəhəng tısbağası (lat. Cylindraspis indica) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Hind okeanında yerləşən Reyunyon adasının (Maskaren adaları) endemik canlısı olmuşdur. Balalarının və yumurtalarının ev donuzu və ev pişikləri tərəfindən yeyilməsi ilə nəsli tükənmişdir. Avropalılara 1611-ci ildə məlum olmuşdur. Artıq yüz ildən sonra isə nadir növə çevrilir. 1728-ci ildə onlara ancaq adanın qərb sahillərində rast gəlinirdi. Artıq 1773-cü ildən onları aşkarlayan olmur. Bundan sonra adaya digər növlərdən olan tısbağalar gətirilir.
Dactylis altaica
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Drosera indica
Hindistan şehçiçəyi (lat. Drosera indica) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Altınca
Altınca — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Altınca kəndi Həkəri çayının sahilində, dağətəyi erazidədir. Keçmiş adı Altınca Qiyaslı, yaxud Narlı Qiyaslı olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrdə Naxçıvanın Nehrəm kəndindən qiyaslı nəslinə mənsub ailələr Narlı (Narlı-dərə) adlanan bu əraziyə keçərək kəndin bünövrəsini qoymuşlar. Bu oykonim 1917 və 1933-cü illərdə Altıncı, 1961-ci ildə Altıncı şəklində qeydə alınmışdır. Türk dillərində altın/altun "qızıl", "mis" mənasında işlənir, -çı isə peşə, sənət bildirən şək.-dir. Beləliklə, əsli Altıncı olan bu oykonim "zərgər" və ya "misgər" deməkdir.
Iltisia
Iltisia (lat. Iltisia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Iltisia echandiensis R.M.King & H.Rob.
İlxıçı
İlxıçı bu mənalarda gələ bilər: İlxıçı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. İlxıçı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Məmmədxan — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Həsən Əfəndi — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı (İran) — Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən bir şəhərdir.