İLTİMAS

is. [ ər. ] Xahiş, rica.
Mən yüzbaşının iltimasına görə bu kağızı cırıram. C.Məmmədquluzadə.
Çoxlar getdi iltimasa, gəlmədin; Vaqif öldü, neçin yasa gəlmədin? M.P.Vaqif.
Əslində Qədirin nə üçün sarınmağını bilməyən ağsaqqallar iltiması dərhal qəbul etdilər. Mir Cəlal.

□ İltimas etmək (eləmək) – xahiş etmək, rica etmək, minnət eləmək.
Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! Koroğlu”.
Obanın ahılcahılı Kərəmdən bir az oxumasını iltimas elədilər. “Əsli və Kərəm”.
İltimas eylərəm, gedən canlara; Dost-düşmən içində yar oynamasın. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İLTİMAS iltimas bax xahiş
  • İLTİMAS xahiş — rica
İLTİHABLAŞMAQ
İLTİMASÇI

Digər lüğətlərdə

гопа́к ка́вэ-гёрл махо́рочный треско́вые франки́рование черке́сский аллерге́нный взба́лмошно воспроизведе́ние всхоха́тывание герма́ний допи́ливаться зашнуро́вывание обду́манно сычу́г ху́же того arrhythmia Checheno-Ingushetia marasmus Rochdale torr ваш вельбот согласно этимологический