Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir. == Hesablama metodikası == İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır. == Üstünlüklər və qüsurlar == Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.
İmpasto
İmpasto – rəssamlıqda boya səthinin sahəsində (və ya bütün kətanda) kifayət qədər qalın fırçanın istifadə olunduğu texnika. Rəng kətanın sağ tərəfində qarışıq ola bilər. Quruyandan sonra kətanı çıxardanda onun əsas quruluşu görünür. İmpasto sözü italyan mənşəlidir. İtalyanca mənası "pasta" (pasta) və ya "qarışıq" kimidir. "İmpastare" felinin tərcüməsi müxtəifdir: "yoğurmaq" və ya "yapışdırmaq" kimi tərcümə olunur. İtalyanların istifadə etdiyi "impasto"ya rəssamlıq sənəti və pottinq texnikasının hər ikisi daxildir. Vebster Yeni Dünya Kolleci Lüğətinə görə, "impasto" sözünün kökü pasta isimidir və əsas mənası "İtalyan yapışqanı" deməkdir. Yağlı boya impasto rəssamlıq texnikasında daha münasibdir. Buna səbəb onun lazımi qalınlıqda olması və az vaxta qurumasıdır.
İmport
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Compact Disc
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. == Tarixi haqqında == 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Compact Disco
Compact Disco — Bakıda təşkil edilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Sound Of Our Hearts" adlı mahnıyla Macarıstanı təmsil etmiş macar musiqi qrupu. İlk yarımfinaldan 52 balla onuncu yeri tutan qrup 26 mayda keçirilən finalda 19 balla 24-cü olmuşdur.
İmpost (memarlıq)
İmpost — və ya dayaq bloku arxitekturada bir sütunun üstünə düşən və ya bir divarın içərisinə bürünən, bir kamarın yaylı və ya aşağı vuzer forması kimi xidmət edən bir layihədir.
İMac
iMac<ay-mək> – Apple Inc. şirkətinin istehsalı olan monobloklu fərdi kompüterlər seriyası. İlk iMac G3 modeli 1998-ci ildə təqdim olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bulbophyllum impar
Bulbophyllum impar (lat. Bulbophyllum impar) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Raja Ampat adaları
Raja Ampat adaları (ind. Raja Ampat - azərb. "4 kral"‎) — Yeni Qvineyanın şimal-qərb adalarının yerləşdiyi arxipelaq. Arxipelaqda yerləşən adaların ümumi sayı 1500-dən artıqdır. == "4 kral" == Arxipelaqın 4 əsas adası var ki, məhz bu adaları "4 kral" adlandırırlar. Arxipelaqın adı da bu səbəbdən "Raja Ampat" (azərb. "4 kral"‎) adlanır. Həmin 4 ada bunlardır: Misool; Salavati; Batanta; Vayqeo. == Su mühiti == "Conservation International" təşkilatının məlumatına görə, Raja Ampat adalarındakı su mühiti ən müxtəlif canlı orqanizmlərlə zəngin ərazilərdən biridir. == Biomüxtəliflik == Arxipelaq mərcan rifinin tam mərkəzində yerləşir ki, burada olan biomüxtəliflik planetin başqa bir yerində yoxdur.
IUPAC
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.
Tame Impala
Tame Impala — avstraliyalı musiqiçi Kevin Parkerin psixodelik musiqi layihəsi. Parker mahnılarını özü yazır, bəstələyir və prodüserliyi tək başına edir. Konsert zamanı ona Dominic Simper, Jay Watson, Cam Avery və Julien Barbagallo dəstək olur.
IUPAC kimyəvi nomenklaturası
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.