Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İncə
İncə (Şəki)
Məhərrəm İncə
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
İncə (Meşkinşəhr)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
İncə (Nir)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (23 ailə).
İncə (Sayınqala)
İncə (fars. ‎اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (41 ailə).
İncə (Çaharduli)
İncə (fars. اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Çaharduli dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
İncə (Şəki)
İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 2 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
İncə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İncə dərəsi
İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə. Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır. İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır. İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır. Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.
İncə nahiyəsi
İncə nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə 1728 Osmanlı İmperiyasının Tiflis əyalətində Qazax livası inzibati–ərazi nahiyə Qazman, Çələb, Bəzirxana, Çadır, Baranə, Qılıc, Quşçu, Qurumsu, Hacılıküm, Qarahəmzə, Vadink, Başxana, Xan, Andıryücəsi, Duvaq, Soyuqbulaq, Yanas, Güləmir, Qasımyücəsi, Dellycan, Zoğallıq, Qərib, Qarabulaq, Yerdod, Camalabad, Armudlu, Xaçkəndi, Aöcakəndi, Dəmirçi, Çavuşlar, Yayla, Ağabastı, Carçı, Maqari, Mirbad, Yarsu, Kiçik Qurumsu, Məsum, Çataqçı, Kəmərli, Çıraqlı, Şahqulu, Şabanlı, Mollalı, İslambəyli, Qaymaqlıq, Dəyirli, Yasavval, Göl, Şeyxi, Peykar, Qala. Qazax sultanlığı nın nahiyəsi “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə (1728) “Tiflis əyalətinin müfəssəl dəftəri” (Borçalı və Qazax).
İncə (Duzluca)
İncə — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kənd 1901-ci ildən eyni addadır.
Cumali İncə
Cumali İncə (1969, Niğdə ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb. MHP Niğdə il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Evli və 2 uşaq atasıdır.
İncə Minarəli Mədrəsə
İnce Minareli Mədrəsə, Konya ili, Selçuklu ilçesinde, Alaaddin Tepesi'nin batısındadır. Selçuklu Sultanı I İzzəddin Keykavus Devrinde Vəzir malik Ata Fahrettin Ali tarafından, hədis elmi öğretilmek olmaqla 663 H. (1264 M.)-ci ildə inşa etdirilmişdir.
İncə Məmməd (roman)
İncə Məmməd - Türkiyə yazıçısı Yaşar Kamalın 1953-cü ildə yazdığı romanı. Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən bu roman Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilk romanıdır. 1953-1954-cü illərdə "Cümhuriyyət" qəzetində yayınlanmış, 1955-ci ildə Çağlayan nəşriyyatı tərəfindən iki cildlik kitab şəklində çap olunmuşdur Əsər 1956-cı ildə "Varlıq" jurnalının təsis etdiyi "Varlıq Roman mükafatı"na layiq görülmüşdür. 1957-ci ildə roman bolqar dilinə, 1959-cu ildə Nazim Hikmət tərəfindən rus dilinə tərcümə olundu. Daha sonra 1961-ci ildə Eduard Roditi və Tilda Kamal tərəfindən ingilis dilinə, Qüzin Dino tərəfindən fransız dilinə tərcümə olundu və İngiltərə, ABŞ, İtaliya və Fransada nəşr olundu. Növbəti il alman və ispan dilinə də tərcümə olunan roman indiyədək 40-dan çox dilə tərcümə olunmuşdur. Yaşar Kamal daha sonra romanın davamı olaraq 3 kitab daha yazmışdır və roman qəhrəmanını 1987-ci ilə qədər yaşatdırmışdır. Roman seriyanın ilkidir və 1923-1933-cü illərdən bəhs edir. "İncə Məmməd"-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir.
Yuxarı İncə (Çaldıran)
Yuxarı İncə (fars. اينچه عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (56 ailə).
İncə dərəsi (film)
Aşağı İncə (Çaldıran)
Aşağı İncə (fars. اينچه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (25 ailə).
İncə-i Nurullah (Maku)
İncə-i Nurullah (fars. اينچه نوراله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
İncə-i Qədim (Şot)
İncə-i Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
İncə-i Süfla (Mahnişan)
İncə-i Süfla (fars. اينچه سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (23 ailə).
İncə-i Səidnizam (Mahnişan)
İncə-i Səidnizam (fars. اينچه سعيدنظام‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (32 ailə).
İncə-i Ülya (Mahnişan)
İncə-i Ülya (fars. اينچه عليا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (13 ailə).
İncə və Qalaburun toqquşmaları
İncə və Qalaburun toqquşmaları — 1946-cı ilin aprel ayında Tikantəpə və Sayınqala yolları arasındakı İncə və Qalaburun kəndlərində Məhəmməd Rza Şah Pəhləviyə yaxın qüvvələr ilə Azərbaycan Milli Hökuməti qüvvələri arasında baş vermiş hərbi toqquşmalar nəzərdə tutulur. 1944-cü ilin sonlarında SSRİ ilə İranın münasibətləri pisləşdi. SSRİ-yə neft güzəştinin verilməsindən imtina edildikdən sonra SSRİ Cənubi Azərbaycanda olan etnik şikayətlərdən yararlanmaq qərarına gəldi. Nəticədə formalaşan Azərbaycan Demokrat Firqəsi 3 sentyabr 1945-ci ildə yaradıldığını elan etdi. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADF-nin I qurultayı keçirildi. Noyabr ayının sonların Cənubi Azərbaycan boyunca Azərbaycan Xalq Məclisinə seçkilər keçirildi. Eyni zamanda şah ordusuna qarşı da eyni anda tədbir görüldü və bu ordu birləşmələri zərərsizləşdirildi. 1-19 dekabr tarixlərində Cənubi Azərbaycanın böyük bir hissəsi faktiki olaraq ADF-nin əlinə keçdi. Dekabr ayında Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. 12 dekabrda Cənubi Azərbaycanın muxtariyyəti elan edildi.
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s. Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü.
Çincə
Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır. Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur. Çin dili iki cür yazılır: 1. Klassik 2.
İnci
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
Fincə Vikipediya
Fincə Vikipediya — Vikipediyanın fin dilində olan bölməsidir. Bu günə qədər 581.170 məqalə yaradılıb.
Munck İnci
Munck inci (Münci İnci) (1940-cı il, Van – 24 sentyabr, 2015-ci il, İstanbul) - Türkiyə iş adamı, vəkil. Vanda 1940-cı ildə doğulan İnci , ilk , orta və lisey təhsilini burada tamamladıqdan sonra 1958-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində təhsilinə davam etdi . 1963-cü ildə məzun olan İnci , ehtiyat subaylığını 1971-1972'de hərbi prokuror olaraq tamamladıqdan sonra İstanbulda vəkillik peşəsini davam etdirdi . Ticarət və sənaye investisiyalarına , vəkillik mesleğiyle birlikdə davam edən Munck İnci , 1991-ci ildə ilk dəfə Fırtına adlı hüquq məzmunlu jurnalı nəşr həyatına soxaraq media həyatına başladı . İnci , sonrasında qurduğu həftəlik və aylıq 10-u aşan iqtisadiyyat , xəbər məzmunlu jurnal və gündəlik bir qəzetin olduğu İntermedya nəşr kuruluşuyla media həyatında iştirak etdi .
Sadələşdirilmiş Çincə
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
İnçə (Göyçay)
İnçə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən şərqdə,Yuxarı Şirvan kanalının sağ sahilində, İsmayıllı – Müsüslü avtomobil yolu üzərində, Şirvan düzündə yerləşən kənd. İncə oyk, sadə. Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri qıpçaqların əncə tayfa adı ilə bağlıdır. İnçə toponimi XI – XII əsrlərdə Şimalı Qafqazda yaşamış qədim qədim qıpçaq tayfalarından biri olan əncə / incə tayfasının adı ilə bağlıdır. “İncə” sözü bir qayda olaraq kiçik çaylara verilən addır. İncələr XIII əsrin birinci yarısında bəzi qıpçaqların tərkibində Azərbaycana gəlmişdir.
Muharrem İnce
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
Cumali İnce
Cumali İncə (1969, Niğdə ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb. MHP Niğdə il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Evli və 2 uşaq atasıdır.
İncədağ
İncədağ – Şəki rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, Şin və Kiş çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1750 metr. Oronim incə/əncə (etn.) və dağ komponentlərindən düzəlib, etnotoponimdir.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
İncədərə (Ağyaxa)
İncədərə — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 171 nəfərdir (2022).
İncələr (Uludərə)
İncələr — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "kiçik bolsu" mənasını verən Zıravik kimi qeyd olunur. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
İlçe
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
İlçə
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
İnçə-i Qədim
İncə-i Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.