DOOR

n 1. qapı; front ~ ön qapı; back ~ arxa / dal qapı; from ~ to ~ qapı-qapı; to bang the ~ qapını çırpmaq; to knock at the ~ qapını döymək / tıqqıldatmaq; to shut / to close the ~ qapını bağlamaq / örtmək; to shut / to close the ~ upon smb. qapını bir kəsin üzünə bağlamaq; 2. məc. yol; ~ to success müvəffəqiyyətə yol; to open the ~ to an agreement razılığa yol açmaq;

◊ at death’s ~ ölümün pəncəsində; to be at death’s ~ can üstündə / ölüm ayağında olmaq; behind dosed ~s bağlı qapı arxasında, xəlvəti, gizli; to turn smb. out of ~s bir kəsi qapıdan qovmaq; to show the ~ to smb., to show smb. the ~ bir kəsə qapını göstərmək, bir kəsi evdən qovmaq

DOOMSDAY
DOOR-BELL
OBASTAN VİKİ
Cowboy Bebop: Knockin' on Heaven's Door
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir. Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur.
Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
The Doors

The Doors (albom)
The Doors — Amerikalı "The Doors" rok qrupunun birinci studiya albomu.