Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnfant
İnfant, qadınlar üçün infanta (isp. infante, port. infant, lat. infans — uşaq) — İspaniya və Portuqaliya kral sülalələrində bütün şahzadələrin titullatı (Portuqaliyada 1910-cu ildə monarxiyanın ləğvinə qədər). İspaniyada hal-hazırda bu titulu Asturiya şahzadəsi daşıyır. XIV əsrdən bəzi ispan krallıqlarında vəliəhd olmayan kral övladları bu titulu daşıyırdılar. "İnfant" sözü roman dillərində "uşaq" deməkdir, bununla da onların kral övladları olduğu vurğulanırdı.
İnfant Afonso
İnfant Afonso (port. Infante Don Afonso) (18 may 1475, Lissabon – 13 iyul 1491, Taxo çayı) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı II Con, anası isə Vizeu hersoqu İnfant Ferdinandın qızı Eleonoradır. 16 yaşında ikən Taxo çayı sahilində at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etmişdir. İnfant Afonso 1475-ci ildə babası V Afonsonun səltənətində dünyaya gəldi və onun şərəfinə adlandırıldı. Uzun illərdir rahibə olmaq istəyən, ancaq nəslin davamiyyəti baxımından icazə verilməyən bibisi İnfanta Yuanna onun doğulmasının ardından Aveyro yaxınlığındakı dominikan kilsəsinə qapandı. O hələ 4 yaşında ikən Kastiliyada babası Afonso və Kastiliyalı İzabella arasında taxt mübarizəsi başlamış, 1479-cu ildə tərəflər arasında sülh təmin edilmişdi. Sülhün şərtlərinə görə Kastiliyalı İzabellanın adaşı olan ən böyük qızı V Afonsonun yeganə oğul nəvəsi olan İnfant Conla evləndirilməli idi. Üstəlik cehiz olaraq Portuqaliyaya külli miqdarda döyüş təzminatı ödəniləcəkdi. Cütlüyün nigahı 1490-cı ildə Sevilyada vəkalətən bağlandı.
İnfant Con
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
İnfant Ferdinand
İnfant Ferdinand (port. Infante Don Fernando) və ya Müqəddəs Şahzadə (port. Infante Santo) (29 sentyabr 1402, Santaren[d], Portuqaliya krallığı – 5 iyun 1443, Fəs, Merinilər) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. İnfant Ferdinand 1402-ci ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1433-cü ildə atasının vəfatıyla böyük qardaşı Eduard taxta çıxdı. Ancaq onun qısa səltənəti ailəsi üçün fəlakətlə nəticələndi. Belə ki, 1437-ci ildə qardaşı İnfant Henrinin rəhbərliyi ilə Tanjer qalasının mühasirəsinə qatılmış, ağır məğlubiyyətlə nəticələnən mühasirənin ardından mavrlara əsir düşmüşdür.
İnfant Filipp
İnfant Filipp (isp. Infante Felipe) (15 mart 1720[…], Madrid – 18 iyul 1765[…], Alessandriya, Pyemont) – İspaniya kralı V Filippin oğlu. 1748-ci ildə Parma hersoqu təyin edildi və ölümündən sonra bu rütbə onun şəcərəsinə verildi. Beləcə, Burbon sülaləsinin Burbon-Parma qolunun əsası qoyuldu. Balechou, Jean Joseph. "Don Philippe, Infant d'Espagne" (in Portuguese). National Library of Portugal. "Parma, Fernando I de Borbón, Duque de (1751-1802)". Ex-Libris Database (in Spanish). Royal Library of Spain.
İnfant Karlos
İnfant Karlos (isp. Infante Carlos) (15 sentyabr 1607, Madrid – 30 iyul 1632) – İspaniya kralı III Filippin ikinci oğlu. Qardaşı IV Filippin övladının dünyaya gəlmədiyi 1621–1629-cu illərdə İspaniya taxtının varisi oldu. Hoffman, Martha K. (2014). Coolidge, Grace E. (ed.). Childhood and Royalty at the Court of Philip III. New Hispanisms: Cultural and Literary Studies. p. 139. ISBN 9781472428806 Wurzbach, Constantin, von, ed. (1861).
İnfant Qabriel
İnfant Qabriel (isp. Gabriel Antonio Francisco Javier Juan Nepomuceno José Serafín Pascual Salvador) (12 may 1752, Portiçi, Kampaniya – 23 noyabr 1788) – İspaniya kralı III Karlın oğlu, İspaniya infantı. Uşaqlıq illəri Neapoldakı Portiçi sarayında keçən Qabriel 7 yaşında ikən atasının İspaniya taxtına çıxmasının ardından valideynləriylə birlikdə Madridə köçdü. Burada ikən 1785-ci ildə Portuqaliya kraliçası I Mariyanın qızı Marianna Viktoriya ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı olsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi. Son övladının doğumundan sonra Qabriel və xanımı çiçək xəstəliyinə tutuldu. Çox keçmədən öncə xanımı, daha sonra yeni doğulan oğlu, ardından isə İnfant Qabriel vəfat etdi. Menéndez Pidal y Navascués, Faustino, Hugo. El escudo. P. 248.
İnfant Juan
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000–2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
Kardinal-infant Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Kardinal-infant Lüdovik
Kardinal-infant Lüdovik (isp. Luis Antonio Jaime de Borbón y Farnesio) (25 iyul 1727, Madrid – 7 avqust 1785) – İspaniya kralı V Filippin oğlu, Roma-Katolik kilsəsinin kardinalı. == Mənbə == McWhirter, Ross, McFarlan, Donald, Boehm, David A., and McWhirter, Norris. 1989. 1990 Guinness Book of World Records. Sterling Pub. Co. p. 270. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French).
İnfant Antonio Filipp
İnfant Antonio Filipp (isp. Filippo Antonio Gennaro Pasquale Francesco de Paula di Borbone) (13 iyun 1747[…], Portiçi, Kampaniya – 19 sentyabr 1777 və ya 1777, Portiçi, Kampaniya) – İspaniya kralı III Karlın ən böyük oğlu, İspaniya infantı. Ancaq əqli geriliyi səbəbilə taxt sırasından çıxarıldı və özündən kiçik qardaşları Karl və Ferdinand ondan önə keçdi. Atasının 1759-cu ildə İspaniya taxtına çıxmasıyla bütün ailəsi Madridə köçdü. Ancaq Antonio Filipp Neapolda həbs tutulduğu sarayda yaşamağa davam etdi və 30 yaşında tutulduğu çiçək xəstəliyindən vəfat etdi. Acton, Harold. The Bourbons of Naples (1734–1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Rubio, Maria José. Reinas de España.
İnfant Antonio Paskal
İnfant Antonio Paskal (isp. Antonio Pascual Francisco Javier Juan Nepomuceno Aniello Raimundo Silvestre) (31 dekabr 1755, Kazerta, Kampaniya – 20 aprel 1817) – İspaniya kralı III Karlın oğlu, İspaniya infantı. Uşaqlıq illəri Neapoldakı Portiçi sarayında keçən Qabriel 4 yaşında ikən atasının İspaniya taxtına çıxmasının ardından valideynləriylə birlikdə Madridə köçdü. Burada ikən 1795-ci ildə qardaşı IV Karlın qızı Mariya Amaliya ilə evləndi. Menéndez Pidal y Navascués, Faustino, Hugo. El escudo. P. 248. At Menéndez Pidal y Navascués, Faustino; O´Donnell y Duque de Estrada, Hugo; Lolo, Begoña. Símbolos de España. Madrid: Centro de Estudios Políticos y Constitucionales, 1999.
İnfant Fransisk Paul
İnfant Fransisk Paul (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (10 mart 1794[…] – 13 avqust 1865[…], Madrid) – İspaniya kralı IV Karlın ən kiçik oğlu, İspaniya infantı. O eyni zamanda VII Ferdinandın qardaşı, II İzabellanın isə əmisi və qaynatası idi. Onun İspaniya sarayındakı mükəmməl təhsili Napoleon Bonapartın bölgəni ələ keçirməklə yarım qaldı. 14 yaşında ikən valideynləri və digər ailə üzvləriylə Fransaya aparıldı və 10 il boyunca Marseldə, daha sonra isə Romada sürgündə yaşadı. 1818-ci ildə qardaşı VII Ferdinandın istəyilə sürgündən geri çağırıldı və infant olaraq nüfuz qazandı. İncəsənət və rəssamlıqla məşğul olan Fransisk Paul ertəsi il bacısı Mariya İzabellanın böyük qızı Siciyalı Şarlotta ilə evləndi. Qardaşının vəfatından sonra 3 yaşlı qızı İzabella kraliça, dul qalan kraliça Mariya Kristina isə kraliçanın naibəsi elan edildi. Ancaq baldızı olan naibə, Fransisk Paul və xanımını dövlət idarəsindən uzaqlaşdırdı. Ölkədəki liberal qruplara qoşulan Fransisk Paul və xanımı aktiv müxalifətlə məşğul olmağa başladılar.
İnama Qayıdış (1992)
Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov "Turan" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
İnam Baxşəliyev
İnam Kərimov
İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018) 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.
İnam boğazı
İnam boğazı (rus. Надежда (Пролив)) — Sakit okeanına daxil olan Matua adasını Rasşua adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 29 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severnıy (Rasşua), Poloqıy (Matua) burnuları vardır. Sahillərinə yaxın sularda çoxlu sualtı və su üstü daşlı qayalıqlar vardır. Matua adasının şimalında Zakatnıy buxtası yerləşir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir.
İnam intervalı
İnam intervalı - riyazi statistikada təsadüfi dəyişənin vəziyyətinin dəqiqliyinin qiymətləndirilməsinə xidmət edir. İnam intervalı araşdırılan parametr ətrafında bir sərhəd yaradır. Bu sərhəd əvvəlcədən verilmiş ehtimalla parametrin (y) həqiqi vəziyyətini əhatə edir (şəkil). Üsulun üstün cəhəti ondan ibarətdir ki, aparılan statistik analiz üçün verilmiş parametrin əhəmiyyətli olub-olmaması üzə çıxır. Analiz olunan parametrin (y ) inam intervalının ölçüsü ehtimalın (α), standart meyillənmənin ( s 2 {\displaystyle s^{2}} ) və ölçmələrin sayından (n) asılı olaraq belə təyin olunur: y ¯ ± t a σ n {\displaystyle {\overline {y}}\pm t_{a}{\frac {\sigma }{\sqrt {n}}}} burada: σ - orta kvadratik meyillənmmədir; tα-student əmsalı adlanır və α-nın qiymətindən asılı olaraq ədəbiyyatlarda cədvəl şəklində verilir. α-nın qiyməti yuxarı və aşağı sahələr arasında bərabər paylanır: (-α/2; +α/2). Statistik araşdırma zamanı inam intervalına düşən parametrlər nəzərdən atılır, çünki onların dəyişməsinin araşdırılan göstəriciyə təsiri dəqiq analiz oluna bilmir. Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Radikal inam
Radikal inam — hökumət, kitabxana, biznes, din və ya muzey kimi hər hansı strukturlaşdırılmış təşkilatın onlayn icmalar daxilində əməkdaşlıq və səlahiyyətlərə malik olduğuna inam. Xüsusilə, o, təşkilatlar tərəfindən onlayn icma ilə əlaqələri inkişaf etdirmək üçün bloqlar, viki və onlayn sosial şəbəkə platformalarından istifadəsinə aid edilir. Radikal inam təşkilatın maraqları üçün rəy və istiqamət verə bilər. Təşkilat bu girişə "inanır" və öz idarəçiliyində ondan istifadə edir. Radikal inam anlayışının ilk təzahürlərindən biri Tim O'Raylinin "Veb 2.0 nədir" adlı vebloq yazısında veb 2.0-ın əsas prinsiplərini əks etdirən məlumat qrafikində müşahidə olunur. Radikal inam istehlakçı tərəfindən yaradılan medianın etibarlılığına inamın rəhbər nümunəsi kimi verilmişdir. Bu konsepsiya Kitabxana 2.0-ın əsas fərziyyəsi hesab olunur. Kitabxananın radikal inamı qəbul etməsi onun rəhbərliyindən kitabxanaya nəzarətin bir hissəsini buraxmağı və son nəticəni nəzərə almadan təşkilat qurmağı tələb edir. Kitabxananın tutacağı istiqamət insanların onlayn icmalar vasitəsilə təqdim etdiyi məlumatlara əsaslanır. Təşkilatdakı bu dəyişikliklər təbiəti cəhətdən sadəcə olaraq anekdot xarakterli ola bilər.
İnfant Ferdinand (Vizey hersoqu)
İnfant Karl Mariya İsidro
İnfant Karl Mariya İsidro (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (29 mart 1788[…] – 10 mart 1855[…], Triest) – İspaniya kralı IV Karlın ikinci oğlu, İspaniya infantı. Qardaşı VII Ferdinandın 1833-cü ildə ölümündən sonra İspaniya taxtına olan iddiasını irəli sürdü. Ancaq mərhum kralın körpə qızı İzabellanın tərəfdarları onun bu iddiasını qəbul etmədi və ölkəni idarə edən kortes birliyi 15 yanvar 1837-ci ildə İnfant Karl və onun övladlarının taxt hüququnu ləğv etdi. Buna baxmayaraq o və onun şəcərəsi XX əsrin ortalarına qədər İspaniya taxtı uğrunda taxt iddialarını davam etdirdilər. Holt, Edgar. The Carlist Wars in Spain. Chester Springs, Pennsylvania: Dufour Editions, 1967. Moral Roncal, Antonio Manuel. Carlos V de Borbón.
İnfant Pyotr (Koimbra hersoqu)
İnfant Pyotr (port. Infante Don Pedro) (9 dekabr 1392, Lissabon – 20 may 1449) — ilk Koimbra hersoqu və Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Yaşadığı dövrdə ən çox səyahət edən şahzadə olan Don Pyotr 1439–1448-ci illərdə taxt naibi olaraq xidmət etmişdir. Don Pyotr 1392-ci ildə Lissabonda dünyaya gəldi. Digər qardaş və bacılarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1415-ci ildə atası, qardaşları Eduard və Henriylə birlikdə Seutanın fəthində iştirak etdi. Fəthin ardından qardaşlarıyla birlikdə müxtəlif ünvanlar aldı: Qardaşı Henri Vizey hersoqu, özü isə Koimbra hersoqu elan edildi. Bu ünvanlar Portuqaliya tarixində ilk dəfə yaradılmışdır. 1418-ci ildə ölkəni tərk etdi və gələcək 10 il boyunca Avropa miqyasında səyahətlərə qatıldı.
İnfant Pedru (Koimbra hersoqu)
İnfant Pyotr (port. Infante Don Pedro) (9 dekabr 1392, Lissabon – 20 may 1449) — ilk Koimbra hersoqu və Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Yaşadığı dövrdə ən çox səyahət edən şahzadə olan Don Pyotr 1439–1448-ci illərdə taxt naibi olaraq xidmət etmişdir. Don Pyotr 1392-ci ildə Lissabonda dünyaya gəldi. Digər qardaş və bacılarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1415-ci ildə atası, qardaşları Eduard və Henriylə birlikdə Seutanın fəthində iştirak etdi. Fəthin ardından qardaşlarıyla birlikdə müxtəlif ünvanlar aldı: Qardaşı Henri Vizey hersoqu, özü isə Koimbra hersoqu elan edildi. Bu ünvanlar Portuqaliya tarixində ilk dəfə yaradılmışdır. 1418-ci ildə ölkəni tərk etdi və gələcək 10 il boyunca Avropa miqyasında səyahətlərə qatıldı.
İnama qayıdış (film, 1992)
Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov "Turan" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.