Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirəzə
Pirəzə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati-ərazi vahidində kənd. Rayon mərkəzindən 30 km cənubda, Kür çayının sahilində yerləşir. Kənddə şəhid Mirzali Əliyar oglu Əliyev adına orta məktəb, şəhid Adil Sirac oglu Eminov adına uşaq bağçası, mədəniyyət evi, kitabxana, 100 yerlik elektron ATS, poct şöbəsi fəaliyyət göstərir.[mənbə göstərin] == Tarixi == Kəndin adi Həsənbəy Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi "Əkinçi" qəzətində qeyd edilmişdi. 1916-cı il məlumatlarına əsasən kənddə 101 ev olmuşdur.[mənbə göstərin] == Etimologiyası == Kəndin adının Pir (ocaq) və Aza (yer, məskən, şəhər) sözlərindən yaranaraq "ocaq, pir olan yer" mənasında ifadə olunduğu ehtimal edilir.[mənbə göstərin] == Əhalisi == Kənddə 1547 nəfər əhali yaşayır.
İrəvan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — Ermənistanın paytaxtı və ən böyük şəhəri. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı. İran və Rusiyanın hakimiyyəti altında 1736–1828-ci illərdə İrəvan xanlığının və 1850–1917-ci illərdə İrəvan Qubernatorluğunun mərkəzi olmuşdur.
Cəvzə
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Rövzə
RÖVZƏ - rəvayətlərə görə, heç biri öz əcəli ilə ölməmiş şiə imamlarının və ilk növbədə İmam Əlinin və İmam Hüseynin rəşadətli həyatı və möminliyi, onların əzab-əziyyətlə öldürülməsi haqqında təhkiyədir. Rövzəxanlıq (rövzənin camaat üçün avazla oxunması) XVI əsrdən, yəni şiə ilahiyyatçısı Hatifinin (Kaşifinin) "Rövzət əş-şühəda" ("Din yolunda şəhid olanların bağçası") əsəri ərsəyə çıxdıqdan sonra başlanmışdır. Əsərdə şiəliyin dini başçılarının həyatından bəhs edilir. Bayramlarda və müxtəlif dini mərasimlər yerinə yetiriləndə, o cümlədən ramazan ayında orucluq zamanı və aşura zamanı xüsusi din xadimləri - rövzəxanlar oxuyurlar. Aşura zamanı rövzə oxunması həmçinin təziyəxanlar adlandırılmışdır, çünki o, dini təziyəni müşayət edir. Təziyəxani XVIII əsrin ortalarından başlamışdır (təziyə zamanı müntəzəm surətdə rövzə oxunması nəzərdə tutulur). Müasir şəraitdə rövzə oxunması çox vaxt siyasi hadisələr haqqında fikirlər söylənən xütbələrlə müşayiət olunur. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.99.
Ağakəndi (İrəvan)
Ağakəndi - Qapan vilayətinin Sisəcan nahiyəsində kənd adı. == Toponimik izah == Ağakəndi - 1468-ci ildə Qapan vilayətinin Sisəcan nahiyəsində kənd adı. 1727-ci ilə aid mənbədə Ağayi kimidir ki, bu da Ağaya məxsus mənasındadır. Həmin mənbədə deyilir ki, kənddə cəmi 1 müsəlman (azərbaycanlı) ailəsi yaşayır. 1661-ci ilə aid sənəddə onun ermənicə Aqants adlandığı göstərilir. == Həmçinin bax == Qafan Zəngilan == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Ağazor (İrəvan)
Ağadərəsi, Katnaxpyur, Aqadzor — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor (dzor erməni dilində dərə deməkdir) formasında işlədilir. Toponim Azərbaycan dilində "varlı, zadəgan, mülkədar" mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur. == Toponimik izah == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur (Timari Həsən karyei Aqadzor). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor-dərə sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı.
Babaxanlı (İrəvan)
Babaxanlı (İrəvan) — İrəvan xanlığının Şörəyəl mahalında kənd adı. == Toponim == Babaxanlı (İrəvan) İrəvan xanlığının Şörəyəl mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XVII əsrin əvvəllərinə aid erməni mənbəyində Babaxana kimidir. Babaxan kəndin əsasını qoymuş əmirin adıdır. Kəndin digər adı Bozçalu.XV əsrdə qızılbaşların Bozçalu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Babaxan bu tayfanın əmirlərindən biri olmuşdur. == Həmçinin bax == İrəvan xanlığı Azərbaycan türkləri == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Bilək (İrəvan)
Bilək - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı 1828-1832-ci illərdə kənddə ermənilər də yerləşmiş və əhali qarışıq olmuşdur. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1728-ci ilə aid arxiv sənədində Bələk kimidir. . XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara Noqay dairəsində Bilax-Su toponimləri [133] ilə mənaca eynidir. Ehtimal ki, türk dillərində bələk, bəlik - təpə sözündəndir.
Bulaqbaşı (İrəvan)
Bulaqbaşı — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1590-cı ildən məlumdur 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.
Bəndovan (İrəvan)
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan (İrəvan )
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bərgüşad (İrəvan)
Bərgüşad, Berkaşat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. İrəvan xanlığının Sərdarabad mahalında kənd adı. == Tarixi == == Toponim == Bərgüşad İrəvan xanlığının Sərdarabad mahalında kənd adı Ucar rayonunda Bərgüşad kəndinin adı kimi, XVI əsrdə Qızılbaş tayfalarından olan Bərgüşad tayfasının adını əks etdirir. Orta əsrlərdə Zəngəzurda yaşamış Sofulu tayfası ilə bərabər mənşəcə Naxçıvanın Kənkər tayfa birləşməsinə mənsubdur. Tayfa orta əsrlərdə Zəngəzurun Bərgüşad mahalının adı ilə adlanmışdır. Mahalın adı mənbələrdə ilk dəfə XIV əsrdən çəkilir. Bərgüşad həm də Qubadlı və Zəngilan rayonlarından axan çayın (yuxarı axınında Bazarçay) adıdır. Çay dağın adı ilə adlanmışdır. Dağın adı qədim türk dilində berik möhkəmləndirilmiş və şat "qayalı yüksəklik", dağ beli, çoxlu dərəsi olan alçaq sıra dağlar, vadilərin birləşdiyi yer sözlərindəndir. Ermənicə bəzi toponimlərdə şat (əsli farscadan olan şəhr ədalət, mahal sözü ilə bağlıdır) sözü ilə əlaqəsi yoxdur.
Pirəzə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqala (İrəvan)
Qaraqala - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı == Tarixi == 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Qarabulaq kəndinin nəzdində oba kimi qeyd olunmuşdur == Toponimi == Qala adlarında "qara" sözü çox halda qara rəngini ifadə etmir. Qalanın divarları qara rəngə çala bilməzdi. Ona görə ki, təbiətdə qara rəngli daş yoxdur. Fikrimizcə "Qaraqala"ların əksəriyyəti türk dillərində qarrı "əski", "köhnə", "qədim" sözünün danışıqda "qara" formasını kəsb etməsi nəticəsidir. Bə'zi adlarda isə "qara" sözü ərəb dilində qəryə "kənd" mə'nasındadır. Qaraqala "köhnə (qədim) qala" mə'nasındadır. (Türkmənistanda Qarrıqala qala adları ilə müqayisə edin).
Qazıyevlər (İrəvan)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər. == Soyun yaranması == Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü. == Soyun tanınmış nümayəndələri == Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
İrəvan bayrağı
İrəvan bayrağı (erm. Երևանի դրոշ) — Ermənistan Respublikasının paytaxtı İrəvan üçün istifadə olunan rəsmi bayraq. Bayraqda ağ fon üzərində İrəvan gerbini çevrələyən 12 qırmızı üçbucaq Ermənistanın keçmiş 12 paytaxtını simvolizə edir. Ağ fon isə təmizliyin və sadəliyin simvoludur. Bayraqda istifadə olunmuş rənglər Ermənistan bayrağının rəngləri eynidir, bu isə İrəvan şəhərinin paytaxt kimi Ermənistan üçün əhəmiyyətini simvolizə edir. Bayrağın son dizaynı 27 sentyabr 2004-cü ildə təsdiq olunmuşdur.
İrəvan gimnaziyası
İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir.Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. 1919 bağlanmışdır. == Müəllimləri == Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək); Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək); Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək); İsmayıl bəy Şəfibəyov; Rəhim Xəlilov; Mirzə Məmmədvəli Qəmərlinski; Axund Məmmədbağır Tağızadə. == Məzunları == İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər.
İrəvan livası
İrəvan livası— 1727 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi İrəvan idi. İrəvan livası nahiyəyə bölünürdü.
İrəvan metropoliteni
İrəvan metropoliteni (erm. Կարեն Դեմիրճյանի անվան Երևանի Մետրոպոլիտեն; bütöv adı — Karen Dəmirçiyan adına İrəvan metropoliteni) — Ermənistanın İrəvan şəhərində mövcud olan metro xətti. == Tarixi == Metro İrəvan şəhərində ilk dəfə olaraq 7 mart 1981-ci ildə istifadəyə verilmişdir. Bir xətt üzərində yerləşən metro 10 stansiyadan ibarətdir. Xəttin ümumi uzunluğu 12,1 km-dir. Adi sxem üzrə vaqonlar «Dostluq» stansiyasından «Qaryagin Njde meydanı» stansiyasına hərəkət edir. Metro xətti bir istiqamətli olduğundan vaqonlar «Çarbax» stansiyasından «Şenqavit» stansiyasına gəldikdən sonra maşinist qatarın digər hissəsində yerləşən kabinadan vaqonları geriyə əks istiqamətdə aparmalı olur. Səkkiz stansiyanın isə gələcəkdə tikintisi planlaşdırılır. Metropolitenin tikintisinə hələ 1972-ci ildən başlanmışdır. İlk əvvəl yeraltı tramvay xətti kimi planlaşdırılmışdır.
İrəvan qalası
İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان‎, Ghaleh-ye Iravân) — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilmişdir.Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb.Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir. == Tarixi == Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən strateji cəhətdən vacib yerdə, Zəngiçayın sahilində inşa etdirilmişdir. Bu qala eyni zamanda Fərhad Paşa qalası da adlanmışdır. İkinci bir qala Fərhad Paşa qalasının yaxınlığında yerləşib.
İrəvan qapısı
İrəvan qapısı və ya Xəlfəli qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə Gəncə və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən “Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.” Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir. == Memarlıq xüsusiyyətləri == Gəncə qapısından fərqli olaraq İrəvan qapısı daha ənənəvi tərzdə həll edilmişdir; oxvari tağa malik qapı iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilmişdir.İrəvan qapısı şəhər divarlarının qərb hissəsində yerləşdiyinə və qala qüllələrinin sayılmasına qərbdən başlandığına görə, Şuşanın XIX əsrə aid çertyoj və baş planlarında həmin qüllələr 1 və 2 nömrələri ilə göstərilmişdir.
İrəvan quberniyası
İrəvan quberniyası — Rusiya imperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi İrəvan şəhəri idi. == Quberniyanın tarixi == 1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. Bütün keçmiş "Erməni vilayəti", o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Novobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü.
İrəvan qəzası
== Coğrafi mövqe == İrəvan qəzası İrəvən quberniyasının orta cənub hissəsində yerləşmiş və cənub-qərbdə İranla həmsərhəd olmuşdur. Relyef cəhətcə qəza şimal-şərqdə dağlıq və cənub-qərbdə ovalıq hissədən ibarət olmuşdur. Qəzanın ovalıq hissəsi Araz çayı boyunca uzanır, Şərur-Dərələyəz qəzası ilə sərhəddində ən alşaq hissəsi dəniz səviyyəsindən 2667 fut hündürlüyə malikdir. Qəzanın ən hündür nöqtəsi İrəvan şəhəri yaxınlığında olub, dəniz səviyyəsindən 3200 fut hündürlüyə malikdir. Qəza vulkanik dağ silsiləsinə malikdir. Göyçə gölü əhatəsində olan bu silsilə Aqamanqan (Ağaməngən?) (10173 fut), və Ağ-dağ kimi sönmüş vulkanlara malikdir. Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünüə görə İrəvan quberniyasının tərkibində 5 qəza vardı: İrəvan qəzası, Aleksandropol qəzası, Novobəyazid qəzası, Naxçıvan qəzası və Ordubad qəzası. İrəvan qəzası 4 nahiyədən ibarət idi: Zəngibasar nahiyəsi Sürməli nahiyəsi Şərur nahiyəsi Sərdarabad nahiyəsi1913 cü ildə Kəndləri Əli Məhəmməd qışlağı Arınc, Арамусское — с. Aramus, Арминское — с.
İrəvan sancağı
İrəvan sancağı — Liva-i İrəvan (İrəvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi.
İrəvan teatrı
İrəvan Dövlət Azərbaycan Dram Teatrı — İrəvanda yaradılan azərbaycandilli ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. == Tarixi == Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880–81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.Teatrın ilk illərində (1880–1882) İrəvanda həvəskar aktyorlar tərəfindən tamaşalar təqdim olunurdu. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında mədəni hadisəyə çevrilir, lakin F. Köçərli, 1895-ci ildə İrəvanı tərk edir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1896-cı ildən etibarən İrəvanda müntəzəm olaraq Azərbaycan dilində tamaşalar nümayiş olunmağa başlandı.