Bərgüşad, Berkaşat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2] İrəvan xanlığının Sərdarabad mahalında kənd adı.[3]
Kənd | |
Berkaşat | |
---|---|
40°03′ şm. e. 43°55′ ş. u. | |
Ölkə | Ermənistan |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 900 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Bərgüşad İrəvan xanlığının Sərdarabad mahalında kənd adı[4][5] Ucar rayonunda Bərgüşad kəndinin adı kimi, XVI əsrdə Qızılbaş tayfalarından olan Bərgüşad tayfasının adını əks etdirir. Orta əsrlərdə Zəngəzurda yaşamış Sofulu tayfası ilə bərabər mənşəcə Naxçıvanın Kənkər tayfa birləşməsinə mənsubdur[6][7]. Tayfa orta əsrlərdə Zəngəzurun Bərgüşad mahalının adı ilə adlanmışdır. Mahalın adı mənbələrdə ilk dəfə XIV əsrdən çəkilir. Bərgüşad həm də Qubadlı və Zəngilan rayonlarından axan çayın (yuxarı axınında Bazarçay) adıdır. Çay dağın adı ilə adlanmışdır. Dağın adı qədim türk dilində berik möhkəmləndirilmiş[8][9][10] və şat "qayalı yüksəklik", dağ beli, çoxlu dərəsi olan alçaq sıra dağlar, vadilərin birləşdiyi yer[11] sözlərindəndir. Ermənicə bəzi toponimlərdə şat (əsli farscadan olan şəhr ədalət, mahal sözü ilə bağlıdır) sözü ilə əlaqəsi yoxdur.