Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsfənd
İsfənd (fars. اسفند‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on ikinci ayı. İsfənd ayında 29 gün (uzun ildə 30 gün) var. Bu ay fevral ayında başlayıb mart ayında sona çatır. İsfənd qışın üçüncü ayıdır.
İsfəndan (Komican)
İsfəndan (fars. اسفندان Esfəndan‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 379 ailədə 570 nəfəri kişilər və 601 nəfəri qadınlar olmaqla cəmi 1.171 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
İsfəndan dehestanı
İsfəndan dehestanı (fars. دهستان اسفندان‎) — İranda, Mərkəzi ostanının Komican şəhristanının Mərkəz bəxşində inzibati-ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 1.432 ailədə 2.405 nəfəri kişilər və 2.483 nəfəri qadınlar olmaqla cəmi 4.888 nəfərdir. İnzibati cəhətdən 10 kəndi əhatə edir.
Aşıq İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. == Həyatı == İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
Candaroğlu İsfəndiyar bəy
Candaroğlu İsfəndiyar bəy (v. 26 fevral 1440, Sinop) — 8. Candaroğulları bəyi. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur. == Həyatı == Atası Candaroğlu Bəyazid bəydir. Uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Ancaq bəyliyi ələ almadan öncə Kastamonuda vali olaraq fəaliyyət göstərdiyi, Qazi Burahnəddinə qarşı Amasya hakimi Əhməd bəyə 1382-1385-ci illərdə bir neçə dəfə hərbi dəstək verdiyi bilinir. Qardaşı Süleyman bəyin Osmanlıların dəstəyini alaraq taxt uğrunda ayaqlanmasının ardından Amasyadakı hərbi əməliyyatları dayandıraraq dərhal Sinop qalasına sığınan atasının yanına gəldi. Atasının birlikləriylə Kastamonuya hücum etsə də, Osmanlıların müdaxiləsiylə geri çəkildi. Toqquşmaların sıxlaşdığı bir vaxtda atası Bəyazid bəy Sinopda vəfat etdi və o əsnada yanında olan İsfəndiyar bəy hakimiyyəti ələ aldı.
Rza İsfəndiyarlı
Rza İsfəndiyarlı (12 mart 1896, Naxçıvan – 26 yanvar 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti. == Həyatı == Rza İsfəndiyarlı 1896-cı il martın 12-də Naxçıvan şəhərində anadan olub. Hüseyn Ərəblinskinin Naxçıvana səfəri zamanı teatrda sənhələşdirdiyi N. Nərimanovun "Nadir şah" faciəsində kütləvi səhnələrdə iştirak etməklə aktyor fəaliyyətinə başlayıb. 1912-ci ildə Naxçıvan teatrının səhnəsində N.B. Vəzirovun "Pəhləvani-zəmanə" pyesində Qurban kşi rolunu çox məharətlə yaradıb. Naxçıvan teatrının 20-ci əsrin birinci yarısında ən layiqli sənətkarlarından olub. Onun obrazlar qalareyasında "Arşin mal alan"da Əsgər, "Ölülər"də Şeyx Əhməd, Şeyx Nəsrullah, "Solğun çiçəklər"də Axund, "Aydın"da Mirzə Cavad, "Şeyx Sənan"da Dərviş, Kor Ərəb, Şeyx Kəbir kimi rollar var. Rza İsfəndiyarı Naxçıvan teatrının səhnəsində 150-dən çox rol oynayıb. Onun səhnə fəaliyyəti Naxçıvan teatrının salnaməsinə əbədi daxil olub. H. Ərəblinski, R. Təhmasib, Ə. Qəmküsar, B. Kəngərli və başqa böyük sənətkarlarla çiyin-çiyinə çalışan R. İsfəndiyarlı Naxçıvan teatrının ölməz sənətkarlarındandır. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Rza İsfəndiyarlı 1972-ci il yanvar ayının 26-da Naxçıvan şəhərində vəfat edib.
Sürəyya İsfəndiyari
Sürəyya İsfəndiyari (fars. ثریا اسفندیاری‎; 22 iyun 1932[…], İsfahan – 26 oktyabr 2001 və ya 25 oktyabr 2001, Paris) — Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşı olmuşdur.
İsfəndiyar (mərzban)
İsfəndiyar ibn Fərruxzad — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. Fərruxzad Bavəndinin oğlu. == Həyatı == 639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukeyrin Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür. Mənbələrə görə, mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi.
İsfəndiyar Bərxu
İsfəndiyar Əli oğlu Bərxu və ya İsfəndiyar Coşqun - Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri, Azərbaycan Milli Hökümətinin fədai dəstələrinin üzvü, dissident, ustad qarmon ifaçısı və şair. == Həyatı == İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, Cənubi Azərbaycandan olan mühacir ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirmişdir. Sonradan Stalinin əmrinə əsasən İrandan və Cənubi Azərbaycandan olan mühacirlərin ölkədən çıxarılması zamanı İsfəndiyar Bərxunun da ailəsi Azərbaycan SSR-dən çıxarılmışdır. == Fəaliyyəti == === Azərbaycan Milli Höküməti dövrü === 1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edirdi. 1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşulmuşdur. Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi.
İsfəndiyar Haqqıxlı
İsfəndiyar Haqqıxlı - XIX əsrin sonu, XX əsrin əvvəllərində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı olmuşdur.
İsfəndiyar Qarabaği
Doktor İsfəndiyar Qarabaği — Cənubi Azərbaycanlı müğənni. 1942-ci ildə Təbrizin Qarabağlılar məhəlləsində dünyaya gəlibdir. O, İtaliyada musiqi sahəsində təhsil alıb. O, Traktor Sazi futbol klubunun rəsmi mahnısının müğənnisidir.
İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. == Həyatı == İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
İsfəndiyar Vahabzadə
İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə (4 avqust 1954, Bakı) — filologiya elmləri doktoru, professor, diplomat, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == İsfəndiyar Vahabzadə 4 avqust 1954-cü ildə Bakıda anadan olmuşdur. 1971–1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1986–1988-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. 2002–2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin müəllimi olmuşdur. Filologiya elmləri doktoru, professor və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin (1996) və Belarus Yazıçılar İttifaqının, eləcə də Belarus Jurnalistlər Birliyinin üzvüdür. Fars, dari, türk və rus dillərini bilir. === Ailəsi === Bəxtiyar Vahabzadənin oğludur. == Diplomatik fəaliyyəti == 1976–1979-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi işləmişdir.
İsfəndiyar bəy İbrahimbəyov
İbrahimbəyov İsfəndiyar bəy Bağır bəy oğlu (1892, Şuşa-Bakı) - Azərbaycanın səhiyyə təşkilatçıla­ rından biri, respublikanın əməkdar Bağır bəy ibrahimbəyov həkimi (1942)> tibb elmləri nami­ zədi (1952). Müəllim ailəsində anadan olmuş İsfəndiyar bəy İbrahimbəyov ibtidai təhsilini Şuşada almış, Tiflis şəhər gimnaziyasında oxumuş (1904-1912), oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1912-ci ildə Müqəddəs Vladmir adına Kiyev universitetinin tibb fakültəsinin daxil olmuşdir. Maddi cəhətdən çətinlik çəkən gənc tələbə, yaxın dostu Əli bəy Qayıbovla birlikdə müəllimlik etmiş, həm də universitetdə əla qiymətlərlə oxumuşdur. 1914-cü ildə, üçüncü kursda ikən o, universitetin zəmanəti ilə Kiyev yaxınlığındakı "Puşey Vodiça" 781 nömrəli qospitalında ordinator işləməyə başlamışdır. 1916-ciJldə ali təhsilini başa vurmuş, 1918-ci ilədək həmin qospitalda ordinator, 1920-ci ilə qədər isə isə Cənub Dəmiryol idarəsinin 19-cu tibb sahəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycanda Sovet Hakimiyyəti qələbə çalandan sonra İsfəndiyar bəy İbrahimbəyov Bakıya dəvət olunmuş, Mərdəkan kənd xəstəxanasına baş həkim təyin olunmuşdur, ona yeni tipli xəstəxana yaratmaq tapşırılmışdı. Təşkilatçılıq qabiliyyəti olan gənc həkimi az bir müddətdə müasir tələblərə cavab verən xəstəxana təşkil etmişdir. İsfəndiyar bəy İbrahimbəyov 1921-ci ildə Əhmədli kəndindəki Lenin adma Toxuculuq Fabrikinə baş həkim təyin olunmuş, sonralar "Azneft" birliyinin Buzovnadakı istirahət evlərinin müdiri (1925-1926), Yesentuki şəhərindəki 8 nömrəli sonatoriyanın baş həkimi, Bakıda iki böyük poliklinikanın (Montin və Andreyev adına) təşkilatçısı və müdiri olmuşdur (1926- 1931), Bakı şəhər səhiyyə şöbəsinə məsul işə (1931-ci ildə) dəvət edilmişdir. İsfəndiyar bəy İbrahimbəyov ağır xəstəlik keçirdiyinə görə 1936-cı ildə dövlət onu Qara dənizin cənub sahillərinə müalicəyə göndərmiş, müalicə müddəti dövründə əvvəlcə 220 çarpalıyıq "Çelyuskinçilər" sonralar isə "Qruzinskiy çay" istirahət evlərinin baş həkimi vəzifəsində çalışmışdır.
İsfəndiyar xan
İsfəndiyar xan (?-1643)—Şeybanilər sülaləsindən 14-cü özbək xanı. == Həyatı == I Şah Səfi hakimiyyətə keçdikdən az sonra 1629-cu ildə Urgənc hakimi İsfəndiyar xan (1623-1642) Mərvə hücum edir. Məhəmməd Məsum onun Mərvə hücumuna I Şah Abbasın ona etmiş olduğu yaxşılıqlara cavab olaraq naşükürlüyə yol verməsi kimi baxır. O, yazır ki, Urgənc hakimi İsfəndiyar xan və onun yaxınlarına Səfəvi sarayında nəvaziş göstərilmiş, dəfələrlə müzəffər Səfəvi ordusunun köməyi ilə ölümcül döyüşlərdə xilas edilmişdi . Məhəmməd Məsumun bu məlumatını "Zeyl-i tarix-i alamara-ye Abbasi" də təsdiq edir. Mənbədə göstərilir ki, Xarəzm hakimi Ərəb Məhəmməd xanın (1602-1623) övladları arasında hakimiyyət üstündə müharibədə məğlub olmuş böyük oğlu İsfəndiyar I Şah Abbasa pənah gətirmiş və uzun müddət onun himayəsində yaşamışdır . Məhəmməd Məsuma görə Mərv hakimi Aşur xanın başçılığı altında qala mühafizəçiləri çox ciddi səy göstərib qalanı canfəşanlıqla qoruyaraq bu qorxulu düşməni dəf etməyə tam hazır olduqlarını nümayiş etdirdilər. O, öz hərbi dəstəsinin sayının az olmasına baxmayaraq qorxmadan qaladan çıxıb düşmənin çoxsaylı ordusu ilə döyüşə başlayır. İlk toqquşmadan sonra İsfən-diyar xan geri çəkilməyə məcbur olub öz ölkəsinə qayıdır . Məhəmməd Məsuma görə Aşur xan özünün hərbi dəstəsi ilə İsfəndiyar xanı məğlub etmişdi.
İsfəndiyar Mədətov
İsfəndiyar Mühacir oğlu Mədətov (10 iyun 1973, Cəngəmiran, Lerik rayonu – 11 aprel 1994, Talış, Tərtər rayonu) — Birinci Qarabağ doyüşləri şəhidi olmuşdur. == Həyatı == Mədətov İsfəndiyar Mühacir oğlu 1973-cü il iyun ayının 10-da Lerik rayonun Cəngəmiran kəndində anadan olub. == Təhsili == 1990-cı ildə Cəngəmiran kənd orta məktəbini bitirib. == Hərbi xidməti == 1992-ci ilin 13 may tarixində Azərbaycan Milli ordu sıralarına çağrılır. Ağdərə, Ağdam, Fizuli uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olur. Ağdərə rayonunun Vaqauz kəndi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümünəsi göstərir. 12 sentyabr 1992-ci ildə həmən döyüşdə 6 nəfər yoldaşı ilə birlikdə düşmən mühasirəsinə düşür, qeyri-bərabər döyüşdə döyüş yoldaşlarının hamısını itirsə də, son gülləsinə qədər silahı yerə qoymur. Şəhid olmuş yoldaşlarının meyidlərini götürmək məqsədi ilə həmən yerə gələn əsgərlərimiz orada 32 nəfər erməni cəsədini də aşkar edirlər. Bu döyüşlə bağlı "SƏS" qəzetinin 8 sentyabr 1993-cü il tarixli sayında məqalə dərc olunur. İsfəndiyar Mədətovun son döyüş yeri Ağdərə rayonunun Talış kəndi olur.
İsfəndiyar
İsfəndiyar — kişi adı. İsfəndiyar Rüstəmov — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. İsfəndiyar Vahabzadə — filologiya elmləri doktoru, professor, diplomat İsfəndiyar xan — Şeybanilər sülaləsindən 14-cü özbək xanı. İsfəndiyar Bərxu — Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri İsfəndiyar bəy İbrahimbəyov — Azərbaycanın səhiyyə təşkilatçılarından biri İsfəndiyar Mədətov — Birinci Qarabağ doyüşləri şəhidi İsfəndiyar Haqqıxlı — XX əsrin əvvəllərində tanınmış qaçaq. İsfəndiyar (mərzban) — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. İsfəndiyar Qarabaği — Cənubi Azərbaycanlı müğənni.
İsakənd
İsakənd (Tovuz)
İsfərə
İsfərə (tac. Исфара) — Tacikistanın şimalında sənaye şəhəri. Suğd vilayətinin İsfərə rayonunun inzibati mərkəzi. == Coğrafiyası == İsfərə dağlarla əhatəlidir. Təbiəti müxtəlifdir. Türküstan sıra dağlarının bir hissəsidir. == İqlimi == == Tarixi == Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, Qənibadam, Şorab və İsfərə. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Şəhər ilk dəfə Təbərinin "Tarix" kitabında xatırlanır. Abbasilərdən sonra İsfərə Samanilərə tabe oldu.
İskənə
İskənə — metal, dəmir və ağacların emalında tətbiq olunan, metaldan hazırlanmış alətdir. Tablandırılmış tilləri olan bu alətin uc hissəsi paz formasındadır. Iskənə çəkicin köməyi ilə emal olunan hissələri parçalamaq və ya yonmaq üçün istifadə olunur. Ağac üçün nəzərdə tutulmuş iskənələr tablandırılmış poladdan, daşın emalı üçün isə bərk xəlitədən hazırlanırlar. İşin təhlükəsiz aparılıması üçün alətə plastmas, ağac və ya metaldan hazırlanmış başlıq keçirilirək əlin zədələnməsinin qarşısı alınır.
Sivənd dili
Sivənd dili —Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki fars ostanında xüsusilə Sivənddə danışılır.
İsakənd (Soyuqbulaq)
İsakənd (fars. عيسي كند‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (63 ailə). Əhalisini kürdlər təşkil edir.
İsakənd (Tovuz)
İsakənd — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim İsa (şəxs adı) və kənd komponentlərindən düzəlib, "İsanın kəndi" mənasındadır. Yerli əhali kəndi qeyri-rəsmi olaraq Aşağı və Yuxarı İsakənd adı ilə adlandırır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində, Kicik Qafqazın yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə İsakənd kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə İsakənd kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə İsakənd tibb məntəqəsi yerləşir.
İskənə (bürc)
İskənə (lat, Caelum) — Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzunun ölçüsü 4-dür. Azərbaycandan görünür.
İsland dili
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İvənd (Şəbüstər)
İvənd (fars. چرا‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,312 nəfər yaşayır (328 ailə).
Corc Sənd
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır.
Silend
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Smend
Heckeperre Setepenre, Smend — Misirin iyirmi birinci sülaləsinin banisi olan firondur. Aşağı Misiri idarə edən XI. Ramzesin ölümündən sonra taxta çıxmışdır. "Mendesin Sahibi" mənasına gələn Nesbanebced adı ilə doğulmuş olmasına baxmayaraq, İosifus və Sext Afrikan kimi yunan yazarlar tərəfindən "Smendes" olaraq adlandırılmışdır. Mənşəyi tam olaraq bilinməməklə birlikdə, XI. Ramzesin yüksəlişi dövründə Aşağı Misirdə olduğu və Tanis bölgəsinin idarəsindən məsuliyyətli olduğu düşünülür.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Stone Island
Stone İsland — İtalyan şirkəti, yüksək-səviyyəli geyim istehsalçısı. == Şirkətin tarixçəsi == 1982-ci ildə Stone İsland geyim markası C.P.Company adını daşıyan şirkətin məhsulu kimi yaranıb. Onun işi nəticəsində Stone İsland markası altında həm materialın keyfiyyətinə, emal texnologiyalarına, həm də ekstremal dizayna görə nadir əşyaların sırasına peyda olmağa başladı. Stone İsland məhsullarının istehsalı zamanı istifadə edilən texnoloji prosedurların kökləri tez-tez qeyri-standart geyim istehsal etməyə imkan verən müxtəlif sənaye sahələrinə gedir. Yuxarıda sadalanan texnoloji gedişlərin tətbiqi nəticəsində şirkət Avropada populyarlıq qazanmağa başlayıb. Stone Island geyimləri tekstil brendlərinin A (lüks) seqmentinə daxildir. == Marka nişanı == Stone İsland paltarının əsas və ən vacib detallarından biri, kompas şəklində bir şirkət emblemi ilə bir yamaq tikmədir. Adətən o sol qolda iki düymə (bəzi modellərdə — çiyində) bərkidilir. 1980-ci illərin ortalarında, əsasən, bu dizayner tapıntısı sayəsində Stone Island markası altında olan geyim eyni İngilis futbol azarkeşləri arasında populyarlaşdı. Stone İsland geyimlərinin vəziyyətində bu yamaq elementi, hətta paltardan belə vacib detala çevrildi.
Treasure Island
Takarajima (yap. 宝島 , azərb. Dəfinələr adası‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı. == İstinadlar == == Xarici keçidlər == Treasure Island — Internet Movie Database saytında.
Battulqa Tsend
Battulqa Tsend (monq. Баттулга Цэнд; 15 mart 1970, Ulan-Bator) – Monqol türkoloqu, dilçi, epirafist, elmlər doktoru, professor. == Həyatı və fəaliyyəti == Battulqa Tsend 15 mart 1970-ci ildə Monqolustanın Ulanbator şəhərində anadan olub. Monqolustan Milli Universitetini epiqrafist ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışıb. Monqolustanı qarış-qarış gəzərək türk yazılı abidələrinin üzə çıxarılması, araşdırmalara cəlb olunması ilə məşğul olub. “Monqolustandakı runik kiçik yazıtları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1999). On il Monqolustan Milli Universiteinin (Монгол Улсын Их Сургууль) Türkologiya kafedrasına rəhbərlik edib. Onun rəhbərliyi altında türkologiyanın müxtəlif problemlərinə dair bir neçə dissertasiya müdafiə edilib. Türkologiya bölümü bağlandıqdan sonra onun bazasında yaradılmış Asiya Araşdırmaları kafedrasının müdiridir.
Svend Ollinq
Svend Ollinq (9 noyabr 1967) — Danimarka diplomatı. Danimarkanın Türkiyədəki (2016-cı ildən) və Azərbaycandakı (2017-ci ildən) fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Svend Ollinq 9 noyabr 1967-ci ildə Qlostrupda anadan olmuşdur. Kopenhagen Universitetini bitirmişdir. == Diplomatik fəaliyyəti == Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduqdan sonra o, öz etimadnaməsini Azərbaycan Prezidentinə 2017-ci ilin mart ayının 26-da təqdim etmişdir. == Ailəsi == Ann Kyer Ollinq ilə evlidir. Bu evlilikdən onların üç övladı var: Asbyörn (1997), Astrid (1999) və İnqrid Kyer (2004).
İşken (Uçalı)
İşken (başq. Ишкен, rus. Ишкиново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 49 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Dead Island: Riptide
Dead Island: Riptide — Dead Island adlı oyunun davamıdır. Techland'ın hazırladığı oyun Deep Silver tərəfindən 2013-cü ilin aprelində nəşr olunmuşdur. == Hekayə == Dead Islandda oyunun sonunda adadan xilas olduqlarını düşünən qəhrəmanlar (Reqbi oyunçusu Logan, Repçi Sam B, Hong Kong polisi Xian Mei və Avstraliyalı cangüdən Purna), gözlənilməz bir şəkildə təkrar adaya düşərlər. Məqsədləri bəlkə də insanlığın tükənmiş olduğu bir adada həyatda qalmaqdır.
Granville Island Hotel
Granville Island Hotel — Kanadanın Vankuver şəhərində yerləşən oteldir. Otel Qrannvill adasında yerləşir və "Vankuverin ən yaxşı saxlanılan sirlərindən biri" kimi göstərilir.
Mişənd (Astara, İran)
Mişənd (fars. مشند‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 624 nəfər yaşayır (117 ailə).
Total Drama Island
Total Drama — Cennifer Perç(en) və Tom Makqillis(en) tərəfindən yaradılmış Kanada cizgi serialı. Kanadada 8 iyul 2007-ci ildə Teletoon telekanalında yayımlanmışdır. Serial Survivor(en) realiti şousunu parodiya edir. Hər mövsüm bir qrup gənc qalib olmaq uğrunda mübarizə aparır. Mükafat və toxunulmazlıq qazanmaq üçün həm komanda şəklində həm də tək başına müsabiqələrdə iştirak edirlər. Təxminən yarışın ortalarında komandalar parçalanır və üzvləri bir-birləri ilə rəqabət aparmağa məcbur edilirlər. Müsabiqənin iştirakçıları bir-birlərinə dəstək olsalar onlar dərhal oyundan kənarlaşdılırlar. Serialın birinci mövsümündə müsabiqənin finalında qalib gələn iştirakçıya 100,000 Kanada dolları ödənilib. Serial altı mövsümdən ibarətdir: Island, Action, World Tour, Revenge of the Island və Total Drama Island.