Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İslandca
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İslandiya
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandlar
İslandlar (isl. Íslendingar) — əsasən İslandiyada yaşayan millət. İslandların ümumi sayı 457 min nəfərdir. Onlardan təminən 300 mini İslandiyada, 89 mini Kanadada, 50 mini ABŞ-də, 15 mini Danimarkada, 3 700 nəfər isə Norveçdə yaşayır. İsland dilində danışırlar. Dini baxımdan islandlar protestantdırlar (lüteran), buna baxmayaraq, ənənəvi inanclarını qoruyub saxlayıblar.
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İslandiya (ada)
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya Prezidenti
İslandiya Prezidenti — 1944-cü ildə Danimarkadan müstəqilliyini qazanan İslandiyanın, dövlət başçısı. İslandiya Prezidenti, İslandiya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. İslandiya Prezidenti vəzifəyə, İslandiya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2016-cı ilin 1 avqust tarixində vəzifəni, Qvyudni Youhannesson icra edir.
İslandiya Respublikası
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya Universiteti
İslandiya Universiteti ( isl. Háskóli Íslands ), İslandiyanın Reykyavikdəki ictimai araşdırma universitetidir və ölkənin ən qədim və ən böyük ali təhsil müəssisəsidir. 1911-ci ildə qurulan kiçik iyirmi məmur məktəbindən iyirmi beş fakültədə təxminən 14000 tələbə üçün təlim verən müasir bir hərtərəfli universitetə qədər inkişaf etmişdir. Tədris və tədqiqat ictimai elmlər, humanitar elmlər, hüquq, tibb, təbiət elmləri, mühəndislik və müəllim təhsili sahəsində aparılır. Mərkəzi Reykyavikdəki Suðurgata küçəsi ətrafında cəmlənmiş bir kampusa sahibdir. Əlavə qurğular yaxın ərazilərdə, eləcə də kənd yerlərində yerləşir. İslandiya Universiteti, üç keçmiş orta təhsil müəssisəsini birləşdirən Altinq tərəfindən 17 İyun 1911-ci ildə qurulmuşdur: Prestaskólinn, Læknaskólinn və Lagaskólinn, müvafiq olaraq ilahiyyat, tibb və qanunu tədris edir. Universitetin əvvəlcə humanitar fakültədən əlavə bu üç sahə üzrə fakültələri var idi. Fəaliyyətə başladığı ilk il ərzində 45 tələbə təhsil aldı. Universitetin ilk rektoru, humanitar elmlər fakültəsinin professoru Björn M. Ólsen idi.
İslandiya adası
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya bayrağı
İslandiya bayrağı — İslandiyanın Dövlət bayrağı
İslandiya krallığı
İslandiya krallığı (isl. Konungsríkið Ísland, dan. Kongeriget Island) — 1 dekabr 1918-ci ildə Danimarka-İslandiya Birləşmə Aktı nəticəsində qurulmuş dövlət. 17 iyun 1944-cü ildə İslandiyanın respublika elan olunmasınacan mövcud olmuşdur. İslandiya 1380-ci ildən bəri Danimarka ölkəsinin içindəki Norveç krallığının mülkü idi. 1874-cü ildə Danimarka İslandiyaya muxtariyyət hüquq verdi. Bu hüquq 1903 və 1904-cü illərdə genişləndirildi. 1 dekabr 1918-ci ildə iki tərəf arasında Danimarka-İslandiya Birləşmə Aktı imzalandı və İslandiya suveren dövlətə çevrildi. Danimarka kralı həm də İslandiya kralı olmaq şərtilə və xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. 9 aprel 1940-cı ildə Nasist Almaniyasının Danimarkanı işğalı iki dövlət arasındakı əlaqələrdə problemlər yaratmağa başladı.
İslandiya kronu
İslandiya kronu — İslandiyanın pul vahidi. 1885-ci ildə dövriyyəyə buraxılıb. İlk dövrdə 1 kron 100 eyreyə bərabər idi, ancaq 1 yanvar 1995-ci ildən eyre dövriyyədən çıxarılıb. 1 yanvar 1999-cu ildən isə 36 №-li 27 aprel 1998-ci il il Qanuna əsasən haqq-hesabda məbləğ 50 eyreyə qədər yuvarlaqlaşdırılmalıdır. 1 oktyabr 200-cü ildən isə eyre rəsmi surətdə mövcud deyil. İslandiya kronu (ISK) 10 (göy rəngdə), 50 (şabalıdı), 100 (yaşıl), 500 (qırmızı), 1000 (), 2000 (çox rəngli), 5000 (göy) nominalında buraxılır. Hal-hazırda 10, 50 və 100 nominallıq əskinazlar buraxımır. 2012-ci il valyuta kursu 126 ISK 1 ABŞ dollarına bərabərdir.
İslandiya qaratoyuğu
İslandiya qaratoyuğu (lat. Turdus poliocephalus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
İslandiya qumluqcası
İslandiya qumluqcası (lat. Calidris canutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
İslandiya setrariyası
İslandiya setrariyası lat. Cetraria islandica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU A2c +3c. Nadir növdür. Tallom nizamsız düzülmüş şaquli kolluqlurdan ibarətdir. Lövhəciklərin hündürlüyü 10 sm, eni 0,5-5 sm-dir, kənarları yuxarıya doğru burulub, yaşılımtıl-qəhvəyi rəngdədir, azca parıltılıdır. Tallomun hər iki tərəfi eynidir. Bəzən alt səthi az parıldayan olub, yalançı sifellərlə əhatə olunmuşdur. Lövhəciklərin kənarları kirpikciklidir, bəzən soridili və izidilidir. Apotesilər lövhəciklərin kənarlarında yerləşir, diametri 1,4 sm, tallomla eyni rəngdədir. Apotesilərin kənarları mişardillidir.
İslandiya tarixi
İslandiya Respublikasının yerləşdiyi eyni adlı adanın tarixinə verilən ümumi ad. İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam asılı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır. 1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı.
İslandiya şpatı
İslandiya şpatı — kalsitin şəffaf, rəngsiz, yaxud açıq sarı, çəhrayı, limonu, abı və b. rəngli növ müxtəlifliyi. Bazalt (trapp), yaxud əhəngdaşlarındakı qeyri-şəffaf kalsit və ya kalsit seolitlərdən ibarət olan damar və yuvacıqlarda rast gəlinir. İslandiya şpatı əmələ gəlməsi hidrotermal məhlulların fəaliyyəti ilə əlaqədardır. Müxtəlif cihazların (mikroskop, saxarimetr, polyarimetr, spektrofotometr fototeleqraf cihazları, kinosəs və televizion aparatlar və b.), polyarizasion prizmalarının hazırlanmasında istifadə edilir. Böyük ehtiyatlı keyfiyyətli yataqları bazaltlarla əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
İslandiya şəhərləri
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
İslamda Harun
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Fransalı İolanda
Valualı Yolanda (fr. Yolande de Valois; it. Iolanda di Valois) (23 sentyabr 1434, Tur – 23 avqust 1478, Şamberi) — Savoyya hersoqu IX Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Fransa kralı VII Çarlz, anası isə onun ikinci xanımı Anjulu Mariyadır. 1452-ci ildə Savoyya hersoqu Lüdovikin böyük oğlu Amadeusla evləndirildi. Ərinin 1465-ci ildə taxta çıxmasıyla Savoyya hersoqinası oldu. Ancaq ərinin epilepsiya xəstəsi olması səbəbilə hersoqluğun idarəsində söz sahibi olmuşdur. 1472-ci ilin martında əri IX Amadeusun vəfat etməsiylə, oğlu Filibert hersoq, özü isə taxt naibi elan edildi. Atasına qarşı ayaqlanıb onu taxtdan devirən qardaşı XI Lüdovikə qarşı Burqundiya hersoqu Cəsur Karlla ittifaq bağladı. Ancaq müttəfiq qoşunların 1476-cı ildə fransızlara məğlub olmasının ardından, oğlu bütün bu itkilərin səbəbkarı olaraq anasını gördü və onu həbs etdirdi.
İslamda zina
Zina (ərəb. زِنَا‎) — islam hüququnda (fiqh) evli olmayan insanlar arasında qeyri-qanuni cinsi əlaqə. Dörd sünni və iki şiə məzhəbinin hamısında zina termini bir-biri ilə evli olmayan kişi və qadın arasında könüllü cinsi əlaqə deməkdir. Əksər Avropa dillərində evli şəxslərin digərləri ilə cinsi əlaqəsi və iki subay insan arasında cinsi əlaqə arasında fərq qoyulur. Buna baxmayaraq, islam şəriətində belə bir fərq yoxdur. İslam qanunları müsəlmanlar və qeyri-müsəlmanlar üçün Quran və Məhəmməd peyğəmbərin sünnəsinə əsasən cəzalar nəzərdə tutur. Digər İbrahimi dinlərində olduğu kimi islamda da zina ən ağır günahlardandır. Zina Quranda üç yerdə qeyd edilmişdir. Məhəmməd peyğəmbərin sünnəsindən zina ilə bağlı bir neçə hal var. Birinci halda Məhəmməd peyğəmbər Tövrat qanununa istinad edərək zina edən yəhudi qadını daşqalaq etməyi əmr etmişdi.
İslamda bidət
Bidət — dində olmayan şeyi qanun kimi dinə daxil etmək - İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Bu barədə Əli(ə) buyurub: "Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir". Vəhhabilik və təkfirçilər şiələri bidətçi hesab edirlər. Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir: "Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".
İslamda dua
Dua — çağırış, dindarın ALLAHA müaraciəti. Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir. Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır. Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!" Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir. DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik: Təharətli olmaq Dua edərkən üzü qibləyə tərəf əyləşmək Haram və pis işlər üçün dua etməmək İnam və yəqinlə dua etmək Duada hacətlərin həyata keçməsinə təkid etmək Səhər çağı dua etmək Dua edərkən hacətləri dilə gətirmək Duadan qabaq Allah-taala üçün həmd-səna demək Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək; Müqəddəs məkanlarda dua etmək və s. (1.
İslamda qurban
İslamda qurban (ərəb. قربان‎) — islam dinində qurbanvermə anlayışı. Qurbankəsmə vacib ibadət ayinlərindən biridir. Ən məşhur qurban udhiyyədir. Fitr bayramında kəsilən qurban, lakin bundan əlavə müsəlmanlar uşaq doğulması (əqiqə), eləcə də nəzir (nəzr qurbanı) münasibətilə qurban kəsirlər. Udhiya (ərəb. التضحية — Günəş çıxandan sonra səhər kəsilən qurbandır. Qurban bayramının qeyd olunması zamanı Zilhiccə ayının 10-da icra edilən qurbanlıq mərasimidir. Ayin İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasının xatirəsinə edilir, onun yerinə son anda qoç kəsilir. Bu ayin İslam dininin mühüm ritual xüsusiyyətidir.
Islands
Islands — Avstraliya müğənnisi Cozef Salvatın üçüncü studiya albomu. 18 fevral 2022-ci ildə Leafy Outlook tərəfindən buraxılıb.
Islamda həmrəylik
İslamda həmrəylik - Əqidə və şəriət məsələlərində etiqad edilməsi və qəbul olunması zəruri sayılan mövzulardan başqa digər müxtəlif anlayışları, ümumilikdə isə islam məzhəblərini "vahid İslam ümməti" adı altında bir araya gətirmək, müsəlmanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, İslamda məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyinin təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərin əsas tutan ideyadır. Ideyanın əsas məqsədi məzhəblərarası yaxınlaşmanı təmin etməkdir. Həmrəylik islamın içindən qaynaqlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir: 1) "Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78). 2) "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103) 3) "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbir edənlərlədir" (Ənfal,46). İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərli hesab olunur. Bu ideoloji yanaşmanın kökündə islamın müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipi durur. Bu prinsip daxili həmrəyliyi qoruyur. İslamı qəbul etmiş iki şəxs arasındakı etnik, dil və digər fərqlər silinir və onların arasında düşmənçilik yolverilməz hesab olunur.
Khazar Islands
Xəzər Adaları — 2015-ci ildən tikintisi dayandırılmış, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri. == Layihə haqqında == Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır Layihənin 2020–2025-ci illərdə başa çatması gözlənilirdi.