Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Assur
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
İisus
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İssop
Esse
Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrı. Esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrı. Daha çox ədəbiyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir. Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulmuşdur. Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
İsso
Isso (it. Isso) — İtaliyada Lombardiya bölgəsinin , Berqamo vilayətində kommuna. Əhalisi 665 nəfərdir (2008), əhalinin sıxlığı 136 nəfər / km²-dir. Sahəsi 5 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 0363. Kommunanın hamisi müqəddəs Həvari Andreydir .
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Otri-İssar
Otri-İssar (fr. Autry-Issards) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03012. 2008-ci ildə əhalinin sayı 332 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 216 nəfər (15-64 yaş arasında) arasında 165 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.4%, 1999-cu ildə 66.2%). Fəal olan 165 nəfərdən 150 nəfər (78 kişi və 72 qadın), 15 nəfər işsiz (4 kişi və 11 qadın) idi. Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pterothrissus gissu
Pterothrissus gissu (lat. Pterothrissus gissu) — pterothrissus cinsinə aid balıq növü.
Sato İssay
Sato İssay (佐藤一斎, 14 noyabr 1772 – 19 oktyabr 1859, Edo[d]) – Edo dövrünün Yaponiyasında yaşamış konfutsiçi alim. Sato İssay 1772-ci ildə İvakura hanının yüksək rütbəli xidmətçi ailəsində doğulmuşdur. Sato daymyonun oğlu olan Matsudayra Tayranın müşayiətçisi təyin olunmuşdu. Daha sonra Matsudayra şoqunluğun rəsmi konfutçi alimləri kimi xidmət göstərən Hayaşi ailəsinə övladlıq olaraq verilmiş və Hayaşi Cussay adını götürmüşdür. Sato 1791-ci ildə Osakaya gedərək Nakay Çikuzanla, daha sonra isə Kiotoya gedərək Minaqava Kienlə təhsil almışdır. 1793-cü ildə Edo şəhərinə gedərək Cussay ilə birlikdə oxumuşdur. 1805-ci ildə şoqunluğun konfutsiçi məktəbi olan və Cussayın başçılıq etdiyi Şoheykonun baş müəllimi təyin edilmişdir. Cussayın 1841-ci ildəki ölümündən sonra Sato məktəbin professoru vəzifəsinə yüksəlmiş və tez-tez şoqunluğa məsləhətlər vermək üçün çağırılmışdır. Satonun 3000-ə yaxın tələbəsi olmuşdur. Onların arasında bir neçə daymyo və Ohaşi Totsuan, Sakuma Şozan və Vatanabe Kazan kimi alimlər olmuşdur.
İisus Navin
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Lorem ipsum
Lorem ipsum — mənalı məzmuna əsaslanmadan sənədin və ya şriftin vizual formasını göstərmək üçün adətən nəşriyyatda və qrafik dizaynda istifadə olunan nümunə mətn. Lorem ipsum, son nüsxə mövcud olana qədər nümunə mətni kimi istifadə edilə bilər. O həmçinin qrikinq adlanan prosesdə mətni müvəqqəti olaraq əvəz etmək üçün istifadə olunur ki, bu da dizaynerlərə veb-səhifənin və ya nəşrin formasını nəzərdən keçirməyə imkan verir. Lorem ipsum Roma dövlət xadimi və filosofu Siseronun eramızdan əvvəl I əsrə aid mətni De finibus bonorum et malorum-un korlanmış versiyasıdır və sözləri mənasız və düzgün olmayan latınca etmək üçün dəyişdirilib, əlavələr və silinmələr edilib. İlk iki söz "dolorem ipsum" ("ağrının özü") sözünün dəyişdirilmiş versiyasıdır. Lorem ipsum mətninin versiyaları 1960-cı illərdən, Letraset köçürmə vərəqlərinin reklamları ilə populyarlaşdıqdan sonra çapda istifadə edilmişdir. Lorem ipsum rəqəmsal dünyaya ilk dəfə 1980-ci illərin ortalarında Aldus korporasiyası tərəfindən masaüstü nəşr proqramı PageMaker üçün qrafik və söz emal şablonlarında istifadə edərkən təqdim edildi. Pages və Microsoft Word də daxil olmaqla digər məşhur mətn prosessorları, bir çox LaTeX paketləri, Joomla! və WordPress kimi veb-məzmun menecerləri və Semantic UI kimi CSS kitabxanaları Lorem ipsumu mənimsədilər. == Nümunə == Lorem ipsum mətninin əsas hissəsi: Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Anal fissur
Anal fissur və ya Anal çat — Anus dərisinin cırılmasına anal çat və ya anal fissur deyilir. Anal çat əsasən anal kanalın arxa komissurunda yerləşir. Nadir hallarda, xüsusilə qadınlarda ön komissurda da yerləşə bilər. Anal çatın uzunluğu 5–10 mm olur.
Takeşi İnoue
Takeşi İnoue (30 sentyabr 1928 - 5 aprel 1992) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İeske adaları
İeske adaları — Frans-İosif Torpağı arxipelaqına daxil iki adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar ilk sovert aviatorlarından olan Nikolay Martınoviç İeskenin şərəfinə adlandırılmışdır.. Adalar arxipelaqın mərkəzində, Solsberi adasından şimal-qərbdə yerləşir. Ən iri adası 500 m uzunluğa malikdir. Adada yüksəklik yoxdur. Kişik adanın uzunluğu 50 metrdir.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
İssey Miyake
İssey Miyake (三宅 一生, Miyake İssey, 22 aprel 1938, Hiroşima – 5 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur. İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir. Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir. 5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür. Miyake moda karyerasına 1966-cı ildə başlamışdır. O, Parisdə Qi Laroş, Ceffri Biin və Yuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir.
İssuar (rayon)
İssuar (fr. Issoire) — Fransanın Overn regionun rayonlarından biri. Departamenti — Püi-de-Dom. Suprefektura — İssuar. Rayon əhalisi 2006-cı ildə 60 267 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 33 nəf / km². Rayon ərazisi — 1820 km².
Şumpey İnoue
Şumpey İnoue — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İssık gölü
İssık (qaz. Есік көлі) — Qazaxıstanın cənubunda göl. Göl İssık dərəsində, İle Alatau silsiləsində, Alma-Ata şəhərindən 40 km şərqdə yerləşir. İssık gölü Qazaxıstanın Almatı vilayətinin Enbekşikazak rayonunun cənub-qərbindədir. Göl təxminən 8—10 min il əvvəl dağ uçqunu zamanı formalaşmışdır. Uçqun zamanı hündürlüyü 300 metr olan təbii bənd yaranmışdır. İssık gölünün təxmini uzunluğu 1700-1850 metr arasında dəyişir. Eni 500 m, dərinliyi isə 50—79 metrdir. Suyun rəngi yaşıl-mavidir. Göl dəniz səviyyəsindən — 1714,5 m, digər mənbələrə görə isə 1706,8 m və ya 1759 m yüksəklikdə yerləşir.
İsser Harel
İsser Harel (ivr. ‏איסר הראל‏‎; 1912[…], Vitebsk – 18 fevral 2003, Petah-Tikva, Mərkəz dairəsi) — 1952-ci ilə qədər Şabak Kəşfiyyat Təşkilatının direktoru olmuş və sonradan bu təşkilatın rəhbəri olmuş Mossad Kəşfiyyat Təşkilatının yaradıcılarından biridir. Onun ən mühüm işlərindən biri 1960-cı ildə Argentinada Adolf Eyxmanın şəxsiyyətinin müəyyən edilərək, xüsusi hissədən ibarət qrup tərəfindən tutularaq İsrailə gətirilməsi və burada müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlər üzrə mühakimə olunması üçün məhkəmə qarşısına çıxarılmasıdır. İsser Harel İsrail dövlətinin qurulmasının ilk 15 ilinin önəmli şəxsiyyətlərindən biridir. == Həyatı == O, 1912-ci ildə Rusiya İmperiyasının Vitebsk şəhərində (indiki Belarusun bir hissəsi) çox uşaqlı ailədə anadan olub. O, bütünü ivrit dilində yazılmış 10 kitabın müəllifidir.
İnoue Enryo
İnoue Enryo (井上 円了, 18 may 1858 – 6 iyun 1919, Dalyan, Yaponiya imperiyası) – Yaponiya filosofu, buddist mütəfəkkiri və pedaqoqu. Fəlsəfənin populyarlaşdırılması ilə məşğul olmuş, Toyo Universitetinin əsasını qoymuşdur. == İlk illəri == İnoue Enryo 1858-ci ildə indiki Niiqata prefekturasında doğulmuşdur. Ailəsi buddizmin Codo Şin sektasına mənsub idi. Tadanori İşiqurodan Çin klassikləri dərsi almış, Naqaoka İngilis Məktəbində ingilis dilini öyrənmişdir. İnoue Honqan məbədi tərəfindən Tokio Universitetində təhsil almağa göndərilmiş, 1885-ci ildə universiteti bitirmişdir. Universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. Universitetdə oxuduğu vaxt 1884-cü ildə Tetsuqukayı təsis etmişdir. == Fəaliyyəti == İnoue 1887-ci ildə Toyo Universitetinin sələfi olan fəlsəfə institutu Tetsuqakukanı qurmuşdur. Qautama Budda, Konfusi, Sokrat və İmmanuel Kant kimi filosofların fikirlərinin sintezini yaratmağa çalışmışdır.
İnoue Tetsuciro
İnoue Tetsuciro (井上 哲次郎, 25 dekabr 1856 və ya 1856, Dazayfu[d], Çikuzen əyaləti[d] – 9 noyabr 1944 və ya 1944, Koişikava-ku[d], Tokio) – Yaponiya filosofu, şairi və pedaqoqu. Şintayşi hərəkatının qabaqcılı olmuş, alman idealizmini müdafiə etmişdir. == Həyatı == İnoue Tetsuciro 1856-cı ildə Yaponiyanın Çikuzen əyalətində (indiki Fukuoka prefekturası) doğulmuşdur. Tokuzan Nakamuranın rəhbərliyi altında Çin klassiklərini oxumuş, 1875-ci ildə Tokio Kaysey Məktəbinə daxil olmuşdur. 1880-ci ildə Tokio Universitetinin fəlsəfə fakültəsindən məzun olmuşdur. 1882-ci ildə Tokio Universitetinin dosenti olmuşdur. Həmin il "Şintayşişo" poeziya kitabının həmmüəlliflərindən biri olmuş, Toyama Masakazu və Ryokiçi Yatabe ilə birlikdə Şintayşi hərəkatının qabaqcıllarından biri olmuşdur. 1884-cü ildə təhsil almaq üçün Almaniyaya getmişdir. 1890-cı ildə Tokio Universitetinin professoru olmuşdur. Bütün akademik karyerasını 1923-cü ilə qədər Tokio Universitetində fəlsəfə dərsi verməklə keçirmişdir.
Maebara İssey
Maebara İssey (前原 一誠, 28 aprel 1834, Çoşu hanı[d] – 3 dekabr 1876, Hagi[d], Yamaquçi prefekturası) – Yaponiya samurayı və aktivisti. Hikotaro və ya Haçicuro adları ilə də tanınmışdır. 1876-cı ildə baş vermiş Haqi üsyanına rəhbərlik etmişdir. == Həyatı == Maebara İssey 1834-cü ildə Çoşu hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. Şoqunluğa qarşı olan aktivist və intellektual Yoşida Şoinin özəl məktəbinə qatılmışdır. Maebara 1860-cı ildən etibarən şoqunluğa qarşı təşkil olunmuş fəaliyyətlərə qatılmağa başlamışdır. 1864-cü ildə Çoşu hanında baş vermiş üsyana qatılmış, 1868-ci ildə Meyci islahatının baş verməsində rol oynamışdır. Əvvəlcə Eçiqo əyalətinin qubernatoru, daha sonra kabinet müşaviri təyin olunmuşdur. Bir müddət müharibə naziri vəzifəsini tutsa da, 1870-ci ildə xəstəliyinə görə bu vəzifədən istefa vermişdir. Maebara 1874-cü ildə Eto Şinpey tərəfindən qaldırımış Saqa üsyanını yatırmışdır.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç. Pirs (1839–1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir. İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
Şişmə
Şişmə (Avurğazı) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Şişmə (Sultanmurad) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Erekle Şişmə (Askın) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Şişmə-Urakay (Askın) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Yeni Şişmə (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd.
ISSN
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
İşum
İşum(di-šum, bəzən ì-šum, i-šum-mu) tanrı, ya tanrıların elçisi (nāgir ilī) və ya qulluqçusu (rābiṣu), bələdçisi(ālik maḫrīšu), Babil tanrısı Erranın xələfi, tanrı Nerqalın elçisi. İşum eyni zamanda gecə bələdçisi (dEN.MI.DU.DU, bēlu mūttallik muši) və yolların ağası, sahibi (bēl sūqi, sukkal sūqi) hesab edilir.
Şüşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
İşvə
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Şibue Çusay
Şibue Çusay (渋江 抽斎, 1805, Edo[d] – 1858 və ya 5 oktyabr 1858) və ya əsl adı ilə Zenzen – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından olan Tsuqaru ailəsinin həkimi olmuşdur. Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir. Atası Şibue İnsey də həkim idi. Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur. Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur. İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır. Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur. O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur. Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır.
Aşşur çarlığı
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.