Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İtboğan
Vaxtsızçiçək (lat. Colchicum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Cinsin nümayəndələrinin vətəni Qərbi Asiya, Avropa, Aralıq dənizi sahillərinin bir hissəsi, Şərqi Afrika sahillərindən aşağı Cənubi Afrika və Qərbi Keypdir. Cinsin bütün növləri zəhərlidir. Vaxtsızçiçək və zəfəran bir-birinə bənzəyir və təsadüfi bir müşahidəçi tərəfindən qarışdırıla bilər. Bununla birlikdə, vaxtsızçiçəyin 3 dişiciyi və 6 erkəkciyi olduğu halda, zəfəranın 1 dişiciyi və 3 erkəkciyi var. Zəfəran sözügedən cins ilə heç bir qohumluğa malik deyil və süsənkimilər fəsiləsinə aiddir. Cinsin adı müasir Gürcüstandakı Kolxida bölgəsinin qədim yunanca adı olan Κολχίς ("Colchis") sözündən gəlir. Kolxida yunan mifologiyasında arqonavtların qızıl yun axtarışı üçün getdiyi və Yasonun Medeya ilə qarşılaşdığı yer kimi təqdim olunur. Bu cinsə daxil olan bitkilər podaqra və erməni xəstəliyini müalicə etmək üçün əczaçılıqda istifadə edilən kolxisin alkaloidinin zəhərli miqdarını ehtiva edir.
İtoman
İtoman (yap. 糸満市 — Yaponiyanın Okinava adasındakı Kyusyu regionunun Okinava prefekturasında yerləşən şəhər. Şəhərin yaxınlığında Tomiqusuku şəhəri və Yese qəsəbəsi yerləşir. Şəhərin əhalisi 58 142 nəfər təşkil edir (1 avqust 2014), hər km² əraziyə 1246,88 nəfər düşür. Adanın rəmzi (Ficus microcarpa) Kiçik meyvəli fikus ağacıdır. 1975-ci ildə şəhərdə Okinava adasının Sülh Memorial Muzeyi (ing. Okinawa Prefectural Peace Memorial Museum) açılmışdır.
Zəki Vəlidi Toğan
Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890 və ya 1890, Kuzyanovo[d], Ufa quberniyası – 26 iyul 1970 və ya 1970, İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir. 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı.
İtırqan adası
İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır.
Əhməd Zəki Vəlidi Togan