itbazlıq
itburnu
OBASTAN VİKİ
İtboğan
Vaxtsızçiçək (lat. Colchicum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Cinsin nümayəndələrinin vətəni Qərbi Asiya, Avropa, Aralıq dənizi sahillərinin bir hissəsi, Şərqi Afrika sahillərindən aşağı Cənubi Afrika və Qərbi Keypdir. Cinsin bütün növləri zəhərlidir. == Təsviri == Vaxtsızçiçək və zəfəran bir-birinə bənzəyir və təsadüfi bir müşahidəçi tərəfindən qarışdırıla bilər. Bununla birlikdə, vaxtsızçiçəyin 3 dişiciyi və 6 erkəkciyi olduğu halda, zəfəranın 1 dişiciyi və 3 erkəkciyi var. Zəfəran sözügedən cins ilə heç bir qohumluğa malik deyil və süsənkimilər fəsiləsinə aiddir. == Etimologiya == Cinsin adı müasir Gürcüstandakı Kolxida bölgəsinin qədim yunanca adı olan Κολχίς ("Colchis") sözündən gəlir. Kolxida yunan mifologiyasında arqonavtların qızıl yun axtarışı üçün getdiyi və Yasonun Medeya ilə qarşılaşdığı yer kimi təqdim olunur. == Dərman olaraq istifadəsi və zərərləri == Bu cinsə daxil olan bitkilər podaqra və erməni xəstəliyini müalicə etmək üçün əczaçılıqda istifadə edilən kolxisin alkaloidinin zəhərli miqdarını ehtiva edir.

Digər lüğətlərdə

бордо́ бря́кнуться демони́чно завоня́ть зашпунтова́ть лауреа́тка обрубна́я перевы́боры прислоня́ться тезоимени́тый вскачь грудь надува́ние покрести́ть тро́нный графья мнить bag Lents medullar per diem redolent бесподобно подчиниться сандвич