Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jingle Bells
Jingle Bells – dünyanın ən məşhur milad mahnısıdır. 1822-ci il dekabr ayının 25-də Bostonda pastor Con Pyerpont (John Pierpont) və Meri Şeldon Lord (Mary Sheldon Lord) cütlüyünün ailəsində əlamətdar bir hadisə baş verməsəydi ― Ceyms Lord Pyerpont (James Lord Pierpont) dünyaya gəlməsəydi, ümumiyyətlə bu mahnı yaranmayacaqdı. 10 yaşında Ceymsi Nyu-Hempşirdə yerləşən internat məktəbinə göndərirlər. Oradan o, anasına yazdığı məktubların birində dekabrda qar üstündə xizəklə sürüşməsi haqqında yazır. Məktublarındakı romantik əhval-ruhiyyəyə baxmayaraq, gənc avanturist Ceyms 1836-cı ildə "Şark" gəmisinə minərək internatdan qaçır. 9 il ərzində praktiki coğrafiyanı mənimsədikdən sonra o, 1945-ci ildə Yeni İngiltərəyə qayıdır. Bu zaman onun atası Nyu-York ştatının Troy şəhərində pastor idi. Sonradan ailə atasının Unitar cəmiyyətin naziri seçildiyi Massaçusets ştatının Medfort şəhərində məskunlaşır. Çox düşünmədən Ceyms Millisent Kavi (Millicent Cowee) ilə evlənir. Onlarin bir oğul, bir qız övladı dünyaya gəlir.
Dinle
Dinle (türk. Dinle) — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir."Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur. Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
Persea lingue
Persea lingue (lat. Persea lingue) — dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü.
Erigeron ingae
Erigeron ingae (lat. Erigeron ingae) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Jikle çapı
Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Australian Singles Chart
ARIA Charts - Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Canadian Singles Chart
Canadian Singles Chart — Kanadanın rəsmi hit paradı. Hit parad hər həftənin Çərşənbə günü yayımlanır.
Danish Singles Chart
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Dutch Singles Chart
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Sinqlər
Hindistanda orta əsrlərdə baş vermiş dini münaqişələrdə müslümlər(müsəlmanlar) qalib gələrək Hindistanın qərb və şimal hissələrində İslamı yaymışdılar.Lakin öz yerli dinlərinə sadiq qalan bəzi hind tayfa başçıları müsəlmanlara qarşı ordu toplamaq qərarına gəlmişdilər.Onlar həmin orduya daha cəsarətli, mərd və sədaqətli hindliləri seçmək üçün xüsüsi üsuldan istifadə etmişdilər.[mənbə göstərin] == Sinqlərin seçilməsi == Rəvayətə görə bəzi hind başçıları bir binanın qarşısına toplanmış və üzünü camaata tutaraq demişlər:Ay camaat, biz əvvəl-axır müslümlərdən qisas almalıyıq!Bundan ötrü insan qanı lazımdır.Kim öz həyatınını millət yolunda qurban vermək istəyirsə, gəlsin bu binaya!Bir nəfər irəli çıxıb deyir:Öz millətim yolunda həyatımı quban verməyə hazıram!Onu otaqlardan birinə aparırlar.Az müddət sonra bir nəfər qanlı köynəyi qaytarıb camaata deyir:Budur onun köynəyi!İndi daha kim özünü millət yolunda qurban vermək istəyirsə gəlsin!Yenə bir neçə adam cəsarətlə irəli çıxıb öz razılığını bildirir.Bu qayda ilə bir neçə gün əməliyyatı davam etdirirlər.İlk günlərdə kifayət qədər adam yığa bilirlər.Amma bu cəsur cavanların heç birini öldürməmişdilər.Camaata göstərdikləri qanlı köynəkdəki heç qan deyilmiş.Bu qayda ilə onlar ən yaxşı döyüşçüləri seçirmişlər. == Sinqlərin qaydaları == 1)onlar müsəlmanlara qalib gələnə qədər, saçlarını və saqqallarını qırxmayacaqlarına and içmişdilər. 2)Onların şalvarları xüsusi şəkidə olurdu.Bu şalvarlar şəltə adlanırdı. 3)Başlarının və saqqallarının tükü uzananda onu hər iki tərəfdən başlarına sarıyar, nazik tor yuxarıda bağlayar və çalma ilə başlarını bağlayırdılar. 4)Sinqlər yanlarında xüsusi silah kimi uzun xəncər gəzdirirdilər.
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) - 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Norwegian Singles Chart
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Spanish Singles Chart
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Swedish Singles Chart
Sverigetopplistan — yayımlandığı ilk dövrlərdə Topplistan və Hitlistan adlarıyla tanına İsveçin rəsmi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
UK Singles Chart
UK Singles Chart - Böyük Britaniyanın rəsmi hit paradı. Hit parad nüfuzuna görə yalnız ABŞ -ın Billboard Hot 100 hitparadı ilə müqayisə edilə bilər.
Fingə
Fingə — Azərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Təzəkənd kənd Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == XIX əsrdə Fingə dağ və qışlaq adları kimi qeydə alınmışdır. Kənd eyniadlı dağın ətəyində olduğu üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 570 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Mingə
Mingə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 240 nəfərdir ki onunda 115 nəfəri kişi, 125 nəfəri qadındır.
Sinql
Sinql (ingiliscə:Single – ayrıca) – musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomudur. A və B üzlərindən ibarət olaraq 2 hissədən ibarətdir. A üzündə original mahnılar, B üzündə isə bu mahnıların remiksləri yazılmışdır. "Sinql" termini ilk dəfə 1950-ci illərdən meydana gəlmişdir. Hal-hazırda sinqllar CD və DVDdə çıxarılır. == İstinadlar == ^ Marcus 2005 (1), p. 145 ^ "Pop single still hits right note". Sydney Morning Herald. 2004–08–26. http://www.smh.com.au/articles/2004/08/25/1093246622880.html.
Yuxarı Jinal dağı
Yuxarı Jinal (kab.-çərk. Жэналыщхьэ) — Mərkəzi Qafqazda, dağətəyi zonada yerləşən dağ. Jinal dağı Kabarda-Balkariya Respublikası ilə Stavropol diyarının sərhəddində yerləşir. Jinal silsiləsinin ən yüksək zirvəsidir. Mütləq ündürlüyü 1542 metrdir. Nisbi hündürlüyü isə 350 metrdir. == Coğrafiyası == Dağ zirvəsi Kabarda-Balkariyanın Zolski rayonu ilə Stavropol diyarının Predqornıy rayonlu arasındadır. Zirvəyə ən yaxın yaşayış məntəqəsi Kislovodsk şəhəri və Kiçmalka kəndidir. Kislovodsk dağdan 14 km şimal-qərbdə, Kiçmalka isə 9 km cənub-şərqdə yerləşir. Dağ kuest relyef forması olub mürəkkəb əhəng daşı və qum daşı süxurlarından təşkil olunub.
İnle gölü
İnle Gölü —Myanmadakı (Birma) Şan Təpələrinin bir hissəsi olan Şan əyalətinin Nyaunqşve qəsəbəsində yerləşən şirin su gölüdür. == Haqqında == İnle gölü təxminən Myanmanın ikinci ən böyük gölü və 2900 fut (880 m) yüksəklikdə ən yüksək göllərdən biridir. Quru mövsümdə suyun orta dərinliyi 7 fut (2,1 m),ən dərin nöqtəsi isə 12 fut (3,7 m) təşkil edir. Yağışlı mövsümdə bu fut (1,5 m) arta bilər. Myanmanın ən gözəl yerlərindən biri olan İnle Gölü Cənub-Şərqi Asiyanın Venesiyası kimi tanınan göl şəhəridir. Ölkənin ikinci ən böyük şirin su gölü olan İnle gölü təqribən 115 km² ərazini əhatə edir. Yağışlı mövsümdə orta dərinlik təxminən 4 metr,quru mövsümdə isə 2 metrdir.Su üzərində həyatın davam etdiyi İnle gölündə əksəriyyəti İntha etnik qrupundan olan təxminən 150.000 insan su üzərində yaşayır, əkinçilik və əl toxuması ilə məşğul olur. İnle Gölü bölgəsi Myanmanın ən çox ziyarət edilən yerlərindən biridir. Yalnız bu göldə 9 növ balıq və 20 növ ilbiz yaşayır.Gölün böyük hissələri üzən bitkilərlə örtülüdür. Onun şəffaf və bir qədər qələvi suları ( pH 7.8-8) müxtəlif faunaya və dünyanın başqa heç bir yerində rast gəlinməyən bir çox növə ev sahibliyi edir.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
European Hot 100 Singles
European Hot 100 Singles - Billboard and Music & Media jurnalları tərəfindən 1984 - cü ilin martında yaradılmış hit parad. Hit parad 15 Avropa ölkəsində rəsmi sinql satışlarının nəticələrinə əsaslanır.
Visionary: The Video Singles
Visionary: The Video Singles — Maykl Ceksonun 2006-cı ildə işıq üzü görən albomu.
Co İnqles
Co İnqles (əsl adı: ing. Joseph Howarth; d. 2 oktyabr 1987; Adelaida, Cənubi Avstraliya) — Atıcı və mərkəz mövqelərində oynayan Avstraliyalı basketbolçudur. Hal-hazırda NBA komandalarından "Yuta Caz"da oynayır. İngilis əsillidir. Solaxay olan basketbolçu mərkəzdə oynamasına baxmayaraq atıcılıqda çox məşhurdur. 2,3 metr boyu və 98 kq (217 Ib) çəkisi olan İnqles Avstraliya milli komandasının ən dəyərli oyunçularından biridir. Milli komandası ilə birlikdə 2009-cu ildə gümüş, 2011-ci ildə FİBA Okeaniya Çempionatında qızıl medal qazanmışdır. == İlk illəri == Co İnqles universitet karyerası ərzində Kanberra şəhərində olan Lake Ginninderra kollecində basketbol oynayıb. Daha sonra göstərdiyi oyunlarla əlaqədar maraqları qazanan uğurlu oyunçu kollec karyerasını bitirdikdən sonra Avstraliya 1.
Freya Tinqli
Freya Tinqli (ing. Freya Tingley; 26 mart 1994, Pert) — Avstraliya aktrisası.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Şahzadə Çanqle
Çanqle (长乐公主) — Qərbi Vey dövlətindən şahzadə, Göytürklərin ilk xatunu. 551-ci ilin iyunu Bumın xaqanla evlənmişdir.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüsser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bəndər Lingə
Bəndər Lingə - İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəndər Lingə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,303 nəfər və 5,589 ailədən ibarət idi.
Dangerous (sinql)
Dangerous — Maykl Ceksonun albomu.
Dingə (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).
Dinql yarımadası
Dinql (irl. Corca Dhuibhne) — İrlandiyanın cənub-şərqində Kerri qraflığında yerləşən yarımada. Burada ölkənin ən qərb nöqtəsi olan Danmor-Hed burnu yerləşir. Üstəlik sahillərində Dinql körfəzi yerləşir. Yarımadanın relyefi dağlıqdır. Burada irlandiyanın ən hündür aşırımı ən hündür dördüncü zirvəsi yerləşir (Brandon). Sahillərini Atlantik okeanın suları yuyur. Sahilləri girintili-çıxıntılıdır. Bəzi hissələrdə isə qumlu çimərliklər vardır. Yaxınlığında Blasket adası qərarlaşır.
Thriller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Sinqe Kivi
Sinqe Kivi (est. Signe Kivi; 24 fevral 1957, Tallin) — Estoniyalı tekstil rəssamı, siyasətçi və dövlət xadimi. Estoniya İslahat Partiyasının üzvü. 2019-cu ildən Estoniyanın 14-cü Riyqikoqu üzvü. Keçmiş Estoniya Konqresinin üzvü (1990–1992), Mədəniyyət Naziri (1999–2002), 9-cu və 10-cu çağırış Estoniya Riyqikoqunun üzvü (2003–2005), professor (1997–2000) və Estoniya Rəssamlıq Akademiyasının rektoru rektoru (2005–2005), Tartu İncəsənət Muzeyinin direktoru (2017–2019). Finlandiya Aslanı ordeninin Böyük Xaç Cəngavəri (2001), 4-cü dərəcəli Ağ Ulduz ordeninin cəngavəri (2004), Portuqaliyanın Fəxri Fərman ordeninin komandoru (2006), Belçika Tac Ordeninin komandoru (2008). == Bioqrafiyası == 24 fevral 1957-ci ildə Tallinndə anadan olub. Anası Estoniya Folkloru Arxivinin əməkdaşı Urve Buşman 2018-ci il üçün folklorun toplanmasına görə "xalq irsinin hər zaman incə nüanslarına diqqət yetirdiyinə görə" Prezident Mükafatına layiq görülüb. 1975-ci ildə Tallininn Pelqulinnadakı 46 saylı orta məktəbi bitirmişdir. Məktəbdə üzgüçülük, atletika, gimnastika və xalq rəqsləri ilə məşğul olur.