Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Kücüvar (Təbriz)
Kücüvar (fars. كوجووار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhərində bir məhəllə. == Əhalisi == 2016-cı il məlumatına görə kənddə 6,001 nəfər yaşayır (1,881 ailə).
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
Kükü
Yaşayış məntəqələriKükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi.YeməklərKükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Nücü
Nücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 922 nəfərdir. == Toponimiyası == Tədqiqatlarda belə güman edilir ki, yaşayış məntəqəsi eyniadlı arxın kənarında salındığı üçün belə adlanmışdır. Arxın adı talış dilindəki nii (yeni, təzə) və cıt (arx) sözlərindən ibarət olub, “yeni, təzə arx” mənasındadır.
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
Bazar gücü
Bazar gücü (ing. market power) — mikroiqtisadiyyatda və sənaye bazarları nəzəriyyəsində firmanın məhsul və ya xidmətin qiymətini marjinal xərclərdən yuxarı qaldırmaq qabiliyyəti. Mükəmməl rəqabət şəraitində bazar gücü tamamilə yoxdur. Fərdi istehlakçılar və firmalar əmtəə və ya xidmətin qiymətini verilmiş kimi qəbul edirlər, yəni qiymət ekzogen olaraq verilir. Qiymət marjinal xərcə bərabər olduğundan firmalar sıfır iqtisadi mənfəət əldə edirlər. Qeyri-kamil rəqabət şəraitində firmalar sövdələşmə gücü və qiymətlərə təsir etmək imkanı əldə edirlər. Nəticədə qiymət marjinal xərcləri üstələyir və firmalar sıfırdan fərqli iqtisadi mənfəət əldə edirlər. Qiymətin marjinal xərcdən artıq olması bazar gücünün bir ölçüsüdür. == Bazar gücünün səbəbləri == Sövdələşmə qabiliyyəti mükəmməl rəqabət üçün ilkin şərtlərdən hər hansı birinin pozulması nəticəsində yarana bilər. Bazar təklifi məhdud sayda firmalar tərəfindən formalaşır və ya bazar tələbi məhdud sayda alıcılar tərəfindən təqdim olunur.
Erməni gücü
Erməni gücü 13, AP, Armenian Mob və ya Armenian Mafia ― Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərən erməni kriminal qruplaşması. Qruplaşma əsasən narkotik ticarəti, qətl, dələduzluq, insan alveri, qanunsuz qumar oyunlarının təşkili, adam oğurluğu, reket, soyğunçuluq və qəsblə məşğul olur. ABŞ prokurorluğunun qeydlərinə görə qruplaşmanın 2000-dən çox qeydiyyata alınmış üzvü və yüzlərlə tərəfdaşı var. Bu qruplaşma həmçinin Meksika-Amerika mafiyası və xüsusən də təsir dairəsini genişləndirməkdə olan La Cañada OG Blocc Crips (LCBC) kimi kriminal dəstələrlə sıx əlaqəyə malikdir. == Tarixi == Kaliforniya Baş Prokurorluğunun 1996-cı il tarixli hesabatına görə Erməni gücü 13 rus mütəşəkkil cinayətkar qrupları ilə güclü əlaqələrə malik olub. 1988-ci ilin yayında dəstənin iyirmi üzvü tərəfindən Hollivudun şərqində yerləşən kiçik bir ticarət mərkəzinin park yeri ələ keçirilmiş və öz qərargahlarına çevrilmişdir. Ticarət mərkəzindəki restoran və geyim mağazalarının sahibkarları ciddi qorxmuş və təhlükəsizlikləri üçün Los Anceles Polis Departamentinin köhnə əməkdaşlarına mühafizə üçün müraciət etmişdilər. 1997-ci ilin ortalarına qədər Erməni gücü 13 qruplaşmasının onlarla sürücünün qətlində günahkar olduğu güman edilirdi. Eyni zamanda AP rəhbərliyi Ermənistan və Rusiyada fəaliyyət göstərən cinayətkar qruplar ilə yüksək səviyyəli əlaqələrə malikdir. Hələki Şərq sahilində və Cənubda fəaliyyət göstərən Erməni-Amerikan icmalarında, Van (mərkəzi) erməniləri arasında, Suriya və İraq ermənilərinin icmalarında şəbəkənin fəaliyyəti qeydə alınmamışdır.
Kompüterin gücü
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır;Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Küjü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Kükü (dəqiqləşdirmə)
Yaşayış məntəqələriKükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi.YeməklərKükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Kükü (Şahbuz)
Kükü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daşıyır. == Əhalisi == Əhalisi 1517 nəfərdir.
Kükü körpüsü
Kükü körpüsü — Şahbuz rayonu ərazisində körpü. == Ümumi məlumat == Şahbuz-Kükü avtomobil yolunun 14 kilometrliyində Küküçay üzərindədir. Uzunluğu 20 paqonometrdir. Kükü körpüsünün inşa edilib istifadəyə verilməsi nəticəsində (1967) Ayrınc, Qızıl Qışlaq və Güney Qışlaq, Kükü kəndlərinin rayon mərkəzi, həmçinin magistral avtomobil yolu vasitəsilə Naxçıvan şəhəri ilə əlaqəsi təmin edilmişdir.
Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri. == Tərkibi == 5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot. Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq. == Hazırlanması qaydası == Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü
== Lazım olan ərzaqlar == Yumurta -1 ədəd kürü – 20 q xiyar – 20 q pomidor – 20 q kahı – 10 q yaşıl soğan – 10 q duz == Hazırlanma qaydası == Yumurtanı bişirilir, hər iki başından çəllək şəklində kəsilir. Yumurtanın bir tərəfindən sarısı qaşıqla çıxarılır. Yumurtanın içi kürü ilə doldurulur. Yeməyin üzərinə kahı yarpaqları düzülür, xiyar, təzə pomidor və yaşıl soğanla bəzədilir.
Qida gücü
Qida gücü – Beynəlxalq siyasətdə qida gücü, bir millətin və ya millətin bir qrupunun davranışlarını manipulyasiya etmək üçün digər millətdən və ya millətlərin bir qrupundan əmtəə təklif etdiyini və ya saxladığı bir siyasi nəzarət üsulu olaraq kənd təsərrüfatından istifadə edir. Silah kimi potensial istifadə, OPEC-in əvvəllər neftdən siyasi silah olaraq istifadə edildikdən sonra tanındı. Ərzaq bir millətin siyasi hərəkətlərinə böyük bir təsir göstərir. Qida gücü hərəkətlərinə cavab olaraq, bir millət, ümumiyyətlə, öz vətəndaşlarının ərzaqla təmin etməsi üçün fəaliyyət göstərir. Qida qüvvəsi siyasətin ayrılmaz bir hissəsidir. Qida qüvvəsi ideyası embarqolar, məşğulluq və ərzaq siyasətində istifadə olunur. Bir millətin qida gücünü səmərəli şəkildə istifadə etməsi üçün millətə səmərəli şəkildə tətbiq edilməli və sərhəd nümayiş etdirməlidir, konsentrasiyanı təmin etməli, dispersiya və fəaliyyət müstəqilliyini tələb etməlidir. Qida qüvvəsini istifadə etmək üçün kifayət qədər kənd təsərrüfatı ixrac edən dörd əsas ölkə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadır. Kiçik miqyasda, xüsusilə də bəzi Afrika ölkələrində ərzaq qüvvələri daxili döyüşlərdə və öz xalqına qarşı çıxan münaqişələrə qarşı çıxaraq silah kimi istifadə edilmişdir. == Tarixi == Dünyada kifayət qədər kənd təsərrüfatını bu hipotetik ərzaq gücünü tətbiq etmək üçün ixrac edən dörd ölkə var: ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya.Qidalanma dövründə bu ölkələrə güvənmək məcburiyyətində qalan ərzaq idxal edən ölkələr lazımlı təchizatlarla təmin edilmədədikdə qida böhranları ilə üzləşə bilərlər.
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Qüds Gücü
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Vulkan külü
Vulkan külü – (rus. вулканический пепел, ing. volcanic ash, cinder) vulkan partlayışı ilə sıyıq və bərk lavaların xırdalanmış və toz halına salınmış məhsulları. Toz və qum hissəciklərindən (diametri 2mm-ə qədər) təşkil olunur.
İşçi gücü
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. == Həmçinin bax == İşçi sinif İzafi dəyər == Mənbə == Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
Şirin Kükü
Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri. == Lazım olan ərzaqlar == 500 qram qaynadılmış kartof 4 ədəd yumurta 30 qram dilimlənmiş badam 30 qram dilimlənmiş püstə 15 qram zirinc Lazım olan miqdarda əridilmiş zəfəran 1 çay qaşığı qabartma tozu 3 yemək qaşığı qatıq 1 stəkan şəkər tozu 4 yemək qaşığı gülab 100 qram yağ Yarım stəkan su Lazım olan miqdarda duz və istiot == Hazırlanma qaydası == Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin.
Enerji super gücü
Enerji super gücü (ing. Energy superpower) — digər ölkələrə xam neft, təbii qaz, kömür və s. kimi böyük miqdarda enerji ehtiyatları verən və nəticədə, dünya bazarlarına siyasi və ya iqtisadi üstünlük əldə etmək üçün təsir etmə potensialına malik olan ölkə. Enerji super güc ölkələrinə Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, İran və Venesuela daxildir. ABŞ böyük şist qaz ehtiyatlarına görə potensial enerji gücü kimi qeyd olunur.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. == I Kükü == I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr.Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir. Ayıların əsas qidası qızılbalıqlardır.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Ali Kuşçu
Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu; d. Səmərqənd, 1403 – ö. İstanbul, 16 dekabr 1474) — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Həyatı == Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu. 1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur. 1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi.
Böyük kudu
Böyük kudu (lat. Tragelaphus strepsiceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Kiçik kudu
Kiçik kudu (lat. Tragelaphus imberbis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. == Yayılması == Afrikanın hər yerində rast gəlinən böyük kududan fərqli olaraq, kiçik kudu çox da böyük olmayan ərazilərdə, — Tanzaniya, Keniya, Efiopiya və Somalinin bir hissəsində yaşayır. 1967-ci ildə gözlənilmədən kiçik kuduya Ərəbistan yarımadasında, daha doğrusu Yəməndə rast gəlindi.
Kumu muzeyi
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır. Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir. Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
Kümçü nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Küçük (Uçalı)
Küçük (başq. Көсөк, rus. Кучуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 92 km, kənd sovetliyindən (İlçəqol): 7 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 11 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Küçüm xan
Küçüm, Küçüm xan, Kuçum (كوچم) — Sibir xanı olan türk dövlət xadimi. Şeybani, İbək xanın nəvəsi — Tümen və Böyük ordanın xanı. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Əbülqazi Bahadır xan əsərində onu Murtaza xan oğlu olaraq tanıdıb Cuçi xanın oğlu Şeyban vasitəsiyla soyunu Çingiz xana bağlayır . == Ailəsi == Küçüm xan Soltanım xanım, Söyüdəcan xanım, Yandövlət xanım, Aktulum xanım, Ağsüyrün xanım, Şevləl xanım, Kubul xanım və Çepşan xanımla ailəqurmuşdu. Oğlanları Əli xan — Sibir xanı (1600—1607). 1607-ci ildə əsir düşdü. Rusiyada Sibir çarı kimi tanınırdı. Yaroslavlda yaşamışdı. 1641-ci ildə Qasımov köçdü və orda vəfat etdi.