Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kümə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Milli Kümə
Milli Liqa (türk. Millî Küme) — Türkiyənin 1937-1950ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bötün ölkədən komandaların yarıştığı liqa olub. Liqada dört komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Ümm Külsüm (müğənni)
Ümm Külsüm (ərəb. أم كلثوم‎ ʾUmm Kulṯūm‎) — misirli ərəb səs sənətkarı, müğənni, mahnı yazıçısı və aktrisa. Şərqin Ulduzu və Misirin 4. Piramidası olaraq da tanınır. == Həyatı == Bütün zamanların ən gözəl səsli müğənnisi olaraq xatırlandığı Misirdə XX əsrin əvvəlində doğulmuşdur. Dəqəhliyə əyalətinin əs-Sinbillaveyn məskunlaşması yaxınlarındakı Təmay əz-Zəhayirə kəndində kasıb bir azançının uşağı idi. Kiçik yaşlarda ətraf kəndlərdə, qızların dəstə içində oxumaları xoş qarşılanmadığından, kişi paltarında ilahilər oxuyaraq tanınmağa başlamışdır. Atası tərəfindən kəşf edilən səsinin ilk təhsilini Qurani-Kərim oxumağı öyrənərək etmişdir. Daha sonra 1920-ci illərdə atası tərəfindən Qahirəyə, Şeyx Əbül Əlanın yanına səs təhsili üçün aparılmışdır. Qahirədə qısa müddətdə Şair Əhməd Rami və Məhəmməd Əbdülvahab kimi sənətkarlarla tanış olmuşdur.
Mumm
Mumm (fr. Mumm) — şampan istehsal edən ən böyük şirkətlərdən biri, Reymsdə yerləşir. == Tarixi == Şirkət Reymsdən olan şərabçı alman Mumm qardaşları (Yakobs, Qotlib və Filipp) və Fridrix Gisler tərəfindən 1 mart 1827-ci ildə təsis olunub və təsis olunarkən adı P. A. Mumm Giesler et C° idi. Hal-hazırda şirkət fransız alkoqollu içkilər istehsalçısı və distribütoru olan Pernod Ricard şirkətinə məxsusdur. Bu şirkət satış həcminə görə dünyada Moët & Chandon və Veuve Clicquot şirkətlərindən sonra üçüncüdür, şirkət hər il yüzdən çox ölkədə 8 milyon şüşəyə yaxın şərab satır. == Maraqlı faktlar == Mumm 2000-ci ildən etibarən Formula-1 yarışlarının rəsmi sponsorudur və qaliblərin podiumda qələbəni qeyd etməsi üçün xüsusi şüşəli şampan şərabı təqdim edir, lakin 15 illik əməkdaşlığa artıq son qoyulmuşdur, səbəb isə tərəflərin maliyyə məsələlərində anlaşa bilməmsidir. Onu bu ildən digər şərab istehsalçısı olan Moët & Chandon əvəz edəcək. Moët & Chandon 1966–1999-cu illər aralığında Formula-1-in rəsmi tərəfdaşı olmuşdur.
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Kumi Yokoyama
Kumi Yokoyama (d. 13 avqust 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 16 qol vurub.
Kumu muzeyi
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır. Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir. Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
Kamaləddin Kami Kamu
Kamaləddin Kami Kamu (1901–1948)—Türkiyə şairi. == Həyatı == Öncəliklə bir qürbət və yalnızlıq şairi kimi tanınır. İşğal illərinin və istiqlal hərbinin şairidir. Qürbət mövzulu başlıca şeirləri bunlardır: "Qürbət", "Xəzan yolçusuna", "Qürbət gecələrində", "Əngində xatirələr". Parisdə olduğu illərdə də ölkəmizi özləmiş və oradakı qürbət duyğularını "Qürbətdə rənglər" şeirində tərənnüm etmişdir. Ümumən yalnızlıq içində keçmiş bir həyatı vardır. Onun bir başqa önəmli mövzusu eşqdir. 1926-cı ildə sevdiyi qızın nişan mərasimi keçiriləcəyi gün başqa birisi ilə bala gedəcəyini xəbər alır. Qısqanclıqdan dolayı ondan soyuyur və ayrılır. Bu durum onu ölənə qədər nakam eşqini tərənnüm edən dərdli bir eşq şairi edir.
Umm-Kəsr
Umm-Kəsr (ərəb. أم قصر‎) — İraqın cənubunda, Bəsrə mühafəzəsində, Fars körfəzinə ən yaxın şəhər.1991-ci ildə Körfəz müharibəsində İraqla Küveyt arasında körpü rolunu oynayıb.
Yan Kum
Yan Kum (24 fevral 1976, Kiyev) — Amerikan sahibkar və proqramçı, WhatsApp"ın yaradıcısı. == Həyatı == Yan Kum 24 fevral 1976-cı ildə Kiyev yaxınlığında kiçik kənddə, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun valideynləri sadə insanlar olub - anası evdar qadın, atası tikintidə sadə iş icraçısı idi. Ailəlikcə 1992-ci ildə Ukraynadakı qeyri-stabil vəziyyət üzündən mühacirət etməyə məcbur olurlar və ABŞ-yə köçməyə qərar verərək, yaşayış üçün Silikon vadisində yerləşən kiçik Kaliforniya şəhəri Mauntin-Vyunu seçirlər. Emiqrasiyada onlar ciddi məhrumiyyətlərlə rastlaşır. Bu zaman Kumun 16 yaşı var idi. Yoxsulluq həddində olan valideynlərə kömək etmək üçün o, təhsillə paralel olaraq xidmətçi işləməyə başlayır. Ola bilər ki, o zaman Kum hələ bunu anlamırdı, ancaq tale onu ən prespektivli texnologiya startaplarının yaradılması üçün əlverişli bir məkana atmışdı. Məşəqqətli həyat yaşamasına baxmayaraq Kum təhsilə var qüvvəsini verirdi. Gələcək milyarder hələ məktəbdə təhsil aldığı zaman, hər şeydən əvvəl, hesablama şəbəkələri, informasiya texnologiyalar ilə maraqlanırdı.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20-30 km (mərkəzi hissədə 1-2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17-15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Kim Kum-Ok
Kim Kum-Ok (9 dekabr 1988) — Koreya Xalq Demokratik Respublikasını təmsil edən marafonçu. Kim Kum-Ok Koreya Xalq Demokratik Respublikasını 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmdə 2007-ci ildə Universiada Oyunlarında qızıl, 2010-cu ildə Asiya Oyunlarında isə bürünc medal qazanıb. == Karyerası == Kim Kum-Ok birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 30 dəqiqə 1 saniyəyə qət edərək 82 marafonçu sırasında 12-ci yeri tutdu. Kim Kum-Ok özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Kim Kum-Ok məsafəni 2 saat 33 dəqiqə 30 saniyəyə qət edərək 49-cu yeri tutdu. Kim Kum-Ok növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 24 saniyəyə qət edərək 49-cu yeri tutdu.
Umm-an-Nasan
Umm-an-Nasan adası (ərəb. جزيرة المحرق‎) — Bəhreyn dövlətinin sahəsinə görə dördüncü ən böyük adası. İnzibati cəhətdən Şimal inzibati vahidliyə daxildir. == Coğrafiyası == Umm-an-Nasan bir səhralıqdan ibarət olan adadır. Əsas adadan 2,5 km şimal-qərbdə yerləşir. Səudiyyə Ərəbistanının Əl-Hubar şəhəri ilə arasında məsafə 16,5 km-dir. Ada özü düzbucaqlı formasına malikdir. Şimaldan cənuba 5,5 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahəsi 20 km², sahil xətdinin uzunluğu 19 km, maksimal hündürlüyü isə 3 metrdir. 2010-cu il məlumatına görə adada 10 nəfər yaşayırdı.
Umm-əl-Buaqi
Umm-əl-Buaqi (ərəb. أم البواقي‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Tarixi == Şəhər Roma dövründə qurulmuşdur, 411-ci ildə Karfagen kafedralının sənədlərində "Makomada" və ya "Makomadiya" adı ilə qeyd edilmişdir. Fransa hökmranlığı dövründə şəhər general Fransua Sertin Kanrobertin şərəfinə Kanrobert adlandırılmışdır. Ölkə müstəqillik əldə etdikdən sonra indiki adını almışdır. Bu ad ərəb dilində "yerlilərin anası" mənasını verir. Alimlərə görə, bu, şəhərin bərbər dilindəki adının təhrid edilmiş variantıdır. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir.Umm-əl-Buaqi ölkənin paytaxtı Əlcəzairdən təxminən 375 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 80,359 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şərqdə yerləşir.
Umm Leysun yazıları
Umm Leysun yazıları (gürc. უმ ლეისუნის წარწერა) ― əhəng daşından hazırlanmış qəbir lövhəsi üzərində qədim gürcü dilinin Asomtavruli əlifbası ilə yazılmış yazı. O, 1996-cı ildə qazıntılar bərpa edildikdən sonra 2002-ci ildə Bizans dövrünün gürcü monastırında tapılmışdır. Həmin məkan Qüdsün Qədim şəhər adlanan ərazisindən 4, 5 km cənub-şərqdə olan Umm Leysun yaxınlığında yerləşir. Yazılar polixrom mozaika döşəmənin altındakı dəfn sərdabəsində tapılmışdır.Ümumilikdə sərdabədə təxminən 24 qəbir aşkar edilmişdir. İnsan skeletləri üçün cinsi qiymətləndirmədən sonra qalıqların yetkin kişilərə məxsus olduğu aşkar edildi ki, bu da monastır üçün təbii haldır. Üstündə gürcü yazısı olan aşkarlanmış ən vacib məqbərə "gürcü rahibi Yohan"a (qədim gürcü dilində Con) məxsus idi, hansı ki həm də ən qədim olan idi. Həmin şəxsin yaşı da tapıntıya xüsusi status verir, belə ki onun vəfatı zamanı yaşı 66 yada 67 idi və o, osteoparozdan əziyyət çəkirdi. Yazı həm müqəddəs torpaqlarda, həm də Gürcüstanda hər hansı arxeoloji artefkat üzərində ႵႠႰႧႥႤႪႨ (kartveli, yəni gürcü) etnoniminin qeyd olunduğu ən erkən nümunədir.Yazı məzar daşına həkk olunmuş 81×49 sm sahəni əhatə edir. Yazılar 5-ci əsrin sonu və ya 6-cı əsrin birinci yarısına aid edilir.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar.ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır. Cümə ayrıca kişi şəxs adı da vardır.
Düym
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Hamm
Hamm (alm. Hamm‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 226.43 km2, əhalisi 176 048 nəfərdir (2013).
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Kamo
Kamo — Azərbaycan Respublikasının Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi-vahidi tərkibindəki Kamo kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα - dərin yuxu) - mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
Komə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Umm-el-Buaqi vilayəti
Umm-el-Buaqi vilayəti (ərəb. أم البواقي‎) — Əlcəzairin 48 vilayətindən biri. Özündə 12 rayonu birləşdirən Umm-el-Buaqi vilayətinin ərazisi 6 784 Km2-dır. == Ərazisi == Umm-el-Buaqi vilayətinin ərazisi 6 784 Km2-dır. Umm-el-Buaqi vilayətinə 12 rayon daxilidir. Vilayətin paytaxtı Umm-el-Buaqi şəhəridir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Umm-el-Buaqi vilayətinin əhalisi 622 612 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Umm-əl-Maradim adası
Umm-əl-Maradim adası (ərəb. جزيرة ام المرادم‎) — Küveytə məxsus olan 9 adadan biri. Səudiyyə Ərəbistanı Krallığı ilə dəniz sərhədlərinin həndəvərində yerləşən bir adadır. Küveytin digər adalarından fərqli olaraq sahilləri gəmilərin yan alması üşün əlverişlidir. Adanın sahəsi 65 ha, uzunluğu 1,5 km, eni isə 540 m təşkil edir. Qar adasından isə 17,5 km aralıda yerləşir. Hər iki adanı 1977-ci ildə Səudiyyə Ərəbistanı işğal etmişdir. Onlar yerli əhalini və Küveyt ordusunu çıxartmağa müvəffəq olmuşlar. Körfəz müharibəsi zamanı İraqdan azad olunan ilk Küveyt torpağı olmuşdur (21 yanvar 1991). Adada köçəri və oturaq quşlar, xüsusən qağayılar və flaminqolarla doludur.
Umm-ən-Namil adası
Umm-ən-Namil adası (ərəb. جزيرة ام النم‎) — Küveytə məxsus olan 9 adadan biri. Adanın sahəsi 0,569 km²-dir. Materik sahilindən 600 metr aralıda, Küveyt körfəzində yerləşir. Sahəsinə görə Bubiyan, Faylaka, Varba və Maskan adalarından sonra beşincidir. Burada müxtəlif növ dəniz canlıları, yengəclər, krevetlər yayıəlmışdır. Bir çox dəniz quşları burada yuva qurur. Adanın şimal-şərqində mayak vardır. Metal bünövrə üzərində olan mayakın hündürlüyü 16 metrdir. Fənər özü 17 metr yüksəklikdə yerləşir.
KPMG
KPMG (rus. КПМГ) — Deloitte, Ernst & Young və PwC ilə birlikdə dünyanın ən böyük peşəkar xidmətlər şəbəkələrindən biri və Big Four-un audit şirkətlərindən biridir. Beynəlxalq qərargah Amstelvendə (Niderland) yerləşir. KPMG işçilərinin sayı 219.000 nəfərdən çoxdur (2019). Şirkət üç növ xidmət göstərir: audit, vergi və konsaltinq xidmətləri. Konsaltinq xidmətləri, öz növbəsində, üç qrupa bölünür: idarəetmə konsaltinqi, risk konsaltinqi və işlərin idarə olunması ilə yenidən qurulma. == Tarixi == === Erkən tarixi və birləşmə === Şirkət 1870-ci ildə William Barclay Peat & Co. Londonda mühasibat firması açdıqda və 1911-ci ildə William Barclay Peat & Co. Marwick Mitchell & Co. ilə birləşdi Peat Marwick Mitchell & Co-da, daha sonra Peat Marwick olaraq bilinir.
KTMT
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
Komi
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Komo
Komo (it. Como) — İtaliyanın Lombardiya regionunda şəhər.
Krem
Krem, tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona “krem” adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona “Vershki” deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40-45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85-88 °C-də 10-15 dəqiqə pasterizə edilir, 4-6 °C-yə qədər soyudulur və tökülür.
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osm. قريم, Qırım) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. == Tarixi == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.
Küfr
Küfr (ərəb. الكفر‎) — Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı (c.c.) və Rəsulu Muhəmməd sallallahu əleyhi və səlləmin gətirdiyi şəriətinə inanmamaq və ya şəriətdə hər hansı bir şeyi inkar etməkdir. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar. Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir. == Termin mənası == Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir.
Kühl
Kühl ya da Köhl (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə köhlü həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri köhldür; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə köhl çəkmək üçün bir qabı var idi."Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə köhl çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur.Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Kyme
Kyme (Cyme, Cymi, Phrikonis) — antik dövrdə Aiolis adlanan bölgədəki Aeolian şəhərlərindən biridir. Bu gün Türkiyənin İzmir vilayətinin Əliağa rayonu yaxınlığında yerləşir və sahilində yerləşdiyi kiçik körfəz Nemrut körfəzi adlanır. Məşhur qədim çağ coğrafiyaşünası Strabon yaşayış məntəqəsini Larissadan (Aiolis) 70 stad və Myrinadan (Misia) 40 stad məsafədə təsvir etmişdir.(Strabon, Coğrafiya,622) Qədim şəhərin yaranması ilə bağlı əfsanə ilə qarışıq müxtəlif fikirlər mövcuddur. Strabonun fikrincə, şəhərin adı Amazon Kymedən gəlir və şəhərdə zərb edilən sikkələrin üzərində onun qurucusuna istinad edərək Kymenin siması təsvir edilmişdir. Şəhərin Amazon Kyme ilə əlaqəsini qədim yunan tarixçisi Diodor və Bizans coğrafiyaçısı Stefan da qeyd etmişlər.Strabonun yazdığına görə, qəsəbə Mərkəzi Yunanıstan xalqı Lokrislilərin Troya müharibəsindən sonra Gediz çayı yaxınlığında Pelasqlara məxsus Larissa (Aiolis) qalasını ələ keçirdikdən sonra qurulmuşdur. Qədim mənbələrdə şəhərin Phrikonis kimi də xatırlandığı və bu adın bugünkü Mərkəzi Yunanıstanda qədim Lokris bölgəsindəki Phrikios dağına istinad edilərək verildiyi anlaşılır. Bundan əlavə, şəhərin eramızdan əvvəl 11-ci əsrin ortalarında bugünkü Yunanıstanın mərkəzi şimalında yaşayan Aeol kolonistlərinin ətrafdakı Aeol yaşayış yerlərindən başlayaraq məskunlaşmaları tərəfindən qurulduğu düşünülür, buna görə də qəsəbə qədim mənbələrdə Aiolis kimi xatırlanır. Ötən illərdə aparılan arxeoloji tədqiqatlarda yaşayış yerinin tarixini eramızdan əvvəl VIII əsrin ortalarına qədər uzatmaq mümkün olsa da, son qazıntılar nəticəsində qədim yaşayış məskəninin salınmasını Protogeometrik Dövrə (e.ə. 1050-900) aid etdilər.Herodot Kymenin 12 Aeol yaşayış məntəqəsi arasında əhəmiyyətli bir yaşayış məntəqəsi olduğunu qeyd edərkən, Strabon antik şəhəri Aiolis bölgəsindəki ən böyük yaşayış yeri olaraq xarakterizə etmişdir. Şəhərdə liman olsa da, Kyme əhalisi digər Qədim Yunan məskənləri kimi əsas dolanışıq mənbəyi kimi ticarətlə deyil, əkinçiliklə məşğul olurdular.
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 1,020 metr yüksəklikdə yerləşir. == Əhali == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 118,662 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Hava limanı şəhərdən 7 kilometr şimal-qərbdə yerləşir.
4-koma
Yonkoma (4コマ漫画, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur. == Tarixi == İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur. == Strukturu == Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir: Ki (起): Hekayə üçün əsas qoyan birinci panel. Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel. Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d] – 4 yanvar 1960[…], Villeblevin[d], Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Aleksandr Düma
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. == Həyatı == Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Ayıdağ (Krım)
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. == Yaranması == GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar. 7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. 22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.
Quam
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. == Tarix == Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.