Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəcəvər
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kürnəzər dağı
Kürnəzər – Babək rayonu ərazisində dağ (hünd. 1275,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 8 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Sıldırımlı cənub-qərb yamacının ətəyində Orta Eosen süxurlarının dabanında Üst Təbaşirin karbonatları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.