ƏLBƏTTƏ


1. zərf Mütləq, hər halda. Əlbəttə gəlməlidir. Getmək əlbəttə lazımdır.
– Bir belə adamın içində yəqin; Əlbəttə, bədnəzər var, oynamasın. Q.Zakir.
[Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.

2. ara s. Şübhəsiz, təbii ki. O, əlbəttə, haqlıdır.
– Ol qədər cövr etmə üşşaqə ki, səndən çəksin əl; Şah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər. S.Ə.Şirvani.
[Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLBƏTTƏ 1. ƏLBƏTTƏ [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir... (M.F.Axundzadə); ƏLBƏT Demək olmaz dirilər tək yatıb, əlbət duracaq (M
  • ƏLBƏTTƏ şübhəsiz — şəksiz
  • ƏLBƏTTƏ mütləq
ƏLBƏT
ƏLBƏYAXA
OBASTAN VİKİ
Əlbəttə (mahnı)
Əlbəttə — Aygün Kazımovanın "Duy" albomundakı mahnılardan biri. == Mahnı haqqında == Gürcüstanın məşhur DJ-i Kakhaberi tərəfindən hazırlanan "Əlbəttə" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Mahnının sözləri Azər Şirinə, musiqisi və albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberiyə aiddir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. == Klip haqqında == Mahnıya klipi gürcü rejissor Nestan Sincikaşvili Gürcüstanda lentə almışdır. Klipdə Aygün Kazımovanın tərəf müqabili mahnının bəstəkarı Kakhaberidir.

Digər lüğətlərdə

замоли́ть камера́льный ку́ривать опа́лка пе́чка ара́б подпра́порщичий пуберта́т рыбокопти́льный спроекти́ровать ума́зать мочить оголомя accelerogram dead cocoon executive agreement Floy guaranteeing rhizosphere sacellum балкарец крутящий самогонщик сокрушённый читательница