Kürnəzər dağı

KürnəzərBabək rayonu ərazisində dağ (hünd. 1275,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 8 km cənub-şərqdədir.  Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Sıldırımlı cənub-qərb yamacının ətəyində Orta Eosen süxurlarının dabanında Üst Təbaşirin karbonatları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.

Kürnəzər dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1275,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

KÜRNİZAR  DAĞIBabək rayonu ərazisində Kürnəzər dağının əhali arasında işlədilən başqa adı[1]

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.