Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keliman dağları
Keliman dağları, Kaliman (rum. Munţii Călimani) — Rumıniyanın şimalinda dağ massivi. Massiv Şərqi Karpatlarda, Bukovina və Transilvaniya tarixi bölgələrinin sərhəddində yerləşir. Keliman massivi geoloji baxımdan Keliman-Xarqit dağlarına aiddir. == Ümumi məlumat == Keliman dağlarında ən yüksək zirvə Petrosa pikidir (2102 m). Digər yüksək zirvələr: Reşiç (2021 m), Bistrisiorul (1990 m), Stuniorul (1885 m). Ən yüksək zirvə olan Petrosa böyük vulkanik kraterlə əhatə olunub. Kraterin diametri 10 km-dir. Krateri Petrosadan Valya Neqare çayı ayırır. Kraterin daxilində bir neçə kiçik çuxur var (Pietricelui, Vârful Haitei, Negoiul Românesc).
Kələman
Kələman — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kələman oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Kələman çayının (Zəyəm çayının qolu) dərəsində, dağlıq ərazidədir. Yerli əhali arasında Kalaman kimi tələffüz olunur. Yaşayış məntəqəsi el arasında Kalaman adlanan və "qala, istehkam yeri" mənasında izah olunan qədim yaşayış yerində salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 431 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kərimarx
Kərimarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir. == Toponimi == Toponim Kərim şəxs adı ilə arx sözünün əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 311 nəfər, 1873-cü ildə 1215 nəfər, 1886-cı ildə 1357 nəfər, 1897-ci ildə 1474 nəfər, 1904-cü ildə 1700 nəfər, 1914-cü ildə 1802 nəfər, 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1919-cu ildə 1840 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Kəmax
Kəmax — Ərzincanın 9 ilçəsindən biridir. == Əhalisi == 2016-cı ilin məlumatına görə ilçədə 7.125 nəfər yaşayır.
Kəlican (Vərziqan)
Kəlican (fars. كاليجان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Kəliyan (Sərab)
Kəliyan (fars. كليان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 401 nəfər yaşayır (79 ailə).
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Kelişad və Sudərcan
Kilişad və Sudərcan — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,203 nəfər və 6,371 ailədən ibarət idi.
Aşağı Kolıma ulusu
Aşağı Kolıma ulusu (saxa Аллараа Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Çerski qəsəbəsidir. == Coğrafiyası == Ulus Saxanın şimal-şərqində, Kolıma ovalığında, Kolımanın sağ sahilində yerləşir. Şimaldan Şərqi Sibir dənizinin suları ilə yuyulur. Böyük çaylar Kolıma, Alazeya, Bolşaya Çukoçya, Malaya Kuropatoçya. Çoxlu sayda göllərə sahibdir. Onlardan ən böyükləri: Nerpiçye, Çukoçye, Bolşoye Morskoe, İlirqıtkin. Ulus cənubdan Orta Kolıma, qərbdən Allayıaxa ulusu, şərqdən isə Çukotka Muxtar Dairəsi ilə sərhədlənir. Aşağı Kolıma ulusu Saxanın mərkəzindən ən uzaq rayondur. Aşağı Kolıma ulusu sərhəd zonasıdır.
Orta Kolıma ulusu
Orta Kolıma ulusu (saxa Орто Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Srednekolımsk şəhəridir. Ulus mərkəzi respublikanın paytaxtı Yakutskdan quru yolu ilə 2664 km, su yolu ilə 3940 km, hava yolu ilə 1485 km məsafədə yerləşir: == Coğrafiyası == Ulusun sahəsi 125,2 min km²-dir. Cənubdan Yuxarı Kolıma ulusu, qərbdən Abıy ulusu, şimal-qərbdən Allayıaxa ulusu, şimaldan Aşağı Kolıma ulusu, şərqdən Çukotka Muxtar Dairəsi ilə və cənub-şərqdən Maqadan vilayəti ilə həmsərhəddir. === Təbii şərait === Ulus ərazisində düz relyef üstünlük təşkil edir. Ulusun əhəmiyyətli bir hissəsi Kolıma ovalığını əhatə edir. Qərbdə Alazey yaylası, şərqdə Yukaqir yaylası geniş ərazini tutur. Kolıma və Alazey çayları ulus ərazisindən axır. Çoxlu gölləri vardır. Yanvar ayının orta temperaturu −38 ° C, iyul +12 ° C-dir.
Yuxarı Kolıma ulusu
Yuxarı Kolıma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Zıryanka qəsəbəsidir. == Tarixi == Rayon 30 aprel 1954-cü ildə qurulmuşdur. Bölgənin yazılı tarixi 1647-ci ildə başlayır. 1643-cü ildə Semyon Dejnev, Dmitri Zıryan və Mixail Staduxinin birləşmiş dəstələri Alazeydən Kolımaya gəlir. 1647-ci ildə Kolımaya axan Yasaçnaya çayının sahilində ilk Yuxarı Kolıma qış daxması tikilir, sonradan kazak həbsxanası və qalası, daha sonra bir kəndə çevrilir. Dekembrist Mixail Aleksandroviç Nazimov 1826-cı ildə bura gətirilmişdir. 1868-ci ildən etibarən Verxnekolımsk kəndi yerli əhalinin xristianlaşma mərkəzinə çevrilir. XX əsrin 30-cu illərində Zıryanka çayındakı kömür yataqlarının kommersiya işlənməsinin başlanğıcı ilə Yuxarı Kolıma bölgəsi tarixində yeni bir səhifə açılır. Zıryansk kömür hövzəsinin inkişaf tarixi 1936-cı ildə başlayır.
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". == Həyatı == Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Kolıma körfəzi (Allayıaxa ulusu)
Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardırKörfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır.