Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serenay Aktaş
Serenay Aktaş (d. 1 oktyabr 1993)— Türk futbolçu və aktrisa. == Həyatı == Serenay Aktaş 1 oktyabr 1993-cü ildə İstanbul vilayətində dünyaya gəlmişdir. Serenay Aktaş aktrisa olmaqla yanaşı, həm də futbolçudur. O, bir çox futbol komandasında oynayıb və hazırda futbola davam edir. Serenay Aktaş kiçik yaşlarından etibarən teatrla böyük bir əlaqəsi olub. Aktrisa bir çox seriallarda iştirak edib, "Türk malı", "Şübhə", "Yaxşı Cazibə", "Qəlbim səni seçdi" və "Möhtəşəm yüz il" kimi seriallarda rol alıb. O, 2014-cü ildə Acun İlıcalının təşkil etdiyi, dünyanın ən çətin yarışmalarından biri olan "Survivor"a qatılmışdır.
Serenay Sarıkaya
Serenay Sarıkaya(1 iyul 1992[…], Ankara)-Türk aktrisa və model . == Həyatı == İlk aktrisalıq təcrübəsini Şaşkın filmi ilə qazandı. Sarıkaya sonra Plajda filmində rol aldı. İlk dəfə Sinan Çetinin Peri Masalı (2008) serialında yer alaraq dizi aktrisalığına başladı və eyni il Sinan Çetin tərəfindən hazırlanan Limon Ağacı (2008) dizisində ilk baş rolunu oynadı. Dizi bitdikdən sonra Adanalı (2008–2010) dizisində rol almağa başladı. 2010-cu ildə təşkil olunan Miss Turkey yarışmasında ikinci oldu və Türkiyəni Miss Universe yarışmasında təmsil etdi. Ondan sonra Lale Devri (2010–2013) və Medcezir (2013–2015) seriallarinin baş rollarında yer alaraq populyarlığını artdırdı. "Əjdəhanı necə əhliləşdirməli?" filmində səsləndirmə edən Sarıkaya Behzat Ç. Ankara Yanıyor filmində də rol aldı. Seriallarda və filmlərdə rol almağı ilə yanaşı Sarıkaya reklamlarda da oynadı və bəzi əhəmiyyətli markaların da reklam üzü oldu. 2014-cü ildə GQ Türkiye tərəfindən ilin qadını seçildi.
Sətənay
Sətənay - türk, qafqaz və nart mifologiyalarında əfsanəvi xanım. Seteney (Satanay) olaraq da bilinir. Qaraçay-Malkar xalqıyla sıx olan Nartların dastanlarında bu xalqın anaları olaraq qəbul edilir. Gözəlliyin və müdrikliyin simvoludur. O, Nartların lideri Örüzmək'in arvadıdır. Atası Günəşdir və anası Aydır. Fövqəltəbii güclərə və sehrlərə malikdir. Prenses mənasını verən Biyçe ünvanını daşıyır. Sətənay Biyçe gələcəkdən xəbər verir, istədiyi insanın və ya heyvanın şəklinə girə bilər. Nart dastanlarında Sətənay ilə Örüzmək'in xoşbəxt bir həyat yaşadıqları izah edilir.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Karənab (Meşkinşəhr)
Karənab (fars. خرده قشلاق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (5 ailə).
Kərəngan (Vərziqan)
Kərəngan (fars. كرنگان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (27 ailə). Kərəngan əhalisini Tat və Azərbaycan türkləri təşkil edir. Əhali tati və Azərbaycan türkcəsində danışır.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Boris Kokenay
Boris (Barux) Yakovleviç Kokenay (rus. Борис (Барух) Яковлевич Кокенай; 20 dekabr 1892 (1 yanvar 1893), Feodosiya, Rusiya imperiyası – 24 iyul 1967, Rostov-na-Donu, SSRİ) — Karaim xalqının tarixi, mədəniyyəti və folklorunun araşdırıcısı, karaimlərə məxsus mədəniyyət kolleksiyalarının toplayıcısı, biblioqraf, ölkəşünas == Həyatı == Boris Yakovleviç Kokenay 20 dekabr 1892-ci ildə Krımın Feodosiya şəhərində yoxsul bir karaim ailəsində anadan olmuşdur. On iki yaşına qədər Feodosiyada Toviya Simoviç Levi-Baboviç açdığı midraşda oxumuşdur. Feodosiya gimnaziyasının beş sinfini bitirmiş, lakin xəstəlik səbəbilə təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Bundan sonra bir neçə il Krım -tatar kənd məktəblərində (Beş-Xoca və Köktaş) müəllim işləmişdir. Krımda Sovet hakimiyyəti qurulduqdan sonra Feodosiya Müəllimlər İnstitutuna daxil olmuş, lakin 1921-1922-ci illərdəki aclıq dövründə Rostov-Don-a köçmüş və burada teleqraf operatoru kimi çalışmışdır. Boris Kokenay karaim, Krım-tatar, türk, ərəb, fransız və alman dillərini bilirdi. O, “Karaimcə-rusca lüğət”in müəllifidir. Müəllifin Krım karaimlərinin tarixi və mədəniyyəti ilə bağlı məqalələri “Mysl Karaimska”, “Karaj Awazy”, “Onarmach” dərgilərində dərc edilmişdir. Boris Kokenay 1942-ci ildə işğal altında olan Rostovda yaşayan vəkil M.Demidovla birlikdə alman faşistlərinin səlahiyyətli orqanlarına karaimlərin etnik mənsubiyyəti məsələsi ilə bağlı aydınlıq gətirmişdir.
Aldo Serena
Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir. == Klub karyerası == Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino". Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur.
Kirena (nimfa)
Kirena (yun.
Kirena məktəbi
Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər. == Təlimləri == Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsi ilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir. İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır.
Mark Kerney
Mark Kerney — Kanada Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Serena Uilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. == Həyatı == == Fəaliyyəti == Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Serena Vilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. == Həyatı == == Fəaliyyəti == Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Valentina Serena
Valentina Serena — məşhur italiyalı voleybolçu. Bir dəfə CEV Qadınlar Çempionlar Liqasında çempion titulunu qazanmışdır. == Karyerası == Serena karyerasına doğma vətəni İtaliyada başlamışdır. 12 il öz ölkəsində oynadıqdan sonra Türkiyəyə transfer olunmuşdur. Bir il "Ankaragücü"ndə oynamış, 2013-cü ildən 2014-ci ilə qədər isə Azərbaycanın "İqtisadçı" voleybol klubunda oynamışdır.2014-cü ildən voleybolçu Rumıniyanın Stai creando Clubul Sportiv Municipal Buxarest klubunda oynayır.
Kerenin binası (Taqanroq)
Kerenin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina klassizm stilində inşa edilmişdir. XIX əsrində Şmidt küçəsi, ev 12 ünvanında inşa edilmişdir. == Tarixi == Bina klassizm stilində XIX əsrin əvvəllərində mühəndis Dyumon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Hazırda bina Şmidt küçəsi]], ev 12 ünvanında yerləşir. İki yüz il mövcudluğu müddətində bina dəfələrlə sahibini dəyişmişdir. Üstəlik binanın təyinatında belə dəyişikliklər olmuşdur. 1810-cu il məlumatına görə binanın sahibi Paxl Daro olmuşdur. Halbuki, obaşqa şəhərdə qeydiyyatda idi.
Kenay yarımadası
Kenay — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür. Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir. Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur. Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Kerey Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Malpartida-de-la-Serena
Malpartida de la Serena ( isp. Malpartida de la Serena), İspaniya və Badaxoz əyalətinin Estremadura müstəqil icmasının bir hissəsi olan bir şəhərdir. 26 km ² ərazini əhatə edir. Əhalisi 662 nəfərdir (2010-cu il üçün). Vilayətin inzibati mərkəzinə olan məsafə 151 km.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.
Kono Subarashii Sekai ni Shukufuku o! Kurenai Densetsu
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.