Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kanuri dili
Kanuri dili – Nigeriya, Niger, Çad və Kamerunda kanurilər tərəfindən danışılan bir zəncirvari dialektdir. Həmçinin Cənubi Liviyada kiçik kanuridilli azlıqlar və Sudanda kanuridilli diaspor var.
Məcid Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. == Həyatı == Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir. 1934-cü il oktyabrın 28-də Məcid Qafurinin ürəyi dayanır.
Məjit Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. == Həyatı == Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir. 1934-cü il oktyabrın 28-də Məcid Qafurinin ürəyi dayanır.
Phytoseius kapuri
Phytoseius kapuri (lat. Phytoseius kapuri) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius kapuri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qafuri rayonu
Qafuri rayonu (rus. Гафури́йский райо́н, başq. Ғафури районы) — Rusiya Federasiyası subyektlərindən biri olan Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon, Başqırdıstan Respublikasının mərkəzində yerləşir və şimalda Arxangel rayonu, şərqdə Beloret rayonu, cənubda İşembay rayonu, cənub-qərbdə Stərletemaq rayonu, qərbdə Aurqaz rayonu, şimal-qərbdə isə Karmaskalı rayonu ilə sərhəddir. Rayonun sahəsi 3,038.02 kvadrat kilometrdir (1,172.99 kvadrat mil). Rayonun inzibati mərkəzi Krasnousol kəndidir. 2010-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən, rayon əhalisinin ümumi sayı 33.869 olmuşdur. Rayon əhalisinin 35.4%-i Krasnousol kəndində yaşamaqdadır. == Tarixi == Rayon 1930-cu ildə Krasnousolski rayonu (rus. Красноусольский район) adı ilə yaradılıb.
Kafur ağacı
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.
Kafur darçını
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.
Vəzili kafur ağacı
== Təbii yayılması == Cənubi-Şərqi Asiya, Hindistan, Çin və Şərqi Tibetdə bitir. == Botaniki təsviri == 50 m və daha çox hündürlüyə qalxan, çadırvari çətirə malik, həmişəyaşıl ağacdır. Qabığı tünd-boz rəngdə olub, çatlıdır. Cavan zoğları yaşıldır. Yarpaqları tərs- yumurtavari, 9-12 sm uzunluqda, 5-7 sm enində, ucu sivriləşən, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıl olub, lələkvari damarlıdır. Yarpağın yan damarlarında alt tərəfdən vəziləri vardır. Yarpaq saplağı 2,5 sm uzunluqdadır. Çiçəkləri qısa saplaqlı, çiçəkyanlığı sarımtıl, 5-6 mm enində olub, 6 bölümlüdür. Erkəkcikləri 9 ədəd olub, üç cərgədə dairə şəklində yerləşmişdir. Yumurtalığı çılpaq, bir yuvalı olub, bir meyvə yarpağına malikdir.
Cafura
Əl-Cafura — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində qumlu səhra. Ərəbistan yarımadasının şərqində yerləşir. Qətər yarımadasından cənubda qərarlaşır. Əl-Xasa səhrası ilə şimaldan, Rub-əl-Xali səhrası ilə isə cənubdan əhatələnir.
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolundə və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Kakuro
Kakuro — rəqəmlərdən təşkil olunan tapmaca. Kakuro adının mənşəyi oyunu ixtira edən yaponlar tərəfindən kasan kurosu (加算クロス, kəsişən toplamalar) sözündən götürülüb; Bu tapmaca ABŞ-də həmçinin Cross Sums (kəsişən cəmlər) kimi də adlandırılır == Oyunun qaydaları == Oyunun sahəsi qara və ağ rəngli xanalardan ibarətdir. Vertikal və ya horizontal ardıcıl qurulan bir neçə ağ xana qrupu blok adlanır. Hər bir blokda yerləşməli olan rəqəmlərin cəmi yazılır. Şaquli bloklar üçün bu cəm adətən blokdan bilavasitə yuxarıda, horizontal bloklar üçün isə bilavasitə solda yazılır.Bütün ağ xanalara şaquli və üfüqi kəsişmələrdə unikallığı gözləməklə, 1-dən 9-a qədər elə rəqəmlər yazılmalıdır ki, bu rəqəmlərin cəmi tapmacanın şərtindəki cəmə bərabər olsun.
Kalori
Kalori — istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C qızdırmaq üçün sərf olunan istilik miqdarı Kalori götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 1/861 -i götürülür. Beynəlxalq vahidlər sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 °C, 20 dərəcəli K = 4,181 °C. K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur..
Kantri
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Kazuki
Kazuki — Yapon adı. Kazuki Yoşinaqa — Yaponiyalı şort-trekçi. Kazuki Naqasava — Yaponiya futbolçusu. Kazuki Qanaha — Yaponiya futbolçusu.
Kazumi
Kazumi — Yaponiya kişi adı. Kazumi Takada — keçmiş Yaponiya futbolçusu. Kazumi Tsubota — keçmiş Yaponiya futbolçusu.
Klafuti
Klafuti (fr. clafoutis, от oks. clafir —Fransız desertidir. == Haqqında == Bişirilmiş piroqdur. Meyvələr yumurtalı yumşaq xəmirə qatılır. Belə ki, blinçiklərə oxşayır. Əvvəl meyvələr qoyulur sonra isə xəmir tökülür.Albalı saplaqlı klafuti klassik hesab edilir. Son dövrlərdə isə klassik klafutini konservləşdirilmiş albalılardan istifadə edilir. Həmçinin almalı, armudlu, ərikli və digər meyvələrin qarışığından istifadə edilir.
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri.Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir.Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Xaşuri
Xaşuri (gürc. ხაშური) — Gürcüstanda şəhər, Xaşuri bələdiyyəsinin inzibati mərkəzi. Şida Kartli düzənlikdə, Suramula çayının sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. XIX əsrdə Poti-Tbilisi dəmir yolu açılandan sonra, Xaşuri tədricən əsas nəqliyyat mərkəzi olmuşdur. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Zanuri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
Aleksandr Kaleri
Aleksandr Kaleri (rus. Александр Юрьевич Кале́ри; 13 may 1956, Yurmala) — rus kosmonavtı.
Baba Kokuri
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Kafarlı
Kafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.