Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karabina
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karabin

Karabiner 98K
Karabiner 98K — Karabin növü == Tarix == XIX əsrin sonlarından istifadəyə başlanmışdır. İkinci dünya müharibəsində alman ordusunda xüsusi yerə malik olmuşdur. Silahın istehsalı Faşist Almaniyası təslim olana qədər davam etdirilib. == Maraqlı faktlar == "Karabiner 98K" alman əsgərlərinin ən çox sayda istifadə etdiyi və "birlikdə həlak olduğu silah" sayılır.
Qafqaz karabidi
Qafqaz karabidi (lat. Carabus caucasicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Əvvələr Carabus scabrosus növünün Qafqaz yarımnövü hesab edilirdi. Bədənin uzunluğu 40-50 mm, alt hisəsi qara, üst hissəsi isə metal parıltılı göy və ya bənövşəyi rəngdədir. Krım yarımnövündən ön döşün formasına görə fərqlənir. Belə ki, Qafqaz ilbizyeyən fışqırdanında ön döş qabaq tərəfdən daralmış və arxa küncləri bir qədər qalxmış vəziyyətdədir. Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazın (Şuşa ətrafı, Daşaltı dərəsi) dağ və dağətəyi rayonlarında dəniz səviyyəsindən 1200 m-ə qədər yüksəklikdə yayılmışdır. Meşə və bağlarda rütubətli yerlərdə yaşayır. Qışlayan böcəklər ilkin yazda təbiətdə görünməyə başlayır və yayın ortasına qədər rast gəlinirlər. Cütləşmə və yumurtaqoyma prosesi yazın sonunda gedir.
Talış karabidi
Carabus talychensis (lat. Carabus talychensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Sayı azalmaqda olan talış endemidir. Bədəninin uzunluğu 35-40 mm-ə qədərdir, qanadüstlükləri hamardır və tutqundur. Üzərilərində zəif nəzərə çarpan nöqtələr vardır. Ön döşün kənarları azca qalxmış vəziyyətdədir. Bığcıqları və ətrafları qaradır. Lənkəran zonasında rast gəlinir. AMEA Zoologiya İnstitutunun kolleksiya fondunda M.Vinovski tərəfindən 1936-cı ildə Lənkərandan tutulmuş 1 fərd saxlanılır. Son illərdə rast gəlinməmişdir.
Mark Marabini
Mark Marabini (7 noyabr 1964, Harare) — Zimbabveni təmsil edən triatlonçu. == Karyerası == Mark Marabini Zimbabveni 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.