Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kardam xan
Kardam xan (bolq. Кардам; 735 – 803) — Bulqar xanı. 777-803cü illərdə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Bizans qaynaqlarında adı ilk dəfə 791-ci ildə VI Konstantinin ordularını məğlub edən şəxs olaraq keçir. 20 iyul 792-ci ildə Markeli döyüşündə imperatoru tələyə salmış, çadırını ələ keçirmiş, imperator yenidən xana vergi verməyə məcbur olmuşdu. Kardam xanın hakimiyyətə gəlməsi Dulo sülaləsinin hakimiyyətinin bərpası ilə əlaqəlidir. Ondan sonra taxta qardaşı oğlu Krum xan keçmişdir.
Aleksandr Kardaşov
Aleksandr Vasilyeviç Kardaşov (rus. Александр Васильевич Кардашев; 10 iyul 1917 – 7 noyabr 1973, Moskva) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (avqust 1959-cu il — 12 oktyabr 1963-cü il).
Cerolamo Kardano
Cerolamo Kardano (lat. Hieronimus Cardanus; 24 sentyabr 1501[…], Paviya, Milan hersoqluğu[…] – 21 sentyabr 1576[…], Roma, Papa dövləti[…]) — italyan həkimi, filosofu və riyaziyyatçısıdır. Kub tənliyin həll düsturu onun adı ilə bağlıdır. == Həyatı == Cerolamo Kardano 1501-ci ildə İtaliyanın Pavia şəhərində anadan olmuşdur. 1521-ci ildə o, Pavia universitetində riyaziyyat, fəlsəfə və tibb üzrə doktor elmi dərəcəsini alır. 1531-ci ildə Milan şəhərində riyaziyyat üzrə professor vəzifəsində çalışmağa başlayır. Kardano eyni zamanda öz həmkarlarına tibb üzrə məsləhətlər verir və həkim kimi də fəaliyyət göstərirdi. Şotlandiyaya uzun müddətli səyahət etdikdən sonra 1559-cu ildə Kardano Milana geri dönür. O, həmin ildə Paviada və iki il sonra Boloniyada tibb üzrə professor kimi universitetdə dərs deyir [1,2]. Kardano böyük təfəkkürə və biliyə malik insan idi.
Həsən Kardanov
Həsən Kardanov (tam adı: Həsən Yakuboviç Kardanov, rus. Хасан Якубович Карданов; 23 fevral 1923, Çeqem, Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 20 yanvar 2019, Nalçik) — Kabarda əsilli SSRİ və Rusiya bəstəkarı, RSFSR xalq artisti, İkinci Dünya müharibəsi iştirakçısı. == Bioqrafiya == Həsən Yakuboviç Kardanov 23 fevral 1923-cü ildə SSRİ-nin RSFSR-nın KBMV-nın Birinci Çeqem kəndində (indiki Çeqem şəhəri) anadan olmuşdur. Məktəbdə təhsil alarkən Kardanovda musiqiyə maraq yaranmışdır. O, xalq musiqi alətləri orkestrında iştirak etmiş, müxtəlif xalq musiqi alətlərini ifa etməyi öyrənmişdir. 1937-ci ildə atasının ölümündən sonra Nalçik şəhərindəki bir internatda təhsil almağa başlamışdır. 1942-ci ildə cəbhəyə getmişdir. O, Mius cəbhəsində pulemyot-minomyot heyətinin komandiri olmuşdur. 18 fevral 1943-cü ildə ağır yaralanan Kardanov sağaldıqdan sonra Ukrayna cəbhəsində vuruşan Konstantinov adına əlahiddə tank əleyhinə qırıcı artilleriya alayına göndərilmiş, orada «RP-12» hərbi radiostansiyanın radio kəşfiyyatı üzrə zabit olmuşdur. O, alayın bir üzvü olaraq Qafqazda, Ukraynada, Belarusda, Polşada və Çexoslovakiyada vuruşmuşdur.
Kardaşev şkalası
Kardaşev şkalası (rus. Шкала Кардашева) – sivilizasiyanın texnoloji inkişafını müəyyələnləşdirən şkala. Şkala 1964-cü ildə kosmik siqnallarda yadplanetli həyat işarələri axtaran rus astrofizik Nikolay Semyonoviç Kardaşev tərəfindən tərtib edilib. Şkala enerji istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür: I tip (10¹⁶W), II tip (10²⁶W) və III tip (10³⁶W). Digər astronomlar şkalaya IV (10⁴⁶W) və V (bu növ sivilizasiyanın əlinin çatdığı enerji tək bizim kainatdakı bütün enerjiyə yox, bütün kainatlardakı və bütün zaman anlarındakı enerjiyə bərabər olar) tipləri də əlavə ediblər. Bu əlavələr enerji istifadəsi ilə bərabər mədəniyyətlərin bilik səviyyəsini də nəzərə alır. İnsan irqi bu şkalada yer almır. İnsanlar Yer kürəsindəki ölü bitki və heyvanlar vasitəsi ilə enerji ehtiyaclarını təmin etdiyinə görə 0-ci tipə daxildir (və bir sonrakı tipdəki mədəniyyətə çatmaq üçün uzun bir yol var). Kalku inanır ki, hər şeyi nəzərə aldıqda bəşəriyyətin 1-ci tip mədəniyyət səviyyəsinə çatmağı üçün 100-200 il lazımdır. == Təsnifat == I tip sivilzasiya I tip mədəniyyətlər öz enerji ehtiyaclarını qarşılamaq üçün bütün enerjilərini qonşu ulduzlardan çəkib depolayacaqlar.
Kim Kardaşyan
Kimberli Noel Kardaşyan (ing. Kimberly Noel Kardashian; 21 oktyabr 1980[…], Los-Anceles, Kaliforniya) — amerikalı şou-biznes ulduzu. Ata tərəfindən erməni, ana tərəfindən holland və şotland əsillidir. Daha çox sosial həyatı ilə, original versiyası E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians və Kourtney and Kim Take New York adlı realiti şouları ilə tanınır. Bunlardan başqa istehsalçılıq, mankenlik, stilistlik, SKIMS adlı qadın geyim brendinin sahibi və iş qadını olaraq fəaliyyət göstərir. Kardaşyan indiyə qədər müxtəlif ətirlər istehsal etmişdir, olduqca məşhur jurnallarda poza verib jurnal baş səhifələrində yer almışdır, qonaq aktrisa və ya münsif olaraq çox sayda televiziya istehsallarında yer almışdır, Amerika ABC kanalında yayımlanan Dancing With the Stars (Ulduzlarla Rəqs) adlı televiziya proqramında yarışmışdır. America's Next Top Model (Amerikanın Sonrakı/Yeni Top Modeli — Amerika Top Modelini Axtarır) adlı proqramda qonaq münsif olmuşdur. Karmen Elektra ilə birlikdə Qəribə Film və Vadinin Mələkləri adlı kinoteatr filmlərində, How I Met Your Mother, Beyond the Break, CSI: NY kimi seriallarda rol almışdır. 2010-cu ildə isə kiçik bacıları Kourtni və Kloe ilə Kardashian Konfidential adında avtobioqrafik kitab nəşr etdirmişdir.
Kloi Kardaşyan
Kloi Aleksandra Kardaşyan (ing. Khloé Alexandra Kardashian; 27 iyun 1984, Los-Anceles, Kaliforniya) — amerikalı televiziya şəxsiyyəti. Məşhur model və stilist Kim Kardaşyanın kiçik bacısıdır. Əsasən Keeping Up with the Kardashians realiti şousunda yer alması ilə tanınır. Erməni, şotland və holland əsillidir. 2009-cu ilin yayında profesional basketbolçu Lamar Odom ilə evlənmişdir. 2015 iyul ayında ayrılmışdırlar.
Kortni Kardaşyan
Kortni Meri Kardaşyan (ing. Kourtney Mary Kardashian; 18 aprel 1979, Los-Anceles, Kaliforniya) — ABŞ şou biznes ulduzu və fotomodeli. 2007-ci ildə ailəsi ilə birlikdə "Kardaşyanlarla ayaqlaşmaq" realiti-teleserialı ilə karyerasına başlamışdır.
Nikolay Kardaşev
Nikolay Semyonoviç Kardaşev (rus. Никола́й Семёнович Кардашёв; 25 aprel 1932, Moskva – 3 avqust 2019, Moskva) — görkəmli rus astrofiziki. 1964-cü ildə rus astrofizik Nikolay Semyonoviç Kardaşev tərəfindən tərtib edilən Kardaşev şkalasına görə kainatda 3 tip sivilizasiya mövcuddur: 1-ci tip: Öz planetinin enerjisindən istifadə etməyi bacaran sivilizasiya. 2-ci tip: Öz ulduz sisteminin enerjisindən istifadə etməyi bacaran sivilizasiya. 3-cü tip: Öz qalaktikasının enerjisindən istifadə etməyi bacaran sivilizasiya. Biz insanlar hələ 1-ci tip sivilizasiyanın yarısına çata bilməmişik. Çünki, hələ ki, öz planetimizin, yəni Yer kürəsinin enerjisindən tam istifadə etməyi bacarmırıq.
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Karya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Alberto Korda
Alberto Díaz Gutiérrez və ya daha çox tanınan adı ilə Alberto Korda (d. 14 sentyabr 1928, Havana — ö. 25 may 2001, Paris) — kubalı fotoqraf. 1960-cı ildə çəkdiyi Guerrillero Heroico (Qəhrəman partizan) fotosu ilə məşhurdur. == Həyatı == Korda adı ilə tanınan Alberto Dias Qutierres 14 sentyabr 1928-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olmuşdur. Fotoqrafiyaya atasından götürdüyü Kodak 35mm fotoaparatı ilə öz sevgilisinin şəkillərini çəkməklə başlamışdır. Fotoqrafiyaya başlama səbəbinin "qız tutmaq" olduğunu açıqlayan Korda ilk evliliyini kubalı model Natalia Menendez ilə etdi. Korda dəmiryolu işçisinin ailəsində doğulmuşdu və fotoqraf olmazdan əvvəl bir neçə işdə çalışmışdır. O, öz karyerasına ziyafət məclislərində və toylarda şəkil çəkməklə başlamışdır. Yeni başlayan Kordanın fotoları çox keyfiyyətsiz idi; bir neçə aydan sonra şəkillər tutqunlaşır və saralırdı.
Kanda çayı
Kanda çayı (神田川, Kandaqava) — Paytaxt Tokio regionunun ərazisindən axan, Yaponiyada yerləşən çay. Rəsmən I dərəcəli çay kimi təsnif edilir. Sumida çayının sağ qolunu əmələ gətirir. Çayın uzunluğu 24,6 kilometrə bərabərdir. Suaşıran hovuzun sahəsi 105 km²-ə bərabərdir. == Tarixi == Əvvəllər Hirakava adlandırılan Kanda çayı indiki Marunouçi və Hibiya rüblərinin ərazisindən keçir. Hibiya körfəzinə tökülərək Nihombaşi çayının indiki qolunun ətraflarından cənuba doğru axırdı. O zaman Hirakava çayı Toyoşima və Ebara rayonlarının arasında təbii sərhəd rolunu oynayırdı. 1590-cı ildə Edoda məskən salmış Tokuqava İeyasu Hirakava çayının sahillərini bərkitdi. Şəhəri içməli su ilə təmin etmək lazım idi.
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karla Peterson
Karla Peterson (isp. Carla Peterson; doğ. 6 aprel 1974, Kordova) — tanınmış Argentina teatr və kino aktrisası, bir çox Argentina seriallarında çəkilib. == Həyatı == Karla Peterson 6 aprel 1974-cü ildə Kordova şəhərində anadan olmuşdu və orada 3 il yaşamışdı. Onun atası aviasiya təlimatçısı, anası isə vəkil idi. Karla üç bacı arasında (bacıları İsveçdə yaşayırlar - Karlanın ailəsi isveçlidir) yaşça ən böyüyüdür. O özünü tanıyandan həmişə aktrisa olmaq arzusunda idi.
Karla Qucino
Karla Qucino (ing. Carla Gugino, 29 avqust 1971, Florida, ABŞ) — amerikalı aktrisa. Əsasən "Günahlar şəhəri" filmindəki Lusill roluna görə tanınır. == Həyatı == Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-nin Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa davamlı olaraq anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşı olanda onlar San-Diyeqoda yaşayırdılar. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmədi və o, Los-Ancelesə köçdü. Xalasının məsləhəti ilə Karla aktyorluq məharəti kurslarına getməyə başladı. Anası isə onu Los-Ancelesə altı aylıq oxumağa göndərmişdi və artıq San-Diyeqoya qayıtmasında israr edirdi.
Karma (oxatan)
Karma (6 iyun 1990) — Butanlı oxatan. Karma Butanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Tuyana Daşidorjiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Karma rəqibinə 3:7 hesabı ilə uduzdu.
Karra döyüşü
Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrinin ilk həlledici döyüşü baş verdi. Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı süvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi.
Katsuo Kanda
Katsuo Kanda (d. 21 iyun 1966) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiyoo Kanda
Kiyoo Kanda — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kristina Qarda
Kristina Qarda (d. 16 iyul 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Qarda, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Tarda dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Usuk-Karqa
Usuk-Karqa adası — Laptevlər dənizində, Kotelnı adası yaxınlığında yerləşən ada. İnzibati baxımdan Yakutiyanın Bulunski ulusu ərazisində yerləşir. Ada Kotelnı adasının qərbində yerləşir. Şimaldan cənuba doğru uzanır. Vısax-Karqa dilinın davamını təşkil edir. Ətrafında Temp buxtası yerləşir. Dayazlıqlarında qumlar yığılmışdır.
Varda körpüsü
Varda körpüsü— Adana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir. Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur. Kargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir.
Tulipa tarda
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Rafaella Karra
Raffaella Maria Roberta Pelloni (18 iyun 1943, Boloniya, İtaliya krallığı – 5 iyul 2021, Roma) — daha çox Rafaella Karra (it. Raffaella Carrà) kimi tanınan İtaliya müğənni, aktrisa, rəqqasə, televiziya aparıcısı, radio aparıcısı, modelidir. Avropa və Latın Amerikası ölkələrində pop mədəniyyət ikonası olan Karra, televiziya və musiqi sənayesində 1970–1980-ci illərdə feminizm və qadınların seksual azadlıqları mövzularını qabardan ilk şəxslərdən biri olmuşdur. Karra həm də LGBT və dəb ikonası hesab edilir.