Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keek
Keek — video vəziyyət yenilikləri yükləməyi təmin edən pulsuz bir online sosial şəbəkə xidməti.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Brem Koen
Brem Koen (ing. Bram Cohen; 12 oktyabr 1975, Nyu-York, Nyu-York ştatı) — İnternet dünyasının məşhur şəxslərindən biri, "BitTorrent" protokolunun yaradıcısı, istedadlı proqramçı. == Həyatı == Brem Koen 12 oktyabr 1975-ci ildə ABŞ-də anadan olmuşdur. Onda proqramlaşdırma istedadı kiçik yaşlarından özünü büruzə verir. Belə ki, Brem hələ beş yaşı olarkən ilk dəfə Basic proqramlaşdırma dili ilə tanış olur. Gələcək proqramçı Nyu-Yorkda "Stuyvesant High School"da oxuyur, orada ən istedadlı tələbələrdən biri olur. Brem America Mathematical Olympiad (USAMO) kimi tematik olimpiadalarda iştirak edir, uğur qazanır və mütəxəssislərin diqqət cəlb edir. Onun öyrənmək qabiliyyəti və yüksək intellekti ətrafındakılar heyrətləndirirdi. 1993-cü ildə "Brem Koen Stuyvesant"ı bitirir və Buffalo Universitetinə daxil olur. Daha sonra Brem təhsili tərk edir və işə başlayır.
Fransua Kene
Fransua Kene (fr. François Quesnay; 4 iyun 1694[…] – 16 dekabr 1774[…], Versal, Fransa krallığı) — Fransız iqtisadçı və fiziokratiya məktəbinin fiziki. == Həyatı == Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində anadan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci illərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, Tyürqo və Mirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarifçilər ciddi tənqid edirdilər.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993, London) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. == Klub karyerası == === Leyton Orient === Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Kern qrupu
Kern qrupu — Argentina, Avstraliya, Braziliya, Cənubi Afrika Respublikası, Çili, Filippin, İndoneziya, Kanada, Kolumbiya, Kosta-Rika, Qvatemala, Malayziya, Pakistan, Paraqvay, Peru, Tayland, Uruqvay, Vyetnam və Yeni Zelandiya da daxil olmaqla kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan 19 dövləti birləşdirən maraq qrupu. Kern qrupu kənd təsərrüfatı istehsalı sahəsində qlobal ticarəti liberallaşdırmaq məqsədi güdür. Qrup üzvlərinin məqsədi, xüsusilə də kənd təsərrüfatı məhsulları üçün ixracat subvensiyalarını ləğv etmək və belə məhsulların ixracatı üçün bazara daxil olmaları təkmilləşdirməkdir. Koalisiya, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) çoxtərəfli ticarət danışıqlarında ortaq bir cəbhə təqdim etməyə çalışır, ortaq təklifləri müzakirə edir və bəzən inkişaf etməkdə olan ölkələrin G20 qrupu kimi həmfikir qruplarla işləyirdi. 2018-ci ilin sentyabrında, İqtisadi Məsələlər İnstitutu, "Birləşmiş Krallığın əsas kənd təsərrüfatı ixracatçısı olmasa da, Aİ təchizat zəncirlərinə bağlandığını" ifadə edərək Birləşmiş Krallığın Kern qrupuna "mümkün qədər tez" qoşulmasını təklif etmişdi. == Tarixi == === Qurulması === Kern qrupu, 1986-cı ilin avqustunda, Avstraliya hökuməti bir qrupun yaradılmasına başçılıq etdiyi və Avstraliyanın Kern şəhərində ilk görüşü təşkil etdiyi zaman təsis edildi. İlk olaraq qrupun 14 üzvü var idi - Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Fici, Macarıstan, İndoneziya, Malayziya, Yeni Zelandiya, Filippin, Tayland və Uruqvay - göründüyü kimi qrup siyasi və iqtisadi cəhətdən çox müxtəlif olan dövlətlərdən təşkil olunmuşdur. Qrupun formalaşmasına Avstraliya hökuməti başçılıq edirdi. Lakin bəzi Cənub-Şərqi Asiya ölkələri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası vasitəsilə kənd təsərrüfatı ticarəti üzərində birgə işləyirdilər. "Kern qrupunun ən diqqət çəkən cəhətlərindən biri intellektual rəhbərliyin Avstraliya tərəfindən həyata keçirilməsi və Kanadanın bu prosesdə daha az iştirak etməsi idi.
Keyn adası
Keyn adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Dairəvi formaya malikdir. Diamerti 6 km-dir. Ziçi adaları qrupuna daxildir. Qrili adasından 2 km şimal-şərqdə yerləşir. Ondan Ştrenek boğazı ilə ayrılır. Bütünlüklə buzdan azaddır. Ada qütb araşdırmaçısı İlayş Kent Keynin şərəfinə adlandırılmışdır.
Leonard Koen
Leonard Koen (ing. Leonard Norman Cohen; 21 sentyabr 1934[…] – 7 noyabr 2016[…], Los-Anceles, Kaliforniya, ABŞ[…]) — Kanadalı müğənni, şair və yazıçı. İlk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirmişdir. Qremmi mükafatı laureatıdır.
Mayls Keyn
Mayls Piter Keyn (17 mart 1986, Liverpul) — The Last Shadow Puppets qrupunun üzvü kimi tanınan ingilis musiqiçi. O həmçinin 2009-cu ilin avqustunda dağılan The Rascals qrupunun solisti idi.Keyn hazırda Arctic Monkeys qrupunun solisti Aleks Törner ilə birlikdə qurduğu The Last Shadow Puppets qrupunun üzvüdür, onların ilk albomu The Age of the Understatement 2008-ci ildə, ikinci albomları Everyhting You've Come to Expect isə 2016-cl ildə buraxılıb. Keynin solo debüt albomu Colour of the Trap 9 may 2011-ci ildə, ikinci albomu Don't Forget Who You Are isə 3 iyun 2013-cü ildə yayımlanıb. Onun üçüncü albomu Coup De Grace 10 avqust 2018-ci ildə Virgin EMI səsyazma şirkəti vasitəsilə buraxılıb. Keynin sonuncu buraxılışı Change the Show 21 yanvar 2022-ci ildə işıq üzü görüb. == Həyatı == Keyn Virral yarımasasında yerləşən Birkenheddə yeganə uşaq olaraq dünyaya gəlib, Meolsda boya başa çatıb. Uşaq vaxtlarında gitara çalmağı öyrənməzdən əvvəl saksafon ifa edə bilirdi. Onun dayısı uşaqları Ceyms və Yan Skelli The Coral qrupunun qurucularıdır və Keynə böyük ilham mənbəyi olublar. == Şəxsi həyatı == Keyn Liverpuk FK-nun dəstəkçisidir, 20 yaşlarına kimi Mançester Yunayted klubunun izləyicisi olub. Keyn həmçinin Everton və İngiltərə milli futbol komandasının keçmiş oyunçusu Leyton Beyns ilə yaxın dostdur.2015-ci ildə o, GQ-nun 50 ən yaxşı geyinən britaniyalı kişilərindən biri seçilib.2016-cı ildə Keyn incitdiyi qadın jurnalistdən üzr istəyib.
Samuel Koen
Samuel Koen (ing. Samuel Theodore Cohen; 25 yanvar 1921 - 28 noyabr 2010) — ABŞ fiziki, Neytron bombasının yaradıcısı. Samuel Koen neytron bombasının konsepsiyasını 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb. Mədə xərçəngindən əziyyət çəkən 89 yaşlı alim Los-Ancelesdə evində vəfat etmişdir.
Stiven Koen
Stiven Frend Koen (ing. Stephen Frand Cohen; (1938, Ouensboro, Kentukki, ABŞ) — SSRİ tarixi ilə məşğul olan ABŞ tarixçisi. Əsas tədqiqat sahəsi Sovet Rusiyasının 1917-ci ildə Oktyabr Sosialist İnqilabından sonrakı inkişafı və həmçinin ABŞ ilə münasibətləridir. == Mənbə == The Victims Return: Survivors of the Gulag After Stalin ISBN 978-1-933002-40-8 Pub. 2010 by PublishingWorks Soviet Fates and Lost Alternatives: From Stalinism to the New Cold War ISBN 978-0-231-14896-2 Published 2009 by Columbia University Press Failed Crusade: America and the Tragedy of Post-Communist Russia ISBN 978-1-933002-40-8 Updated edition Pub. 2000 by W. W. Norton & Company Voices of Glasnost: Interviews With Gorbachev's Reformers ISBN 978-0-393-02625-2 Pub. 1989 by W W Norton & Co Inc Sovieticus: American Perceptions and Soviet Realities ISBN 978-0-393-30338-4 Pub. 1986 by W W Norton & Co. Rethinking the Soviet Experience: Politics and History since 1917 ISBN 978-0-19-504016-6 Pub.1985 by Oxford University Press An End to Silence: Uncensored Opinion in the Soviet Union, from Roy Medvedev's Underground Magazine "Political Diary" ISBN 978-0-393-30127-4 Pub.1982 Norton Bukharin and the Bolshevik Revolution: A Political Biography, 1888-1938 ISBN 978-0-19-502697-9 Pub.1980 by Oxford University PressStiven Koenin rus dilində məqalələriПровальная американская (двухпартийная) политика в отношении России Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (28.02.2012) Советский Союз: Жизнь после смерти Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (21.12.2011) Отчего такой пессимизм по поводу возвращения Путина? (06.10.2011) «Перезагрузка» с Россией: ещё один упущенный шанс?
Studio Deen
Studio Deen Co., Ltd. (株式会社スタジオディーン, Kabushiki gaisha Sutajio Dīn, bəzən "Studio DEEN") — Yaponiya animasiya studiyası. Sunrise animasiya studiyasının qurulmasından 3 il sonra — 1975-ci ildə Sunrise studiyasının üzvləri tərəfindən qurulmuşdur. == Animelər == == İstinadlar == Nakagami, Yoshikatsu et al. "You're Under Arrest: Full Throttle". (December 2007) Newtype USA. pp. 48–49.
Vətəndaş Keyn
Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi. Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır. Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır. Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir.
Ken (hərf)
Կ, կ (Adı: ken, erm. կեն) — erməni əlifbasının 15-ci hərfi. Transkripsiya "k". Tələffüzü "K". Rəqəm işarəsi "60".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Ken (kommuna)
Ken (fr. və oks. Quins) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 21 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 798 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 450 nəfər arasında (15-64 yaş) 356 nəfər iqtisadi cəhətdən fəal, 94 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 67.6%).
Ken Alibekov
Ken Alibekov (1950;qaz. Қанатжан Байзақұлы Әлібеков, Qanatjan Baızaquly Álibekov; rus. Канатжан Алибеков, Kanatzhan Alibekov)1992-ci ildən Kenneth "Ken" Alibek kimi tanınan - keçmiş sovet həkimi, mikrobioloq və bioloji müharibə (BM) mütəxəssisi. Sovet Ordusu sıralarında sürətlə yüksəldi və BM qurğularının geniş bir proqramına rəhbərlik etdiyi Biopreparat direktorunun birinci müavini oldu. Sovet bio-silah dizayneri kimi çalışdığı dövrdə, 1970-1980-ci illərin sonlarında Alibekov, bağırsaq və Marburq hemorraqik atəşini özündə cəmləşdirən layihələrə nəzarət etdi və Rusiyanın ilk tulyaremiya bombasını yaratdı. Bəlkə də onun siqnal nailiyyəti, Los Angeles Times tərəfindən daha sonra "insana məlum olan qarışqa xəstəliyinin ən canlı və şiddətli gərginliyi" olaraq xarakterizə edilən "Strain 836" olaraq bilinən yeni bir "döyüş gərginliyi" nin yaradılması idi.1992-ci ildə ABŞ-yə qaçdı; o vaxtdan Amerika vətəndaşı oldu və biodefens məsləhətçisi, natiq və sahibkar olaraq həyatını etdi. ABŞ hökuməti üçün biodefens strategiyasının hazırlanmasında fəal iştirak etmiş və 1998-2005-ci illər arasında ABŞ Konqresi və digər hökumətlər qarşısında biotexnologiya mövzusunda bir neçə dəfə ifadə vermişdi. ABŞ və İraq arasındakı müharibəyə qədər, birbaşa xəbərdarlıq və sübut olmadan Konqres qarşısında "İraqın BM silah imkanlarını silmək cəhdlərinin, ehtimal ki, uğurlu olmadığını" ifadə etdi. Sonrakı müharibə illərində İraqda iddialarını təsdiqləyən heç bir dəlil tapılmadı. Alibek hazırda ABŞ-nin Ohayo ştatındakı "Locus Fermentation" Solutions şirkətində tədqiqat və inkişaf üzrə baş vitse-prezident vəzifəsində çalışır.
Ken Aston
Kennet Corc Aston — ingilis müəllim, hərbçi və futbol hakimliyinin inkişafına bir sıra mühüm töhfələr (sarı və qırmızı kart sistemi daxil olmaqla) vermiş futbol hakimi. == Həyatı və karyerası == Ken Aston 1 sentyabr 1915-ci il tarixində İngiltərənin Esseks qraflığının Kolçester şəhərində dünyaya gəlib.
Ken Duken
Ken Duken (alm. Ken Duken‎; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Ken Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır. == Karyera == Ken Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır.
Ken Naqanuma
Ken Naqanuma (5 sentyabr 1930 - 2 iyun 2008) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Ken Noritake
Ken Noritake (18 iyul 1922 - 6 mart 1994) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ken Tompson
Ken Tompson — Unix əməliyyat sistemini dizayn edən və yaradan, kompüter elmləri üzrə öncü şəxs. O, 1943-cü il fevralın 4-ü Amerika Birləşmiş Ştatdlarında anadan olmuşdur. Karyerasının çoxunu Bell laboratoriyasında çalışmaqla keçirmişdir.
Ken Uatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.
Ken Vatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.
Trinko Ken
Trinko Ken (22 sentyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. == Karyerası == Trinko Ken Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Trinko Ken Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Trinko Ken Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.