Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rimini
Rimini (it. Rimini, lat. Ariminum) — İtaliyanın Adriatik sahilində bir kurort. Emilia-Romanya bölgəsin Rimini vilayətin paytaxtı. Federiko Fellininin doğma şəhəri.
Kilingi-Nımme
Kilingi-Nımme (est. Kilingi-Nõmme) — Estoniyanın cənubi-qərbindəki Pyarnumaa bölgəsində şəhər. 1950–1959-cu illərdə Kilingi-Nımme eyniadlı rayonun mərkəzi idi.
Kiriaki Liosi
Kiriaki Liosi (10 oktyabr 1979, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. Kiriaki Liosi, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Kiriaki Liosi, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Qriqori Kaminski
Qriqori Naumoviç Kaminski (ukr. Григорій Наумович Камінський; 1 noyabr 1895, Dnepr – 10 fevral 1938, Moskva) — sovet partiya və dövlət xadimi. Qriqori Kaminski 1913-cü ildən RSDFP(b) üzvü olub. 1920-ci ilin oktyabrından 1920-ci ilə kimi Azərbaycan KP MK-nın icraçı katibi, Bakı Fəhlə və Qırmızı Ordu Əsgərləri Sovetinin sədri (1921), Azərbaycan KP MK bürosunun üzvü olub.
Yanuş Kaminski
Yanuş Ziqmund Kaminski (pol. Janusz Zygmunt Kamiński; 27 iyun 1959, Zembise, Polşa) — ABŞ və Polşa kinooperatoru və rejissoru, Stiven Spilberq "Şindlerin siyahısı" filmindən başlayaraq, bütün filmlərində onunla işləyir. Yanuş Kaminski Polşanın Zembise şəhərində anadan olmuşdur. Onun valideynləri Yadviqa Selner və Marian Kaminski olmuşdur. 1981-ci ildə 21 yaşında olarkən, baş nazir Voyçex Yaruzelskinin Polşada hərbi vəziyyət elan etməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmişdir. 1982-1987-ci illərdə Çikaqodakı Kolumbiya Kollecində kino istehsalı sahəsi üzrə təhsil almışdır. Daha sonra isə təhsilini AFI Konservatoriyasında (Amerika Film İnstitutu) davam etdirmiş və təsviri incəsənət üzrə ustad dərəcəsi almışdır. O, kinematoqrafiya institutunda gələcəkdə ən yaxşı operator işinə görə "Oskar" mükafatı əldə edəcək Uolli Pfisterlə tanış olur. Bu operator hazırda Kristofer Nolanla birlikdə çəkdiyi "Betmen: Başlanğıc" və "Qara cəngavər" filmlərilə məşhurdur. Kaminski 1995-2001-ci illərdə aktrisa Holli Hanterlə ailəli olmuşdu.
Kimiko Tsumura
Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko, 16 avqust 1902, Akaşi – 12 aprel 1974) – Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir. Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur. O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi. Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür. Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi. Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır. Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır. Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi. Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur.
Kimiko Şiratori
Kimiko Şiratori (d. 6 iyun 1968) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Mixail Rayev-Kaminski
Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç (2 yanvar 1894, Çigirin, Kiyev quberniyası – 4 mart 1939, Moskva) — Azərbaycan SSR xalq daxili işlər komissarı (1938). 1894-cü il yanvar ayının 2-də Kiyev vilayətinin (indiki Ukrayna Respublikası) Çigirin şəhərində anadan olmuşdur. Milliyyətcə yəhudidir. İbtidai təhsilli olmuşdur. 1938-ci ilin yanvarın 7-dən noyabrın 11-nə qədər Azərbaycan SSR XDİK-nə rəhbərlik etmişdir.
Məni kimin öldürdüyünü bilirəm
Məni kimin öldürdüyünü bilirəm (ing. I Know Who Killed Me) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. 2007-ci ildə premyerası baş tutan bu filmin büdcəsi 12 milyon dollardır. == Məzmun == Balaca bir qəsəbədə bir-birinin dalınca gizli qətllər baş verir. Gənc qızları hədəf alan qatil onlara işgəncələr verdikdən sonra öldürür. Ebri Fleming adlı gən qız da bu qəsəbədə yaşayır. Gələcək üçün planlar cızan Ebri gözləmədiyi anda həmin qatilin qurbanına çevrilir. Qatil tərəfindən işgəncələrə məruz qalaraq bir barmağını, sağ ayağını və sağ əlini itirir. Lakin qaçmağa müvəffəq olan Ebri xəstəxanada ayıldığı vaxt özünün Ebri olmadığını və sadəcə ona oxşadığını israr edir. Tramma almış Ebri, indi hər şeyi aydınlaşdırmağa çalışacaq.
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. 6-14 5-8 nəfər. Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər
Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər (ing. Who Are We? The Challenges to America's National Identity) — politoloq və tarixçi Samuel Hantinqton (1927-2008) tərəfindən yazılmış traktat. Kitab Amerikan kimliyinin mahiyyətini və gələcəkdə qarşılaşacağı problemləri aşkar etməyə çalışır. == Amerikalı kimliyinin təsviri == Amerikalı kimliyini izah edərkən Hantinqton ilk növbədə "mühacir millət" anlayışının yanlış olduğunu bildirərək buna etiraz edir. O, kitabında yazır ki, britaniyalı sakinlər mühacirlərdən fərqli olaraq, Şimali Amerikaya, mövcud cəmiyyətdən başqa birisinə köçmək üçün deyil, məhz yeni cəmiyyət yaratmaq məqsədilə gəldiklərinə görə Amerikanın qurucuları mühacirlər deyil, məskunlaşan (ing. settlers) şəxslərdir. Bu şəxslər tərəfindən artıq yaradılmış olan orijinal Britaniya koloniyalarında mövcud mədəniyyətə sonralar qoşulan şəxslər isə əsl mühacirlərdir. Bir çox insanlar Amerika kimliyinin özəyi kimi "Amerikan İnancı"na (ing.
Məni kimin öldürdüyünü bilirəm (film, 2007)
Məni kimin öldürdüyünü bilirəm (ing. I Know Who Killed Me) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. 2007-ci ildə premyerası baş tutan bu filmin büdcəsi 12 milyon dollardır. Balaca bir qəsəbədə bir-birinin dalınca gizli qətllər baş verir. Gənc qızları hədəf alan qatil onlara işgəncələr verdikdən sonra öldürür. Ebri Fleming adlı gən qız da bu qəsəbədə yaşayır. Gələcək üçün planlar cızan Ebri gözləmədiyi anda həmin qatilin qurbanına çevrilir. Qatil tərəfindən işgəncələrə məruz qalaraq bir barmağını, sağ ayağını və sağ əlini itirir. Lakin qaçmağa müvəffəq olan Ebri xəstəxanada ayıldığı vaxt özünün Ebri olmadığını və sadəcə ona oxşadığını israr edir. Tramma almış Ebri, indi hər şeyi aydınlaşdırmağa çalışacaq.
Kıçındı (Arxangel)
Kıçındı (başq. Ҡыҫынды, rus. Кысынды) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 12 km, kənd sovetliyindən (Qızıl Ezem): 4 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (93 %) üstünlük təşkil edir.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.