Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çoxbucaqlı
Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur: Qapalı müstəvi sınıq xətt; Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt; Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi. Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır. Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır. Qonşu olmayan təpə nöqtələrini birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır. Çoxbucaqlının üç təpə nöqtəsi varsa — üçbucaqlı, dörd təpə nöqtəsi varsa, — dördbucaqlı, beş təpə nöqtəsi varsa, — beşbucaqlı, ümumiyyətlə, n təpə nöqtəsi varsa, n-bucaqlı adlanır. n-bucaqlının diaqonallarının sayı n×(n-3)/2-yə bərabərdir. Daxili bucaqlarının cəmi 180×(n-2) ə bərabərdir. Xarici bucaqların cəmi 360° -yə bərabərdir. n-bucaqlının 1 təpəsindən çıxan diaqonallarının sayı n-3 -ə bərabərdir.
Birbucaqlı
Birbucaqlı, həmçinin monoqon və ya henaqon — həndəsədə bir kənarı və bir təpəsi olan çoxbucaqlı. Onun Şlefli simvolu {1} olaraq müəyyən edilmişdir. == Sferik həndəsədə == Sferik həndəsədə birbucaqlı böyük dairənin (ekvator) üzərində təpə kimi qurula bilər. Bu, bir 360° kənarı və bir təpəni paylaşan iki yarımkürəvi monoqonal üzü olan diedrı təşkil edir. Burada hosoedr qütblərdə iki antipodal təpəsinə, bir 360° ay üzünə və iki təpə arasında bir kənara (meridian) malikdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Herbert Busemann, The geometry of geodesics. New York, Academic Press, 1955 Coxeter, H.S.M; Regular Polytopes (third edition). Dover Publications Inc.
Qabarıq çoxbucaqlı
Qabarıq çoxbucaqlı — bütün diaqonalları öz daxilində yerləşən çoxbucaqlı. Əgər çoxbucaqlının tərəflərinin uzantısı çoxbucaqlını kəsmirsə, bu qabarıq çoxbucaqlıdır. QABARIQ n-bucaqlının d=n² — 3n/2 sayda diaqonalı var. QABARIQ çoxbucaqlının xarici bucaqlarının cəmi 360°-yə bərabərdir QABARIQ çoxbucaqlının daxili bucaqlarının cəmi 180° • (n–2) dərəcədir. QABARIQ n-bucaqlının bir xarici bucağı: 360/n QABARIQn-bucaqlının daxili bucaqlarının cəmi: 180° • (n–2) QABARIQ n bucaqlının diaqonallarının sayı: n(n–3) / 2 Çoxbucaqlının bir təpəsindən çıxan diaqonalları, bu çoxbucaqlını n-2 sayda üçbucağa ayırır. DÜZGÜN ÇOXBUCAQLI Düzgün çoxbucaqlının daxili bucağı 180*(n-2) bir daxili bucağı isə 180*(n-2)/n düsturu ilə hesablanır. xarici bucaqlarının cəmi 360 dərəcədir.
Çoxbucaqlı (kompüter qrafikası)
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur. Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition).
Dördbucaqlı
Dördbucaqlı — bir müstəvi üzərində dörd təpəsi və dörd tərəfi olan çoxbucaqlıya deyilir. Dördbucaqlılar qabarıq və çökük(qabarıq olmayan) olur. Qabarıq dördbucaqlı-tərəfləri özündə saxlayan düz xəttlər üzərində dördbucaqlının daxilinə aid nöqtə yoxdursa,bu dördbucaqlı Qabarıq Dördbucaqlı adlanır. == Xassələri == İxtiyari qabarıq dördbucaqlının sahəsi diaqonalları ilə aralarındakı bucağın siniusunin hasilinin yarısına bərabərdir. Dördbucaqlının bucaqları cəmi 360°-yə bərabərdir. Dördbucaqlının daxilinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı bucaqlarının cəmi 180°-yə bərabər olsun: ( ∠ A + ∠ C = ∠ B + ∠ D = 180 ∘ {\displaystyle ~\angle A+\angle C=\angle B+\angle D=180^{\circ }} ). Dördbucaqlının xaricinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun:( A B + C D = B C + A D {\displaystyle ~AB+CD=BC+AD} ) == Dördbucaqlının növləri == Trapesiya — iki qarşı tərəfi paralel olan dördbucaqlı Paraleloqram — qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlı Düzbucaqlı — bütün bucaqları düz bucaq olan dördbucaqlı Romb — bütün tərəfləri bərabər olan dördbucaqlı Kvadrat — bütün tərəfləri bərabər və bütün bucaqları düz bucaq olan dördbucaqlı Deltoid — iki cüt bitişik tərəfləri bərabər olan dördbucaqlı == Dördtərəfli == Baxmayaraq ki, bu ad dördbucaqlı adına ekvivalent ola bilər, bu anlayış üçün bəzi məna əlavə olunur. Belə ki, heç bir ikisi paralel olmayan və heç bir üçü bir nöqtədən keçməyən dörd düz xətt dördtərəfli adlanır. Bu cür konfiqurasiyaya Evklid həndəsəsinin bəzi iddialarında rast gəlinir ki, (məsələn, Menelay teoremi, Qauss düz xətti, Ober düz xətti və s.) tez-tez bütün düz xətlər qarşılıqlı əvəz oluna bilirlər.
Dördbucaqlı qala
Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala. == Tarixi == Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır. Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır: Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu. Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.
Dördbucaqlı Kiran türbəsi
Dördbucaqlı Kiran türbəsi — Kiran şəhəri ərazisində yerləşən arxeoloji abidə. Türbə Kiranın dördüncü məhəlləsi yerləşən təpənin enişində, Səkkizbucaqlı Kiran türbəsindən şimal-qərbdə yerləşir. Türbə qismən yonulmuş yerli daşla üzlənmiş kürsü üzərində ucaldılmış kubu xatırladır. B.İbrahimov qeyd edir ki, abidənin memarlıq xüsusiyyətləri və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən, Dördbucaqlı Kiran türbəsinin XII əsrin sonları-XIII əsrin əvvəllərində inşa edildiyini ehtimal etmək olar. == Memarlıq xüsusiyyətləri == === Yerüstü hissə === Dördbucaqlı Kiran türbəsinin divarları xaricdən yerli daşdan, daxildən isə kvadrat formalı (20x20x5 sm) bişmiş kərpiclərdən inşa edilmişdir. Türbənin oxvari tağ formasında həll edilmiş giriş qapısı şərq divarındakı portalda yerləşdirilmişdir. Qapı, şahmat sırası ilə düzlmüş üç kərpic hörgüsündən yaradılmış ¾ sütunlarla əhatələnmişdir. Portalın üz tərəfində relyefli hörgü ilə qeyd edilmiş qoşa dekorativ panno keçir. Divar səthindən bir qədər dərinə batırılmış pannolar yuxarıdan sadə stalaktitlə vurulmuş oxvari tağla tamamlanır. Hər iki portal pannosu həndəsi naxışlardan yaradılmış eyni motivə malikdir.