Yeni koronavirus (2019-nCoV)
SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilmişdir.
Virus, 2019–2020 Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı.
CoV adi "soyuqlama" halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında "soyuqdəymə" kimi bilinən hallara səbəb olur.
2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çin'in Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi. Yeni virus üçün hazırda xüsusi bir müalicə yoxdur, ancaq mövcud anti-əyilmələrin istifadə olunma ehtimalı var.
"COVID-19" ilə yoluxmuş şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik əlamətlərini sərgiləyə bilər.