Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krop
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Krop-top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Krop top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Kropivnitski
Kropivnitski (ukr. Кропивницький, əvvəllər Yelizavetqrad), Ukraynada, Kirovoqrad vilayətinin idarə mərkəzi şəhər. Kremençuk-Odessa dəmiryolunun Yuxarı İnqul Çayını kəsdiyi nöqtədən yerləşir. == Tarixi == 16-18-ci əsrin birinci yarısında müasir şəhərin ərazisində Ukrayna kazaklarının yaşayış məntəqələri salındı, sonralar şəhər rayonlarına çevrildi . Şəhərin tarixi 1754-cü ildə, Müqəddəs Yelizaveta qalasının tikildiyi vaxtdan başlayır, Rus çarı Yelizavetanın əmri ilə Ukrayna kazaklarının alayı tərəfindən tikilmişdir, İstihkamın tikintisi zamanı 72 ukraynalı həlak olub . 1769-cu ildə, 1768-1774-cü illərdə Rusiya-Türkiyə müharibəsi zamanı Osmanlı imperiyası və onun vassalı olan Krım xanlığı üzərində qələbədə əsas rol oynadı . 1784-cü ildən qala şəhər statusuna malikdir. 1882-ci ildə Marko Kropivnitski burada ilk peşəkar Ukrayna teatrının əsasını qoydu . Azadlıq müharibəsi zamanı şəhər Ukrayna Xalq Respublikasının nəzarəti altında idi, lakin 1920-ci ildə sovet ordusu tərəfindən üçüncü dəfə işğal edildi . Qolodomor və sovet repressiyaları zamanı şəhərin 2238 sakini həlak olub .
Kropotkin
Kropotkin (rus. Кропоткин) — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Kropyvnytski
Kropivnitski (ukr. Кропивницький, əvvəllər Yelizavetqrad), Ukraynada, Kirovoqrad vilayətinin idarə mərkəzi şəhər. Kremençuk-Odessa dəmiryolunun Yuxarı İnqul Çayını kəsdiyi nöqtədən yerləşir. == Tarixi == 16-18-ci əsrin birinci yarısında müasir şəhərin ərazisində Ukrayna kazaklarının yaşayış məntəqələri salındı, sonralar şəhər rayonlarına çevrildi . Şəhərin tarixi 1754-cü ildə, Müqəddəs Yelizaveta qalasının tikildiyi vaxtdan başlayır, Rus çarı Yelizavetanın əmri ilə Ukrayna kazaklarının alayı tərəfindən tikilmişdir, İstihkamın tikintisi zamanı 72 ukraynalı həlak olub . 1769-cu ildə, 1768-1774-cü illərdə Rusiya-Türkiyə müharibəsi zamanı Osmanlı imperiyası və onun vassalı olan Krım xanlığı üzərində qələbədə əsas rol oynadı . 1784-cü ildən qala şəhər statusuna malikdir. 1882-ci ildə Marko Kropivnitski burada ilk peşəkar Ukrayna teatrının əsasını qoydu . Azadlıq müharibəsi zamanı şəhər Ukrayna Xalq Respublikasının nəzarəti altında idi, lakin 1920-ci ildə sovet ordusu tərəfindən üçüncü dəfə işğal edildi . Qolodomor və sovet repressiyaları zamanı şəhərin 2238 sakini həlak olub .
Pyotr Kropotkin
Pyotr Alekseyeviç Kropotkin (rus. Пётр Алексеевич Кропоткин; 27 noyabr (9 dekabr) 1842, Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 8 fevral 1921[…], Dmitrov, Moskva quberniyası[d], RSFSR[d]) — anarxizmi müdafiə edən rus fəalı, alim və filosof idi. 9 dekabr 1842-ci ildə Moskvada anadan olub. Atası knyaz Aleksey Kropotkin, anası Yekaterina Nikolayevna idi. 1846-cı ildə anası vərəm xəstəliyindən öldükdən sonra Pyotr və qardaşları sərt xasiyyətli ataları tərəfindən böyüdülüb. Orta məktəbi 1 nömrəli Moskva Gimnaziyasında oxuyan gənc Kropotkin 1862-ci ildə Corps des Pages (rus. Пажеский корпус) hərbi məktəbindən məzun olmuşdur. Hərbi korpusda əsasən aristokrat ailədən gələn 150 gənclə birlikdə təhsil alan Kropotkin gənc yaşda da zadəgan nəslin nümayəndələri ilə yola getmirdi. Bu səbəblə vaxtının əsas hissəsini kitab oxumağa və jurnal çıxarmağa ayırır. Sonradan bir neçə geoloji ekspedisiyada iştirak edərək Sibirdə zabit vəzifəsində çalışmışdır.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Drip Drop
Drip Drop (azərb. Damla damla‎) – Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri Sandra Bjurmana, musiqisi isə Stefan Örn və Anders Baggeyə aiddir. "Drip Drop" üç mahnı arasından seçilmişdir.
Drop shipping
Birbaşa göndərmə (ing. drop shipping) – satıcının müştərilərin sifarişlərini qəbul etdiyi, lakin məhsulları müştəriyə stokda saxlamadan birbaşa göndərdiyi pərakəndə ticarət növü. Bu ticarətdə heç bir saxlama prosesi yerinə yetirilmir. == Gedişat == Bu iş modeli məhlul mağazası tələb etmir. Tamamilə ləğv edilə bilər və ya göndərilən sifarişin yerinə yetirilməsi iş modeli ilə birləşdirilə bilər. Fiziki pərakəndə satıcı, potensial açılan göndərilən əşyaları sərgidə saxlaya bilər, poçt sifarişi qaydaları haqqında məlumatları kataloqu ilə təmin edə bilər və ya yalnız onlayn mövcud olan məlumatları olan vebsayt saxlaya bilər. Virtual pərakəndə satış şirkətinin yalnız vebsaytı olur. == İnkişaf == 2006-cı ildən bəri Çində bir çox birbaşa göndərmə şirkəti meydana çıxdı, bunların çoxu həm şirkətlərə, həm də fərdlərə topdansatış və endirmə xidmətləri təklif edir. == Fırıldaqçılar == Drop Shipping internet əsaslı ev biznesi fırıldaqlarında da nəzərə çarpırdı. Fırıldaqçılar bu işi gəlirli bir "evdən iş imkanı" olaraq təbliğ edəcəklər hansıki bu qurbanlara satışa göndərilən sifarişlərinin verilə biləcəyi müəssisələrin siyahısı satılacaq.
Khmer-krom
Khmer-krom (khm. ខ្មែរក្រោម, vyet. Khơ Me Crộm) — Vyetnamda, Mekonq deltasında yaşayan xalq. Vyetnamda onlara "kho-me zıoy" (Khơ-me dưới), yəni "aşağı khmerlər" deyilir. 2006-cı il siyahıyaalınmasına görə, Vyetnamda 1,055,174 khmer-krom yaşayırdı. Mekonq deltasında khmerlər vyetnamlılardan sonra ikinci ən böyük etnik qrupdur. Çoxsaylı müstəqil ictimai təşkilatlar khmer-krom hüquqlarının Vyetnam hökuməti tərəfindən mütəmadi olaraq pozulduğunu bildirir. Khmer-kroma etnik və dini səbəblərdən ayrı-seçkilik edilir, onlar adlarını Vyetnam dilinə uyğun olaraq dəyişmək məcburiyyətində qalırlar və həm də Vyetnam dilində danışmağa məcbur edilirlər.
Korp (İzer)
Korp (fr. Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38128. Kommunanın 1999-cu il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 639 ilə 1 840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Krol (İzer)
Krol (fr. Crolles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38140. Kommunanın 2012-ci il üçün əhalisi 8237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1000 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 17 km şimal-qərbdə yerləşir.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Kros qaçışı
Kros qaçışı — Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı. komandaların və fərdlərin torpaq və ya ot kimi təbii ərazi üzərində açıq hava şəraitində yarış keçirdikləri idman növüdür. Adətən 4-12 kilometr (2,5-7,5 mil) uzunluğunda olan yol ot və torpaq səthlərini əhatə edə bilər, meşəliklərdən keçə bilər və təpələri, düz yerləri və bəzən çınqıllı yolu əhatə edə bilər. == Haqqında == Kros qaçışına ingilis dilində hərfi mənada "qaçış marşrutu" mənasını verən "cığır qaçışı" da deyilir. Təbii ərazi insan bədəni üçün asfaltdan və ya idman yolundan daha təbii hesab olunur. Lakin bu, belə bir yükün onun üçün daha asan olacağı anlamına gəlmir. Qaçış idmançıdan konsentrasiyanı və diqqəti maksimum dərəcədə artırmasını tələb edir. Daim dəyişən yol bədənin yükə alışmasına imkan vermir, buna görə əzələlər daim yaxşı vəziyyətdə qalır. Bu idman idmançıdan inkişaf etmiş bir tarazlıq hissi, bədənini, hər əzələ və oynağı hiss etmək qabiliyyətinə sahib olmağı tələb edir. Həm dözümlülük, həm də yolda qərar vermək qabiliyyəti lazımlı olacaq.
Rassel Krou
Rassel Krou (7 aprel 1964[…], Vellinqton) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zelandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var – Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur.
Viktor Kron
Viktor Kron (isv. Victor Crone; 31 yanvar 1992) — İsveç müğənnisi. O, "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O daha öncə 2015-ci ildə Behranq Miri ilə birlikdə ifa etdiyi "Det rår vi inte för" mahnısı ilə İsveçin Melodifestivalen yarışmasında iştirak etmişdir. Həmin ildə ifaçının "Burning Man" adlı debüt sinqlı təqdim olunmuşdur.
Diodor Kron
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Kid Krow
Kid Krow — ABŞ müğənnisi Konan Qreyin debüt studiya albomu. 20 mart 2020-ci ildə Republic Records tərəfindən buraxılıb.
Kop (albom)
Kop – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 6-cı albomudur. == Mahnı haqqında == "Kop" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Pazara Kadar", "Geçmiş Olsun" mahnılarına, həmçinin, "Kopmam Lazım" mahnısının remiksinə klip çəkilmişdir.
Kro (kommuna)
Kro (fr. Crots, oks. Las Cròtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm və qoyunçuluq təşkil edir. Yerli torpaq əkinçilik üçün uyğun deyil.
Aspr-le-Korp
Aspr-le-Korp (fr. Aspres-lès-Corps, oks. Aspres los Còrps) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 134 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 74 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.4%). Fəal olan 54 nəfərdən 47 nəfər (27 kişi və 20 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Cim Krou qanunları
Jim Crow qanunları (ing: Jim Crow laws), 19-20-ci əsrlərdə ABŞ-nin cənub əyalətlərində çıxarılan ayrı-seçkilikçi yerli qanunlar idi. Qanunlar, ABŞ-nin yenidən qurulması dövründə zəncilərin əldə etdiyi siyasi və iqtisadi qazanclarına qarşı qəbul edilmişdir. Qanunlar afroamerikalılar və ağların ictimai və siyasi həyatda ayrı qurumlardan istifadə etmələri üçün nəzərdə tutulmuşdu və “ayrı, lakin bərabər” (İngiliscə: separate but equal) hüquq doktirini ilə əsaslandırılmışdı. Dəmir yollarında və tramvaylarda irqi-ayrıseçkiliyi qəbul edən ilk qanun 1875-ci ildə Tennesseedə qəbul edildi və daha sonra bütün Cənub əyalətlərində dəmir yollarında irqi ayrı-seçkilik tətbiq olunmuşdur. Bu qanunları qəbul edən regionlarda “sadəcə ağlar üçün” və “qaralar” lövhələri asılmışdı. Bu iş o qədər geniş yayılmışdı ki, otelləri, teatrları, kitabxanaları, liftləri və məktəbləri də əhatə etməyə başlamışdır. Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1954-cü ildə dövlət məktəblərində irqi-ayrıseçkiliyi Brown v. Board of Education davasında konstitusiyaya zidd olduğunu bildirmişdir. Brown v. Tərəfindən dövlət məktəblərində irqi ayrı-seçkilik elan etdi.
Krou qohumluq sistemi
Krou qohumluq sistemi — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Krou sistemi altı əsas qohumluq sistemindən biridir. Sistem Montana ştatında yaşayan Krou qəbiləsinin adını daşıyır. Sistem müxtəlif mədəniyyətlər arasında tez-tez görünür. ABŞ-nin cənub-qərbində ənənəvi olaraq hopi hindi mədəniyyətinin və Navaxo Millətinin bir hissəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == William Haviland, Cultural Anthropology, Wadsworth Publishing, 2002. ISBN 0-534-27479-X Thomas Trautmann and Peter M. Whiteley, Crow-Omaha : new light on a classic problem of kinship analysis, University of Arizona Press, 2012.
Aleksandr De Kro
Aleksandr De Kro (alm. Alexander De Croo‎; fr. Alexander De Croo; nid. Alexander De Croo; 3 noyabr 1975, Vilvorde[d], Brabant əyaləti[d]) — Belçika siyasətçisi və iş adamı, 2020-ci ilin oktyabr ayından etibarən Belçika Krallığının Baş naziri. De Kro Flandriya bölgəsinin Vilvorde şəhərində anadan olub və Brüsseldə Vriye Universitetində iş mühəndisliyi təhsili alıb. Ardınca isə Şimal-Qərb Universiteti]]ndən magistr dərəcəsi əldə edib. 2006-cı ildə öz şirkəti "Darts-ip"-i qurmadan öncə "Boston Consulting Group"-da çalışıb. De Kro 2009–2012-ci illərdə rəhbərlik etdiyi Belçika Açıq Flandriya Liberal en Demokratlar Partiyasının üzvü oldu. 2012-ci ildən 2020-ci ilədək De Kro, Elio Di Rupo, Şarl Mişel və Sofi Vilmes hökumətlərində Belçika Baş nazirinin müavini vəzifəsində çalışıb. Baş nazirin müavini olduğu dövrdə 2012–2014-cü illərdə Pensiya Naziri, 2014–2020-ci illərdə İnkişaf Əməkdaşlıq Naziri, 2018–2020-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb.
Storm (Viktor Kron mahnısı)
Storm (azərb. Fırtına‎) — Estoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Viktor Kron "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2015 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil edən Stiq Rasta və eyni zamanda Viktor Kron, Vallo Kikas və Fred Krüqer tərəfindən bəstələnmişdir.
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Sen-Loran-dyu-Kro
Sen-Loran-dü-Kro (fr. Saint-Laurent-du-Cros, oks. Sant Laurent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05148. 2008-ci ildə əhalinin sayı 528 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (mal-qara və qoyun) əsaslanır. İqtisadiyyatın vacib bir sahəsi bağçılıqdır.
Ezop
Ezop (yun. Αἴσωπος, Aisōpos təq. e.ə. 620, Mesembriya[d] – təq. e.ə. 564, Delphi) — Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib.
Grep
grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.