PROP

prop1

n I 1. dayaq, dirək; Props were used to prevent the roof collapsing Damın uçmasının qarşısını almaq üçün dayaqlardan istifadə edilmişdi; 2. paya, payacıq (bitkini bağlamaq üçün); 3. istinadgah, dayaq; the ~ of the home ailənin / evin dayağı

n II (adət, pl) əmlak, avadanlıq; personal ~s şəxsi əmlak; stage ~s səhnə avadanlıqları

prop2

v 1. (pt, pp -pp-) dayaq / dirək vurmaq; to ~ up a roof with timbers dama tirlərdən dayaq vurmaq / vermək; 2. dayamaq, söykəmək; to ~ a ladder against the wall nərdivanı divara dayamaq / söykəmək; He propped his bicycle against the wall O, velosipedini divara söykədi / dayadı; 3. kömək / müdafiə etmək; The industry is propped up by the government Sənayeyə dövlət kömək edir

PROOFLESS
PROPAGANDA
OBASTAN VİKİ
1,3-Propandiol
1,3-Propandiol (СН2(СН2ОН)2) – üzvü birləşmədir. Suda yaxşı həll olan qatı rənqsiz mayedir. == Tətbiqi == 1.3-Propandiol əsasən politrimetilen tereftalat kimi polimerlərin istehsalı üçün xammal kimi istifadə olunur. Bu maddə kompozitlər, yapışqanlar, laminatlar, boyalar və bir çox sənaye məhsuluna əlavə olunur. Antifriz mayelərində və boyalarında bir həlledici olaraq da istifadə olunur. == Toksikliyi == Pişiklərlər üzərində aparılan təcrübələrdən alimlər 1.3-propandiolun 1.2-propilenqlikoldan təxminən iki qat daha zəhərli olduğunu təsbit ediblər. == Təhlükəsizlik == 1,3-Propanediol, buxar və ya buxar / aerosol qarışığının inhalyasiyası ilə əhəmiyyətli bir təhlükə yaratmır. == Mənbə == Химическая энциклопедия. - Т.4. - М.: Советская энциклопедия, 1995.
14-nöqtəli propuleya parabüzəni
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
Amblyseius propitius
Astragalus propinquus
Zarlı gəvən (lat. Astragalus membranaceus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Buddleja propinqua
Buddleja cordata (lat. Buddleja cordata) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Bulbophyllum propinquum
Bulbophyllum propinquum (lat. Bulbophyllum propinquum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Carex proposita
Carex proposita (lat. Carex proposita) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Cuneus Prophetarum
Cuneus Prophetarum (alb. Çeta e profetëve, Azərbaycanca sözbəsöz tərcüməsi — Müqəddəslərin həyatı) — alban filosof Pyeter Boqdaninin yazdığı fəlsəfi, ilahiyyat və elmi traktatı. 1685-ci ildə Padua şəhərində alban və latın dillərində dərc olunmuşdur. Erkən alban ədəbiyyatının ən görkəmli əsəri sayılır. == Tarixi == Pyeter Boqdani Cuneus Prophetarum 1675-ci ildə bitirdi, amma xristian konqreqasiyası latın dilinə tərcümə olunmadığı üçün əsəri dərc etməyə imkan vermədi, On ildən sonra kitab Paduada kardinal Qreqorio Barbariqonun dəstəyi ilə nəşr olundu.Latın dilində tam adı — "Cuneus prophetarum de Christo salvatore mundi et eius evangelica veritate, italice et epirotice contexta, et in duas partes diuisa a Petro Bogdano Macedone, Sacr. Congr. de Prop. Fide alumno, Philosophiae & Sacrae Theologiae Doctore, olim Episcopo Scodrensi & Administratore Antibarensi, nunc vero Archiepiscopo Scuporum ac totius regni Serviae Administratore" Albizzi ailəsinin dəstəyi ilə traktat müvafiq olaraq 1691 və 1702-ci illərdə italiyan və alban dillərində yenidən nəşr edildi. İtalyanca adı — "L' infallibile verità della cattolica fede" == İstinadlar == === Ədəbiyyat === Elsie Robert. Albanian Literature - an overview of its history and development // Albanien: Geographie - Historische Anthropologie - Geschichte - Kultur - Postkommunistische Transformation / Peter Jordan.
Eucalyptus propinqua
Eucalyptus propinqua (lat. Eucalyptus propinqua) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Jurinea propinqua
Jurinea propinqua (lat. Jurinea propinqua) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Polygonum propinquum
Polygonum arenastrum (lat. Polygonum arenastrum) — qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Polygonum acetosellum Klokov [Invalid] Polygonum aequale Lindm. Polygonum arenastrum subsp. calcatum (Lindm.) Wissk. Polygonum arenastrum subsp. microspermum (Jord. ex Boreau) Polygonum aviculare subsp. aequale (Lindm.) Asch. & Graebn.
Propaganda Games
Propaganda Games — Kanadanın Britaniya Kolumbiyasındakı Vankuver şəhərində 2005-ci ildə "Buena Vista Games" (indiki "Disney Interactive Studios") tərəfindən təsis edilən və videooyunlarının istehsalında ixtisaslaşan studiya. "Propaganda Games" 2011-ci ildə, "Tron: Evolution"un istehsalı zamanı bağlanmışdır. == Tarix == "Propaganda Games" studiyası "Buena Vista Games" şirkəti və "EA Canada"nın keçmiş işçiləri tərəfindən 2005-ci ilin aprel ayında yaradılmışdır. Onlar 2005-ci ilin may ayında "Turok" personajının lisenziyasını almış və 3 il sonra, 2008-ci ildə personaj barədə bir videooyun satışa çıxarmışdır. "Turok 2" adlı bir sikvel istehsal prosesində idi, ancaq ağır restrukturizasiya proqramının nəticəsində layihə dayandırılmışdır. Studiya "Tron: Evolution"un istehsalı bitdikdən və "Armada of the Damned" adlı bir "Karib dənizinin quldurları" mözvulu layihə ləğv olunduqdan sonra, 2011-ci ilin yanvar ayında "Disney" tərəfindən bağlamışdır.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. == Fiziki xassələri == Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu -42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. == Kimyəvi xassələri == Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Propaqanda
Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə.Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq: lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır; dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır; xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevrildirilir; onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır; təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır; bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.; bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: « REF _Ref3652333 \h Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli.
Propaqanda (film, 1999)
Propaganda — 1999-cu ildə istehsal olnmuş türk filmi. Kamal Sunalın oynadığı son filmdir. == İstinadlar == == Xarici keçidlər == Propaganda AllMovie saytında Propaganda — Internet Movie Database saytında.
Propedevtika
Propedevtika (q.yun. προπαιδεύω) — əvvəlcədən məşq etmək, hər hansı bir elmə hazırlıq, müntəzəm və qısa formada şərh olunmuş giriş kursudur. Müvafiq bilik sahəsinin müfəssəl öyrənilməsindən əvvəl gələrək ilkin ibtidai fəlsəfə kursunu bəzən fəlsəfi propedevtika adlandırırlar.
Propilen
Propilen (C3H6) — alken sinfinə daxil olan doymamış karbohidrogen. == Xassələri == Neftin krekinq və pirolizi zamanı alınan qazlar qatışığında olur və müxtəlif sintezlər üçün işlədilir. Propilendən texnikada ikili propil spirti, aseton, qliserin və başqa maddələr almaq üçün istifadə edirlər. Son vaxtlar müxtəlif şəraitdə polimerləşdirməklə propilenin müxtəlif polimerlərini alırlar. Bun lardan tetramerpropilen benzolla kondensləşdirilir və yuyucu maddələr almaq üçün işlədilir. Daha yüksəkmolekullu polipropilen isə xüsusi növ sintetik liflər və plastik materiallar almaq üçün əhəmiyyətlidir. == Halogenlərlə reaksiyası == == Hidrogenləşməsi == Pt, Pd, Ni katalizatorlarının iştirakı ilə H 2 C = C H − C H 3 + H 2 → H 3 C − C H 2 − C H 3 {\displaystyle {\mathsf {H_{2}C=CH-CH_{3}+H_{2}}}\rightarrow {\mathsf {H_{3}C-CH_{2}-CH_{3}}}} == Su ilə birləşməsi == İzopropanol alınır. == Havada yanması == 2 CH 2 = CH − CH 3 + 9 O 2 ⟶ 6 CO 2 + 6 H 2 O ⋅ {\displaystyle {\ce {2CH2=CH-CH3 + 9O2 -> 6CO2 + 6H2O.}}} == Oksidləşməsi == == Ədəbiyyat == А. И. Артеменко, Органическая химия, М.:Высшая школа — 1998 Б. Д. Степин, А. А. Цветков, Органическая химия, М.:Высшая школа — 1994 == Mənbə == M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Propion turşusu
Propion turşusu (propan turşusu, metilsirkə turşusu, konservant E280) CH3CH2COOH — rəngsiz, rezin iyli maddə. Propion turşusu(yunanca «protos» — birinci, «pion» — yağ;) yağ turşusu olduğu üçün belə adlanır. Propion turşusunun duzları propionat adlanır. == Fiziki-kimyəvi xassələri == Öz-özünə alovlanma temperaturu - 440 °C. Su və üzvi həlledicilərlə həll olur.. Kimyəvi xassələrənə görə - karboksilik turşuların tipik bir nümayəndəsidir. == Tarixi == Propion turşusu ilk dəfə 1844 - cü ildə Johan Gottlieb tərəfindən təsvir edilmişdir, onu şəkərin parçalanma məhsullarıından aldı . Sonrakı bir neçə il ərzində digər kimyaçılar eyni maddəni aldıqlarını fərq etmədən müxtəlif yollarla propion turşusu aldılar. 1847-ci ildə bir fransız bir kimyaçı Jean-Baptiste Dumas (Jean-Baptiste Dumas) ortaya çıxan turşuların propion turşusu ilə eyni maddə olduğunu bildirdi.. == Alınması == Təbiətdə propion turşusu neftin tərkibində, karbohidrat ların mayalanması zamanı əmələ gəlir. Sənayedə etilennin karbonlaşması və Reppe reaksiya tərəfindən alınırş Əvvəllər Sirkə turşusu istehsalında çox miqdarda propion turşusu əlavə məhsul olaraq alınmışdı, lakin sirkə turşusu istehsalının müasir üsulları bu üsulu ikinci dərəcəli hala gətirdi.
Propitheci
İndrilər (lat. Indriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinə aid heyvan fəsiləsi.
Propithecinae
İndrilər (lat. Indriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinə aid heyvan fəsiləsi.
Propofol
Propofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol həm giriş (induksiya) və həm də bazis narkozu üçün, süni koma tələb olunan, süni tənnəfüsdə olan xəstələrə geniş tətbiq edilir. Kimyəvi tərkib etibarilə barbituratlara aid olmasa da anestetik effektliliyinə görə onlardan heç də əskik deyildir. Əksinə propofol vasitəsilə narkoza giriş və ondan çıxış "yumuşaq", aydın və tezdir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Həkimlər öz aralarında zarafatla onu "yuxu südü" də adlandırırlar. Vena daxilinə yeridilməsi çox vaxt ağrılı olduğundan yerli anestetiklərlə: 1% ksilokain ya lidokain ilə qarışdırılmış şəkildə istifadə olunur.
Propolis
Vərəmum, bərəmum(Propolis) – Propolis az adını yunan sözləri olan ≪pro≫ - ≪öndən≫və≪polis≫≪qala, şəhərdən≫dən götürmüşdür. Onu həmçinin arı yapışkanı, qatranı da adlandırırlar. Əgər arı pətəyinə çağrılmamış qonaqlar – xırda həşəratlar,malyuskalar,kərtənkələ, sıçan,qurbağa daxil olduqda arılar onların üzərinə propolis tökərək sanki sarkofaq düzəldirlər ki, burada heyvan cəsədi çürüyüb, parçalanmır. Beləliklə də, propolis arı pətəyinin olduqca təmiz qalmasını təmin edir. O, arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. == Tərkibi == Propolis plastilinə oxşayan, sarı-yaşıldan - qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli bərk maddə olub spirtdə yaxşı, süddə pis həll olur. Tamına görə prorolis acı, yandırıcı büzüşdürücüdür.Bu 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Onun tərkibinə qatran və balzamlar (55%), mum(30%), efir yağları (10%), çiçək tozları (5%),A, C və B vitaminləri qarşığı daxildi. Onun tərkibində həmçinin alüminium,vandium, dəmir, kolsium,silsium,manqan, stronsium kimi mikroelementlər də daxildir. Propolisdə darçın spirt, darçın turşusu, benzoy turşusu,aşı maddələri, xrizin,qalanqın və s.
Propontida dənizi
Mərmərə dənizi (türk. Marmara Denizi) — Qara dəniz və Egey dənizini birləşdirən daxili dəniz. Qara dənizə Bosfor boğazı, Egey dənizinə isə Dardanel boğazı vasitəsi ilə bağlanır. Səthinin sahəsi 11,350 km², ən dərin nöqtəsi 1355 m-dir.
Proporsional seçki
Proporsional seçki sistemi — səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. İlk dəfə olaraq 1889-cu ildə Belçikada tətbiq olunub.