Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Nikolay Koşman
Koşman, Nikolay Pavloviç (5 aprel 1944) — RF-nın dövlət xadimi, general polkovnik; 1995–1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini; 13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri. O, Ukrayna SSR-in Kirovoqrad vilayətinin Yeni — Georgievka rayonunun Mironovka kəndində anadan olub. O, Dnepropetrovsk Avtomobil Yolları Texnikumunda, Ussuriya hərbi avtomobil məktəbində, hərbi akademiyanın cəbhə arxası və nəqliyyat üzrə rabitəçi hərbi mühəndis ixtisası üzrə təhsil alıb. Sovet dövründə dəmiryol qoşunlarında taqım komandirindən korpus komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb. Çernobıl AES-in qəza vəziyyətinin aradan qaldırılmasında iştirak edib. 1991-1995-ci illərdə dəmiryol qoşunlarında komandan müavini olub. 1994–1995-ci lərdə Çeçen Respublikası ərazisində dəmiryolunun bərpa olunmasında iştirak edib. 1995–1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini (rəis D. Q. Zavqayev). 1996-cı ildə RF Prezidentinin səlahiyyətli nümayəndəsi kimi Çeçen Respublikasına (O. İ. Lobovun yanına) müvəqqəti ezam olunub. 13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri olub.
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Xroman
Xroman (benzodihidropuran) — heterotsiklik quruluşa malik üzvi birləşmədir və kimyəvi formulu: С 9 Н 10 О Daha mürəkkəb quruluşa malik törəmələri vardır: tokoferol, tokotrienol. Dianin birləşməsi, eləcə də dərman preparatları- troqlitazon, ormeloxifene və nebivolol. Bu maddələr çox vaxt elə xromanlar adlanır. Xromane, 2 və 3 mövqelərində orto əridilmiş bir benzol halqa olan bir piran halqadan ibarət olan bir benzopirandır Fenolun və asetonun kondesləşməsindən alınır . Mezitil fenolun oksidləşməsindən Dianin birləşməsi alınır. Dianin bu reaksiyanı turş mühitdə aparmışdır 2,2,4-trimetil-4–4(oksifenil)xroman adlandırmışdır Qaynama temperaturu: 215 °C Molekul kütləsi: 268,3 q\mol Alışma temperaturu: 156,4 oC Sərbəst oksi qrupun iştirakı ilə β-(o-oksifenil) etilalkil (XXXV və XLII) və ya arilketon təsiri il γ-xromen (XLIII) əmələ gəlir ki, buda katalizator iştirakı ilə xromana bərpa olunur(VI). Natrium amalqaması və spirt qüvvətli reduksiyaedicidir və ketonların xromanlara reduksiya edilməsində istifadə edilir(XLVII-XLVIII) Tibbdə və yüngül sənayedə istifadə edilir. Кан Р., Дермер О. Введение в химическую номенклатуру = Introduction to Chemical Nomenclature / Пер. с англ. Н. Н. Щербиновской, под ред.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Ceyms Krilman
Ceyms Krilman (ing. James Creelman; 12 noyabr 1859, Monreal, Kvebek – 12 fevral 1915, Berlin) – ABŞ–Kanada müxbiri. Sarı jurnalistikanın nümayəndələrindən biri olmuşdur. == Həyatı == Ceyms Krilman 1859-cu ildə Monreal şəhərində doğulmuş, 1872-ci ildə Nyu-York şəhərinə köçmüşdür. Burada "Brooklyn Eagle" və "New York Herald" kimi bir neçə qəzetdə işləmişdir. Krilman sarı jurnalist hesab olunurdu, müsahibələrinə və məqalələrinə öz şərhlərini əlavə edirdi. 1894-cü ildə Yaponiya ordusunu müşayiət edərək "New York World" qəzetində Yaponiya-Çin müharibəsini işıqlandırmışdır. 1898-ci ildə Vilyam Rendolf Herst Kuba müstəqillik müharibəsini "New York Journal" qəzetində işıqlandırması üçün onu müxbir kimi tutmuşdur. Krilman Kubanın tərəfini dəstəkləmiş, İspaniyaya məxsus bir blokhauzu ələ keçirmək üçün ABŞ əsgərlərinə kömək etmişdir. Krilman döyüş zamanı yaralanmışdır.
David Qrossman
David Qrossman (ivr. ‏‏דויד גרוסמן‏‎; 25 yanvar 1954[…], Qüds) —yəhudi yazıçı. == Həyatı == David Qrossman 1954-cü ildə Qüds şəhərində doğulub.Atası Polşadan gəlmədir. Bütün ata qohumları Holokost zamanı ya məhv olmuş, ya da itkin düşmüşdü. Anası əslən qüdslüdür. David Qrossman İsrail ordusunda xidmət etdikdən sonra universitetdə fəlsəfə və teatr sənətini öyrənmişdi. İsrailin səsi radiosunda aparıcı kimi çalışmışdı. == Ədəbi yaradıcılığı == David Qrossman ilk kitabını 1979-cu ildə nəşr etdirib. İlk romanı isə "Oğlağın təbəssümü" (חיוך הגדי) adlanır. İudeya və Samariya əhalisinin yaşam yolu haqqındadır.
Fyodor Erisman
Fyodor Erisman (әsl adı Fridrix Quldreyx) (24 noyabr 1842 – 1 dekabr 1915 və ya 13 noyabr 1915, Sürix) - rus–isveç hәkim-gigiyenisti. Rusiyada gigiyenanın banilәrindәn biri. == Bioqrafiyası == 1865-ci ildə Sürix Universitetinin tibb fakültәsini bitirmiş, göz xәstәliklәri üzrә ixtisaslaşma keçmişdir. 1869-cu ildә Peterburqa gәlmişdir. 1873-74-cü illәrdә Maks İosif Pettenkoferin yanında biliklәrini tәkmillәşdirmişdir. Rusiyada ilk dәfә olaraq "Gigiyena dәrsliyi" (1-3 c., 1872-77) nәşr etdirmişdir. 1879-cu ildә Moskvaya köçmüş vә burada Aleksandr Poqojev, Yevqraf Osipov vә Yevstafıy Dementyevlә birgә Moskva quberniyasının sәnaye müәssisәlәrinin sanitariya müayinәsini apararaq, nәticәlәrini 17 cilddә vә 2 әlavә buraxılışda nәşr etdirmişdir. 1882-96-cı illәrdә Moskva Universitetinin gigiyena kafedrasında professor işlәmişdir. Moskvanın su kәmәrinin, kanalizasiyasının vә suvarma tarlalarının bir sıra sanitariya mәsәlәlәrini vә mәktәb gigiyenası problemlәrini işlәyib hazırlamışdır. 1896-cı ildә polis tәrәfindәn hәbs olunan tibb fakültәsi tәlәbәlәrini müdafiә etdiyinә görә universitetdәn kәnar edilmiş vә Sürixә köçmüşdür.
Karl Qrossman
Karl Qrossman (ing. Carl Friedrich Wilhelm Großmann; 13 dekabr 1863, Almaniya, Noyruppin – 5 iyul 1922,) – almaniyalı seriyalı qatil. O, tam etiraf etmədən edam edilməsini gözləyərkən cinayətlərinin miqyası və səbəbləri əhəmiyyətli dərəcədə bilinməyərək intihar etdi. Təsdiqlənməmiş məlumatlara görə, Birinci Dünya müharibəsi illərində qurbanlarının ətini satırdı. O, ölüm hökmünə məhkum edildi, lakin kamerasında özünü asdığı nəzərə alınaraq hökm heç vaxt qüvvəyə minmədi. == Haqqında == Karl Qrossmanın sadist cinsi zövqləri və uşaq zorakılığına görə bir neçə məhkumluğu istisna olmaqla, uşaqlıq və gənclik illəri ilə bağlı az şey məlumdur. Gəncliyində 7 yaşlı bir qıza təcavüz etdiyi üçün 14 il həbs cəzası alıb. Birinci Dünya müharibəsi illərində Qrossman qara bazarda ət satırdı və hətta evinin yaxınlığındakı bir qatar stansiyasında hot-dog stendi var idi. Karlın qurbanlarının ətini satdığı, sümüklərini və digər yeyilməyən hissələrini çaya atdığı güman edilirdi. İtkin düşmüş qadınların parçaları Andreasa Meydanı yaxınlığındakı bir kanalda və Luizenştadt kanalında tapıldı.
Miron Qrossman
Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator. Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar.
Pirs Brosnan
Pirs Brendan Brosnan (d. 16 may 1953) — İrlandiyalı film aktyoru. Əsasən Ceyms Bond xarakteri ilə tanınır.
Pol Kruqman
Pol Kruqman (ing. Paul Robin Krugman; 28 fevral 1953[…], Albani) — amerikalı iqtisadçı, icmalçı və yazıçıdır. Pol Kruqman Prinston Universitetində iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır. Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır. Pol Kruqman yəhudi bir ailənin övladı olaraq Nyu Yorkda dünyaya göz açmışdır. Uşaqlığını Nyu Yorkun cənub-şərqindəki Lonq adasında keçirmişdir. Kollec səviyyəsində təhsilini Belmurdakı Con Kennedi Yüksək Məktəbində (ing.
Vasili Qrossman
Vasili Semyonoviç Qrossman (əsl adı - İosif Solomonoviç Qrossman; 29 noyabr (12 dekabr) 1905 və ya 12 dekabr 1905 – 14 sentyabr 1964[…], Moskva, RSFSR, SSRİ) — rus sovet yazıçısı və jurnalisti, hərbi müxbir. Yazıçının əsas kitabı olan "Həyat və tale" romanı 1961-ci ildə KQB tərəfindən müsadirə edilmiş, möcüzəvi şəkildə qorunmuş, gizli şəkildə mikrofilmdə ixrac edilmiş və ilk dəfə yalnız 1980-ci ildə İsveçrədə, Lozannada nəşr edilmişdir (Şimon Markiş və Yefim Etkind tərəfindən redaktə edilmişdir) .
Vladimir Qroysman
Vladimir Borisoviç Qroysman (ukr. Володимир Борисович Гройсман; 20 yanvar 1978[…], Vinnitsa) — 27 noyabr 2014-cü ildən Ukrayna Ali Radasının 8-ci çağırış deputatı. O, Pyotr Poroşenkonun Bloku nəzdində parlamentə seçilib. I Yatsenyuk hökumətində, yəni 27 fevral-27 noyabr 2014-cü il tarixlərində Qroysman Ukraynanın xarici işlər naziri, Regionun inkişafı üzrə nazir və Kommunal xidmətlər naziri olaraq fəaliyyət göstərib. 28 mart 2006-cı ildən 27 fevral 2014-cü ilə qədər Vinnitsanın meri vəzifəsini tutub.
Paul Kruqman
Pol Kruqman (ing. Paul Robin Krugman; 28 fevral 1953[…], Albani) — amerikalı iqtisadçı, icmalçı və yazıçıdır. Pol Kruqman Prinston Universitetində iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır. Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır. Pol Kruqman yəhudi bir ailənin övladı olaraq Nyu Yorkda dünyaya göz açmışdır. Uşaqlığını Nyu Yorkun cənub-şərqindəki Lonq adasında keçirmişdir. Kollec səviyyəsində təhsilini Belmurdakı Con Kennedi Yüksək Məktəbində (ing.
Edmon Rostan
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[…], Marsel, İkinci Fransa İmperiyası – 2 dekabr 1918[…], Paris) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi. == Həyatı == Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi. == Karyerası == İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi.
Monika Roxman
Monika Roxman (29 may 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Roxman, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Roxman həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Monika Roxman 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Natalie McQiffert və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Məryəm Kromah
Məryəm Kromah (d. 1 yanvar 1994) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Məryəm Kromah Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məryəm Kromah birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Kromah 52.79 saniyə nəticəyə imza atdı və 5-ci yeri tutdu.
Qosman Japarov
Qosman Japarov — Qazaxıstanın Azərbaycandakı diasporunun görkəmli nümayəndəsi Japarov 1 sentyabr 1923-cü ildə Semipalatinsk vilayətində anadan olub. O, 3 yaşında atasını itirib. Repressiya illərində isə anası Stalinin düşərgələrində ölüb. Böyük Vətən Müharibəsi başlayanda Qosman cəbhəyə yollanıb. Japarov snayper olub. Müharibə başa çatdıqdan sonra onu Qızıl Ordu sıralarında saxlayıblar və gələcək hərbi xidməti Azərbaycanda keçib. 1951-ci ildə Daxili İşlər Nazirliyi sisteminə keçən Japarov cinayət-axtarış şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini alan qazaxıstanlı xadim 1970-ci ildə SSRİ partiya orqanlarının mühafizə bölməsinə rəhbərlik edib. Başqa sözlə, həmin vaxt Azərbaycan SSR kommunist partiyasının I katibi işləyən Heydər Əliyevin əsas cangüdəni olub. Azərbaycanda "Osman paşa" kimi də məşhur olan Japarov bu adı məşhur türk generalının şərəfinə Heydər Əliyevdən alıb.
Ralf Rotman
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Rəsman Həmidov
Püje-Rostan
Püje-Rostan (fr. Puget-Rostang) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,76 km², əhalisi — 108 nəfərdir (2006) artım tendensiyası ilə: 123 nəfər (2012), əhalinin sıxlığı 12,6 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 115 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 123 nəfər.
Gertruda Roqman
Gertruda Roqman (nid. Geertruydt Roghman; oktyabr 1625 və ya 1624, Amsterdam, Hollandiya qraflığı[…] – ən tezi mart 1651 və ən geci dekabr 1657, 1650 və ya ən tezi mart 1651 və ən geci dekabr 1657, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, çap ustası. == Həyatı == Gertruda Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Gertruda qardaşı Rolant Roqman və kiçik bacısı Maqdalena Roqman anası vasitəsilə rəssam Rolant Saverey nəvəsi sayılırdı. Çünki Rolant Saverey anaları Mariya Yakobs Savereyin əmisi idi. Gertruda yəqin ki, atasının emalatxanasında işləyib və qısa ömründə böyük bir iş görməyib. O, daha çox qardaşı Rolantın eskizləri əsasında Amsterdamda Klas Yanson Visher tərəfindən nəşr edilmiş Xoş mənzərələr və ya Rolant Roqmanın həyatdan çəkdiyi əyləncəli səhnələr adlı 14 çapı ilə tanınır. Bu səhnələr XVII əsrin ikinci yarısı və XVIII əsrin əvvəllərində yaxşı satılırdı və mənzərə üslubunda işləyən rəssamlara ilham verirdi. O, həm də orijinal işi ilə tanınır.
Maqdalena Roqman
Maqdalena Roqman (nid. Magdalena Roghman; 1637, Amsterdam, Hollandiya qraflığı – 1679, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı. == Həyatı == Maqdalena Roqman 13 yanvar 1632-ci ildə Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Maqdalena qardaşı Rolant Roqman və böyük bacısı Gertruda Roqman anası vasitəsilə məşhur rəssam Rolant Savereyin nəvəsi sayılırdı. Çünki Roland Saver anaları Mariya Yakobs Savereyin əmisi idi. Maqdalena 1669-cu ildə Jan Rulof Heisterlə ailə qurub. Onun uşaqlarının olub-olmadığı, harada və nə vaxt öldüyü məlum deyil. O, böyük qardaşı məşhur rəssam Rolant və böyük bacısı Gertruda kimi qravür düzəldirdi. O, daha çox Jan Baranın 1650-ci ildə Amsterdamda nəşr edilmiş "Herstelde vorst, ofte Geluckigh Ongeluck" adlı kitabındakı iki qravüradan tanınır.
Proşyan
Proşyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.