Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Kursor
Kursor (lat. cursor) - displey ekranında klaviaturadan daxil edilən növbəti işarənin əks etdiriləcəyi mövqeyi göstərən işıqlanan simvol.Kursor mətn kursoru və maus kursoru fərqləndirilir. Mətn kursoru ekranda sayrışan simvoldur (adətən şaquli xətt). Bu simvol ekrana növbəti simvolun daxil ediləcəyi yeri göstərir. Maus kursoru mausun ekranda hərəkətini və onun köməyi ilə aparılan əməliyyatları əks etdirən qrafik nişandır (çox vaxt ox şəklində olur). == Növləri == Blokşəkilli kursor – ekranda piksellə ölçülən eni və hündürlüyü mətn rejimində olan simvol oyuğunun ölçülərinə uyğun gələn kursor. Mətn emalı proqramlarında istifadə olunur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Kuros
Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir. Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir. Kurosun qadın forması kora adlanır. == Etimologiyası == Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Tuncəl Kurtiz
Tuncəl Tayanç Kurtiz (1 fevral 1936, Kocaeli, Türkiyə – 27 sentyabr 2013, İstanbul, Türkiyə) — Türk kino və teatr aktyoru, rejissor, prodüser və ssenarist. Tuncəl Kurtiz türk kino və teatr oyunçusu, rejissor, prodüser, ssenaristdir. Atası Selanik doğulan bir Türk bürokratı, anası Boşnakdır. Universitetdə qısa bir müddət hüquq fakültəsində, daha sonra isə filologiya, fəlsəfə, psixologiya və sənət tarixi hissələrində oxudu; ancaq heç birindən məzun olmadı. İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlamış olan sənətçi, kino filmlərində rol aldı. Sürü filmiylə zirvəyə çıxan sənətçinin, təbiətlə iç içə yaşamağı sevdiyi ifadə edilər. 1981 Antaliya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını Nurəddin Sezər ilə birlikdə qələmə aldığı Gül Həsən filminin ssenarisiylə qazanmışdır. 2006-da Hacı, 2007-də Üsyankar adlı TV seriallarında oynadı. 2009-cu ilin başında viziona girən olan Payız Sancısı filmində Kamil Əfəndi xarakterini canlandırmışdır. Eyni il nəşrə başlayan Ezel adlı serialda Ramiz Karaeski obrazını canlandırmış və məşhurluğunu daha da artmışdır.
Emmanuel Kulio
Xuan Emmanuel Kulio (30 avqust 1983, Buenos-Ayres) — Türkiyənin "Galatasaray" futbol klubunun argentinalı futbolçusu. == Futbol kariyerası == Kulio 19 yaşında futbol oynamağa başlamışdır. Əvvəllər isə tikintidə işləmişdir. O, 16 sentyabr 2008-ci il tarixində UEFA Çempionlar Liqasında "AS Roma" futbol klubu ilə oyunda vurduğu iki qolla komandasına qalibiyyəti gətirir və matçın ən yaxşı oyunçusu adlandırılır. == "CFR Cluj"dakı oyunları == Liga I (2): 2007–08, 2009–10 Romanian Cup (3): 2008, 2009, 2010 Romanian Supercup (2): 2009, 2010 == "Galatasaray"da oyunları == Culionu transfer etmək üçün "Galatasaray" futbol klubu "Cluj" klubuna 2 milyon avro məbləğ ödəyir. 6 yanvar 2010 tarixində "Galatasaray" ilə 2013–2014 futbol sezonunun sonuna kimi müqavilə bağlayır. Türk klubundakı oyunu ilə tez bir zamanda azarkeşlərin rəğbətini qazanır.
Konca Kuriş
Konca Kuriş (1960 – 20 iyun 1999) — Türk-müsəlman feminist yazıçı. == Həyatı == Konca Kuriş evli və beş uşaq anası idi. 1998-ci ildə oğurlanmış, bundan sonra 20 iyun 1999-cu ildə 38 yaşında Konyada öldürülmüşdür. İddialara əsasən Konca Kuriş “Türk Hizbullah” təşkilatının keçmiş üzvlərindən olub. Lakin sonra təşkilat əlehinə çıxmış və “Quran”ın dogmatik şəkildə şərh olunmasını tənqid etmişdi. 1998-ci ildə yoxa çıxan Kuriş Hizbullah təşkilatının üzvləri tərəfindən 38 gün işgəncəyə məruz qalmış və öldürülərək dar bir məzarə basdırılmışdır. Qatillər yazıçıya edilən işgəncələri video lentə almışdır. Cəsədi 2000-ci ilin yanvar ayında Hizbullah sığınacaqlarına edilmiş əməliyyatlar zaman tapılmışdır. Türkiyə Hizbullah təşkilatı Konca Kurişin oğurlanılmasına, işgəncə edilməsinə və öldürülməsinə dair məsuliyyəti aşağıdakı cümlələri söyləyərək öz üzərinə götürmüşdür: “ İslam düşməni və yalançı feminist olan Konca Kuriş Allaha və Qurani Kərimə qarşı çıxdığı üçün Hizbullah döyüşçüləri tərəfindən oğurlanaraq sorğulanmışdır. Dinsiz Türk Cumhuriyyətinin rəsmi din açıqlamalrı ilə təlimatları ilə paralel şəkildə hərəkət edən və Sionistlərin də istifadə etdiyi Konca Kuriş müsəlmanları şübhəyə salacaq fəaliyyətlərə təşəbbüs etdiyi üçün cəzalandırılmışdır”.
Krios (titan)
Krios, Kriy (yun. Κρεῖος) – yunan mifologiyasında titan Uran və Geyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallant, Astrey və Persin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Kruiz turizmi
Kruiz — baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. == Çay kruizi == Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. == Tarixi == Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.
Kuril adaları
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. == Flora və fauna == Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Kuril çayı
Dazifora (lat. Dasiphora) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dasiphora tenuifolia (Willd.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Curio cuneifolius
Othonna arborescens (lat. Othonna arborescens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Korgöz
Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Haqqında == Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır. Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s.
Körmöz
Körmöz - türk və altay xalq inancında və mifologiyasında ruh, cin, qarabasma mənasını verən söz. Körmös, Kürmös və ya Körümes də deyilir. Yaxşılıq və pislik edən ruhların hamısıdır. Ümumiyyətlə üçlü bir təsniflə ələ alınarlar. Yer üstündə yaşayan ruhlar, Su və torpaq altında yaşayan ruhlar. Səmada yaşayan ruhlar. Bəzən Tanrının vəzifələndirdiyi varlıqlardır. Şeytanı varlıqlara isə Soqor Körmös (Kor Mələk) adı verilirdi. İslam inancına görə də şeytan da əslində mələklərin içərisindədir lakin sonradan üsyan etmişdir. Körmösler ən çox gün batımında və gün doğumunda ortaya çıxar və təsirli olurlar.
Kürium
Kürium (Cm, Curium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 96-cı element. Element 1944-cü ildə Siborqun rəhbərlik etdiyi amerika fizikləri qrupu tərəfindən plutoniumu helium nüvələri ilə bombardman edərkən alınmışdır. Onu Per və Mariya Kürinin şərəfinə Kürium adlandırdılar. Alimlər yeni elementə ad fikirləşərkən güman ki, bu analogiyanı da nəzərdə tutublar. Elementin simvolunda (Cm) birinci hərf Kürinin soy adını, ikinci Mariyanın adını ifadə edir (və elementin latınca adının Curium son hərfini).
Ben-Qurion Universiteti
Negevdə Ben-Qurion adına Universitet (ivr. ‏אוניברסיטת בן-גוריון בנגב‏‎; ing. Ben-Gurion University of the Negev, qısaca BGU) — İsrailin Beer-Şeva şəhərində yerləşən ali təhsil müəssisəsi. Kampusları həmçinin Sde Boker və Eylatda vardır. İsrailin cənubunda bir neçə akademik kolleci himayə edir, məsələn, Pinxas Sapira adına kollec, Beer-Şeva mühəndis kolleci və s. 2010-cu ildə tələbələrin sayı 18 347 idi. == Universitetin tərkibi == Universitet İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin aşağıdakı fakültələri vardır: Təbiət elmləri fakültəsi Mühəndis fakültəsi Humanitar və ictimai elmlər fakültəsi Sağlamlıq və tibb fakültəsi İdarəetmə məktəbi Səhranı öyrənən beyməlxalq institut Dərin təhsil Kraytman məktəbi Universitetin tərkibində həmçinin aşağıdakı böyük tədqiqat institutları vardır: Neqevedə biobiotexnologiya milli institutu Ceykob Blauşteyn adına səhraları öyrənmə institutu (Albert Kats adına səhraları tədqiqat beynəlxalq məktəbi daxil olmaqla) İsrail və sionizmi öyrənmək üzrə Ben-Qurion tədqiqat institutu.
David Ben-Qurion
David Ben-Qurion (ivr. ‏דָּוִד בֶּן-גּוּרִיּוֹן‏‎ oktyabr 1886-cı il, Plonsk, Rusiya imperiyası — 1 dekabr 1973-cü il, Təl-Əviv, İsrail) — İsrail dövlət xadimi, Mapay partiyasının yaradıcıları və başçılarından biri (1930-65). 1948-ci il mayın 14-də İsrail dövlətini bəyan etdi və ilk baş naziri oldu. Həmçinin İsrail Müstəqillik Bəyannaməsini ilk imzalayan şəxs oldu. Ben-Qurion 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı İsrailə rəhbərlik etdi və müxtəlif yəhudi milislərini İsrail Müdafiə Qüvvələrində (IDF) birləşdirdi. Sonradan o, "İsrailin qurucu atası" kimi tanındı. Şərəfinə aeroport adlandırılmışdır (Ben-Qurion Beynəlxalq Aeroportu). Müharibədən sonra Ben-Qurion İsrailin ilk baş naziri və müdafiə naziri vəzifələrində çalışıb. Baş nazir kimi o, ölkənin inkişafına yönəlmiş milli layihələrə rəhbərlik edərək dövlət qurumlarının qurulmasına köməklik göstərib. O, həmçinin dünyanın hər yerindən çoxlu sayda yəhudinin mənimsənilməsinə (Aliyah) nəzarət edirdi.
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. == Coğrafiyası == Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. == Tarixi == Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.
Kolşəkilli kuril çayı
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.
Kuril adaları problemi
Korgöz bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürmez Xan
Kürmez Xan - türk və altay mifologiyasında ruhlar ilahı. Körmöz Xan və ya Kürmes Xan da deyilir. Yeraltındakı ruhların (Körmözlərin) lideridir. Maniheizm sonrası Hörmüzd ilə əlaqəli olaraq görülmüşlər. Monqol mifologiyasında Xormosta ya da Qormosta, Türk mifologiyasında "Kurbustan" və ya Kürmez adıyla yer alır. Monqollara görə 55 Qərb tanrısının başında tapılar. == Körmözlər == Türk və altay xalq inancında və mifologiyasında mələk və qarabasma növü varlıqlardır. Kürmez xan bunların başında tapılar. Körmös, Kürmös və ya Körümes də deyilir. Kimi zaman Tanrının vəzifələndirdiyi düşünülər.
İlyas Karaöz
İlyas Karaöz (1922, Yatağan[d], Muğla ili – 18 iyun 2018) — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri. Nazir vəzifəsində olduğu müddətdə o, Muğlada məktəblər, universitet, fabriklər açılmasında, yol və körpü salınmasında xüsusi rol oynamışdır. 18 iyun 2018-ci ildə vəfat etmişdir. Muğla Eski Şəhər qəbiristanlığında dəfn ediləcək.
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Küri
Pyer Küri