Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mett LeBlan
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı. Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.
Stüart Yulius Leblan
Stüart Yulius Leblan
Dəbdab
Dəbdab (ərəb. دبداب‎) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. İn-Amenas rayonuna daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərqində, Böyük Səhranın şimal hissəsində, Liviya ilə dövlət sərhədi yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 947 kilometr (588 mil) cənub-şərqdə yerləşir. Debdeb kommunası Bürc-Ömər-Driss və İn-Amenas kommunaları, həmçinin Uarqla vilayəti, Liviya və Tunis əraziləri ilə həmsərhəddir. Sahəsi 31,537 km2-dir. == İqlimi == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 30 mm). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 10,4 °C, ən isti ayda (iyulda) 32,5°C-dir. .
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Neoseiulus lablabi
Neoseiulus lablabi (lat. Neoseiulus lablabi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Səhlab Bağırov
Səhlab Bağırov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Təlim-Tədris Mərkəzinin Rəisi. Polis general-mayoru (Xüsusi General). Bağırov Səhlab Əloş oğlu 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011–2019-cu illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, 2019–2023-cü illərdə DİN Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təlim-Tədris mərkəzinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova "Polis general-mayoru" ali xüsusi rütbəsi verilmişdir.
Lilab (Vərziqan)
Lilab (fars. ليلاب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 591 nəfər yaşayır (130 ailə).
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Lejla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Leyla
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Bab əl-Əbvab
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Həbbab ibn əl-Əratt
Həbbab ibn əl-Əratt (587, Nəcd – 658, Kufə, ərəb. خبّاب بن الأرت‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Yəhya, Əbu Abdullah, Əbu Məhəmməd və ya Əbu Əbd-Rəbbihi ləqəblərini daşıyırdı. == Bioqrafiya == Bənu Təmim qəbiləsindən olmuşdur. Kiçik yaşlarından əsir düşmüş, Məkkəyə gətirilmişdir. Xuza qəbiləsindən olan Ümmü Ənmarın qulu olmuşdur. Həbbab 15 yaşında İslamı qəbul etmişdir. O, İslamı qəbul edən altıncı şəxs olur. Sahibəsi və digər Məkkəli müşriklər tərəfindən işgəncələrə məruz qalan ilk müsəlmanlardan biri idi. Şüheyb ər-Rumi, Bilal Həbəşi, Əmmar ibn Yasir, Süməyyə binti Həyat kimi o da Məkkəli olmadığı və heç bir Məkkəli ailənin və ya qəbilə himayəsində olmadığı üçün Həbbabın mövqeyini çətinləşdirirdi.
Leğlan (Hurand)
Leğlan (fars. لغلان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (63 ailə).
Mişel Leblon
Mişel Leblon (fr. Michel Leblond; 10 may 1932, Reyms – 17 dekabr 2009, Reyms) — Fransa futbolçusu və məşqçi. O, 1956-cı ildə keçirilən Çempionlar Kubokunun ilk finalında ilk qolu vurmağı ilə tanınır. İsveçrədə baş tutan 1954 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur. Millinin heyətinə 2 dəfə salınsa da, ehtiyat oyunçular skamyasını tərk etməmişdir. "Reyms" klubunun əfsanə oyunçusu sayılır. Fransa çempionu: 1953, 1955, 1958, 1960 Fransa kuboku mükafatçısı: 1958 1956 və 1959-cu illərdə FİFA Dünya Kuboku finalçısı.
Seylab (Azərşəhr)
Seylab (fars. سيلاب‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.414 nəfər yaşayır (379 ailə).
Seylab (Qürvə)
Seylab (fars. سيلاب‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 387 nəfər yaşayır (90 ailə). Əhalisini kürdlər təşkil edir.
Leylan (Mahnişan)
Leylan (fars. ليلان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (31 ailə).
Leylan (dəqiqləşdirmə)
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində şəhər. ‎Leylan (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Ebla
Ebla, İbla - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir. == Ümumi məlumat == E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi. Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə.
Leyla Hatəmi
Leyla Hatəmi — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Bomba (1396) Domuz (1396) Crazy Doll (1395) Yuxu yatağı (1394) I (1394) Dünyada neçə saatdır?
Leyla Kərimli
Leyla Kərimli (1976, Salyan) — Fəlsəfə Elmləri doktoru, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçmiş direktoru. O, xarici universitetlərdə professor kimi fəaliyyət göstərən azərbaycanlı akademiklərdən biridir. Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbinin Sosial Rifah üzrə assistent professorudur. == Həyatı və fəaliyyəti == Leyla Kərimli 1976-cı ildə Salyan şəhərində həkim ailəsində anadan olub. İlk təhsilini Salyan şəhər orta məktəbində rus dilində alıb. 1993-cü ildə o, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Leyla Kərimli Beynəlxalq Münasibətlər şöbəsinə qəbul olan üç qadından biri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər həmin universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1999-cu ildə Bakı Dövlət Universiteti ilə Fransanın bir neçə ali məktəbi arasında açılmış TACIS-TEMPUS proqramı çərçivəsində Nis-Sofia Antipolis Universitetinə qəbul olmuşdur. 1996-cı ildən etibarən təhsilini davam etdirməklə yanaşı, Qeyri-hökumət təşkilatında işləməyə başlamış və Fransadan qayıtdıqdan sonra Bakı Dövlət Universitetində yarım-ştat müəllim olaraq çalışmışdır.
Leyla Luik
Leyla Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Lili Luikdir. Leyla bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Leyla Mirzoyeva
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 – 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد… Leyla Murad — IMDb səhifəsi.
Leyla Məmmədbəyova
Leyla Ələsgər qızı Məmmədbəyova (17 sentyabr 1909, Bakı – 4 iyul 1989, Bakı) — Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi. == Həyatı == Leyla Məmmədbəyova əslən Qubadan olsa da 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub və ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər. == Karyerası == İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı.
Leyla Neyzi
Leyla Neyzi (29 iyul 1961) - tarixçi, sosioloq == Həyatı == Leyla Neyzi 1961-ci il 29 iyulda İstanbulda doğulmuşdur.Türk akademiki,antropoloq,sosioloq,tarixçi olmaqla yanaşı, Sabancı Universitetinin müəllimidir.İş adamı və yazıçı Əli Neyzinin və məşhur pediatr Olcay Neyzinin qızıdır. Robert Kollecini bitirdikdən sonra ABŞ-da Stanford Universitetində Antropologiya, Cornell Universitetində Sosiologiya təhsili almışdır.Boğaziçi Universitetində köməkçi dosentlik dövründən sonra tədqiqatlarını tarix üzrə dərinləşdirmişdir.İndiyədək Sabancı Universitetində Sosiologiya üzrə təhsil almaqdadır.Bundan əlavə,Oksford Universiteti St.Antoni Kollecində Müasir Türkiyə proqramında qonaq tədris üzvüdür. == Yaradıcılığı == Çox dəyərli iki tədqiqatından birincisini İstanbul Təşviqiyə məhəlləsinin sakinlərinin söylədiklərinə əsasən,ikincisini isə 20-ci əsrin əvvəli Ankarasının kiçik Musəvi əhalisi arasında doğulmuş və bütün əsrə şahidlik etmiş Yaşar Pakerin gündəliyinə əsaslanaraq gerçəkləşmişdir.Xüsusilə,ikincisi Yaşar Pakerin həyatı boyunca iki dəfə (öncə Qurtuluş savaşında 2 mart 1921 tarixli Məclis qərarı ilə,daha sonra II dünya müharibəsi ərəfəsində) qeyri-müsəlmanların yerinə yetirdiyi amalə taburları haqqında verdikləri məlumatlar xeyli maraqlıdır.Amələ taburlarına qarşı bir çox keyfiyyətsiz iddia və nəşrlərə qarşı elmi fakt gətirməklə,həmçinin Türkiyə yəhudilərinin tarixini işıqlandırmaqla mühüm əhəmiyyət kəsb edir. == Mükafatları == Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992. Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999.