Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Ladd Company
The Ladd Company — ABŞ kino istehsalı şirkət, əsası 1979-ci ildə Alan Ladd Jr., Jay Kanter və Gareth Wigan tərəfindən qoyulmuşdur, 20th Century Fox-dan ayrıldıqdan sonra. O, m.in kimi kult filmləri istehsal edib: Ülgücün üzəri ilə qaçan (Blade Runner, 1982) və Oskar mükafatı laureatı Cəsur ürək (Braveheart, 1995). Lakin bir neçə film uğursuzluqlara çevrildikdən sonra şirkət on ildən çox böyük maliyyə böhranına düşdü. 1984-cü ildə iflas elan etdi, bir il sonra isə sonuncu film çıxdı. Həmin il Alan Ladd Jr. MGM/United Artists-i əldə etdi. Şirkətin reallaşdırdığı ən son istehsallar bunlardır: An Unfinished Life (2005) və Gone Baby Gone (2007), hər ikisi Miramax Films tərəfindən paylanılıb. Sonra şirkət fəaliyyətini dayandırdı və 2007-ci ildə ləğv edildi. Onun simvolu ağac idi. Ladd deyir: "Deyə bilərsiniz ki, onun həyat ağacı ilə bağı var" ("You could say it has a tie in with the tree of life").
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Aleksandr Labuş
Aktyor == Həyatı == Aleksandr Sergeyeviç Labuş 11 avqust 1957-ci ildə Minskdə anadan olub. Belorus Dövlət Bədii Teatr İnstitutunda oxuyub (B. İ. Luçenkonun sinfi, 1975–1980). Belorus aktyorudur.
Niki Lauda
Andreas Nikolaus "Niki" Lauda (alm. Andreas Nikolaus "Niki" Lauda‎; 22 fevral 1949[…], Vyana – 20 may 2019[…], Sürix) — sabiq avstriyalı Formula-1 pilotu. Karyerası ərzində üç dəfə — 1975, 1977 və 1985-ci illərdə F1 üzrə dünya çempionluğu qazanıb. Karyerasını bitirdikdən sonra aviasiya ilə maraqlanmağa başlayıb və özünün iki şəxsi aviasiya şirkətini açıb. Bundan əlavə, Skuderiya Ferrari komandasında məsləhətçi və iki il Jaguar komandasında komanda meneceri kimi çalışıb. 1976-cı il Almaniya Qran Prisində idarə etdiyi maşının qəza etməsi və sonra alışması nəticəsində ciddi yanıq xəsarətləri almışdı. Ciyərlərinin zədə almasına və xəsarətlərinin ciddi olmasına baxmayaraq, sadəcə altı həftə sonra İtaliya Qran Prisində yenidən çempionata geri dönmüşdü. Niki Lauda 1949-cu il 22 fevralda varlı ailədə dünyaya göz açıb. Ailəsinin ona qarşı çıxmasına baxmayaraq o yenə də yarış maşınlarının pilotu olur. 1971-ci ildə Bankdan £30,000 funt sterlinq kreditə götürüb, özünə sığorta aldıqdan sonra Formula-2 pilotu kimi March komandasına qoşulur.
Nikolaus Lauda