Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbülqasim Lahuti
Klafuti
Klafuti (fr. clafoutis, от oks. clafir —Fransız desertidir. == Haqqında == Bişirilmiş piroqdur. Meyvələr yumurtalı yumşaq xəmirə qatılır. Belə ki, blinçiklərə oxşayır. Əvvəl meyvələr qoyulur sonra isə xəmir tökülür.Albalı saplaqlı klafuti klassik hesab edilir. Son dövrlərdə isə klassik klafutini konservləşdirilmiş albalılardan istifadə edilir. Həmçinin almalı, armudlu, ərikli və digər meyvələrin qarışığından istifadə edilir.
Laiti
Laiti (fransızca: "Laïcat", ingiliscə: "Laity", italyanca: "Laicato"), xristian dini terminologiyasında ruhban təbəqəsindən olmayan bütün din xadimlərini müəyyənləşdirmək üçün istifadə olunan bir söz olub, hərfi mənada müəyyən bir peşədən olmayan insanları ifadə edən bir termindir.
Dilan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. == Karyerası == Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur. 5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. == Milli komanda == Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. === Milli komanda qolları === Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Dylan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. == Karyerası == Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur. 5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. == Milli komanda == Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. === Milli komanda qolları === Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Georgi Lapiti
Georgi Lapiti (yun. Γεώργιος Λαπίθες) — orta əsr Kipr yunan yazıçısı, alimi və mülkədarı. Alimlər Lapiti adının Lapitos şəhərindən götürüldüyünü güman edir. O, mülkədar olduğundan xeyli sərvətə sahib idi, bundan öz intellektual işlərində və xristian əsirlərinin Osmanlı qüvvələrinin əlindən azad edilməsində istifadə edirdi. Lapiti müxtəlif mənşəli ziyalıları öz "gözəl iqamətgahında" qonaq edib, onlarla ideyaları müzakirə edirdi. O, məhsuldar tərcüməçi olmuşdur, lakin onun əsərlərinin sadəcə bir neçəsi bu günə qədər gəlib çatmışdır. Devid Pinqri onu "Toledo cədvəlləri"nin latın dilindən yunan dilinə tərcüməçisi olduğunu bildirmişdir.
Lamhuni (Kəleybər)
Lamhuni (fars. لمهوني‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 18 nəfər yaşayır (6 ailə).
Yahudi dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Yahudi məhəlləsi
Yəhudi məhəlləsi (ərəb. حارة اليهود‎‎; ivr. ‏הַרֹבַע הַיְהוּדִי‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Səma qəsri Laputa
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
İsmayıl ibn Yaquti
Qütbüddün İsmayıl ibn Alpsunqur Yaquti əl-Səlcuqi əl-Qınıqi (v. 1093) — Çağrı bəyin nəvəsi, Böyük Səlcuqlu imperiyası dövründə Azərbaycanın hakimi (1090–1093). İsmayıl Yaquti bəyin oğlu, Çağrı bəyin nəvəsi, Mikayıl bəyin nəticəsi, Səlcuq bəyin kötükcəsidir. Xorasanda, Nişapur şəhərində doğulmuşdu.Səlcuqlu ordusunun sərkərdəsi idi. Sultan 478-ci ilin sonlarında (fevral-mart 1086) Qafqaza yeni bir səfər daha düzənlədi və bölgəni səlcuqlulara tabe etdi. Məhəlli hökmdarlar Məlikşahı mətbu, de fakto tanıdıqlarını bildirdilər. Gəncə yörəsi doğrudan mərkəzə bağlandı. Məlikşah, Azərbaycan ümumi valisi Qütbüddin İsmayıl ibn Alpsunqur Yaqutiyə Arran və Qafqazın idarəsini də verdi (483/1090). Sultan Börkyaruqla anlaşmaya baxmayaraq bütün ölkəyə hakim olmaq istəyən Tərkən xatun, bu dəfə onun dayısı Azərbaycan məliki İsmayıl ibn Yakutiyə xəbər göndərib Börkyaruqu bərtərəf etməsi şərtiylə evlənmə vədi verdi. İsmayıl bu təklifi qəbul edərək Börkyaruq üzərinə yürüdü, fəqət Həmədan-İsfahan arasındaki Kərəcdə meydana gələn savaşda məğlub oldu (486/1093).
Tamme-Lauri palıdı
Tamme-Lauri palıdı (est. Tamme-Lauri tamm) ― Estoniyanın ən qalın və ən yaşlı ağacı. Ağac Vırumaa vilayətinin Antsla bələdiyyəsində, Tamme-Lauri fermasının ərazisindəki kilsə torpaqlarında yerləşir. Ağacın hündürlüyü 17 metr (56 ft), çevrəsinin uzunluğu isə 831 santimetrdir. Tədqiqatçıların fikrincə ağac 1326-cı ildə əkilmişdir. Palıdı dəfələrlə ildırım vuraraq budaqlara ziyan vurmuş və gövdəsində böşluq yaratmışdır. 1970-ci illərdə aparılan bərpa zamanı boşluğun içərisində II Dünya müharibəsi dövründə və sonrasında Sovyet rejiminə karşı Sovet işğalı altındaki Estoniya, Latviya və Litva partizanlarından təşkil olunmuş "Meşə Qardaşları" ordeninin köhnə sığınacağı tapılmışdır. Boşluq 8 tonluq dəmir-betonla doldurulana qədər burada yeddi nəfər dura bilərdi. Ağac ildırım vurması nəticəsində zərər görsə də, hələ də canlıdır. Tamme-Lauri palıdının adı, adını pis və bəzən də yaxşı uğurlar gətirən, palıdda yaşadığı düşünülən ruhdan almış eyniadlı fermanın adından gəlir.
Kahuzi-Bieqa Milli Parkı
Kahuzi-Bieqa Milli Parkı — Afrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Kahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar. 2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar. 1990-cı ildəki Konqo və Ruanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi.
Kahuzi-Byeqa Milli Parkı
Kahuzi-Bieqa Milli Parkı — Afrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Kahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar. 2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar. 1990-cı ildəki Konqo və Ruanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi.
Latviya latı
Lat (latış. Lats‎; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi. 1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir. 2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara qədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.