Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Latviya
Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) və ya Liflyandiya, rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir.
Latəran
Latəran (fars. لاطران‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (35 ailə).
Datian
Datian — Qafqaz Albaniyasının paqan çarı. Bacısı Satanik çar Artakseslə evlənmişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir. Atasının ölümümdən sonra adı bilinməyən qəsbkar tərəfindən taxtdan məhrum edilmişdir. Artaksesin köməyi ilə hakimiyyətə qayıtmışdır. Xristianlığı qəbul etmiş Suxias və əsgərləri onun dövründə edam edilmişdir. == Adı == "Alban ökəsinin tarixi"ndə adı verilmir. "Şəhid Suxias və əsgərləri" əfsanəsində adı Datiandır. == Hakimiyyəti == === "Alban ökəsinin tarixi" əsərində === Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Tatian
Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həmdə Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır. Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür. Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur.
Latvijas Televīzija
Latvijas Televīzija (azərb. Latviya Televiziyası‎) — 6 noyabr 1954-cü il tarixində fəaliyyətə başlayan, Latviyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür. Televiziyanın xərclərinin 60 %-i dövlət büdcəsindən, digər xərclər isə reklam gəlirlərindən əldə olunur.
Latviya Prezidenti
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır. 2023-cü il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqar Rinkeviç icra edir. == Tarixi == === 1940– 1990 === 1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi. Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi. Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.
Latviya Respublikası
Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) və ya Liflyandiya, rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir.
Latviya SSR
Latviya SSR (latış. Latvijas Padomju Sociālistiskā Republika‎) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 21 iyul 1940-cı ildə təşkil olunmuşdur.
Latviya Seymi
Latviya Seymi —
Latviya Televiziyası
Latvijas Televīzija (azərb. Latviya Televiziyası‎) — 6 noyabr 1954-cü il tarixində fəaliyyətə başlayan, Latviyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür. Televiziyanın xərclərinin 60 %-i dövlət büdcəsindən, digər xərclər isə reklam gəlirlərindən əldə olunur.
Latviya Universiteti
Latviya Universiteti (latış. Latvijas Universitāte‎, abbr. LU) — Latviyanın paytaxtı olan Riqa şəhərində yerləşən, 1919-cu ildə əsası qoyulmuş universitet. O, topuniversities.com saytın hesabatına görə dünyanın ən yaxşı 750 universitetin arasında 701-ci yeri tutur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Latviya azərbaycanlıları
Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı. == Sayı == Latviyada təxminən 1200 nəfərdən 2000 nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir. == Təşkilatları == === "Azəri" Cəmiyyəti === "Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. === "Ocaq" Mədəniyyət Mərkəzi === Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.
Latviya coğrafiyası
Latviya coğrafiyası — == İqlimi == İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.
Latviya dili
Latış dili ya da Leton dili (latviešu valoda) Hind-Avropa dillərinə mənsub, əsasən Latviyada istifadə edilən bir dil.
Latviya futbolu
Latviya keramikası
Latviya keramikası (latış. Latvijas keramika‎ və latış. Latvijas podniecība‎)- Ölkədə ən qədim incəsənət növlərindən biridir. Tarixi Neolit dövrünə qədər gedib çıxır. Latqale keramikası (latış. Latgales keramika‎) isə Latviya keramikasının ən məşhur yarımnövüdür. Latqaledə ölkənin keramika məhsullarının çox hissəsi istehsal edilir. Bir qayda olaraq, Latviya keramikası hər hansı naxışların olmaması ilə digər ölkələrin keramikasından fərqlənir. Əsasən onların yerinə bütöv rənglərdən və ya güllərdən istifadə olunur. Ənənəvi məmulatlar təmkinli, torpaq çalarlarıyla rənglənir (yaşıl, qəhvəyi və başqaları).
Latviya latı
Lat (latış. Lats‎; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi. 1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir. 2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara qədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.
Latviya mədəniyyəti
Latviyanın mədəniyyəti ənənəvi Latviya və Livon tarixi irsini özündə əks etdirir. == Mədəniyyət sahəsi == Müasir Latviya ərazisi bir sıra mədəni və tarixi bölgələrə bölünür, bunlara Kurzeme, Latqale, Vidzeme və Zemqaledir daxildir. Zemqale tərkibində, onlar bəzən ölkənin Konstitusiyasında nəzərdə tutulmayan başqa bir bölgəni də seçirlər ki, bu da Seliya adlanır. Hər bir tarixi və mədəni region xalq kostyumu, rituallar, mahnılar və s. kimi öz ənənələri ilə fərqlənir. == Latviya ədəbiyyatı == Latviyada yazılı dilin ortaya çıxmasından əvvəl, Latviya xalqının ənənələri əsasən xalq mahnıları ilə günümüzə qədər ötürülmüşdür. Latviya ədəbiyyatı yalnız 19-cu əsrdə, Yuris Alunan "Mahnılar" (1856) milli yazılı şeirinin ilk nəşrindən sonra inkişaf etməyə başladı. XX əsrin əvvəllərində, alman və rus ədəbiyyatının təsiri sayəsində, Latviya ədəbiyyatında bir çox fərqli ədəbi istiqamətlər ortaya çıxdı: Simvolizm, Dekadentçilik və s. Müasir Latviya ədəbiyyatında insanın daxili dünyasının açıqlanmasına, kəskin həyat münaqişələrinin təhlilinə çox diqqət yetirilir. Şeir çox inkişaf etmişdir.
Latviya parlamenti
Latviya Seymi —
Latviya şəhərləri
Latviya şəhərlərinin siyahısı.
Latviya əhalisi
Latviya əhalisi - Bu məqalə Latviya əhalisinin sıxlıq, etnik mənsubiyyət, təhsil səviyyəsi, səhiyyə, iqtisadi durum, dini baxış və digər aspektlərdən demoqrafik göstəriciləri haqqındadır. == Tarixi olaraq dəyişmə == Latviyanın əhalisinin təbii artımı son illərdə mənfi rəqəmlər verir. 2050-ci ildə ölkə əhalisinin sayı 1,249,812 nəfər olacağı gözlənilir. == İmmiqrasiya == == Yaş qruplarına görə == == Vacib statistikalar == == Etnik tərkib == == Dil == rəsmi: Latış bəzi qanunvericilikdə yerli əhəmiyyəti var: Livon, Latqal ən az 500 nəfərin danışdığı bu dillər 2011-ci il siyahıya alınmasında əsas dil olaraq qeyd edilib (azalan sırayla): Rus, Belarus, Ukrayn, Litva, Polish, Qaraçı, Tatar, İdiş və İvrit, Eston, Alman geniş şəkildə danışılan digər dillər: İngilis (46%) Latış işarət dili (qanuni olaraq tanınıb və dəstəklənir) və Rus işarət dili == Din == Latviyada ən geniş yayılmış din xristianlıqdır (79%), ancaq əhalinin sadəcə 7%-i mütəmadi olaraq dini xidmətlərdə iştirak edir.
Vətəndaşsızlıq (Latviya)
Vətəndaşsızlıq və ya vətəndaşlığı olmayan şəxslər (latış. nepilsoņi‎) — 1 iyul 1992-ci il tarixində Latviyada yaşayan və başqa dövlətlərin vətəndaşlığı olmayan keçmiş SSRİ vətəndaşlarına Latviya Respublikası tərəfindən verilən xüsusi hüquqi status. 1990-cı illərin ortalarında. vətəndaş olmayanların sayı təxminən 730–740 min nəfər idi. 2021-ci ildən etibarən 190522 nəfər (ölkə əhalisinin 10,1%-i) [3] Latviya vətəndaşlığı olmayan şəxslər var idi. Latviya sakinlərinin təxminən 6,6%-i (125.560 nəfər), siyahıyaalmada milliyyətini "rus" olaraq ifadə edən vətəndaş olmayanlardır. Eyni zamanda, Latviya əhalisinin 16,1%-i (305 448 nəfər) rus millətli Latviya vətəndaşları idi. Hüquqi baxımdan — "Latviya və ya başqa bir dövlətin vətəndaşlığı olmayan keçmiş SSRİ vətəndaşlarının statusu haqqında" 12 aprel 1995-ci il tarixli qanunun subyektləri — vətəndaşlığı olmayan və olmayan şəxslər bu tələblərə cavab verən SSRİ-dən başqa hər hansı bir dövlətin: "1 iyul 1992-ci ildə, qeyddə göstərilən yaşayış sahəsinin vəziyyətindən asılı olmayaraq, Latviya ərazisində və ya əvvəl qeydiyyatdan keçmiş son yaşayış yerində qeydiyyata alınmışlar. 1 iyul 1992-ci il Latviya Respublikasında idi və ya məhkəmənin qərarı ilə qeyd olunan tarixdən əvvəl ən az 10 il ərzində Latviya ərazisində davamlı yaşadıqları faktı təsbit edildi. vətəndaşlıq.
Latviya mifologiyası
Latviya mifologiyası — Latviya tarixi boyu ortaya çıxan, bəzən ardıcıl nəsillər tərəfindən işlənən, bəzən isə rədd edilən və başqa izahlı povestlərlə əvəz olunan miflər toplusudur. == Mənbələr == Latviya mifologiyası haqqında ən erkən yazılı məlumatlara xalq mahnılarında (dainalar), xalq nağıllarında və xronikalarda rast gəlinir. Bu mənbələr, Latviya xalqının inancları, dəyərləri və dünyagörüşü haqqında qiymətli məlumatlar verir. == Tanrılar və ilahələr == Latviya mifologiyasında çoxlu sayda tanrı və ilahə mövcuddur. Bunlardan bəziləri: Dievs: Göy tanrısı və panteonun baş tanrısı. Günəş, yağış və ildırım kimi təbiət hadisələrindən məsuldur. Laima: Doğum, evlilik və tale ilahəsi. Qadınların və uşaqların himayədarıdır. Māra: Ölüm və yeraltı dünyanın ilahəsi. Qış və xəstəliklərlə əlaqələndirilir.
Latviya iqtisadiyyatı
Latviya iqtisadiyyatı Avropaya açıq iqtisadiyyatdır və Avropa Vahid Bazarının bir hissəsidir. Latviya 1999-cu ildən Ümumdünya Ticarət Təşkilatının, 2004-cü ildən Avropa İttifaqının, 2014-cü ildən Avrozonanın və 2016-cı ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür. Latviya Dünya Bankı Qrupunun hazırladığı Biznesin Asanlığı İndeksində dünyada 14-cü yerdədir. 2011-ci il İnsan İnkişafı İndeksinə əsasən, Latviya çox yüksək göstəriciləri olan ölkələr qrupuna daxildir. Coğrafi mövqeyinə görə, tranzit xidmətləri, ağac emalı, kənd təsərrüfatı və qida məhsulları, maşın və elektron cihazların istehsalı kimi sahələr yaxşı inkişaf etmişdir. Latviya iqtisadiyyatı 2006-07-ci illər ərzində ÜDM-in ildə 10%-dən çox sürətli artımına nail olmuşdur, lakin 2009-cu ildə hesab kəsiri, daşınmaz əmlak bazarının çöküşü və dünya iqtisadiyyatının ümumi böhranı fonunda böyük borc riski nəticəsində ciddi tənəzzülə uğramışdır. Ölkədəki ikinci ən böyük bank olan Parex Bankın iflası nəticəsində 2009-cu ildə ÜDM demək olar ki, 18% azaldı və Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq donorlar sazişin bir hissəsi olaraq Latviyaya əhəmiyyətli maliyyə yardımı göstərdilər. Hökumətin sərt qənaət tədbirlərinə sadiqliyi müqabilində valyutanın avroya bağlanmasını müdafiə edərək 2011-ci ildə Latviya ÜDM-in 5,5% artımına nail oldu və beləliklə, Latviya iqtisadi baxımdan yenidən Avropa İttifaqının ən sürətlə inkişaf edən ölkələri sırasına daxil oldu. Beynəlxalq Valyuta Fondu və Aİ proqramı Latviyada 2011-ci ilin dekabrında uğurla başa çatdı. == Latviya iqtisadiyyatının tarixi == Əsrlər boyu Hanza ittifaqı və Almaniyanın təsiri altında, daha sonra müharibələrarası müstəqilliyi dövründə Latviya öz coğrafi mövqeyi hesabına mühüm şərq-qərb ticarətinin mərkəzinə çevrildi.