Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lion
Lion (fr. Lyon [ljɔ̃]}}) — Fransada şəhər, Ron-Alp bölgəsinin, Ron departamentini və 14 kantonun inzibati mərkəzi. Lion "Böyük Lionun" (fr. Grand Lyon), və ya 37 inzibati vahiddən ibarət Lyon şəhərlər cəmiyyətinin (fr:Communauté urbaine de Lyon) mərkəzidir. 1,2 milyon nəfər əhalisi vardır.
Lion (rayon)
== İstinadlar ==
Lion Feyxtvanger
Lion Feyxtvanger (alm. Lion Feuchtwanger‎; 7 iyul 1884[…], Münxen – 21 dekabr 1958[…], Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı. == Həyatı == Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb. 1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb. 1940-cı ildə alman qoşunları Fransanı işğal edərkən Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, çətinliklə xilas olub, ABŞ-a mühacirət etmişdir. Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur.
Lion üsyanı
Lyon üsyanı (fr. Soulèvement de Lyon contre la Convention nationale) — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar. == İqtisadi böhranla üzləşən bir şəhər == 1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, beləki əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi: Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü.
Lion inzibati rayon
== İstinadlar ==
Olimpik Lion FK
Olimpik Lion FK — klubun əsası 1950-ci ildə qoyulmuşdur. Fransanın Lion şəhərini təmsil edir.
Sangatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
3-gatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
Lion ((G)I-dle mahnısı)
Lion (azərb. Şir‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən "Queendom" şousu üçün buraxılmış mahnı. 25 oktyabr 2019-cu ildə şounun "Queendom Final Comeback" minialbomu üçün buraxılmışdır. Mahnının sözləri Soyon tərəfindən yazılmışdır. "(G)I-dle" bu mahnı ilə şouda üçüncü yeri tutmuşdur. Mahnı 6 aprel 2020-ci ildə qrupun "I Trust" minialbomuna daxil edilmişdir. Mahnı tənqidçilər tərəfindən bəyənilmiş, onu "ilin mahnısı", qrupu isə "gənc şir" adlandırmışdırlar. "Lion" qrupun imza mahnılarından birinə çevrilmişdir. "Melon" tərəfindən Bütün dövrlərin top 100 K-pop mahnısından biri seçilmişdir. == Buraxılması == 24 oktyabr 2019-cu ildə Mnet "Queendom" verilişinin final epizodu üçün ilkin baxış yayımlamışdır.
March Comes in Like a Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
Antverpenli Lionel
Antverpenli Lionel (ing. Lionel of Antwerp) (d. 29 noyabr 1338 - ö. 17 oktyabr 1368) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan ikinci oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Antverpen qalasının adını ləqəb olaraq aldı.
Lionda təqib
Lionda təqib — b.e. 177-ci ildə, Mark Avrelinin hakimiyyəti dövründə, Romanın Qalliya vilayətinin Luqdun şəhərində (indiki Lion, Fransa) xristianlara qarşı əfsanəvi təqib. Bu təqiblə bağlı heç bir tarixi hesab yoxdur və ən erkən mənbə hadisədən 150 il sonra yazılmış Yevsevinin "Kilsə tarixi" əsərinin V kitabıdır. VI əsrdə yaşamış Turlu Qriqori bu təqibləri müəllifi olduğu "Əzabkeşlərin şöhrət kitabı" əsərində qismən əhatə etmişdir. == Təqib == Liondakı təqib haqqında ən mühüm məlumat mənbəyi Yevsevinin "Kilsə tarixi" əsərində uzun fraqmentlər şəklində verilmiş yunanca məktubdur. Yevsevi əzabkeşlik çəkmiş xristianlar haqqında demək olar ki, bütün məlumatları özündə saxlamış, mətndə yalnız ritorik və didaktik hissələr buraxmışdır. Yevseviyə görə, məktub imperator Mark Avrelinin hakimiyyəti dövründə xristianlara qarşı genişmiqyaslı təqiblərin baş verdiyinin sübutu idi. Burada "möminlik döyüşçüləri"nin haqq və öz ruhları uğrunda apardıqları mübarizədən bəhs edilirdi. Məktubda istismarlar ətraflı təsvir edilmişdir. Əzabkeşlərin adları sonda verilmişdir.
Lionel Andres Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Lionel Denstervil
Çarlz Lionel Denstervil (9 noyabr 1865, Birləşmiş Krallıq – 18 mart 1946, Torki, Devon qraflığı) — Britaniyalı hərbçi general-mayor. == Hərbi karyeranın başlanğıcı == Lionel Denstervil "Yunayted Servises" kollecində hərbi təhsil alıb. Denstervil 1884-cü ildə Britaniya ordusunda hərbi xidmətə başladı. Daha sonra Denstervil Hindistan ekspedisiya korpusuna köçürüldü. Denstervil Pakistanda,Vaziristanda,Çində hərbi xidmətdə olmuşdur. == Birinci dünya müharibəsi == Birinci dünya müharibəsi zamanında Denstervil Hindistana göndərildi.1917-ci ildə Lionel Denstervil müttəfiqlər ordusunun komandiri təyin olundu. Müttəfiqlər ordusu 1000 nəfərdən ibarət idi bular Avstraliyalılar, Britaniyalılar və Yeni Zelandiyadan gələn xüsusi təyinatlı hərbi bölmə daxil idi. Bir neçə hərbi hərbi maşınlarla "Densterfors" (Densterin ordusu) adlanan müttəfiqlər ordusu Həmədandan İrana , İrandan isə Zaqafqaziyaya keçirlər, burada Osmanlı Tükriyəsinin və Almaniyanın Hindistana hücümu gözlənirdi. 1918-ci ilin avqust ayında Denstervil Bakıda olur. Denstervilə Bakının neft zonalarını əlində saxlamaq və buraxmamaq əmr olunmuşdu.
Lionel Jospen
Lionel Jospen (fr. Lionel Jospin; 12 iyul 1937[…], Mödon[d]) — fransız siyasi-sosialist, baş nazir (1997–2002). == Bioqrafiya == Paris yaxınlığında Medon şəhərində anadan olub. Orduda xidmət etdikdən sonra 1963-cü ildə Dövlət İdarəetmə Məktəbinə daxil oldu. Siyasi Elmlər İnstitutunu da bitirib. Gəncliyində o, sonradan gizlətdiyi Trotskiçi idi. Fransua Mitteranın yaxın tərəfdaşı idi və 1981-ci ildə respublika prezidenti seçildikdən sonra Fransa Sosialist Partiyasının sədri oldu. Müxtəlif nazir vəzifələrini tutub. 1995-ci ildə partiya prezident seçkilərində vəzifəsindən istefa verən Mitterrandın yerinə namizəd olaraq irəli sürüldü, ilk turdan sonra birinci yeri tutdu, ancaq ikinci turda yeni prezident olan Jak Şirak'a məğlub oldu. 1997-ci ildə sosialistlər erkən parlament seçkilərində qalib gəldi və Şirak rəqibinə baş nazir olaraq hökumət qurmağı tapşırdı.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Lionel Qranfild
Lionel Qranfild (d. 1575 – ö. 6 avqust 1645) - İngilis əsilli tacir və siyasətçi. Lordluq dərəcəsinə yüksəldikdən sonra 1614-1622-ci illərdə İcmalar Palatasının üzvü olmuşdur.
Lionel Richie
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. == Erkən həyatı == Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. == Karyera == 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksofonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. == Diskoqrafiya == Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) == Filmoqrafiya == Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Lionlu Blandina
Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion – 177, Lion) — erkən xristian əzabkeşi. == Həyatı == 177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Yevsevi. "Kilsə tarixi".
Lionlu İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Lionsgate
Lions Gate Entertainment Corporation biznes adı ilə Lionsgate — Amerika-Kanada ortaq əyləncə və televiziya yayım tipli kino şirkətidir. 10 iyul 1997-ci ildə Kanadanın Britaniya Kolumbiyası ştatının Vankuver şəhərində yarandsada hazırda əsas qərargahı ABŞ-nin Kaliforniyanın Santa Monika şəhərindədir.
Nataşa Lionn
Nataşa Bianka Lionn Braunşteyn (ing. Natasha Bianca Lyonne Braunstein; 4 aprel 1979[…], Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Run with the Lions
Run with the Lions (azərb. Şirlərlə qaç‎) — Litvanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuriyus Veklenko "Run with the Lions" mahnısı ilə Litvanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Eşli Hiklin, Erik Lumyere və Pele Loriano tərəfindən bəstələnmişdir.
Çarlz Lionel Denstervil
Çarlz Lionel Denstervil (9 noyabr 1865, Birləşmiş Krallıq – 18 mart 1946, Torki, Devon qraflığı) — Britaniyalı hərbçi general-mayor. Lionel Denstervil "Yunayted Servises" kollecində hərbi təhsil alıb. Denstervil 1884-cü ildə Britaniya ordusunda hərbi xidmətə başladı. Daha sonra Denstervil Hindistan ekspedisiya korpusuna köçürüldü. Denstervil Pakistanda,Vaziristanda,Çində hərbi xidmətdə olmuşdur. Birinci dünya müharibəsi zamanında Denstervil Hindistana göndərildi.1917-ci ildə Lionel Denstervil müttəfiqlər ordusunun komandiri təyin olundu. Müttəfiqlər ordusu 1000 nəfərdən ibarət idi bular Avstraliyalılar, Britaniyalılar və Yeni Zelandiyadan gələn xüsusi təyinatlı hərbi bölmə daxil idi. Bir neçə hərbi hərbi maşınlarla "Densterfors" (Densterin ordusu) adlanan müttəfiqlər ordusu Həmədandan İrana , İrandan isə Zaqafqaziyaya keçirlər, burada Osmanlı Tükriyəsinin və Almaniyanın Hindistana hücümu gözlənirdi. 1918-ci ilin avqust ayında Denstervil Bakıda olur. Denstervilə Bakının neft zonalarını əlində saxlamaq və buraxmamaq əmr olunmuşdu.
İrineus Lionlu
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Leon
Yaşayış məntəqələri Leon (İspaniya) — İspaniyada şəhər, Omonimik vilayətinin inzibati mərkəzi. Kastiliya və Leon — İspaniyanın şimal-qərbində yerləşən muxtar region. Digər Leon dili — İspaniyanın tarixi Leon regionunun şimal və qərbində (müasir Leon, Zamora, və Salamanka bölgələrində) və Portuqaliyada bir neçə qonşu ərazilərdə danışılan dildir. Leon (film, 1994) — 1994-cü ildə Lük Besson tərəfindən çəkilmiş fransız filmi.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Lyon
Lion (fr. Lyon [ljɔ̃]}}) — Fransada şəhər, Ron-Alp bölgəsinin, Ron departamentini və 14 kantonun inzibati mərkəzi. Lion "Böyük Lionun" (fr. Grand Lyon), və ya 37 inzibati vahiddən ibarət Lyon şəhərlər cəmiyyətinin (fr:Communauté urbaine de Lyon) mərkəzidir. 1,2 milyon nəfər əhalisi vardır.
Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
İon
İon (yunanca ἰών və ya ἰόν ión, „yeriyən") - elektrik yüklənmiş atom və ya molekuldur. Onun tərkibində ən azı bir müsbət yüklü atom nüvəsi vardır. Onun yükü boşalan protonların sayını müəyyən edir. İonun xaricə təsir edən yüklənməsi çoxlu sayda protonların və elektronların nəticəsində baş verir. İonlar elektronların çatışmazlığı ucundan müsbət yüklü və ya da elektronların həddən artıq olması nəticəsində mənfi yüklü olur. Mənfi ion özünə bir vəya bir neçə əlavə elektron qəbul etmiş atomdur. Müsbət ion bir və ya bir neçə elektron itirmiş atoma deyilir. İon analyışı 1834-cü ildə Maykl Faradey elektrik cərəyanını turşu, duz və başqa məhlullarda araşdıran zaman daxil etmişdir. O, belə məhlulların elektrik keçiriciliyini ionların hərəkəti ilə bağlamışdır. Kationlar mənfi elektroda tərəf hərəkət edən ionlardır yəni müsbət yüklü ionlardır.
Konya-Lyon
Konya-Lyon (fr. Cognat-Lyonne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03080. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 636 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 399 nəfər (15–64 yaş arasında) 301 nəfər iqtisadi cəhətdən, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,4%, 1999-cu ildə 75,5%). Fəal 301 nəfərdən 275 nəfəri (151 kişi və 124 qadın), 26 nəfəri işsizdir (6 kişi və 20 qadın). 98 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 36 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon Berqsma
Leon Berqsma (25 yanvar 1997, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Həyatı == 25 yanvar 1997-ci ildə Amsterdamda anadan olub. == Klub karyerası == === Yonq Ayaks === Berqsma Ayaks AFK akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 6 noyabr 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Maastrixt klubu ilə qarşılaşmada Leeroy Ovusunu əvəz etmişdir. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Maastrixtə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Aprel 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Leon Billeviç
Leon Billeviç (24 fevral 1870, Volın quberniyası[d] – aprel 1940, Xarkov) — Katın qırğınında öldürülən polyak polis generalı. == Həyatı == Başlanğıcda rus ordusu üçün xidmət göstərən Leon Billeviç, 1918-ci ilin noyabrından etibarən Polşa ordusuna qoşulur. 1919-1920-ci illərdə baş verən Sovet-Polşa müharibəsində 13-cü piyada briqadasına rəhbərlik etdi. 1919-cu ildə bu vəzifəni icrə edərkən briqada generalı vəzifəsinə yüksəldi. 1927-ci ildə Riqa sülhündən sonra da aktiv fəaliyyətini davam etdirdi və həmin ilin aprel ayında təqaüdə çıxdı. 1939-cu ildə Polşanın işğalından sonra NKVD tərəfindən həbs olundu. 1940-cı ilin aprelinə qədər Xarkovda əsir düşərgəsində saxlanıldıqdan sonra Katın qırğınının qurbanına çevrildi.
Leon Bonna
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransız rəssam və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olub. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili alıb. İlk əsərləri dini mövzulara həsr edib. 1875-ci ildə tanınmış amerikalıların və avropalıların portretlərini çəkib. O, Dieqo Velaskes kimi ispanyalı rəssamlardan təsirlənib. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkib. Təxminən 200 portretin müəllifi olub. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim kimi fəaliyyət göstərib və 1905-ci ildə akademiyada idarəçi olaraq fəaliyyət göstərib.
Leon Bonnat
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransız rəssam və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olub. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili alıb. İlk əsərləri dini mövzulara həsr edib. 1875-ci ildə tanınmış amerikalıların və avropalıların portretlərini çəkib. O, Dieqo Velaskes kimi ispanyalı rəssamlardan təsirlənib. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkib. Təxminən 200 portretin müəllifi olub. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim kimi fəaliyyət göstərib və 1905-ci ildə akademiyada idarəçi olaraq fəaliyyət göstərib.
Leon Burjua
Leon Viktor Oqyust Burjua (fr. Léon Victor Auguste Bourgeois; 29 may 1851[…] – 29 sentyabr 1925[…]) — Fransız dövlət xadimi və vəkili, 1920-ci il Nobel sülh mükafatı laureatı. İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı, xarici siyasətdə isə güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı təbliğ edib. == Həyatı == Parisdə anadan olan Burjua, hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofisdə (1876) çalışıb. Ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti olan Leon Burjua Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıdıb. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi zaman Polis Prefekti olub. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girərək, Radikal Solçulara qatılıb. 1888-ci ildə Şarl Floqenin nazirliyində Daxili İşlər üzrə müşavir olub. 1889-cu ildə onunla birlikdə istefa verdikdən sonra Reyms üçün palataya geri dönüb.
Leon Festinger
Leon Festinger (8 may 1919[…], Manhetten, Nyu-York ştatı – 11 fevral 1989[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ sosial psixoloqu. O bir çox təcrübələri ilə, xüsusilə isə Koqnitiv dissonans və Sosial müqayisə nəzəriyyələri ilə tanınır. L. Festingerin valideynləri Rusiyadan olan yəhudi əsilli mühacirlər idi. Festinger 1939-cu ildə Nyu Yorkdakı City College adlı təhsil müəssisəsini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Bundan sonra o Iowa (Ayova) Universitetində tanınmış sosial psixoloq Kurt Levinin rəhbərlik etdiyi kurslarda təhsilini davam etdirərək psixologiya üzrə ustad və doktor elmi dərəcələrini qazanmışdır. == Karyera == Festinger karyerası müddətində Iowa, Rochester, Michigan Universitetlərində, Massachusetts Texnologiya Universitetində, Minnesota Universitetində, Stanford Universitetində işləmişdir. L. Festinger Koqnitiv dissonans tədqiqatını 1954-cü ildə Minnesota Universitetində işləyərkən başlamışdır. Tədqiqatın nəticələrini o, Theory of Cognitive Dissonance (1957) (Koqnitiv dissonans nəzəriyyəsi) kitabında qeyd etmişdir. Bu nəzəriyyəyə görə şəxs bir birinə əks olan iki ideya istiqamətində eyni zamanda hərəkət etməli olanda, o diskomfort (narahatlıq) hiss edir. Məsələn, siqaretin zərərli olduğunu dərk etdiyi halda siqaret çəkmək.
Leon Juo
Leon Juo (fr. Léon Jouhaux; 1 iyul 1879[…], XV arondisman – 28 aprel 1954[…], XII arondisman) — fransız sosialist və Həmkarlar İttifaqı rəhbəri. Beynəlxalq Əmək Təşkilatının qurucularından biridir. == Həyatı == Leon Juo on altı yaşında olarkən kibrit fabrikində işləməyə başlamışdır. Qısa müddət ərzində inqilabçı Həmkarlar İttifaqı təşkilatlarının öndə gedən təbliğatçılarından biri oldu. 1906-cı ildə Beynəlxalq kibrit işçiləri Həmkarlar İttifaqının katibi, 1909-cu ildən isə Fransa Ümumi Əmək Konfederasiyasının baş katibi oldu. Birinci dünya müharibəsindən əvvəl alman işçi rəhbərləri ilə bir yerə yığışaraq müharibə əleyhdarı hərəkatı təşkilatlandırmağa çalışdı. Buna baxmayaraq, daha sonra Fransanın müharibə səylərini dəstəklədi. 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdi. Konfransda qurulan Beynəlxalq Əmək Qanunları Komissiyasının ən aktiv üzvlərindən biri kimi İqtisadi Şuranın qurulması üçün səy göstərdi.
Leon Kriçinski
Aslan bəy Konstantin oğlu Kriçinski və ya Leon Kriçinski (tam adı: Leon Nayman Mirzə Kriçinski Radvan rus. Леон Найман-Мирза-Кричинский-Радван ; 25 sentyabr 1887, Vilnüs – noyabr 1939) — Polşa tatarlarından olan Rusiya, Krım və Azərbaycan ictimai xadimi və tarixçisi. == Həyatı == === Ailəsi === Kriçinskilər Polşa-Litva tatarlarının tarixində xüsusi iz qoymuş, qədim kökə malik bir nəsildir. Məlumatlara görə 1410–1411-ci illərdə Qızıl Orda dövlətindən çıxmış Neman bəy Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslan həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur. === Təhsili === 1907–1911-ci illərdə, Sankt-Peterburq Universitetində hüquq təhsili almışdır. Tələbə olan zaman Müsəlman Tələbələr Cəmiyyəti qurmuş və faktiki olaraq onun rəhbəri olmuşdur.
Leon Kruaza
Leon Kruaza (isp. León Croizat Chaley, 16 iyul 1894, Turin – 30 noyabr 1982, Koro[d]) — İtaliya və Venesuela botaniki, biocoğrafiyaşünas. 1941–1946-cı illərdə İtaliyadan əvvəlcə ABŞ-yə, daha sonra Venesuelaya immiqrasiya etmiş və burada Karakasda botanika bağı təşkil edərək, onun direktoru olmuşdur. 1947-ci ildə Venesuela Mərkəzi Universitetində aqronom fakültəsində işləyib. 1951-ci ildə And Universitetinin botanika və ekologiya sahəsində professoru. 1951–1952-ci illərdə Orinoko çayı hövzəsi istiqamətində təbii sərvətlərin öyrənməsi məqsədilə təşkil olunmuş Fransa-Venesuela ekspedisiyasının tərkibində botanik kimi iştirak edib. "Venesuela Şərəf Ordeni" və "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin kavaleridir. == Elmi işləri == Croizat L. Panbiogeography, 1952 (издано на собственные средства автора) (ing.) Croizat L. Manual of phytogeography; or, An account of plant-dispersal throughout the world. – The Hague: W. Junk, 1952 (ing.) Croizat L. Panbiogeography; or An introductory synthesis of zoogeography, phytogeography and geology; with notes on evolution, systematics, ecology, anthropology, etc. – Caracas, Venezuela: Publ.