Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boris Listenqarten
Listenqarten Boris Moyiseyeviç — geologiya-mineralogiya elmləri doktoru, professor == Həyatı == Listenqarten Boris Moyiseyeviç Bakı şəhərində anadan olmuşdur. Mühəndis-geoloq ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra onun həyat yolu "Leninneft" tresti ilə bağlı olmuşdu və burada o geoloq, geoloji dəstənin rəhbəri işləmişdir. Listenqarten B.M. "Azneftgeofizika" trestinin geoloji xidmətinə rəhbərlik edib, sonra isə "Leninneft" trestinin baş geoloqu təyin edilmişdi. 1963-cü ildə "Neft-mədən geologiyasında radioaktiv üsullar" mövzusunda namizədlik, 1966-cı ildə isə "İstismarın gec mərhələsində olan neft və qaz yataqlarının işlənilməsinin geoloji əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1964-1982-ci illərdə Listenqarten B.M. Azərbaycan DNQYPİ-nun neft, qaz və qaz-kondensat yataqlarının geoloji tədqiqatları laboratoriyasına rəhbərlik edib. == Elmi fəaliyyəti == Listenqarten B.M. neft-qaz geologiyası sahəsində tanınmış alimdir. Onun tədqiqatları və əldə etdiyi nəticələr "Makarov b.", "Bulla-dəniz", "Palçıq-Pilpiləsi" və s. neft və qaz-kondensat yataqlarının karbohidrogen ehtiyatlarının hesablanması, işlənilməsinin layihə edilməsi və təhlili üçün əsas olub. Elmi tədqiqatların sahəsi: radioaktiv üsulların neft-mədən geologiyasına tətbiqi; mədən geofizikası. Listenqarten B.M. onlarla elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.
Leonid Listenqarten
Leonid Listenqarten (doğ. 16 iyun 1935, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet şahmatçısı, SSRİ idman ustası (1961). Texnika elmləri doktoru. Leonid Listenqarten 4-cü sinifdə oxuyarkən şahmatla maraqlanmağa başlayıb. Azərbaycan SSR-in birinciliklərində uğurla çıxış edib: 1955-ci ildə birinci-ikinci yerləri bölüşüb, 1960-cı ildə isə ikinci yeri tutub. "Neftçi" (Bakı) komandasının heyətində çıxış edirdi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya fakültəsini “mühəndis-geoloq” ixtisası üzrə bitirib. "Aznipinef" və "Qipromorneft" layihə institutlarında Neft və qaz yataqlarının işlənməsi şöbəsinin müdiri işləyib, burada o, Xəzər dənizində yataqların layihələndirilməsi və işlənməsinə rəhbərlik edib. Babası — Moisey İsaakoviç Listenqarten (1871—1941) Nənəsi — Rozaliya Borisovna Krinskaya (187?—1946) Atası — Boris Moiseyeviç Listenqarten (1906—1982) Anası — Esfir Lvovna Belenkaya (????—1998) Arvadı (e 1967) — Alla (Alvina) Alekseyevna Vayman Qızı — Yuliya Nəvəsi — Frank FIDE Chess profili Leonid Listengarten. Chess-DB.com Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine (ing.) Leonid Listengarten.
Pisten
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Jozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Kristian Listeş
Kristian Listeş (6 may 2005, Budapeşt, Macarıstan) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan "Ferentsvaroş" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusu. Listeş Uypeşt Haladas, Dalnoki Akademia, Mesyoli Foçisuli, Şorokşar, "MTK Budapeşt" və "Ferentsvaroş" klubunun akademiyasında çıxış etmişdir. O, ilk peşəkar müqaviləsini 2021-ci ilin iyul ayında imzalamışdır. O, "Ferentsvaroş" klubu ilə debütünü 14 may 2022-ci ildə Nemzeti Baynoksaq I liqasında "Dirmot" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Listeş 2022-23 mövsümünü tərəfdaş klublardan olan Nemzeti Baynoksaq II təmsilçisi "Şoroşkar" klubunda icarə əsasında keçirmişdir. 10 yanvar 2023-cü ildə o, "Ferentsvaroş" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 1 may 2023-cü ildə Listeş Susa Ferents stadionunda keçirilən "Uypeşt" klubuna qarşı derbi görüşündə qələbə qolunun müəllifi olmuşdur. 5 may 2023-cü ildə o, "Keskemet" klubuna 0-2 hesabı ilə məğlub olduqları görüşdən əvvəl, 30-cu tur çərçivəsində "Ferentsvaroş" klubu ilə 2022-23 Nemzeti Baynoksaq I mövsümünün qalibi olmuşdur. Listeş 2023-24 Nemzeti Baynoksaq I mövsümündə ilk qolunu 6 avqust 2023-cü ildə Sostoi stadionunda keçirilən "Fehervar" klubu ilə görüşdə vurmuşdur.
Pistən
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1007 nəfərdir. Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Lintel
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox portallarda, qapılarda, pəncərələrdə və kaminlərdə rast gəlinir.
Listera
Listera Adans. — Genista bitki cinsinin sinonimi. Listera R.Br. — Neottia bitki cinsinin sinonimi.
Litsea
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 186 nəfərdir. Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Sistan
Sistan (fars. سیستان‎ [siːˈstɒːn]), əvvəllər Sakastan, Saklar ölkəsi), ya Zərəng Böyük İran torpaqlarından biridir ki, İranda, Əfqanıstanda və kiçik bir hissəsi Pakistanda yerləşir. Bəzi dövrlərdə ``Ruxaj (mərkəzi Qəndəharda) və Zəbulistan (mərkəzi Qəzni) də Sistanın bir hissəsidir. nəzərdən keçirilmiş və hətta Zabulistan və Sistan sinonim kimi istifadə edilmişdir. Bizim eradan əvvəl I minilliyin birinci yarısında Midiyanın tərkibində idi. Səfərilərin mərkəzi bu gün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Drangiana, Araxosiya: Zərəng su və dəniz ölkəsi deməkdir ki, bu torpağa Hamun gölü münasibəti ilə verilmişdir və yerli adı Sistandır. Qədim yunan tarixçiləri də Hirmandın aşağı hissəsində yerləşən torpağın Araxosia (Rhojj və Davar diyarı) olduğunu və Zarın çoxlu yaşayış məntəqələri, çaylar və tarlalar saldığı üçün saçlarının parlaq rənginə görə Zərəng adını da vermişlər.
Sistem
Sistem (yun. σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda bir-biri ilə bağlı obyekt və resursların birliyi. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. Sistem mühitin daxilində obyekt və subyektlərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir–biri ilə sıx bağlı olan obyektlər birliyidir. Sistematika Termodinamika Fəlsəfə Alexander Backlund (2000). "The definition of system". In: Kybernetes Vol. 29 nr. 4, pp.
Sistern
Sistern — maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.
Litsey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Dairəvi sistem
Dairəvi sistem — idman yarışlarında mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər bir iştirakçı, bir-bir turnirin digər iştirakçıları ilə qarşılaşır. İdmanın populyar növləri (futbol, voleybol, basketbol), xüsusilə, mülli çempionatlar, dünya, yaxud kontintent çempionatlarının seçmə mərhələləri bu sistemlə keçirilir.
Ekstrapiramid sistem
Ekstrapiramid sistem ( və ya ekstrapiramidal sistem ) - piramiddən kənar sistem olub , hərəki funksiyaların icrasında mühüm rol oynayır. Bu sistemin əsasında bazal qanqlionlar durur. Bazal qanglionların hərəki , kognitiv və davranış funksiyaları var.
Fridek-Mistek
Fridek-Mistek (çex. Frýdek-Místek [ˈfriːdɛk ˈmiːstɛk], keç. alm. Friedeck-Mistek‎) Çex Respublikasının şərqində, Morav-Sileziya bölgəsində, Ostravitse çayında yerləşən şəhər. Fridek-Mistek inzibati rayonunun mərkəzidir. Şəhər, Teşin Sileziyasının mərkəzi olmuş Fridek şəhərinin Morav Misteki ilə birləşməsi nəticəsində (1943-cü ildə) yaranmışdır. İkinci dünya müharibəsi zamanı şəhər sadəcə Fridek adlanırdı, müharibədən sonra iisə ona indiki adı vermişdilər. Otakar Parjik (1901-1955) çexiyalı dirijor, Fridekdə anadan olmuşdu Tomaş Qalasek (1973) çexiyalı futbolçu Polşa, Belsko-Biala Polşa, Mıslovitse Slovakiya, Jilina ABŞ, Ames, Ayova Yunanıstan, Nikaia Rusiya, Urjupinsk Belçika, Harelbeke http://www.frydekmistek.cz/ Oficiální stránky http://www.frydecko-mistecko.cz/ Regionální internetové noviny pro Frýdek-Místek a okolí http://www.bazilika.net/ Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine Římskokatolická farnost sv.
Geosentrik sistem
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Heliosentrik sistem
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Zliten
Zliten (ərəb. زليتن‎) – Liviyanın şimalında yerləşən şəhər.
Esten
Esten (kanton)
Hüquqi sistem
Hüquqi sistem — hüquq sisteminin (o cümlədən qanunvericilik sisteminin), hüquq mədəniyyətinin və hüquq-mühafizə orqanlarının ümumi əlaqəsi. Hüquq sistemini yalnız bir hissəsi olan hüququn sistemi ilə qarışdırmaq olmaz. Çox vaxt hüquq sistemi anlayışı müxtəlif dövlətlərin və xalqların hüququndakı tarixi, hüquqi və etno-mədəni fərqləri xarakterizə etmək üçün istifadə olunur. "Hüquq sistemi" kateqoriyasının elmi dövriyyəyə daxil edilməsi bir çox mübahisələrə səbəb oldu, hətta S.S.Alekseyev aydınlığı tam qorumaq üçün hüquqi reallığın bütün normativ və sub-normativ elementlərini əhatə etməyin hansı konsepsiyanın mümkün olması ilə maraqlandı. obyektiv qanunu ifadə edən elmi kateqoriyanın “qarışıqlığı pozulmaz” və belə nəticəyə gəldi ki, hüquq sistemi anlayışı onun rolunu oynaya bilər. Bununla belə, əks fikir də mövcuddur: bəzi tədqiqatçılar hesab edirlər ki, “hüquq sistemi” anlayışı elmi statusa malik olmadığından, şərti və qeyri-müəyyən olduğundan, hüquq nəzəriyyəsinin kateqorik aparatına daxil edilməməlidir. Məsələn, V.S.Nersesyantsın nöqteyi-nəzərindən, “hüquq sisteminin bütün hüququ (bütün hüquq hadisələri və kateqoriyalarını) əhatə edən bir növ yeni hüquq anlayışı kimi şərhi mahiyyətcə ümumi hüquq anlayışının bəzi kifayət qədər şərti ( və təsadüfi) "hüquq sistemi" ifadəsini işlədir və daha sonra əlavə edir ki, hüquq sistemi bütün hüquqi hadisələrin və anlayışların məcmusu kimi başa düşülməyə başladı, yəni əslində marksizmdə yuxarıda ucalan "hüquqi üst quruluş" adlanan hər şey “hüquqi əsasdır”. Geniş mənada hüquq sistemi cəmiyyətin hüquqi təşkilatıdır, “məmur (ictimai) hakimiyyətin ictimai münasibətlərə tənzimləyici, təşkiledici və sabitləşdirici təsir göstərdiyi daxili ardıcıl və bir-biri ilə əlaqəli sosial homogen hüquqi vasitələrin (hadisələrin) məcmusudur. davranış." Bu tərif J.Karbonyenin rəyi ilə sıx uyğunlaşır, ona görə hüquq sistemi “eyni zamanda eyni məkanda cəmiyyətdə mövcud olan müxtəlif hüquqi hadisələrin anbarı, mərkəzidir”. Dar mənada hüquq sistemi obyektiv hüquqa endirilərək “daxili razılaşma əsasında hissələrə (hüquq institutları və hüquq sahələrinə) bölünən hüquqi aktların və milli hüquq normalarının vahid vəhdəti kimi qəbul edilir.
Kiştəy
Kiştəy - türk və altay mifologiyasında başdan çıxarıcı Tanrıça. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Səkkiz gözü vardır. Qara bir tülküyə çevrilə bilər. İnsanları zina etməyə, evlilik xarici əlaqələr qurmağa itələyər. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Erkədir). (Kiş) kökündən törəmişdir. Kişi və kişnəmə sözləriylə eyni kökə malikdir.
İlişgən
İlişgən (lat. Sabanejewia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.