Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Litr
Litr (л, l, L, ℓ) — həcmin metrik ölçü vahidi. Litr BS vahidi deyil, saat və sutka kimi "BS-yə aid olmasa da, onun vahidləri kimi istifadə edilə bilər". BS-nin standart ölçü vahidi — kub metr (m³). Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan-Batist Litrin adını daşıyır. Laboratoriya qablarını da ehtimal ki, ilk dəfə o hazırlayıb. Təəssüf ki, onun tərcümeyi-halı haqqında sənədlər dövrümüzədək qalmayıb. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab istehsalı ilə məşğul olublar. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi.
Vesna Milanoviç-Litre
Vesna Milanoviç-Litre (d. 30 may 1986; Sinj, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Vesna Milanoviç-Litre Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Litrisa
Carphephorus (lat. Carphephorus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Litrisa Small Trilisa (Cass.) Cass.
Litrisa carnosa
Litronaks
Lythronax — nəsli kəsilmiş theropod tirannozavrid dinozavr cinsidir. == Təsvir == Lythronax quyruğundan başına qədər təxminən 7,5 metr, yerdən uzunluğunun isə 2,5 metrdir. == Məskınləri == Lythronax, milyon illər əvvəl Alyaskada bataqlıqlarla dolu olan Laramidia adasında yaşayırdı. == Quruluşu == Gözləri başın ön hissəsində yerləşən Lythronax çox dəqiq görmə qabiliyyətinə sahibdir. Lythronax qorxunc ovçu hesab olunur.
Liqr
Liqr (lat. Panthera leo × Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Erkək şir və dişi pələngin cütləşməsindən əmələ gələn hibrid yırtıcı heyvandır. Liqr özünün əksi olan hibrid tiqonda fərqlənir (Tiqonun atası pələng, anası şirdir. Ancaq liqrda əksinədir). Dünyanın ən məşhur liqri olan Herkules eyni zamanda dünyanın ən böyük və ən ağır pişiyidir (450 kq; uzunluğu-4 m). Liqrin görünüşü üstündə zolaq olan böyük şirə bənzəyir. Görünüşü ilə mağara şirinə bənzəyir. Erkək liqrin şirdən fərqli olaraq başında demək olar ki, saç yoxdur, yanlız bəzi hallar istisnadır.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Lotr
Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxmışdır. == Yaranma tarixi == "Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. İlk olaraq, Tolkien "Hobbit"-in davamını yazmağı planlaşdırmırdı ("Üzüklərin hökmdarı" romanı faktiki olaraq həmin əsərin davamıdır). Bununla belə, 1937-ci ildə, müəllifin "Hobbit" əsərini çap etdirdiyi nəşriyyat evinin sahibi Stenli Anvinom ilə nahar vaxtı ona baxılmaq üçün digər əsərləri də təqdim etməsi təklif edildi.
Fitr (Qəzvin)
Fitr (fars. فطر‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 97 nəfər yaşayır (24 ailə).
Fitr bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Lior Refaelov
Lior Refaelov (ivr. ‏ליאור רפאלוב‏‎; d. 26 aprel 1986, Or Akiva) — milliyətcə dağ yəhudisi olan İsrail futbolçusu. Belçika çempionatında oynayan "Anderlext"də hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Karyerasına 3 dəfə İsrail çempionu olduğu Makkabi Hayfada başlamışdır. 2.5 milyon € qarşılığında 2011-ci ildə Brügge klubuna transfer olunmuşdur. 2015-ci ildə Belçika kubokunun finalında həlledici qolu atmışdır. 2007-ci ildən İsrail milli futbol komandasında çıxış edir. == Karyerası == === Makkabi Hayfa === 1998-ci ildə "Makkabi Hayfa"nın aşağı yaş dəstələrində futbola başlamışdır. 2002-ci ildə klubun U-16 komandasına keçmişdir.
Lita Qrey
Lita Qrey (ing. Lita Qrey; d. 15 aprel 1908 — ö. 29 dekabr 1995, əsl adı ing. Lillita Louise MacMurray) — Amerikalı kino aktrisası, Çarli Çaplinin ikinci həyat yoldaşı == Doğum == Lita Qrey 15 aprel 1908-ci ildə Amerikanın Kaliforniya ştatının Hollivud şəhərində anadan olmuşdur. Atası milliyətcə şotland idi. Anası isə Kaliforniyanın ispan ailəsində doğulmuşdu. == Həyatı == Lita Çarli Çaplinlə səkkiz yaşında olarkən kafedə tanış olmuşdur. Daha sonra 1921-ci ildə Çaplinin Körpə filmində "nazlı mələk" rolunu ifa etmişdir. 1924-cü ildə Çarli Çaplinlə ailə qurmuşdur.
Litl Riçard
Riçard Ueyn Penniman (ing. Richard Wayne Penniman, səhnə adı Litl Riçard, ing. Little Richard; d. 5 dekabr 1932 - ö. 9 may 2020) — ABŞ müğənnisi, pianoçu və bəstəkar. O, yeddi onillik ərzində populyar musiqi və mədəniyyətdə nüfuzlu şəxslərdən biri idi. "Rok-n-rollun memarı" kimi təsvir edilən Riçard 1950-ci illərin ortalarında xarizmatik səhnə personası, dinamik musiqisi və yaradıcılığı ilə məşhurlaşmışdır. Bu dövrdə onun musiqisi rok-n-rollun əsasını qoyaraq sürətli fortepiano ifası, güclü arxa vuruş və gurultulu vokal ilə xarakterizə olunurdu. Riçardın innovativ, ruhlandırıcı vokalizasiyaları və sürətli ritmik musiqisi soul və fank da daxil olmaqla digər populyar musiqi janrlarının formalaşmasında əsas rol oynamışdır. Onun musiqisi rok musiqisindən hip-hopa qədər müxtəlif musiqi janrlarında ifa edən müğənni və musiqiçilər üçün ilham mənbəyi olmuş, həmçinin ritm və blüz musiqisinin formalaşmasında rol oynamışdır.
Litl Saund
Litl Saund (ing. Little Sound) — Bermud adalarının qərbində yerləşən körfəz. Körfəz Atlantik okean akvatoriyasına daxildir Litl Saund havanı şimaldan Qreyt Saund havanı ilə əhatələnir. Onlar elə də böyük olmayan iki yarımada ilə ayrılırlar.
Vitr namazı
Vitr namazı - Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Məhəmməd peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir. Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını qılmış və sonra demişdir: "Ey Quran əhli, vitr namazını qılın. Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevir" Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı". Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır.
10 lita
10 Litva litası (lit. dešimt litų) — Litva milli valyutası əskinası. Əskinas bütün Litva əskinasları kimi (500 litalıq əskinas istisna olmaqla) 135×65 mm ölçüyə malikdir. Əskinasın üzərində "Lituanika" təyyarəsi və pilotları Daryus Steponas və Stasis Qirenas təsvir olunub. == Tarixi == İlk dəfə 1922-ci ildə istifadə edilməyə başlayıb. 1941-ci ildə SSRİ-in Litvanı ilhaq etməsi ilə dövrəyyədən kənarlaşdırıldı və rublla əvəz olundu. 1992-ci ildə yenidən lita dövriyyəyə buraxıldı. Əskinas dörd dəfə müxtəlif seriyalarda dövriyyəyə buraxılmışdır (1993-cü ildə iki dəfə, 1997 və 2001-ci illərdə bir dəfə). 2007-ci ildən bəri on litalıq əskinas ən aşağı nominallı əskinasına çevrildi, çünki bir, iki və beş litalıq əskinaslar istifadədən çıxarıldı. == Dizayn == Əskinas tünd göy rəng sxeminə malikdir və olçüsü 136 millimetr (5,4 düym) × 65 millimetr (2,5 düym)dir.
Die Lit
Die Lit — amerikalı repçi Playboi Carti-nin ilk studiya albomu. 11 may 2018-ci ildə AWGE və Interscope Records tərəfindən buraxılıb. Albomda repçilər Skepta, Trevis Skott, Lil Uzi Vert, Pi'erre Bourne, Niki Minaj, Brayson Tiller, Chief Keef, Gunna, Red Coldhearted, Young Thug və Young Nudy qonaq ifaçı kimi yer alıblar. Albomun prodüserliyində Pi'erre Bourne, Don Cannon, Maaly Raw və başqalarının iştirakı olub.
Lita Stettir Hallinqvor
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Litl-Kornuollis adası
Litl-Kornuollis adası (ing. Little Cornwallis Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 412 km²-dir. Sahil xəttinin uzunluğu 158 km-dir. Ada Kuin boğazının iki böyük adanı - Kornuollis və Batersti ayıran dar bir hissəsində yerləşir. Kornuollis adası 5,4 kilometr şərqdə (Pullen boğazı boyunca) və Kornuollisin Marşal yarımadası Litl-Kornuollis adasının cənub-şərq ucundan cəmi 3,5 kilometr məsafədədir. Litl-Kornuollis adası nizamsız bir formaya malikdir. Templeton buxtası adanın dərinliklərinə qədər irəliləyir və adanı iki demək olar ki, bərabər hissəyə bölür. Yalnız eni 500 metrdən az olan dar bir bərzəx şərq və qərb hissələrini birləşdirir.
Litl-Rok (Arkanzas)
Litl-Rok (ing. Little Rock) — ABŞ-nin Arkanzas ştatının inzibati mərkəzi. Əhali — 193,5 min nəfər (2010). 2010-cu ildə 699,8 min əhalisi olan bir aqlomerasiya mərkəzidir. == Tarixi == Ağlar gələnə qədər ərazidə hind qəbilələri yaşayırdı. Bölgəni araşdıran ilk avropalı 1541-ci ildə İspan səyyahı Ernando de Soto idi. Mərkəzin adı (little rock — "kiçik qaya") 1722-ci ildə burada bir ticarət limanı yaratmağı təklif edən Fransız tədqiqatçı Bernar de la Arp tərəfindən verilmişdir. İndiki Kiçik Qaya yerindəki yaşayış yeri 1821-ci ildə quruldu, 10 il sonra şəhər statusu aldı; XX əsrdə, boksit mədənçiliyinin inkişafı ilə Little Rock böyük bir iqtisadi mərkəzə çevrildi. 1957-ci il hadisələri, ştatın qubernatoru Orville Faubusun ABŞ-də irqi ayrı-seçkiliyi qadağan edən qara və ağ rəngli məktəblilərin birgə təhsilinə dair məhkəmə qərarına ("Braun Təhsil Şurasına qarşı") rədd etməsi ilə geniş yayılmışdı. 1957-ci ildə qubernator O. Fobusun rəhbərlik etdiyi şəhər rəhbərliyi doqquz qaradərili uşağın Mərkəzi Liseyə girməsinin qarşısını aldıqdan sonra, ABŞ Prezidenti Dvayt Eyzenhaver, ağların müqavimətini qıran Litl-Roka qoşun göndərdi.
Litl-Stirrap-Ki
Litl-Stirrap-Ki (ing. Little Stirrup Cay) — Baham adalarında özəl ada. Karib dənizindəki Berri adaları arxipelaqının bir hissəsidir. Ada "Royal Caribbean International" şirkətinə məxsusdur və ona Koko-Ki də deyilir. Ada qərb-cənub-qərbdən şərq-şimal-şərqə təxminən 1.6 kilometr (0.99 mil) uzanır, onun maksimum eni 450 metrdən çox deyil, dəniz səviyyəsindən maksimum nöqtəsi 11 metrdir. Adanın şərq və mərkəzi hissəsində turistlər üçün tikililər mövcuddur, şimal-şərq hissəsində sərnişin qayıqlarının gəldiyi körfəz yerləşir, adanın qərb hissəsində yaşayış yoxdur. Turistlər adada snorkellinq, üzgüçülük, kayakinq, paraseylinq, dayvinq, voleybol və hidroxizəklə məşğul olmaq imkanı əldə edirlər.
Puent-a-Pitr (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².
Litl-Fols (şəhər, Minnesota)
Litl-Fols (ing. Little Falls) — Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Morrison dairəsində yerləşən şəhərdir. ABŞ-da əhalinin 2002-ci ildəki siyahıya alınmasının statistik nəticələrinə əsasən, 17,5 km² (16,2 km² - quru, 1,3 km² - su ərazisi) əraziyə malik olan şəhərdə 7,719 nəfər insan yaşayır. Əhalinin sıxlığı isə hər km²-ə 475,9 nəfər düşür. Şəhərin telefon kodu — 320 Şəhərin poçt kodu — 56345 FIPS şəhər kodu — 27-37556 GNIS identifikatoru — 0646801 1955-ci ildə bu şəhərdə dünyaya göz açmış Brayan Kobilka 2012-ci ildə kimya üzrə Nobel mükafatı laureatı olmuşdur.
Kral Lir (film, 1970)
"Kral Lir" (rus. Король Лир) — rejissor Qriqori Kozinsevin filmi. == Məzmun == Vilyam Şekspirin eyniadlı faciəsi əsasında çəkilmiş iki seriyalı filmdir. Filmdə Boris Pasternakın tərcüməsindən istifadə olunmuşdur. Təlxəyin mahnıları isə Samuil Marşakın tərcüməsində verilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Vilyam Şekspir Ssenari müəllifi : Qriqori Kozinsev Quruluşçu rejissor : Qriqori Kozinsev Quruluşçu operator : İonas Qrisyus Quruluşçu rəssamlar : Yevgeni Yeney, Vsevolod Ulitko, Simon Virsaladze Bəstəkar : Dmitri Şostakoviç Səs operatoru : Eduard Vanuns Filmin direktorları : M. Şostak, N. Yeliseyev === Rollarda === Yuri Yarvet – kral Lir Elza Radzinya – Qonerilya Qalina Volçek – Reqana Valentina Şendrikova – Kordeliya Oleq Dal – təlxək Karlis Serbis – qraf Qloster Leonhard Merzin – Edqar Regimantas Adomaytis – Edmond Vladimir Yemelyanov – Kent Aleksandr Vokaç – hersoq Kornuelski Donatas Banionis – hersoq Olbenski Aleksey Petrenko – Osvald Yuozas Budraytis – Fransa kralı B. Velikanov Roman Qromadski – hersoq Kornuelskinin xidmətçisi S. İvanov N. Kuzmin A. Lauter İ. Leyrer K. Maydla Aleksandr Orlov – Qlosterin icarədarı S. Orlov K. Tyaqunov O. Şalkonis Emmanuil Vitorqan – hersoq Olbenskinin xidmətçisi == İstinadlar == == Xarici keçidlər == "«Король Лир»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. İstifadə tarixi: 2014-12-24. "«Король Лир»".
Lırt dəri sindromu
Lırt dəri sindromu (ing. cutis laxa) – anadangəlmə və qazanılmış olub, fibulin-5 geninin mutasiyası nəticəsində dəri həddən artıq lırt və dartılmış olur, Elers-Danlosdan fərqli olaraq dəri geri qayıtmır (dartılmış dəri).
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Flirt
Flirt və ya eşqbazlıq — vədlər səviyyəsini çox yüksəltməyib, cinsi əlaqələrin bəzi ehtimalını və ya gözləntilərini göstərən bir görüşmə forması. Mövcud münasibətləri, həm də münasibətlərin başlanmasına hazırlığ simvolu kimi qeyd oluna bilər.
Gitar
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Elita (dəqiqləşdirmə)
Elita — cəmiyyətin yüksək ixtisaslı şəxsləri. Elita (şərab) — Azərbaycan şərabı. Elita (qəzet) — 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. == Tarixi == FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir.