Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. == Tartes şəhərinə səfər == Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi.Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi. == Tartes şəhərinin əhəmiyyəti == Tartes e.ə.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Lalle
Lalle (fr. Lalley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38204. Kommunanın 2005-ci il üçün əhalisi 195 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 673 ilə 2045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Mollu
Aşağı Mollu
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
Schinus molle var. molle
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Lill
Lil (fr. Lille [lil] dinlə, pikard Lile, q.flamand Rysel, nid. Rijsel) — Fransada şəhər və kommuna, O-de-Frans bölgəsinin və Nor departamentinin mərkəzi. Şəhər Döl kanalının sol sahilində, Belçika sərhəddinin 14 kilometrliyində yerləşir və son zamanlara qədər Fransa tekstik sənayesinin mərkəzi hesab oolunurdu. == Tarixi == Şəhərin adı Deüle çayındaki bir adadan gəlir: köhnə Fransızca (L'Isle). Lill və ətrafı tarix boyunca romalıların təsirində qalmışdır və latın dilindən istifadə etmişdir. == Əhali == 226 000 nəfərlik əhalisi ilə ətrafındakı ən böyük yaşayış mərkəzidir. Şəhər 2004-cü ildə Avropa Mədəniyyət Paytaxtı seçilmişdir.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Aşağı Mollu
Aşağı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Mollu kəndi Qubadlı rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində yerləşir. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. "Mollu" komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. Qaçaq hərəkatının görkəmli nümayəndəsi Nəbi Alı oğlu (Qaçaq Nəbi) bu kənddəndir. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Mollu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958 – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Cek Uolli
Cek Uolli (23 sentyabr 1998) — İrlandiyalı taekvondoçu. Cek Uolli İrlandiyanı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Cek Uolli birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Nigerin nümayəndəsi Amadu Tucani üzərində texniki qələbə ilə qalib gəlsədə, növbəti mərhələdə İspaniyanın nümayəndəsi Adrian Visente ilə üz-üzə gəldi və rəqibinə 17:37 hesabı ilə uduzdu.
Ceyson Dolli
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Corciana Molloy
Corciana Molloy (ing. Georgiana Molloy; 23 may 1805 – 8 aprel 1843) — Avstraliya həvəskarbotaniki. == İstinadlar == == Ədəbiyyat == Bernice Barry. Georgiana Molloy: The Mind That Shines. — Picador Australia, 2016. — 352 p. Mary R. S. Creese, Thomas M. Creese. Ladies in the Laboratory III: South African, Australian, New Zealand, and Canadian Women in Science: Nineteenth and *Early Twentieth Centuries. — Scarecrow Press, 2010. — P. 38—41.
Dolby Atmos
Dolby Atmos - Dolby Laboratories tərəfindən hazırlanmış 360 dərəcə səs təcrübəsi təqdim edən səs texnologiyadır. O, səsləri üçölçülü obyektlər kimi şərh etməyə imkan verən hündürlük kanalları əlavə etməklə mövcud surround səs sistemlərini genişləndirir. Atmos-un cinema bazarına giriş etməsinin ardınca Atmos brendi altında in-ceiling və up-firing dinamiklərdən istifadə edən bir neçə istehlak texnologiyası təqdim olundu.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Dolli Medison
Dolli Medison (ing. Dolley Payne Todd Madison; 20 may 1768[…] – 12 iyul 1849[…], Vaşinqton) — ABŞ siyasətçisi, 4-cü Prezidenti Ceyms Medisonun həyat yoldaşı.
Dollo qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. == Şərhlər == Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. == Qarşı faktlar == Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər.Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur. Vaşinqton gölündə yaşayan tikanbalıqları əsrlər boyunca gölün dibindəki lildə gizlənməyə məcbur qaldıqları üçün pulcuqları yumşalmış və kiçilmişdir.
Ekhart Tolle
Ekhart Tolle (alm. Eckhart Tolle‎; 16 fevral 1948) — alman ruhani müəllim və yazıçı. Ekhart Tolle heç bir din və təriqət ilə bağlı deyil. Lakin, o özünün bestsellerə çevrilmiş "İndinin gücü" adlı kitabında təsirləndiyi şəxsiyyətləri və fəlsəfələri aşağıdakı kimi qeyd etmişdir: Meister Ekhart, Advaita Vedanta, Möcüzələr kursu, mistik İslam, Sufizm, Ruminin şeirləri, Zen Buddizm, Lin-chi (Rinzai) məktəbi. == Həyatı == Ekhartın uşaqlıq illərində valideynləri davamlı mübahisə etmiş və nəticədə ayrılmışdılar. Məktəbdə də o, ayrıseçkiliyə məruz qalırdı. Tolle müharibədən sonrakı Almaniyada bombardman altında qalmış binalar arasında oynayaraq qorxu və narahatlıq mühitində böyüdü. Sonralar ağrının "ölkənin enerji sahəsində" olduğunu bildirirdi. Öz müsahibələrinin birində 13 yaşına qədər evlərindəki və məktəbdəki gərginliyi təsvir edərək Almaniyada keçirdiyi ağır uşaqlıq illərini xatırlayır. 13 yaşında atası ilə birlikdə yaşamaq üçün İspaniyaya getdi.
Evancelin Lilli
Nikol Evancelin Lilli (ing. Nicole Evangeline Lilly; 3 avqust 1979[…], Fort-Saskaçevan[d], Alberta) — "Qızıl qlobus" mükafatının sahibi olan Kanada aktrisası. 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətin Fort-Saskaçevan şəhərində anadan olmuşdur. Daha çox "Lost" serialında Keyt Ostin rolunu ifa etdiyinə görə populyarlıq qazanmışdır. Karyera - "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışmışdır.təhsilini maliyyələşdirmək üçün o, telereklamlarda çəkilir və model kimi çalışırdı. Hərçənd özünü heç vaxt model hesab etməmişdir. Model kimi onu Ford model agentliyinin meneceri Kelonva şəhərinin küçələrində görərkən kəşf etmişdir. Lilli agentliklə müqavilə imzalayır və Vankuverə köçür. O, burada dəb nümayişlərində çıxış edir və Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsindəki təhsilini maliyyələşdirir. 2004-cü ildə Lillinin əmək haqqısı hər epizoda görə $80 000 təşkil edirdi.
Frensis Volley
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.
Gi Molle
Gi Alsid Molle (fr. Guy Mollet; 31 dekabr 1905[…] – 3 oktyabr 1975[…], Parisin 7-ci dairəsi[d]) — Fransa siyasi və dövlət xadimi. O, 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsinə (FİFB) rəhbərlik etmiş və 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. Baş nazir olaraq Molle bəzi əhəmiyyətli ölkədaxili islahatlar keçirmiş və Fransa-Britaniya Birliyi layihəsi ilə Avropaya inteqrasiya üçün səy göstərmişdir. O, xüsusilə də Süveyş böhranı və Əlcəzair müharibəsi zamanı apardığı siyasətə görə Fransanın həm solçu, həm də sağçı cəbhəsində mənfi bir fiqur kimi qarşılanmışdır. == Həyatı == 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsi (FİFB; sonradan Fransa Sosialist Partiyası; FSP) baş katibi, 1951–1969-cu illərdə Sosialist İnternasionalı sədrinin müavini, 1954–1956-cı illərdə Avropa İttifaqı Məsləhət Şurasının sədri, 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. O, Əlcəzairdə müstəmləkəçilik mübarizəsini davam etdirmiş, Fransanı 1956-cı il Süveyş böhranına sürükləmişdir. Molle 1958-ci ildə de Qollun hakimiyyətə gəlməsinə kömək etmiş, onun təşkil etdiyi hökumətə daxil olmuş, sonradan Beşinci respublikaya qarşı müxalifətə keçmişdir. 1969-cu ildən Sosialist Tədqiqatları Universitet Mərkəzinin sədri idi. Molle 1956-cı ildə baş nazir, 1963-cü ildə isə FSP nümayəndə heyətinin başçısı kimi SSRİ-də olmuşdur.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.